Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3541/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar söz: işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1768/19 saylı 04 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı İddiaçı 28.02.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehə müraciət edərək onun 05.02.1991-06.01.1997-ci illərdə “xxxx” Kiçik Müəssisəsində, 15.01.1997-30.08.2006-cı illərdə “X” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, cavabdeh 12.06.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, həmin dövrlər üzrə sosial sığorta ayırmalarını və iş stajını yoxlamaq m ümkün olmadığından sığorta stajına daxil edilməsi mümkün deyildir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 05 fevral 1991-ci ildən 06 yanvar 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və 15 yanvar 1997-ci ildən 30 avqust 2006-cı ilədək “X” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə ərizə təqdim edərək onun 05 fevral 1991-ci ildən 06 yanvar 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və 15 yanvar 1997-ci ildən 30 avqust 2006-cı ilədək “X” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə 23.02.2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3228/2018 saylı, 26.09.2018-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia tələbi təmin olunaraq, onun 05 fevral 1991-ci ildən 06 yanvar 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və 15 yanvar 1997-ci ildən 30 avqust 2006-cı ilədək “X” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə 23.02.2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Baki Apellyasiya Məhkəməsinin 2-1(103)-53/2019 saylı 11.01.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(103)-3228/2019 saylı, 26.09.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-135 1/2019 saylı, 08 may 2019-cu il tarixli qərarı ilə Baki Apellyasiya Məhkəməsinin 2-1(103)-53 11.01.2019-cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Baki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. İddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı 05 fevral 1991-ci ildən 06 yanvar 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və 15 yanvar 1997-ci ildən 30 avqust 2006-cı ilədək “X” YDM-də işləsə də, apelyasiya instansiya məhkəməsi həmin qeyri-dövlət müəssisələrinin qanunvericiliyə müvafiq qaydada hüquqi şəxs kimi dövlət qeydiyyatına alınıb - alınmamasını yoxlamamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1768/19 saylı 04 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3228/2018 saylı, 26.09.2018-ci il tarixli qərarı “15.01.1997-ci ildən 30.08.2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta stajına d axil edilməsi” hissəsində ləğv edilməklə, həmin hissədə iddia rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasında işlədiyi qeyd edilən "X" YDM adlı kommersiya qrumu dövlət reyestrində qeydiyyatdan kecmədiyindən, onun əmək kitabçasındakı bu müəssisə ilə bağlı əmək stajı sığorta stajı kimi qəbul edilə bilməz. Digər müəssisə yəni, “xxxx” kicik müəssisəsinin dövlət reyestrində qeydiyyatının mövcudluğu ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dəqiq təsdiq və inkaredici məlumat verilmədiyindən, həm də dəqiq məlumat verilməsi üçün həmin müəssisənin dövlət qeydiyyat nömrəsi və ya VÖEN-nin əldə etmək mümkün olmadığından əmək k itabçasındakı bu qeydi məhkəmə kollegiyası Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən mötəbər hesab edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1768/19 saylı 04 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə məhkəmənin sorğusuna cavab olaraq “xxxx” kiçik müəssisəsi adı altında bir neçə fərqli hüquqi şəxsin qeydiyyatdan keçdiyi bildirilsə də, məhkəmə nəzərə almamışdır ki, həmin hüquqi şəxslərdən heç biri iddiaçının əmək fəaliyyətinə başladığını iddia etdiyi 1991-ci ildə mövcud olmamışdır. Belə ki, reyestr məlumatlarına əsasən “xxxx” kiçik müəssisəsi adlı ilk hüquqi şəxs 1994-cü il tarixdə qeydiyyatdan keçmişdir. Kass ator İPM-nin 90, 92.0.6, 96-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1768/19 saylı 04 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1768/19 saylı 04 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1768/19 saylı 04 sentyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi onun 05 fevral 1991-ci ildən 06 yanvar 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və 15 yanvar 1997-ci ildən 30 avqust 2006-cı ilədək “X” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə 23.02.2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Lakin iddia tələbinin “15.01.1997-ci ildən 30.08.2006-cı ilədək “X” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi” hissəsində rədd edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1768/19 s aylı 04 sentyabr 2019-cu il tarixli qərarından yalnız cavabdeh kassasiya şikayəti verdiyindən, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmuş hissəsinə (iddiaçının 05 fevral 1991-ci ildən 06 yanvar 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi) qiymət verir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1351/2019 saylı, 08 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərql i əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. İddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı 05 fevral 1991-ci ildən 06 yanvar 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və 15 yanvar 1997-ci ildən 30 avqust 2006-cı ilədək “X” YDM-də işləsə də, apelyasiya instansiya məhkəməsi həmin qeyri-dövlət müəssisələrinin qanunvericiliyə müvafiq qaydada hüquqi şəxs kimi dövlət qeydiyyatına alınıb alınmamasını yoxlamamışdır. Ali Məhkəmənin qərarında qeyd edilənlərlə bağlı işə təkrar baxan apellyasiya instansiya məhkəməsi qeyd edilən müəssisələrin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınıb-alınmaması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə sorğu ünvanlamış, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********220100 saylı, 22 iyul 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, idarədə olan reyestrə əsasən “xxxx” kicik müəssisəsi adı altında bir necə fərqli hüquqi şəxs qeydiyyatdan keçmişdir. Lakin “X” YDM adlı kommersiya qurumu aşkar edilməmişdir. Qeyd olunan məktuba istinad edən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçasında işlədiyi qeyd edilən "X" YDM adlı kommersiya qurumu dövlət reyestrində qeydiyyatdan kecmədiyindən, onun əmək kitabçasındakı bu müəssisə ilə bağlı əmək stajı sığorta stajı kimi qəbul edilə bilməz. Digər müəssisə yəni, “xxxx” kiçik müəssisəsinin dövlət reyestrində qeydiyyatının mövcudluğu ilə bağlı Azərbaycan Respublikası Verg ilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dəqiq təsdiq və inkaredici məlumat verilmədiyindən, həm də dəqiq məlumat veriməsi üçün həmin müəssisənin dövlət qeydiyyat nömrəsi və ya VÖEN-nin əldə etmək mümkün olmadığından əmək kitabçasındakı bu qeydi məhkəmə kollegiyası Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən mötəbər hesab edir. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının “xxxx” kicik müəssisəsində işlədiyi dövr ilə bağlı ətraflı araşdırma aparmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında onun 05 fevral 1991-ci ildən 06 yanvar 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində işlədiyi qeyd edilmişdir. Belə olan halda, apellyasiya instansi ya məhkəməsi iddiaçının işlədiyi dövrdə (05 fevral 1991-ci ildən 06 yanvar 1997-ci ilədək) fəaliyyətdə olan “xxxx” kiçik müəssisələri barədə məlumatın əldə edilməsi ilə bağlı müvafiq vergi orqanına təkrar sorğu verməli idi. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməyərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə təkrar baxan apellyasiya isntansiya məhkəməsi iddiaçının işlədiyi dövrdə (05 fevral 1991-ci ildən 06 yanvar 1997-ci ilədək) fəaliyyətdə olan “xxxx” kiçik müəssisələri barədə məlumatın əldə edilməsi ilə bağlı müvafiq vergi orqanına təkrar sorğu verməli, ətraflı araşdırma aparmaqla iddia tələbinə qiymət verməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, i ş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1768/19 saylı 04 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3541/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3541/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver