Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3546/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3546/19) Bakı şəhəri 04 dekabr 2019-cu il Açar söz: evin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi 04.12.2019 Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı evin ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilmə si tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 03 oktyabr 2019-cu il tarixli 2-1(103)-2342/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 04 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı ünvan 1 ünvanında yerləşən birmərtəbəli evin nənəsi X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təxminən 1900-cü ildə iddiaçının babası və nənəsi ünvan 4 saylı birmərtəbəli evi i nşa edərək orada yaşamışlar. Kənd sovetində həmin ev iddiaçının nənəsi X4 adına qeydiyyata alınmışdır. Həmin evdə iddiaçının anası anadan olmuş, iddiaçının anası və atası ailə qurduqdan sonra həmin evdə yaşamışlar. 1989-cu ildə nənəsi, sonrakı illərdə isə valideynləri vəfat etmiş, hazırda həmin evdə iddiaçı tək yaşayır. Bakı şəhəri 31 saylı notariat kontoruna ərizə ilə müraciət edərək, fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, vərəsəlik işi açılmış və iddiaçı vərəsə kimi tanınmışdır. 31 saylı notariat kontorunun xüsusi notariusu DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək icraatında olan vərəsəlik işi ilə əlaqədar əmlaka dair çıxarışın verilməsini xahiş etmiş, lakin məktuba cavab verilmədiyindən iddiaçı özü ərizə ilə müraciət etmiş, ca vabdehin 14.08.2018-ci il tarixli **********01 nömrəli və 10.10.2018-ci il tarixli **********97 nömrəli cavab məktubları ilə ona imtina edilmişdir. Sonradan iddiaçı Bakı şəhəri, xxx ünvanında yerləşən birmərtəbəli evin nənəsi X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi barədə ərizə ilə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdehin 28.02.2019-cu il tarixli, **********67 saylı cavab məktubu ilə ona imtina edilmiş və bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilmədiyindən tələbi təmin edilmir. Birinci instansiya məhkəməsinin 13.06.2019-cu il tarixli iş № 2-1(82)-1684/2019, (sədrlik edən hakim X.İmanov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 13.06.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03.10.2019-cu il tarixli iş № 2-1(103)-2342/2019 (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi,birinci instansiya məhkəməsinin 13.06.2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini o nunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının qərarı ümumiyyətlə məhkəmə predmetinə aid olmayan, iddia tələbindən tam kənara çıxaraq, öz qərarında mübahisə predmeti olmadığı gələcəkdə bir otaqlı evin köməkçi otağın ikinci otaq kimi layihədə qeyd edilməsini əsas tutaraq, fakta və sübutlarla təsdiq edilmədən, maddi prosessual normalarını kobud surətdə pozaraq, birinci instansiya məhkəməsinin qərarını əsas olmadan ləğv edib və mübahisə predmeti olmayan layihədə ikinci otağın mövcud olmadığı halda həmin otağın qeydə alınması barədə və üçüncü şəxsləri həmin mübahisəyə məcburi cəlb edilməsinə dair tövsiyə edərək, prosessual hüquq normalarını pozaraq mövcud olmayan ikincı otağın olub- olmaması barədə öz fikrini bildirmiş və buna dair qərarda hüquqi qiym ət vermişdir. Halbuki, məhkəmə mübahisə predmetindən tam kənara çıxaraq məhrum anasına məxsus olan evi miras əmlakı kimi qəbul edilməsində onun Konstitusiya və Mülkü hüquqlarını kobud surətdə pozaraq cavabdeh tərəfindən ona arayışın verilməsində qanunu pozulmasında açıq-aşkar qəbul edilən qərarı ilə nümayiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 3 ünvanlanmış 05 fevral 2019-cu il tarixli 80 saylı məktubda qeyd edilmişdir ki, Bakı şəhəri 31 saylı notariat ofisinə 09 yanvar 1989-cu il tarixdə vəfat etmiş X2 evin texniki pasportu əsasında Bakı şəhəri, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ev 9A dair vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. Sonda icraatında olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair çıxarış verilməsinə etiraz edilmədiyi qeyd olunmuşdur. Həmçinin 01 avqust 2006-cı il tarixli 227 nömrəli arayışda qeyd edilmişdir ki, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi 9A saylı ev (mərhum) X6 tərəfindən tikilmiş və onun xüsusı əmlakıdır. Bakı şəhər Əzizbəyov rayon İcra hakimiyyəti başçısının 30 yanvar 2007-ci il tarixli 46 saylı sərəncamından müəyyən edilir ki, xxx "A” tikilisi bir yaşayış otağı 12,9 kvadrat metr, köməkçi sahə 14,7 kvadrat metr torpaq sahəsində tövlə 16,7 kvadrat metr, ayaqyolu 1,8 kvadrat metr, cəmi torpaq sahəsi 255 kvadrat metr sahədən ibarət olan 9A saylı mümkün mərhum X4 adına mülkün qeydiyyat vəsiqəsi verilməsi, əlavə və dəyişikliklərin mülkün texniki pasportuna qeydə alınması DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xahiş edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Apelyasiya məhkəməsinin qərarında cavabdeh Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin imtina ərizəsində və apelyasiya şikayətində mübahisəli evə dair arayışın verilməsi ilə bağlı məhz torpaq sənədlə mövzuya ümumiyyətlə heç bir hüquqi qiymət verməmiş və bu barədə qərarında onların imtina ərizədə göstərilən dəlilərlə bağlı bir kəlmədə olsa qərarda göstərməmişdir. Belə olan halda cavabdehin imtina ərizəsində göstərilən dəlilərlə bağlı qanuni olub-olmaması barədə məhkəmə hüquqi qiymət verilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2342/2019 saylı qərarını ləğv edib, iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.10.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalar ına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 03 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2342/2019 saylı qərarla, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2-1(82)-1684/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının iddiasının rədd edilməsi qənaətinə gələrkən, Mənzil Məcəlləsinin 23.1, 23.2, 24.1, 26.1, 2 6.2-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.3, 34.1, 87.6-cı maddələrinə istinad etməklə belə hesab etmişdir ki, xxx saylı ünvanda yerləşən evin mövcud vəziyyətdə ilkin hüquqi qeydiyyata alınmasından cavabdehin imtinası qanuni olduğundan iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 03 oktyabr 2019-cu il tarixli qərarla və həmin qərardan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan di gər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəni həll edən istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin yuxarıda göstərilmiş maddələrini tələblərinə riayət etməmişlər. Belə ki, ilk olaraq qeyd edilməlidir ki, işin 6–8-ci səhifələrində olan iddianın mümkün sayılmaması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərardadından göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 saylı birmərtəbəli ev üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və torpaq sahəsinin mülkiyyət hüququnun tanınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərardadda deyilir ki, aşağıdakı əsaslara görə iddia mümkün hesab edilmir. Belə ki, iş materiallarından məl um olur ki, iddiaçı 09 yanvar 1989-cu ildə vəfat etmiş X1 miras qalmış, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə dair daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin miras əmlak üzərində onun qanun və ya vəsiyyət üzrə vərəsə olmasını təsdiq edən sənədi (vərəsəlik hüququ haqqında şəhadətnamə) məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan ö ldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. Daha sonra həmin qərardadda göstərilir ki, “Odur ki, iddiaçıya izah edilir ki, ilk növbədə miras əmlakın ünvan 5 ünvanında yerləşən torpaq sahəsinə hüququ olmuş 09 yanvar 1989-cu ildə vəfat etmiş X3 adına müvafiq arayışın verilməsi barədə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciət etməlidir. Bundan sonra həmin arayış əsasında adına vərəsəlik sənədləri verilmiş şəxs hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi ilə bağlı qeydiyyat orqanına müraciət edə bilər“. Beləliklə yuxarıda qeyd edilmiş səbəblərə g örə iddiaçının sözügedən iddiası mümkün sayılmamışdır. Göründüyü kimi, iddiaçının həmin iddiasının mümkün sayılmamasının səbəblərindən biri onun miras əmlak üzərində qanun və ya vəsiyyət üzrə vərəsə olmasını təsdiq edən sənədi (vərəsəlik hüququ haqqında şəhadətnamə) təqdim edə bilməməsi olmuşdur. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yenə də “vərəsəlik hüququ haqqında şəhadətnamə”ni təqdim etməmiş, sadəcə Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu xxxun eyni məzmunlu 04 iyul 2018-ci il və 05 fevral 2019-cu il tarixli cavabdehə ünvanladığı məktubları təqdim etmişdir ki, həmin məktublarda iddiaçının X1 qalmış Bakı şəhəri, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 9A-ya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi İddiaçı ərizəsinin qəbul edilməsi və vərəsə kimi tanınması göstərilmişdir. Bu arada qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində isə deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin istər birinci instansiya məhkəməsi, istərsə də a pelyasiya instansiyası məhkəməsi işin sözügedən halını nəzərə almamışdır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 01 aprel 2019-cu il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən birmərtəbəli evin anası X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 13 iyun 2019-cu il tarixli qərarında iddiaçının sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, həmin ün vanda yerləşən birmərtəbəli evin nənəsi X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etdiyini göstərsə də, iş materiallarında adıçəkilən ərizə mövcud deyildir. Halbuki bu prosedur İnzibati Prosessual Məcəllənin 54-cü maddəsinin tələbləri çərçivəsində həyata keçirilməlidir. Lakin məhkəmələr tərəfindən buna da riayət edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia ərizəsində irəli sürdüyü tələblə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin müddəaları baxımından, apelyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi Mənzil Məcəlləsinin 23.1, 23.2, 24.1, 26.1, 26.2-ci maddələrinin nə kimi hüquqi əlaqələrinin olmas ını və ümumiyyətlə sözügedən maddi hüquq normalarının mübahisəyə aidiyyətinin hansı dərəcədə olmasını göstərməmiş, buna dair hüquqi şərh verməmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin düzgün həll olunmasında xüsusi əhəmiyyətə malik “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. B eləliklə, müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir, yəni, burada çox mühüm məsələ ondan ibarətdir ki, sözügedən arayış ölmüş şəxsin qanun və ya vəsiyyət üzrə vərəsəsinə verilir. Məlum olduğu kimi isə, şəxsin qanun və ya vəsiyyət üzrə vərəsə olması vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir (“Notariat haqqında” Qanunun 57–60-cı maddələri). Yuxarıda isə artıq göstərildiyi kimi, iddiaçının adına işdə belə bir şəhadətnamə mövcud deyildir. Lakin hazırkı mübahisəni həll etmiş məhkəmələr bunu İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbləri baxımından araşdırmamış və nəticə etibarı ilə də həmin məsələyə hüquqi qiymət verməmişlər. X9 Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması ü çün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, sübutların çox sayda araşdırılması tələb olunduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli, 21(103)-2342/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3546/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3546/2019
04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver