Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3545/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar söz: texniki pasportun və çıxarışın verilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Məhəmməd Qadaşlının, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı texniki pasportların və çıxarışların verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-n ın 26 sentyabr 2019-cu il tarixli 2-1(103)-2338/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 04 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, 11 dekabr 2019-cu il tarixdə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinəqarşı Səbail rayon İcra Hakimiyyətinin nəzdində X2 İdarələrarası Komisiyanın 07.11.2017ci il tarixli, N-B-28/2- 091 /2-t-1 saylı aktına, Səbail rayon İcra Hakimiyyətinin 105 saylı 22.07.2018ci il tarixli Sərəncamına əsasən, mülkiyyətində olan ünvan 1 ünvanındakı (ümumi sahəsi 83,3 kv.metr hesab olunmaqla), mülkiyyətində olan ünvan 2 ünvanındakı (ümumi sahəsi 86,4 kv.metr hesab olunmaqla) mənzillərinə dair tərtib olun muş eskiz sxemlərə uyğun texniki pasportların və çıxarışların verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, xxx ünvanında yerləşən mənzillər iddiaçının xüsusi mülkiyyətində olan əmlaklardır. Həmin mənzilləri o, 01.12.2010-cu il tarixli “Mənzil dəyişmə müqaviləsi”nə əsasən vətəndaş X1 ilə özünə məxsus olmuş mənzillərlə onun ünvan 4 ünvanda yerləşən mənzillərini dəyişməklə əldə etmişdir. Dəyişmə müqaviləsinə əsasən həmin mənzillərə dair cavabdeh tərəfindən ona MA0146552 saylı və MA ******* saylı çıxarışlar verilmiş və əmlakları dövlət reyestrində qeydə alınmışdır. O, həmin mənzillər üzərində mülkiyyət hüququ əldə etməmişdən öncə əvvəlki mülkiyyətçi hər iki mənzil bir-biri ilə bitişik olduğundan mənzilləri təmir etdirmiş, daxildə rekonstruksiya işləri aparmış, yüngül konstruksiyalı quraşdırma işləri görməklə bir mənzilin bir hissəsini digər mənzilin bir hissəsi ilə birləşdirmişdir. Əvvəlki mülkiyyətçinin apardığı təmir və rekonstruksiya işlərindən sonra ümumi sahəsi ilkin olaraq 13 kv.metr olan xxx ünvandakı mənzilin sahəsi 83,3 kv.metr olmuş, ümumi sahəsi ilkin olaraq 124,5 kv.metr olan xxx ünvandakı mənzilin sahəsi 86,4 kv.metr olmuşdur. O, dəyişdirmə müqaviləsi bağlayıb, mənzillər onun adına rəsmiləşdikdən sonra həmin mənzillərə dair mövcud vəziyyətdə texniki pasportların və yeni çıxarışların verilməsi barədə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciə t etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi 24.05.2014-cü il tarixli məktubu ilə müraciətindən, aparılmış dəyişikliklərə dair hüquqmüəyyənedici sənədin təqdim olunmadığı əsaslarına görə mövcud vəziyyətdə həmin mənzillərin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin 105 saylı Sərəncamının təsdiq olunmuş surətini, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin nəzdində X2 İdarələrarası Komisiyanın N-B-28/2-091 /2-t-1 saylı aktının surətini, tərtib olunmuş eskiz sxemləri və sair sənədləri əlavə etməklə təkrar cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə mövcud vəziyyətdə Səbail Rayon İcra Hakimiyyətinin sərəncamında mənzillərin qeyd olunan sahələrə uyğun texniki pasportların və çıxarışların verilməsi üçün müraciət et mişdir. Cavabdeh 01.08.2018-ci il tarixli məktubu ilə müraciətinə mənzilə istismara icazə sənədinin və texniki rəyin (komissiyanın aktını) təqdim olunmamasına əsaslanaraq mülkiyyətində olan əmlakların üzərində hüquqların dövlət qeydiyyatına alınmasından təkrar imtina etmişdir. Növbəti dəfə təkrar müraciətinə cavab olaraq cavabdeh qanunsuz olaraq ərizənin təmin olunmasından imtina etmiş, sənədləri geri qaytarmışdır. Lakin geri qaytarılan sənədlərinə təqdim etdiyi sərəncamın təsdiq olunmuş surətini və aktın surətini geri qaytarmamışdır. Hansı ki, imtinasında həmin sənədlərin olmamasını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin 05.07.2019-cu il tarixli iş № 2-1(81)-2395/2019, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olun an qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 05.07.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 26.09.2019-cu il tarixli iş № 2-1(103)-2338/2019 (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərarı iləbirinci instansiya məhkəməsinin 05.07.2019-cu il tarixli qərarınındəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, xxx mənzi l təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən sözügedən ünvanda yerləşən mənzil 1 otaqlı, yaşayış sahəsi 13,0 kvadrat metr, ümumi sahəsi 83,3 kvadrat metrdir. Lakin faktiki olaraq mənzil 2 otaqlı, yaşayış sahəsi 52,1 kvadrat metr, ümumi sahəsi 87,8 kvadrat metr təşkil edir. Bundan başqa, mənzilin daxilində yenidənqurma işləri aparılaraq bir hissəsi qonşu mənzillə birləşdirilmişdir və dəhliz və pilləkən sahəsi, həmçinin mənzilin qarşısında əlavə 23,2 kvadrat metr sahə dəmir torla hasarlanaraq tərəfindən istifadə edilməkdədir. Həmin torpaq sahəsi binanın ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərinə məxsus sahədir. Həmçinin, müvafiq mənzildə aparılmış yenidənqurma işlərinə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş istismarına icazə sənədi və texniki rəy təqdim edilm əmişdir. Bundan əlavə, Bakı şəhəri,xxxsaylı mənzil təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən sözügedən ünvanda yerləşən mənzil 4 otaqlı, yaşayış sahəsı 89,5 kvadrat metr, ümumi sahəsi 124,5 kvadrat metrdir. Lakin faktiki olaraq mənzil 3 otaqlı, yaşayış sahəsi 58,9 kvadrat metr, ümumi sahəsi 88,0 kvadrat metr təşkıl edir. Bundan başqa, mənzilin daxilində yenidənqurma işləri aparılaraq bir hissəsi qonşu mənzillə birləşdirilmişdir və mənzilin qarşısında əlavə 23,2 kvadrat metr sahə dəmir torla hasarlanaraq tərəfindən istifadə edilməkdədir. Həmin torpaq sahəsi binanın ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərinə məxsus sahədir. Həmçinin, müvafiq mənzildə aparılmış yenidənqurma işlərinə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş istismarına icazə sənədi və texniki rəy təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakin dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti ilə razılaşdırılmaqla müvafiq sərəncam əsasında həyata keçirilir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərb aycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın 2-ci bəndində qeyd olunur ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini 01 avqust 2018-ci il tarixdən sonra (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X3 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikasının Şəhərsalm a və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.7-1.2.1-ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə məhkəmə tərəfindən üçüncü şəxs qis mində tərəf kimi cəlb edilməli və ekspertiza təyin edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2338/2019 saylı qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəm əsinin Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili M.Qadaşlı kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da, onun vəkili M.Qadaşlınınçıxışına uyğun izahat verərə k, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 26 sentyabr 2019 -cu il tarixli, 2-1(103)-2338/2019 saylı qərarla, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2019-ci il tarixli, 2-1(81)-2395/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Mənzil Məcəlləsinin 23.2, 24.1, 24.5, 24.6, 26.1, 26.2-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.3, 34.1, 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin 05 iyul 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, işdə olan qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 201 7-ci il tarixli, 2-1(81)-3348/2017 saylı qərarından göründüyü kimi İddiaçı cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, xxx nömrəli mənzilə və Bakı şəhəri, xxx nömrəli mənzilə dair tərtib edilmiş eskiz sxemlərə uyğun müvafiq sərəncamın verilməsi vəzifəsinin Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, xxx nömrəli mənzilə dair tərtib edilmiş eskiz sxemlərə uyğun müvafiq sərəncamın verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsi Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Həmçinin işdə olan Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının “Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2-1(81)-3348/2017 saylı qərarının icra edilməsi haqqında” 02 fevral 2018-ci il tarixli 22 saylı sərəncamından görünür ki, həmin sərəncamda göstərilir ki, “Aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, xxx və 13/14 saylı mənzillərin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 22 dekabr 2010-cu il tarixli, Seriya MA ******* saylı, Çıxarışında ümumi sahəsi 13,0 kvadrat metr və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 30 dekabr 2010-cu il tarixli, Seriya MA ******* saylı Çıxarışında ümumi sahəsi 124,5 kvadrat metr olmaqla həqiqətən İddiaçı mülkiyyətindədir. Yerində aparılmış yenidən ölçmə z amanı məlum olmuşdur ki, xxx və 13/14 saylı mənzilinin ümumi sahəsi 169,7 kvadrat metr olmaqla İddiaçı istifadəsindədir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3348/2017 saylı 08 iyun 2017-ci il tarixli qərarını, Səbail rayon İcra Hakimiyyətı nəzdində X2 İdarələrarası Komissiyanın B-28/2-091/2-t/1 saylı, 07 noyabr 2017-ci il tarixli rəyini, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23 və 24 maddələrini və Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 6.8-ci maddəsini rəhbər tutaraq qərara alıram:
1. Səbail Rayon İcra Hakimiyyəti nəzdində X2 İdarələrarası Komissiyanın B-28/2-091/2-t/1 saylı, 07 noyabr 2017-cı il tarixli aktı təsdiq edilsin. 2. xxx və 13/14 saylı mənzilləri birləşdirərək ümumi sahəsi 169,7 kvadrat metr hesab edilsin.
3. Sərəncamın surə tləri vətəndaş İddiaçı, Səbail rayon Polis İdarəsinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilsin». Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti nəzdində X2 İdarələrarası Komissiyanın 07 noyabr 2017-ci il tarixli, B-28/2091/2-t/1 saylı aktına əsasən komissiya üzvlərinin iştirakları ilə İddiaçı mülkiyyətində olan mənzilin ölçülərinin dəqiqləşdirilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2-1(81)-3348/2017 saylı qərarı əsasında yerində ölçmə işlərinin nəticəsinə baxılmış və komissiya tərəfindən xxx saylı mənzilin ümumi sahəsi 83,3 kvadrat metr və xxx saylı mənzilinin ümumi sahəs i 86,4 kvadrat metr hesab edilmişdir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 22 iyun 2018-ci il tarixli, 105 saylı sərəncamına əsasən Səbail rayon İcra Hakimiyyəti nəzdində X2 İdarələrarası Komissiyanın 07 noyabr 2017-ci il tarixli, B-28/2-091/2–t/1 saylı aktı təsdiq edilmiş, xxx saylı mənzilin ümumi sahəsi 83,3 kvadrat metr hesab edilmiş, Səbail rayonu, xxx saylı mənzilinin ümumi sahəsi 86,4 kvadrat metr hesab edilmiş, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 2018-ci il tarixli, 22 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş İddiaçı məxsus Bakı şəhəri, xxx saylı binanın 1-ci mərtəbəsində yerləşən 17 saylı mənzilin eskiz sxeminə əsasən mənzilin ümumi sahəsi 83,3 kvadrat metr təşkil edir. Eskiz sxem Səbail rayon İcra Hakimiyyəti tərəfindən 22 iyun 2018-ci il tarixdə razılaşdırılmışdır. Bundan əlavə, “xxxx” MMC tərəfindən tərtib edilmiş İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, xxx saylı mənzilin eskiz sxeminə əsasən mənzilin ümumi sahəsi 86,4 kvadrat metr təşkil edir. Eskiz sxem Səbail rayon İcra Hakimiyyəti tərəfindən 22 iyun 2018-ci il tarixdə razılaşdırılmışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçıya ünvanlanmış 17 sentyabr 2018-ci il tarixli, 3HOB-16/4–091/4 saylı məktubuna əsasən iddiaçının xxx mənzillərin ölçülərinin dəqiqləşdirilməsinə dair texniki rəy verilməsi barədə Səbail rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətinə baxılmış, qaldırdığı məsələ ilə bağlı ona Səbail rayon İcra Hakimiyyəti Başçısının 22 iyul 2018-ci il tarıxli, 105 saylı sərəncamı və Səbail rayon İcra Hakimiyyətinin nəzdində X2 İdarələrarası Komissiyasının 07 noyabr 2017-ci il tarixli, B-28/2091/2-t/1 saylı rəyi verildiyi bildirilmişdir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olan mənzillərin yenidən planlaşdırılması ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərdə müvafiq dəyişikliklərin aparılmasını xahiş etmiş, cavabdeh orqan tələbin təmin edilməsindən imtinasında mənzillərin faktiki ölçülərinin hüquq müəyyənedici sənədlərə uyğun olmadığını, binanın ümumi paylı mülkiyyətçilərinin pa ylı mülkiyyətində olan 23,2 kvadrat metr sahəsinin zəbt edildiyini, istismara icazə sənədi və texniki rəy təqdim edilmədiyini göstərmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması ilə bağlı qaydalar Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlə rinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 24.5-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etd iyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.6cı maddəyə əsasən bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə müvafiq olaraq yaşayiş sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılma sı məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanının 1.4-cü bəndinə əsasən Mənzil Məcəlləsinin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, «İstinad edilən normaların tələblərindən göründüyü kimi yaşayış sahəsi yenidən planlaşdırıldıqda daşınmaz əmlakın dövlət reyestrində müvafiq dəyişikliklərin qeydə alınması üçün yer li icra hakimiyyəti orqanının qərarı və yerli icra hakimiyyəti orqanının yaratdığı qəbul komissiyasının aktı tələb olunur. Hazırkı halda iddiaçı tərəfindən qanunla tələb edilən hər iki sənəd (Səbail rayon İcra Hakimiyyəti nəzdində X2 İdarələrarası Komissiyanın 07 noyabr 2017-ci il tarixli, B-28/2-091/2-t/1 saylı aktı və Səbail rayon İcra Hakimiyyətinin Başçısının 22 iyun 2018-ci il tarixli, 105 saylı sərəncamı) təqdim edildiyi halda cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatında müvafiq dəyişikliyin həyata keçirilməsindən imtina edilməsi əsassız olmuşdur». Bu arada qeyd edilməlidir ki, cavabdehin “şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanının 2-ci bəndinə müvafiq olaraq Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsinin 01 avqust 2018-ci il tarixdən sonra (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X3 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilməsi, başqa sözlə iddiaçıya sözügedən icazələrin Səbail rayon İcra Hakimiyyəti tərəfindən deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməsinin gərəkliyi barədə dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, iddiaçıya sözügedən icazələr S əbail rayon İcra Hakimiyyəti tərəfindən 01 avqust 2018-ci il tarixə qədərki dövrdə verilmişdir, yəni, həmin dövrdə Səbail rayon İcra Hakimiyyəti adıçəkilən səlahiyyətlərə malik idi. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2-1(103)2338/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2338/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hak