Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-355/2019 16.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-355/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 16 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Abbasov Abbas Kazım oğlunun, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraj sahəsinin dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının 2018-ci il 27 sentyabr tarixli 2-1(103)-2071/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ilə x2 arasında qaraj sahəsinin iddiaçıya verilməsi barədə 2014-cü il 5 fevral tarixli müqavilə bağlanmışdır. x2 təsisçilərinin Ümumi Yığıncağının 2017-ci il 16 noyabr tarixli iclasının protokol-qərarına əsasən, iddiaçı kooperativin üzvlüyünə qəbul olunmuş, ünvan 1 mərtəbəsində yerləşən, ümumi sahəsi 19,25 kv.m olan 89 nömrəli qaraj sahəsinin payçısı olması təsdiq edilmiş və MTK tərəfindən ona pay haqqının tam ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2012-ci il 25 iyun tarixli, 259 nömrəli Sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul Komissiyasının aktına əsasən ünvan 2 2 ədəd 15 mərtəbəli və 1 ədəd 13 mərtəbəli binalar istismara qəbul edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1mərtəbəsində yerləşən, ümumi sahəsi 19,25 kv.m olan 89 nömrəli qaraj sahəsinə dair ilkin texniki pasportun tərtib edilməsini, ünvan və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 1 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim olunmuş sənədlərdə qeyri-yaşayış sahəsinin ünvanı ünvan 2 göstərilsə də, faktiki olaraq qeyri-yaşayış sahəsinin yerləşdiyi yaşayış binasına dair qəbul komissiyasının aktında ünvan 2 ünvan qeyd edilmişdir. Həmin sənədlərdə uyğunsuzluq mövcuddur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İdarəyə daxil olmuş 2-2(82)-264/2017 nömrəli icra vərəqəsinə əsasən, borc tələbinin x2-ya məxsus daşınar və daşınmaz əmlaklara, həmçinin, bank hesablarındakı pul vəsaitlərinə, o cümlədən, MTK-nın istifadəsində olan ünvan 2 yerləşən 0,63 ha torpaq sahəsi üzərində istifadə hüququna yönəldilməsi qət edilmişdir. İddiaçı 2018-ci il 30 mart tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2018-ci il 1 mart tarixli imtinasının qanunsuz hesab olunmasını və ünvan 1mərtəbəsində yerləşən, ümumi sahəsi 19,25 kv.m olan 89 nömrəli qaraj sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1mərtəbəsində yerləşən, ümumi sahəsi 19,25 kv.m olan 89 nömrəli qaraj sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçı mübahisəli qaraj sahəsini payçısı olduğu x2-dan tam dəyərini ödəyərək almışdır. Hal-hazırda həmin qaraj onun sahibliyində və istifadəsindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 4 iyun tarixli 2-1(81)-2257/2018 nömrəli qərarıilə iddia təmin edilmiş, ünvan 1mərtəbəsində yerləşən, ümumi sahəsi 19,25 kv.m olan 89 nömrəli qaraj sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli qaraj sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 sentyabr tarixli 2-1(103)-2071/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhk əməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 22 oktyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 22 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22(82)-264/2017 nömrəli icra vərəqəsi İdarə tərəfindən icra edilərək mübahisəli qeyriyaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binası yerləşən 0,63 ha torpaq sahəsi üzərində istifadə hüququ 2018-ci il 1 fevral tarixdə x3, 2018-ci il 12 aprel tarixdə isə x4-nin adına dövlət reyestrində qeydiyyata alınmışdır. İş in obyektiv araşdırılması məqsədilə x3, x4, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1, 23-cü maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edər ək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilə r... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);... x2 təsisçilərinin Ümumi Yığıncağının 2017-ci il 16 noyabr tarixli iclasının protokolqərarına əsasən, iddiaçı kooperativin üzvlüyünə qəbul olunmuş, ünvan 1mərtəbəsində yerləşən, ümumi sahəsi 19,25 kv.m olan 89 nömrəli qaraj sahəsinin payçısı olması təsdiq edilmiş və MTK tərəfindən ona pay haqqının tam ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Cavabdeh kassasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki,təqdim olunmuş sənədlərdə qeyri-yaşayış sahəsinin ünvanı “ünvan 2” göstərilsə də, faktiki olaraq qeyriyaşayış sahəsinin yerləşdiyi yaşayış binasına dair qəbul komissiyasının aktında “ünvan 2” ünvan qeyd edilmişdir. Həmin sənədlərdə uyğunsuzluq mövcuddur. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2012-ci il 25 iyun tarixli, 259 nömrəli Sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul Komissiyasının aktında Bünvan 2 2 ədəd 15 mərtəbəli və 1 ədəd 13 mərtəbəli binaların istismara qəbul edilməsi təsdiq olunur. Göründüyü kimi, mübahisəli qaraj sahəsinin yerləşdiyi “7 saylı” bina istismara qəbul olunmuş binalar sırasındadır. Cavabdehin digər dəlili ondan ibarətdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İdarəyə daxil olmuş 2-2(82)-264/2017 nömrəli icra vərəqəsinə əsasən borc tələbinin x2-ya məxsus daşınar və daşınmaz əmlaklara, həmçinin, bank hesablarındakı pul vəsaitlərinə, o cümlədən, MTK-nın istifadəsində olan ünvan 2 yerləşən 0,63 ha torpaq sahəsi üzərində istifadə hüququna yönəldilməsi qət edilmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdehin özünün də qeyd etdiyi kimi həmin məhkəmə aktı ilə məhz x2-ya məxsus əmlaklar məhdudiyyətə məruz qalmışdır. İddia olunan qaraj 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-264/ 2017 nömrəli məhkəmə aktından öncə - 2014-cü il 5 fevral tarixdə bağlanmış müqaviləyə əsasən sifarişçinin (alıcının) sahibliyinə verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 sentyabr tarixli 2-1(103)-2071/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-355/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-355/2019
16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver