Məhkəmə qərarları › İş №2-1(102)-355/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-355/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-355/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın yarandığı vaxtdan, yəni 25.05.2019-cu il tarixdən hal-hazıradək hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 2-1(103)-768/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1955-ci ildə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi, FİN: xxxxxxx).

2. İddiaçı 12.05.1975-ci ildən 19.05.1977-ci ilədək hərbi xidmətdə olmuşdur (ВЦ seriyalı 054680 saylı hərbi bilet).

3. İddiaçı 1974-981-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda meyvətərəvəz çilik və üzümçülük ixtisası üzrə ali təhsil almışdır (EB seriyalı 282965 saylı diplom).

4. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən,16.09.1971-ci ildən 20.12.1972-ci ilədək “Engels” adına üzümçülük sovxozunda fəhlə, 01.08.1973-cü ildən 27.08.1974-cü ilədək fəhlə, 02.12.1974-cü ildən 06.05.1975-ci ilədək Milli Kanal Su idarəsində çilingər, 01.06.1977-ci ildən 30.08.1978-ci ilədək “Engels” adına üzümçülük sovxozunda fəhlə, 31.08.1978-ci ildən 16.09.1987-ci ilədək 116 saylı kənd orta texniki peşə məktəbində müəllim, 16.09.1987-ci ildən 02.01.1991-ci ilədək Füzuli rayon Partiya Komitəsində İdeologiya şöbəsində təlimatçı, 27.12.1990-cı ildən 18.11.1992-ci ilədək “Engels” adına sovxozun direktoru, 16.02.1993-cü ildən 15.08.1994-cü ilədək Füzuli rayon X1 07 saylı əmrinə əsasən “Qoyunç uluq” sovxozunun direktoru, 23.09.1994-cü ildən 27.08.1998-ci ilədək Azərbaycan Respublikası Gənclər X2 “İlkin” Gənclər Konserninin rayonlararası İstehsalat Birliyində direktor müavini işləmişdir.

5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdehin 06.05.2020-ci il tarixli, **********7 saylı imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün, şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu imkan vermədikdə isə azı 25 il sığorta stajı ol duqda yaşa görə əmək pensiyası hüququ vardır. Onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanmadığından və ya 25 il sığorta stajı olmadığından, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona məxsus əmək kitabçasında qeyd olunan illərin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya hüququ yarandığı 23.05.2019-cu il tarixdən halhazıradək olan məbləğin hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci ildə doğulmuşdur, hazırda 65 yaşı vardır. Əmək fəaliyyətinə 1971-ci ildə başlamış, həmin dövrdən 1999-cu ilə qədər müxtəlif vəzifələrdə çalışmışdır. Pensiya yaşına çatdığından yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, onun müraciətinin təmin olunmasından 25 il sosial sığorta stajı olmadığından və fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanmadığından cavabdeh tərəfindən imtina edilmişdir. Hazırkı imtina ilə razılaşmır və bildirir ki, onun iş stajı 28 ildən artıqdır və işlədiyi illər əmək kitabçası ilə təsdiq olunur.

8. Cavabdeh iddia ərizəsinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanmadığı və ya 25 il s ığorta stajı olmadığı üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ yaranır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 20 21-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən, 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il t arixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. Lakin iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyinə dair əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçı 9 iyul 2019-cu il tarixli iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (İş № 2-1(81)-3168/2019) müraciət etmiş, yaşa görə pensiya təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını tələb etmişdir. Lakin iddia ərizəsinə qoşma formasında əlavə olunmuş əmək kitabçasının surətində 1994-1998-ci illərə dair qeydlər mövcud olmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Füzuli rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin 26.04.2019-cu il tarixli, 01/263 saylı arayışında qeyd olunur ki, iddiaçı 01 oktyabr 1994-cü ildən 15.01.1999-cu il tarixə kimi Füzuli rayon X1 Tədarük İdarəsinin direktoru vəzifəsində işləmişdir. Araşdırma zamanı Füzuli rayon X1 məcburi dövlət sosial sığorta ödənişləri barədə heç bir məlumat əldə edilməmişdir. Həmçinin vətəndaşın həmin müəssisədə işləyib məvacib alması faktının yoxlanılması da mümkün olmamışdır. Hazırda icraatda olan iş ( № 2-1(112)- 5128/2020 ) üzrə təqdim olunan əmək kitabçasının surətində isə, 1994-1998-ci illərdə iddiaçının işlədiyi qeyd olunub. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi X3 filialına və Azərbaycan Respublikası Füzuli rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsin ə Füzuli rayon X1 Tədarük İdarəsində iddiaçının işlədiyi illərə dair əmrlərin surətinin və əmək haqqı cədvəlinin təqdim edilməsinə dair sorğular verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Füzulı filialından DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına daxil olmuş 01.10.2020-ci il tarixli məktubuna əsasən, Füzuli rayon X1 Tədarük İdarəsi İddiaçı dair sənədləri arxiv idarəsinə təhvil verməmişdir. Məhz iddiaçıya məxsus sənədlərin arxivə təhvil verilməməsi arayışın mötəbərliyi və vətəndaşın həmin illərdə işləmə faktını şübhə altına alır. Həmçinin arayışı təqdim edən Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Bayram Niftəliyevə 15.09.2020-ci il tarixl i sorğu göndərilməyinə baxmayaraq, həmin sorğuya cavab verilməmişdir. Məhkəməyə təqdim olunmuş əmək kitabçasının sürətində iddiaçının 23.09.1994-27.08.1998-ci illərdə Gənclər X2 “İlkin” Gənclər Konserninin rayonlararası İstehsalat Birliyində işlədiyi qeyd olunub. Əmək kitabçasına sonradan əlavə edilmiş bu fakt əsaslı şübhələr doğurur. Belə ki, İddiaçı iddia etdiyi kimi, eyni illərdə Füzuli rayon X1 Tədarük idarəsində və Gənclər X2 “İlkin” Gənclər Konserninin rayonlararası İstehsalat Birliyində işləməsi mümkünsüzdür. Qeyd olunanlara əsasən, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması barədə iddia tələbi əsassız və qanunsuzdur.

9. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5128/2020 saylı qərarı ilə (hakim: N. Abıyev) iddia təmin edilməmişdir.

10. Birinci in stansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

11. İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təm in edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 2-1(103)768/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində qeyd etmişdir ki, onun iş stajı 28 ildən artıqdır. İşlədiyi illər ona aid əmək kitabçası ilə təsdiq olunur. Qanunda qeyd edilir ki, qeydə alınmış pensiya kapitalı imkan vermədikdə isə, azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. 7 il ali təhsil almış, 2 il isə həqiqi hərbi xidmət keçmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, təhsil dövrünün müəyyən hissəsi iş stajı ilə eyni vaxta təsadüf etdiyindən, həmin dövr staj kimi götürülə bilməz. Halbuki, əmək kitabçasında qeyd edilən iş stajı, ali təhsil dövrü və hərbi xidmət dövrü toplandıqda, ümumi iş stajı 37 ildən artıq təşkil edir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi tamamilə yanlışdır və qərar ləğv edilməlidir. 2006-cı ilədək qüvvədə olan qanunvericiliyə əsasən, ümumi iş stajını artıqlaması ilə toplamışdır. İddiaçıya pensiya təyin edilərkən əvvəllər qüvvədə olmuş qanunvericilik tətbiq edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası Maddə 38 Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdik də sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 1.0.10. Pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qan un Maddə 67 “v” bəndi. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelly asiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, form al baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığında n, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

25. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kasasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məz ahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Hazırkı mübahisə mahiyyət etibarı ilə 1994-cü ildən 1998-ci ilədək olan müddətdə iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi və həmin müddətin onun ümumi iş stajına daxil edilməsi ilə bağlıdır.

27. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər gö rür.

28. Mübahisələndirilən illərə dair qeydlərlə bağlı cavabdeh tərəfindən həmin normaya əsasən müstəqil şəkildə və öz hesabına araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, iddiaçı 9 iyul 2019-cu il tarixli iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (İş № 21(81)-3168/2019) müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Həmin iddia ərizəsinə əlavə olunmuş əmək kitabçasının surətində iddiaçının 1994-1998-ci illərdə əmək fəaliyyətinə dair qeydlər mövcud olmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Füzuli rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin 26.04.2019-cu il tarixli, 01/263 saylı arayışında onun 01 oktyabr 199 4-cü ildən 15.01.1999-cu il tarixə kimi Füzuli rayon X1 Tədarük İdarəsinin direktoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı iddiaçının həmin müəssisədə işləməsi və əmək haqqı alması faktının yoxlanılması mümkün olmamışdır. Həmçinin Füzuli rayon X1 məcburi dövlət sosial sığorta ödənişləri barədə heç bir məlumat aşkar edilməmişdir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, iddiaçının Füzuli rayon X1 Tədarük İdarəsində işlədiyi illərə dair müvafiq əmrlərin surətinin və əmək haqqı cədvəllərinin təqdim edilməsi barədə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X3 filialına və Azərbaycan Respublikası Füzuli rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə sorğular verilmişdir. Azərbaycan Respublikasını n Milli Arxiv İdarəsi Dövlət Arxivinin Füzulı filialından DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına daxil olmuş 01.10.2020-ci il tarixli məktubda, Füzuli rayon X1 Tədarük İdarəsi tərəfindən İddiaçı dair sənədlərin arxiv idarəsinə təhvil verilmədiyi qeyd edilmişdir. İddiaçının 01 oktyabr 1994-cü ildən 15.01.1999-cu il tarixə kimi Füzuli rayon X1 Tədarük İdarəsinin direktoru vəzifəsində işlədiyi barədə arayışı vermiş Füzuli rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən 15.09.2020-ci il tarixli sorğuya cavab verilməmişdir. Hazırkı mübahisə üzrə məhkəməyə təqdim olunmuş əmək kitabçasının sürətində isə iddiaçının 23.09.1994-27.08.1998-ci illərdə Gənclər X2 “İlkin” Gənclər Konserninin rayonlararası İstehsalat Birliyi ndə işlədiyi göstərilmişdir. Beləliklə, araşdırma nəticəsində həmin qeydlərin əmək kitabçasına sonradan əlavə edildiyi, İddiaçı eyni illərdə həm Füzuli rayon X1 Tədarük İdarəsində və həm də Gənclər X2 “İlkin” Gənclər Konserninin rayonlararası İstehsalat Birliyində işləməsi barədə fərqli məzmuna malik arayışın və əmək kitabçasında qeydlərin olduğu müəyyən edilmişdir.

29. Bununla bağlı apelyasiya məhkəməsi tərəfindən məhkəmə icraatı çərçivəsində iddiaçının 1994-1998-ci illər ərzində Azərbaycan Respublikası Gənclər X2 “X4”nin rayonlararası İstehsalat Birliyində işləməsi faktının müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlara müvafiq sorğular verilmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş 17.07.2021-ci il tarixli məktubdan idarənin reyestrində Gənclər X2 “X4” adlı kommersiya qurumunun aşkar edilmədiyi görünür.

30. Dövlət Vergi Xidməti tərəfindən sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş 27.07.2021-ci il tarixli məktubda X5 Qərargahının “X4” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olmadığı qeyd edilmişdir.

31. Milli Arxiv İdarəsi tərəfindən sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş 14.07.2021-ci il tarixli məktubdan “İlkin” Gənclər Konserni”nin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilmədiyi, sənədlərin mühafizə olunduğu yer haqqında hər hansı məlumatın olmadığı müəyyən olunmuşdur.

32. İddiaçı tərəfindən aparılmış araşdırmaların nəticələrini təkzib edən və ya onun həmin müəssisədə işlədiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Kassasiya şikayətində də iddiaçı bununla bağlı hər hansı dəlilə istinad etməmiş və ümumiyyətlə, bu məsələyə hər hansı şəkildə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1994-1998-ci illərdə işlədiyi müəssisənin, yəni Gənclər X2 “X4”nin mövcud olması və iddiaçının həmin müəssisədə işləməsi faktı iş materialları ilə təsdiq olunmadığı və bu hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyi üçün həmin dövrün onun əmək stajına daxil edilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün və əsaslı sayılmalıdır.

33. Bundan əlavə, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının 1974-1981-ci illərdə təh sil aldığı dövrlə onun əmək fəaliyyəti dövrünün bir hissəsi və hərbi xidmət müddəti (12.05.975-19.05.1977) üst-üstə düşür. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-ci maddəsinin müddəaları baxımından belə hallarda həmin müddətlərdən biri əsas götürülməklə sığorta stajı hesablanır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə bütövlükdə təhsil müddəti əsas götürüldüyü təqdirdə üst-üstə düşən iş və hərbi xidmət müddəti də həmin dövrlə əhatə olunur. Bu qaydanın tətbiqi yolu ilə apelyasiya məhkəməsi tərəfindən aparılmış hesablama nəticəsində iddiaçının iş stajının 25 ildən az olduğu müəyyən olunmuşdur. Başqa sözlə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlərdən biri, yəni azı 25 il sığorta stajına malik olması ilə bağlı şərt iddiaçıya mü nasibətdə ödənilməmişdir.

34. Qeyd olunmalıdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı dispozisiya şərtinin iddiaçıya münasibətdə mövcudluğu da apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmışdır. Yoxlama nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilən 23040 manata qarşı 15895,48 manat təşkil edir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinin (azı 25 il sığorta stajının və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının m inimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının mövcudluğu) iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur.

36. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası əsaslı və qanuna uyğun sayılmalıdır. Odur ki, mübahisəyə dair iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

37. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2-1(103)-768/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar