Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-355/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı1 və qeyrilərinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sərəncamın ləğv edilməsi GİRİŞ HİSSƏ 04.03.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, İddiaçı6 və vəkili X5; cavabdeh İcra Hakimiyyətinin vəkili iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və “xxxx” MTK-ya qarşı sərəncamın ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 Sarı qızı, İddiaçı9, İddiaçı10, İddiaçı11 Məmmədağa oğlu, İddiaçı12, İddiaçı13 Məmmədəli qızı, X6, İddiaçı15 Ağaşir oğlu, X3, İddiaçı17 və İddiaçı18 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti, 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 360 saylı sərəncamının və onun əsasında verilmiş 35 saylı xx.xx.2017-ci il tarixli obyektin tikintisinə İcazə sənədinin və xx.xx.2018-ci il tarixli 241 saylı “İikinti işlərinə başlanması üçün əsas olan xüsusi nişan”ın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakim Ş.Süleymanova; iş No 2-1(81)-1095/2019) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən İ.Əhmədov, hakimlər S.Seyidova və V.Məmmədov; iş № 2-1(103)-1787/2019) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi; iddianın mümkün sayılmaması; iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərar a alınmışdır. Həmin qərardaddan İddiaçı6 kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı6 kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla iş üzrə əsassız və qanunsuz yekun qərardad qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı6 vəkili E.Abdullayev kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı6 vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İcra Hakimiyyətinin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə digər iddiaçıdarın, 3-cü şəxslər MTK və Komitənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayətləri təmin edilmədən, a pellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iş materiallarında olan Bakı şəhər X8 İcraiyyə Komitəsinin 88 saylı xx xxxxxx 1975-ci il tarixli qərarı ilə L.Şmit küçəsi 666-cı məhəllə və Xarici Dairəvi küçəsi 1408-ci keçid, 3169-cu məhəllə ünvanda yerləşən sahəsi 0,1 ha olan 4 saylı torpaq sahəsi yaşayış binasının tikintisi üçün “xxxx” MTK-nın istifadəsinə ayrılmışdır. İşin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 157 nömrəli xx.xx.2005-ci il tarixli Sərəncamı ilə İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 237 nömrəli sərəncamının “xxxx-h” MTK-ya icarə əsasında torpaq sahəsi ayrılması barədə 5-ci bəndi ləğv edilmiş,AAAAAAAAAA torpaq sa həsi icarə əsasında yaşayış binasının layihələndirilməsi və tikintisi üçün “ xxxx” MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ZZZZZZZZZZZZZZ ha torpaq torpaq sahəsinin A№ 226089 xx.xx.2018-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsinə dair “xxxx” MTK-nın icarə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriya № ******* xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004- cü ıl tarixli, 237 saylı sərəncamının 5-ci bəndi, xx.xx.2005-ci il tarixli, 137 saylı, 01.08. 2008-ci il tarixli, 425 saylı sərəncamları, 11574 saylı inşaat pasportu, AR Fövqəlaqə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2014-cü il tarixli, 18455 nömrəli rəyi nəzərə alınaraqQQQQQQQQQQ tikintisi nəzərdə tutulan əlavə yaşayış binasının təqdim olunmuş yeni işçi layihəsinə baxılaraq (1 gırişli 17 mərtəbəli+çardaq, 1-ci mərtəbəsi -qeyrı-yaşayış sahəsi, zirzəmi mərtəbəsiyeraltı avtodayanacaq) onun memarlıq hissəsi razılaşdırılaraq tikinti işlərinə başlanması üçün əsas olan xx.xx.2018-ci il tarixli 241 saylı xüsusi nişan verilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiy a məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, inzibati prosessual qanunvericiliyə görə, qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması üçün iddianın predmet və subyekt baxımından əsaslandırılması, başqa sözlə, iddianın ona cavab verən şəxsə qarşı qaldırılması, iddiada irəli sürülən tələbin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması (Azərbaycan Respublikası İPM-nin 2.2-ci maddəsi), irəli sürülən tələbin inzibati orqanın fəaliyyəti ilə bağlı olub-olmaması və sair cəhətdən əsaslandırıldığı halda onun inzibati məhkəmə icraatı mümkün sayıla bilər. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra — inzibati mü bahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarına gö rə, i, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati o rqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Apellyas iya icraatı zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X9 Qeydiyyatı İdarəsinə məhkəmə sorğusu verilərək «xxxx» MTK və “xxxx” MTK-nın hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçməməsi, ləğv və ya yenidən təşkil olunması halında isə hüquqi varisi barədə məlumatları məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Həmin idarədən məhkəməyə daxil olan xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, “idarədə olan reyestrdə «xxxx» MTK və “xxxx” MTK-nın hüquqi şəxs kimi qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Apellyasiya baxışı zamanı isə məhkəmə iclasında çıxış edən iddiaçılar İddiaçı4, İddiaçı6, İddiaçı7 hazırki iş üzrə məhz “xxxx” MTK-nın adından çıxış etdiklərini və MTK-hüquqlarını müdafiə etdiyi bildirmişlər. Göründüyü kimi, “xxxx” MTK-nın mövcud olmaması Azərbayc an Respublikası Vergilər Nazirliyi yanında X9 Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə daxil olmuş məktubla öz təsdiqi tapdığından hazırki iddia tələbi ilə iddiaçıların mövcud olmayan MTK adından verdikləri iddia mümkün sayılmamılıdır. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Beləki, iddiaçılar tərəfindən həmçinin nəzərə alınmalıdır ki, qeyd edilmiş MTK-nın mövcud olduğu təqdirdə belə, həmin MTK-nın sədri onu təmsil etmək səlahiyyətinə malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Həmin Məcəllənin 111.2-ci maddəsinə müvafiq olaraq kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 111.10-cü maddəsinə görə, kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir.. Ona görə də, iddiaçıların iddi tələbi mümkün sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, İddiaçı6 kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul e dilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinəəsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı6 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-355/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-355/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver