Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3552/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə çıxarışın və plan ölçünün verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X4, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X16, X12) “çıxarışın və plan ölçünün verilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 sentyabr tarixli 2-1(103)-64/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək x ərazisində 333 a saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2016-cı il 25 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, mübahisəli bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş və həm də bağ sahəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahilboyu mühafizə zo lağının altında olan torpaq sahəsinə aiddir. İddiaçı 2017-ci il 15 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona məxsus olan xərazisində yerləşən 0.12 hektarlıq 333 a saylı bağ sahəsinin nömrə uyğunsuzluğunun aradan qaldırılması və həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X6 və İstismarı Birliyi tərəfindən 2004-cü il 13 iyul tarixli, x nömrəli müqavilə əsasında Buzovna ərazisində ayrılmış 333 a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada qeyd olunan həmin bağ sahəsi üzərində yaranmış mül kiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, 2004-cü il 13 iyul tarixdə iddiaçı ilə X6 və İstismarı Birliyi arasında Əzizbəyov rayonu, Buzovna ərazisində yerləşən 0,12 hektarlıq 333 a saylı bağ sahəsinə dair 13794 nömrəli “Bağın istifadəyə verilməsi haqqında” müqavilə bağlanmış, həmin müqavilə əsasında bağ sahəsi iddiaçının istifadəsinə verilmiş və hal hazırda da istifadəsindədir. İddiaçı göstərilənlərə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə, Torpaq Məc əlləsinin 46.2-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə - İPM) 13, 14.1, 33.1, 35 və 38.2-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 20.1, 20.2 və 71.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 21 noyabr tarixli 2-1(82)2578/2017 nömrəli qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 fevral tarixli 2-1(82)-92/2018 nömrəli qərardadı ilə X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş dir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-iqtisadı Məhkəməsinin 2018-ci il 24 may tarixli 2-1(82)-92/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, X6 və İstismarı Birliyi tərəfindən 2004-cü il 13 iyul tarixli, 13794 nömrəli müqavilə əsasında Buzovna ərazisində ayrılmış 333 a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada qeyd olunan həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli bağ sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraci ətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 sentyabr tarixli 2-1(103)-64/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 4 oktyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 31 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işin obyektiv araşdırılması məqsədilə “xxxx” ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq bağ sahəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu mühafizə zolağının altında olan torpaq sahələrinə aiddir. Bundan başqa, müvaf iq bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Belə ki, X2 21398 nömrəli müqaviləyə əsasən 333 a saylı bağ evinə dair BM seriyalı 000775 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən müvafiq torpaq sahəsində yerləşən bağ evi və torpaq sahəsi istifadədə qalmaqla X13 alğısatqı müqaviləsi əsasında çıxarış və texniki pasport verilmişdir. X16 və X5 cavabdehlər X7 və X9 qarşı “mülkiyyətin müdafiəsi, torpaq sahəsinin” boşaldılması, çıxarılması, tikilinin sökülməsi ilə əlaqədar vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Eyni zamanda, cavabdeh X12 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək X5 ilə X16 arasında Bakı şəhəri, Buzovna qəsəbəsi 333 a ünvanında yerləşən bağ evinə dair ünvan 30-cu il 24 dekabr tarixli, AN- İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X10 adına 2011-ci il 2 fevral tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2018-ci il 16 noyabr tarixli, 2(003)-2/2018 nömrəli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmişdir. İdarə tərəfindən qətnamə icra olunaraq, müvafiq çıxarış ********** nömrəsi ilə 2019-cu il 11 fevral tarixdə ləğv edilmişdir Bundan əlavə, X3 adına isə 332 m saylı bağ sahəsi, keçmiş DTXK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü əsasında daşınmaz əmlakın dövlət Reyestrində qeydiyyatdan keçmiş, sonradan isə alğı-satqı müqaviləsi əsasında X8 adına qeydiyyatdan keçmişdir. Müvafiq ünvanda İdarənin mütəxəss isləri tərəfindən aparılmış yoxlama-ölçü işləri nəticəsində məlum olmuşdur ki, 333 a saylı bağ sahəsinin çıxarışında qeyd edilən bağ evi faktikiolaraq sökülmüşdür. Habelə, dənizdən təxminən 27 m məsafədə yerləşən torpaq sahəsinin yaxınlığından (hasardan 7,5-14,4) 6 kv-luq yüksək gərginlikli elektrik xətti keçir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1, 12.1, 23-cü maddələrinin, “Torpaq islahatı haqqında” Qanunun 6.2-ci maddəsinin, Torpaq Məcəlləsinin 46, 55, 62, 67, 68, 111.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şi kayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin təl əbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, İPM-in 12 və 58.7-ci maddələrində təsbit olunmuş tələblər apellyasiy a icraatında da qüvvədədir. Həmin normaların tələbləri təmin olunmamışdır. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi 2004-cü il 13 iyul tarixli, 13794 №-li müqavilənin bağlandığı vaxtda qüvvədə olan Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin 7-ci abzasına əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin maddənin 2-1-ci bəndinə əsasən, Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə ver ilə bilər. İşdə olan mütəxəssis rəyinə görə, faktiki iddia olunan torpaq sahəsi sahilboyu zolağın 29-28 metrliyində yerləşir. Deməli, Torpaq Məcəlləsinin qeyd edilən normalarının tələbləri (yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər) nəzərə alındıqda, həmin sahə 2004-cü ildə müqavilədə nəzərdə tutulan bağ sahəsi kimi iddiaçının istifadəsinə verilə bilməzdi (yəni sahilboyu zolağın 29-28 metrliyində yerləşən torpaq sahəsi istinad edilən müqavilənin predmeti ola bilməzdi). 2008-ci il 2 dekabr tarixli, 728-İİİQD №-li Qanunla Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin 7-ci abzasında və 2-1-ci bəndinin birinci cümləsində “80-130” rəqəmləri “20-50” rəqəmləri ilə əvəz edilmiş, həmin maddənin 2-1-ci bəndinin birinci cümləsi ndən “dövlət məqsədləri üçün” sözləri çıxarılmışdır. Belə olan halda, iddia olunan torpaq sahəsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinə aid olub-olmadığı müəyyən edilməlidir. Müsbət halda (yəni iddia olunan torpaq sahəsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinə aid olduğu müəyyən edildikdə), Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin tələbinə görə, iddiaçı həmin torpaq sahəsinə istifadə hüququnun qeydə alınmasını (cavabdeh bundan imtina etdikdə) iddia edə bilər. Hər bir halda, istifadəyə verilən torpaq sahəsinin ayrıc sərhədlərinin (döngə nöqtələrinin koordinatlarının) olması şərti ilə onun “fərdi-müəyyən əşya” olduğu nəzərə alındıqda, iddiaçı faktiki naturada iddia etdiyi torpaq sahəsinin məhz müqavilədə göstərilən bağ sahə sinə aid olduğunu sübut etməlidir. Yalnız bundan sonra o, dəyişdirilmiş məzmunda iddiaya uyğun olaraq 2004-cü il 13 iyul tarixli, 13794 nömrəli müqavilə əsasında ayrılmış bağ sahəsinin nömrəsindəki uyğunsuzluğun aradan qaldırılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki: 1) hazırkı halda iş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 2 mütəxəssis rəyi mövcuddur. Belə ki, X2 21398 nömrəli müqaviləyə əsasən 333 a saylı bağ evinə dair BM seriyalı 000775 nömrəli qeydiyyat vəsiqəsi verildiyi, sonra həmin qeydiyyat vəsiqəsinə əsasən bağ sahəsində yerləşən bağ evi və torpaq sahəsi istifadədə qalmaqla X13 alğı-satqı müqaviləsi əsasında çıxarış və texniki pasp ort verildiyi, X3 adına isə 332 m saylı bağ sahəsi ləğv edilmiş DT və XK-i tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü əsasında DƏDRX-i tərəfindən qeydiyyatdan keçdiyi və sonra alğı-satqı müqaviləsi əsasında X8 adına keçdiyi, o cümlədən sözügedən əraziyə texniki baxış zamanı məlum olmuşdur ki, 333 a saylı bağın çıxarışında qeyd edilən bağ evi faktiki söküldüyü, dənizdən təxminən 27m məsafədə yerləşən torpaq sahəsinin yaxınlığından (hasardan 7,5-14,4m) 6kv-luq yüksək gərginlikli elektrik xətti keçdiyi qeyd olunmuşdur; 2) Bundan başqa, Bakı Apellyasiya Məhkəməsini İnzibati-İqtisadi Kollegiyasının 21(103)2030/2018 nömrəli, 2018-ci il 17 avqust tarixli məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dö vlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş **********96 saylı, 2019-cu il 10 iyun tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı istifadəsinə verilmiş Xəzər rayonu, Buzovna qəsəbəsindəki 0,12 hektarlıq 333a saylı bağ sahəsi kimi göstərilən əraziyə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Sözügedən sahə dənizdən 29-28 metr məsafədə yerləşir, torpaq sahəsi hasar daxilində 1350,0 kv.metr təşkil edir, üzərində tikili yoxdur. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən bu sahə 334 və 332 saylı bağların ərazilərinin bir hissəsidir. Həmçinin iddiaçı qonşu hasar daxilindəki 0,04 ha torpaq sahəsinə də iddia edir. Vətəndaşın bildirdiyinə görə həmin 0,04 hektar sahə də bağ sahəsinin ərazisinə aiddir. Sxematik xəritəyə əsasən həmin 0,04 hektar sahə 338 və 335 saylı bağların ərazilərinin bir hissəsidir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının hər hansı digər şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumat yoxdur. Əvvəlki illərdə verilmiş sənədlər və cizgi planlar barədə elektron kadastr bazasında tam məlumat mövcud deyil. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “həmin 2 mütəxəssis rəyi eyni idarə tərəfindən verilməsinə baxmayaraq, fərqli rəylər verildiyinə görə, həmin mütəxəssis rəyləri mötəbər sübut kimi qəbul edilə bilməz; məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının zəbt etdiyi 0,04 ha torpaq sahəsi çıxıldıqdan sonra yerdə qalan torpaq sahəsi ilə mühafizə zolağı aras ında 70 metr məsafə vardır. Bu da iddiaçı tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyini təsdiq edir.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin ziddiyyətli hesab etdiyi rəylərin məzmunundan göründüyü kimi, birinci rəydə söhbət 333a saylı bağın çıxarışında qeyd edilən bağ sahəsindən, ikinci halda isə, iddiaçının faktiki naturada iddia etdiyi (qeydə alınmayan, deməli həm də çıxarışı olmayan) torpaq sahəsindən gedir. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və yuxarıda qeyd edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Mübahisələndirilən qərar yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Bundan başqa, şikayətdə göstərilən dövlət orqanlarının icraata cəlb edilməli olduqlarına dair dəlil də əsassızdır. Belə ki, dövlət hazırkı icraatda cavabdeh inzibati orqan (müvafiq icra hakimiyyəti orqanı) vasitəsilə təmsil olunmuşdur. Bu isə, cavabdehi həmin orqanların hüquqi yardımından istifadə etmək (onlarda olan sübutlardan istifadə etmək, mütəxəssis cəlb etmək, irəli sürdüyü dəlillərin əsasına dair rəy almaq və s.) imkanından məhrum etmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının 2019-cu il 13 sentyabr tarixli 2-1(103)-64/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-3552/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3552/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver