Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-355/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X13rşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X19 (bundan sonra cavabdeh) qarşı “397,1 kv.m torpaq sahəsi ilə bağlı iddiaçının adına çıxarış verilməsi” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-378/2020 saylı, x xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının göstərdiyi 0,06 ha torpaq sahəsi ilə bağlı xx.xx.2005-ci ildə JN1488A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmiş, həmin sənəddə Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarına istinad edilməklə, 0,06 ha torpaq sahəsinin X8, X6, X18, X9 və X7 ümumi mülkiy yətində olması göstərilmişdir.
2. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(051)-1090/2008 №li qətnaməsi ilə JN-1488A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də onun verilməsinə əsas kimi göstərilən Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarında yalnız vətəndaşların qanuni istifadəsində olan torpaq sahələrinin onların mülkiyyətinə verilməsi üçün sənədlərin hazırlanmasına kömək göstərilməsi, eyni zamanda, qanuni istifadədən artıq olan və ya qeyri-qanuni istifadə olunan torpaq sahələrinin mövcud qanunvericiliyə uyğun olaraq sənədləşdirilməsi üçün təkliflər verilməsi göstərilmiş, qanunsuz istifadə olunan torpaq sahəsinin sənədləşdirilməsi qaydaları isə göstərilməmişdir. Mingəçevir Şəhər Məhkəməsi “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv olunması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, həmin şəhadətnamənin hüquqi əsası yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı x xxx 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ünvan 1 mənzil 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı hazırkı iddiasında 0,06 h a torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmiş və bu tələbi torpaq islahatı zamanı torpaq sahəsinin mərhum atasının qanuni istifadəsində olması ilə əsaslandırmış, Mingəçevir Şəhər Məhkəməsinin sözügedən qətnaməsi ilə isə həmin torpaq sahəsinin onun mərhum atasının və digər şəxslərin qanuni istifadəsində olmaması, bu səbəbdən də onların mülkiyyətinə verilməli olmaması müəyyən edilmişdir.
5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış, iddianın mümkün sayılmaması məsələsinin müzakirə ediləcəyi ona bildirilmiş və göstərilən məsələ ilə bağlı fikirlərini məhkəməyə yazılı şəkildə bildirməsi ondan xahiş edilmişdir.
6. İddiaçı həmin məktuba cavab olaraq məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli ərizəsi ndə iddiasını dəyişdirmiş və 397,1 kv.m torpaq sahəsi ilə bağlı onun adına çıxarış verilməsini xahiş etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin (hakim X14, 2-1(116)-977/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi iddianı mümkün sayılmamasını onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı iddiasında 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmiş və bu tələbi torpaq islahatı zamanı torpaq sahəsinin mərhum atasının qanuni istifadəsində olması ilə əsaslandırmış, Mingəçevir Şəhər Məhkəməsinin sözügedən qətnaməsi ilə isə həmin torpaq sahəsinin onun mərhum atasının və digər şəxslərin qanuni istifadəsində olmaması, bu səbəbdən də onların mülkiyyətinə verilməli olmaması müəyyən edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış, iddianın mümkün sayılmaması məsələsinin müzakirə ediləcəyi ona bildirilmiş və göstərilən məsələ ilə bağlı fikirlərini məhkəməyə yazılı şəkildə bildirməsi ondan xahiş edilmişdir. İddiaçı həmin məktuba cavab olaraq məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli ərizəsində iddiasını dəyişdirmiş və 397,1 kv.m torpaq sahəsi ilə bağlı onun adına çıxarış verilməsini xahiş etmişdir.
9. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X11-məruzəçi, X16 və X3, 2-1(107)-378/2020 saylı iş) x xxxxxxx x 2020-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayəti təmin etməmiş birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.
11. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)
12. Kasasiya şikayətinin dəlilləri Məhkəmələr heç bir araşdırma aparmadan, qanunun tələblərini kobud surətdə pozmaqla, öz maraqları daxilində qanunsuz və əsassız qərardad çıxartmışdır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005 -ci il tarixl i qərarında göstərilir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.
15. İddiaçı “Torpaq islahatı haqqında” Qanunun tələbləri əsasında cavabdehə müraciət etsə də əsasız səbəblərdən çıxarışın verilməsindən və dövlət reyestrində qeydə alınmaqdan imtina olunmuşdur.
16. Halbuki, Mingəçevir LTİ-nin rəisinin imzası ilə Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli 8049 saylı arayışda açıq-aydın qeyd olunur ki, “Mübahisəli torpaq sahəsinin mülkiyyət növünə gəldikdə isə həmin torpaq sahəsi bələdiyyə torpağına aid deyil, əvəzsiz olaraq yaşayış evinin mülkiyyətçisinin mülkiyyətinə verilməli olan torpaq sahəsi olmaqla dövlət mülkiyyətidir.”
17. Digər tərəfdən torpağa dair mülkiyyətçi olmayan şəxslər mübahisəli ünvan 1 mənzil 2 ünvanda yerləşən torpaq sahəsinə dair qanunsuz olaraq JH 1488A saylı şəhadətnamə almışlar.
18. Məhkəmələr heç bir araşdırma aparmadan bu faktı və cavabdehin iddiaya etiraz məktubunu əsas gətirərək iddianı əsassız və qanunsuz olaraq mümkünsüz hesab etmişdir.
19. İPM-in 35.1-ci maddəsinə əsasən “Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğunu əsaslan dırdığı hallarda mübahisələndirmə haqqında, məcbur etmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.” b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
22. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
23. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ma ddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə al malıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İddiaçı hesab edir ki, ünvan 1 mənzil 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi uzun illərdir ki, dövlət tərəfindən mərhum atası M.Mehdiyevin istifadəsinə verilmiş, atası həmin torpaq sahəsində mülk tikmiş və mülkü ona vəsiyyət etmişdir. Həmin mənzilə dair xx.xx.2017-ci ildə iddiaçıya “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Odur ki, mənzilin yerləşdiyi ona aid 397,1 kv.m torpaq sahəsinə də mülkiyyət hüququ bütövlükdə onun adına qeydə alınmalıdır.
29. İddiaçının iddia etdiyi 0,06 ha torpaq sahəsi ilə bağl ı xx.xx.2005-ci ildə JN1488A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmiş, şəhadətnamədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarına istinad edilməklə, 0,06 ha torpaq sahəsinin X4, X2, X12, X5 və X7 ümumi mülkiyyətində olması göstərilmişdir.
30. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli 2(051)-1090/2008 saylı qətnaməsi ilə JN-1488A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmişdir. 31. x xxxxxx 2008-ci il tarixli qətnamə ilə müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də onun verilməsinə əsas kimi göstərilən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarında yalnız vətəndaşların qanuni istifadəsində olan torpaq sahələrinin onların mülkiyyətinə verilməsi üçün sənədlərin hazırlanmasına kömək göstərilməsi, eyni zamanda, qanuni istifadədən artıq olan və ya qeyri-qanuni istifadə olunan torpaq sahələrinin mövcud qanunvericiliyə uyğun olaraq sənədləşdirilməsi üçün təkliflər verilməsi göstərilmiş, qanunsuz istifadə olunan torpaq sahəsinin sənədləşdirilməsi qaydaları isə göstərilməmişdir.
32. İddiaçı hazırkı iddiasında 0,06 ha torpaq sahəsinin bir hissəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmiş və bu tələbi torpaq islahatı zamanı torpaq sahəsinin mərhum atasının mülkiyyətində olması ilə əsaslandırmış, Mingəçevir Şəhər Məhkəməsinin sözügedən qətnaməsi ilə isə həmin torpaq sahəsinin onun mərhum atasının və digər şəxslərin qanuni istifadəsində olmaması, bu səbəbdən də onların mülkiyyətinə verilməli olmaması müəyyən edilmişdir.
33. Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirmişdir, təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Həmin məhkəmə qətnaməsinin preyudisiallığı qətnamədə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər, o cümlədən iddiaçı tərəfindən yenidən mübahisələndirilməsini mümkünsüz etmişdir.
34. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir...
35. İnzibati mübahisə üzrə i ddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
36. İddia mümkünlük şərtlərinə cavab vermədiyindən şikayət təmin edilməməlidir.
37. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-378/2020 saylı, x xxxxxxxx 2020-ci il tari