Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3544/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehnə Şöbəsinə qarşı (üçüncü şəxslər: X6, X7 və X8) iş üzrə QƏRAR (Açar söz: “atalığın müəyyən edilməsi haqqında” qeydiyyat aklarının ləğv edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil, üçüncü şəxs X1, üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə Şöbəsinə qarşı (üçüncü şəxslər: X6, X7 və X8) qeydiyyat aktının ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(1 03)-1843/2019 saylı 31 iyul 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 (1978), X6 (1982) və X7 (1984) “atalığın müəyyən edilməsi haqqında” qeydiyyat aklarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 onun atasıdır. Ögey anası Nümayəndə ilə atası arasında 1984-cü ilin iyun ayında nikah bağlanmış və 1992-ci ildə ləğv edilmişdir. Həmin nikahdan əvvəl Nümayəndə 3 uşağının- Rəşad, Aygün və Aytənin soyadları Bədəlova olsa da, sonradan onların soyadları “Mirzəquliyeva”, ata adı qrafası isə “Hüseyn” kimi qeyd edilmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-6319/17 saylı, 14 dekabr 2017ci il tarixli qərardadı ilə (hakim Tairə Əsədova) iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-524/18 saylı, 07 fevral 2018-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Üçüncü şəxs M.Aygün tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2 018-ci il tarixli, 2-1(103)-524/2018 saylı qərardadından kassasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli, 2-1(102)-2058/2018 saylı qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-55/19 saylı, 09 aprel 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, X8 (1978), X6 (1982) və X7 (1984) “atalığın müəyyən edilməsi haqqında” qeydiyyat aklarının ləğv edilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-55/19 saylı, 09 ap rel 2019-cu il tarixli qərarından üçüncü şəxslər apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1843/2019 saylı 31 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-55/19 saylı, 09 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, üçüncü şəxslərin atalığının müəyyən olunmasının qeydiyyatı hər iki valideynin ərizəsi əsasında aparılmış, iddiaçı tərəfindən akt qeydlərinin qeydiyyatının düzgün olmamasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1843/2019 saylı 31 iyul 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdi r. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə mübahisələndirilən aktlarda düzəlişlər hər hansı sənədə əsaslanmadan, qələmlə pozuntular aparılmaqla edilmişdir. Bundan əlavə, işə baxan məhkəmə qeydiyyat jurnalını tələb etməli idi. Kassator İPM-nin 12, 14, 60, 90, 91-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 7, 11, 46, 58, 61, 63, 67-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1843/2019 saylı 31 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etmə mişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7, X4 nümayəndəsi Nümayəndə vəkilsiz təmsil olunduğundan işə onların izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1173/2019 saylı 15 may 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 18.10.1978-ci il tarixli doğum aktı qeydinə əsasən X9 17.08.1978-ci il tarixdə, 29.12.1982-ci il tarixli doğum aktı qeydinə əsasən X16 07.10.1982-ci il tarixdə, 12.10.1984-cü il tarixli doğum aktı qeydinə əsasən X13 04.08.1984-cü il tarixdə anadan olmuşdur. Daha sonra 1988-ci ildə müvafiq olaraq 67, 68, 69-cu il tarixli “atalığı müəyyən etmək haqqında akt qeyd”lərinə əsasən hər birinin atası “X3”, soyadları “Mirzəquliyev(a)” qeyd edilmişdir. Hazırkı iş üzrə iddiaçı sözügedən akt qeydlərinin ləğv edilməsini tələb edir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə ə sasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə işə baxan aşağı instansiya məhkəmələri iddianın mümkünlük şərtlərini yoxlamadan, yəni iddia müddətinə iddiaçı tərəfindən riayət edilməsi məsələsinə qiymət vermədən mahiyyəti üzrə işə baxıb qərar qəbul etmişlər. Belə ki, iddiaçının mübahisələndirdiyi akt qeydləri 1988-ci il tarixdə tərtib olunmuşdur. Bundan əlavə, X3 30.06.2008-ci il tarixdə vəfat etmiş, bundan sonra vərəsəlik işi açılmış və tərəflər arasında bununla bağlı məhkəmə mübahisələri olmuş, başqa sözlə iddiaçı üçüncü şəxslərin ata adlarının onun atası ilə eynilik təşkil etməsindən məlumatlı olmuş, bununla belə hazırkı iddia tələbi ilə 13.11.2017-ci il tarixdə məhkəməyə müraciət etmiş, yəni qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Beləliklə, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı iddia müddəti ötürüldüyündən iddiaya mahiyyəti üzrə baxılması barədə apellyasiya instansiya məhkəməsinin qərarı yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə ziddir. İPM-nin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İPM-nin 35.3-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərar dad qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1843/2019 saylı 31 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə Şöbəsinə qarşı “X4 (1978), X2 (1982) və X1 (1984) “atalığın müəyyən edilməsi haqqında” qeydiyyat aklarının ləğv edilməsi barədə” iddia tələbi mümkün sayılmasın.
Məhkəmə qərarları › İş №2-1(102)-3544/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3544/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver