Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-356/2017 31.01.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-356/2017) Bakı şəhəri 31 yanvar 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2, X1 ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin nümayəndəsi X3, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə (bundan sonra cavabdeh) qarşı“iş stajının sosial sığorta stajına daxil edilməsi, 57 yaşının tamam olduğu 15.08.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)-271/2016 saylı, 04 oktyabr 2016-cı il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 31 yanvar 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçıya məxsus 07.10.2010-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə əsasən o,xx.xx.1954-cü ildə Qubadlı rayonu, Göyarabas kəndində anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. 30 oktyabr 1972-d il tarixdən 15 aprel 1974-cü il tarixədək Sovet Ordu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasına əsasən o, 20.07.1972-ci il tarixdə əmək fəaliyyətinə başlamış, 20 iyul 1972-ci il tarixdən 16 oktyabr 1972-ci il tarixədək Sumqayıt M.Əzizbəyov adına zavodda elektrik qaynaqçısı, 22 iyul 1974-cü il tarixdən 18 fevral 1975ci il tarixədək Azərbaycan Boruprokat zavodunda fəhlə vəzifəsində, 01 aprel 1975-ci il tarixdən 27 may 1975-ci il tarixədək çilingər quraşdırıcı, 14 avqust 1975-ci il tarixdən 26 avqust 1978-ci il tarixədək çilingər, 15 fevral 1982-ci il tarixdən 25 aprel 1984-cü il tarixədək beton konstruksiyaları üzrə quraşdırıcı (müxt əlif müəssisələrdə), 14 noyabr 1984-cü il tarixdən 04 may 1992-ci il tarixədək “Qafqazenerjitəmir” İİB-də qazan boruhazırlayan avadanlıqlarının təmiri üzrə çilingər, 06 iyul 1992-ci il tarixdən 01 may 1998-ci il tarixədək həmin müəssisənin təmir sahəsində qazan və boruhazırlayan avadanlıqlarının təmiri üzrə çilingər, 04 may 1998-ci il tarixdən 21 dekabr 2007-ci il tarixədək Rusiya Federasiyasının Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərində 04.05.1998-ci il tarixdən 31 mart 1999-cu il tarixədək “xxxx” MMC-də, 01 aprel 1999-cu il tarixdən 31 dekabr 1999-cu il tarixədək “xxxx” MMC-də, 04 yanvar 2000-ci il tarixdən 21 dekabr 2007-ci il tarixədək “xxxx” MMC-də çilingər, 19 iyul 2008-ci il tarixdən 01 dekabr 2008-ci il tarixədək “xxxx” MMC-də kəsici, 19 avqust 2009-cu il tarixdən 27 aprel 2010- cu il tarixədək “Tikinti Məmulatları İstehsalı” idarəsi 1N2 Sumqayıt tikinti sahəsində qaz kəsicisi, 20 dekabr 2010-cu il tarixdən 20 dekabr 2012-ci il tarixədək “X15” MMC-də kəsici vəzifələrində işləmişdir. “Era” Azərbaycan-Rusiya birgə müəssisəsinin 06.05.2015-ci il tarixli güzəştli arayışına əsasən iddiaçı həqiqətən 83 ok nömrəli, 15.11.1984-cü il tarixli əmrlə 14.11.1984-cü il tarixdən 11 k nömrəli 04.05.1992-ci il tarixli əmrlə 04.05.1992-ci il tarixə kimi qazan və boruhazırlayan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində, 01.07.1992ci il tarixli əmrlə 06.07.1992-ci il tarixdən 01.05.1998-ci il tarixə kimi həmin müəssisənin təmir sahəsində qazan və boruhazırlayan avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işləmişdir. “Qafqaz enerji təmir” müəssisəsinin qazan və təmir isteh salatında çalışan işçilər şəhər və rayonlarda istilik–elektrik mərkəzlərinin qazan, istilik avadanlıqlarının təmir işlərini yerinə yetirdiyindən qeyd olunan vəzifələr bilavasitə zərərli vəzifələr hesab edilir, buna görə də iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 01.03.1993-cü il tarixli qərarının 2 nömrəli əlavəsində Xİİİ fəsil “Elektrik stansiyaları, enerji qatları, buxar güc təsərrüfatı” 2140000-18455 kodlarına əsasən güzəştli pensiyaya çıxmaq hüququna malikdir. Güzəştli pensiya üçün iş stajı 13 il 5 ay 16 gün təşkil edir. Həmçinin sözügedən arayışda “Azərenerji” DŞ-nin 61 nömrəli 26.05.1994-cü il əmri ilə “Qafqaz enerji təmir” İBnin 01.06.1994-cü il tarixdən “Era” Azərbaycan –Rusiya birgə müəssisəsi adlandırıldığı göstərilmişdir. İddiaçı güzəştli şərtlərlə əmək pe nsiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 22 yanvar 2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdə ümumi iş stajının 21 il təşkil etdi yi, Qanunun 9.1-ci maddəsinə əsasən 25 il ümumi sığorta stajına qarşı 21 il ümumi stajı olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin qanunazidd olduğu bildirilmişdir. Məktubda həm də qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən iddiaçının 04.05.1998-ci il tarixdən 21 dekabr 2007-ci il tarixədək Rusiya Federasiyası ərazisində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilmir, iddiaçının 19.07.2008-ci ildən 01.12.2008-ci ilədək və 19.08.2009-cu ildən 20.12.2012-ci ilədək olan dövrlərə dair fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının məbləği barədə 4 saylı forma üzrə əlavənin verilməsi üçün müvafiq qaydada sorğu edilmişdir, sorğuya cavab alındıqdan sonra onun pensiya hüququna baxılacaqdır. İddiaçı 10 fevral 2016-cı il tarixdə cavabdehə qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 04 may 1998-ci il tarixdən 21 dekabr 2007ci il tarixədək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “xxxx” MMC-də və “xxxx” MMC-də çilingər vəzifəsində işlədiyi dövr üzrə iş stajının sosial sığorta stajına daxil edilməsi, 57 yaşının tamam olduğu 15.08.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi haqqında öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahişetmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 13 ildən artıq zərərli əmək sahəsində əmək stajı, 30 ildən çox ümumi stajı vardır, yaşı tamam olduğu tarixdən, yəni 15.08.2011ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün, 2016-cı ilin yanvar ayında cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh orqan onun xahişini təmin etməkdən imtina etmişdir. İmtinaya əsas kimi “Əmək pensiyaları haqqında” Qanunun 21.1ci maddəsinə əsasən ona məxsus əmək kitabçasında 04 may 1998-ci ildən 2007-ci ilədək Rusiya Federasiyası ərazisində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsinin mümkün olmaması göstərilmişdir. İddiaçı hesab edir ki cavabdeh orqanın imtinası qeyriobyektiv və əsassızdır. Belə ki, imtina məktubunda 04 may 1998-ci ildən 21 dekabr 2007ci ilədək Rusiya Federasiyası ərazisində işlədiyi dövrün sığorta stajına daxil edilməməsi onun qanunla qorunan hüquqlarının həyata keçirilməsinə süni maneələr yaradır. Çünki işlədiyi müddət ərzində bütün döv lət ödənişlərini o cümlədən pensiya kapitalına yığılan sığorta ödənişləri iddiaçının əmək haqqından ödənilirdi. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 38, 151-ci, Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bağlanmış 05 noyabr 1999-cu il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” müqavilənin 6-cı, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 23.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh iddiaya dair etiraz verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyy əti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdə ümumi iş stajının 24 il 4 ay təşkil etdiyi, Qanunun 9.1-ci maddəsinə əsasən 25 il ümumi sığorta stajına qarşı 24 il 4 ay ümumi stajı olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunaziddir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən iddiaçının 04.05.1998-ci il tarixdən 21 dekabr 2007-ci il tarixədək Rusiya Federasiyası ərazisində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilmir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X 6, 2-1(85)-488/2016 saylı iş) 26 may 2016-cı il tarixli qərarı ilə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının 03 aprel 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişə əsasən Rusiya Federasiyasında işləyən vətəndaşların həmin dövlətdə əldə etdikləri iş stajı pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınır. Beləliklə, həmin Sazişlə Rusiya Federasiyasında işləyən vətəndaşlara orada işlədikləri dövrlərin pensiya təyinatı zamanı iş stajı kimi nəzərə alınması təminatı verilmişdir. Lakin hazırkı işdə qeyd olunan Sazişə zidd olaraq cavabdeh tərəfindən iddiaçının Rusiya Federasiyasında işləyib-işləməməsi halı araşdırılmadan birbaşa olaraq ona həmin dövrlərin iş stajı kimi nəzərə alınmasından imtina edilmişdir. Halbuki iddiaçının orada işləməsi müəyyən edildiyi halda, həmin iş stajı ona əmək pensiyasının hesablanması üçün əsas ola bilərdi. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2016-cı il tarixli qərarı ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4-məruzəçi, X7 və X5, 2-1(105)-271/2016 saylı iş) 04 oktyabr 2016-cı il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 24 oktyabr 2016-cı il tarixdə qərarın surətini almış, 22 noyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş 03 aprel 2001-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müvafiq Qanunla təsdiq edilsə də, Rusiya Federasiyası tərəfindən adı çəkilən Saziş ratifikasiya edilməmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunduqdan sonra müqaviləni təsdiq edən təsdiqnamə imzalanır və beynəlxalq müqavilənin digər tərəfi olan dövlətin aidiyyəti müqaviləni təsdiq edən təsdi qnamələri ilə mübadilə edilir və yalnız bu halda beynəlxalq saziş Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsinə çevrilir. Bununla da, 03 aprel 2001-ci tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin müvafiq Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş Rusiya Federasiya tərəfindən ratifikasiya edilmədiyindən, Sazişin Azərbaycan Respublikası ərazisində heç bir hüquqi qüvvəsi yoxdur. Bundan əlavə “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə müvafiq olaraq sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə m ülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında müəyyən edilir. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayı həmin işlərdə çalışmışlarsa güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin iddiaçının əmək şəraitinə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi iş stajına qarşı 24 il 4 ay ümumi iş stajının olması səbəbindən və əmək kitabçasındakı qeydlərə əsasən 04.05.1998-ci il tarixdən 21.12.2007-ci il tar ixədək Rusiya Federasiyası ərazisində işlədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddəti ndə (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdeh inzibati orqandan 1998-2007-ci illərdə Rusiya Federasiyası ərazisində işlədiyi dövr nəzərə alınmaqla ona güzəştli şərtlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında qeyd edilən dövr nəzərə alınmaqla güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair öhdəlik qoyulmas ı barədə iddia qaldırmışdır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 33.1 və 33.2-ci maddələrinin tələbinə görə iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Kassasiya şikayətinin dəlili iddiaçıya əmək şəraitinə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi stajına qarşı 24 il 4 ay ümumi iş stajının olması səbəbindən və əmək kitabçasındakı qeydlərə əsasən 04 may 1998-ci il tarixdən 2 1 dekabr 2007-ci il tarixədək Rusiya Federasiyası ərazisində işlədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanuna zidd olması ilə bağlıdır. Cavabdehin kassasiya şikayətində istinad etdiyi “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa kələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər. Həmin Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikas iya üçün təqdim edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə baxır və müvafiq qanun qəbul edir. Ratifikasiya üçün təqdim edilmiş beynəlxalq müqavilələr dövlət dilində olmalıdır. Rəsmi mətnləri dövlət dilində olmadıqda beynəlxalq müqavilələr dövlət dilinə tərcümə edilməli və tərcümə edilmiş mətnin rəsmi mətnə uyğunluğunu təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında Azərbaycan Respublikasının qanunu əsasında müvafiq icra hakimiyyəti orqanı ratifikasiya sənədini (təsdiqnaməni) imzalayır. “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 03 aprel 2001- ci il tarixli Qanunla təsdiq edilmiş, Qanunda onun dərc edildiyi gündən qüvvəyə mindiyi göstərilmiş və Qanun 30 iyun 2001-ci il tarixdə dərc edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsində qeyd edilir ki,...yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 85.1-ci maddəsində qeyd edilir ki, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Bəhs olunanlara əsasən 03 aprel 2001-ci il tarixli Qanun 30 iyun 2001-ci ildə dərc edildiyindən dərc edildiyi vaxtdan Azərbaycan Respublikasının ərazisində qüvvəyə minməklə onun icrası və tətbiqi cavabdeh üçün məcburidir. Adı çəkilən Sazişin 1-ci maddəsinə əsasən bu sazişin məqsədləri üçün aşağıdakı terminlər bu mənaları ifadə edir. “vətəndaşlar”-Azərbaycan Respublikasının və ya Rusiya Federasiyasının ərazisində yaşayan və bu dövlətlərin pensiya təminatı sahəsində qanunvericiliyin şamil olunduğu şəxslər; “daimi yaşayış yeri”–vətəndaşın müvafiq dövlətin qanunvericiliyi ilə müəyyən olunan və ya bu qəbildə tanınan daimi yaşadığı yer; “əmək (sığorta) stajı”- Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatının həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti, həmçi nin tərəflərin hər birinin qanunvericiliyinə uyğun olaraq əmək (sığorta) stajına bərabər tutulan müddətlər; “səlahiyyətli orqanlar”: Azərbaycan Tərəfindən- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi; Rusiya tərəfindən-Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi. Sazişin 6-cı maddəsinin 1-ci bəndinə əsasən vətəndaşlara pensiyaların təyin edilməsi onların daimi iş yeri üzrə aparılır. Sazişin 6-cı maddəsinin 2-ci bəndinə əsasən güzəştli əsaslarla və xidmət illərinə görə pensiyalara da daxil olmaqla, pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və (və ya) Rusiya Federasiyasının qanunvericiliyi üzrə və o cümlədən, bu saziş qüvvəyə minənədək də əldə edilmiş, həmçinin keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin ərazisində 1992-ci ili n yanvarın 1-ə qədər qazanılmış əmək stajı nəzərə alınır. Sazişin 12-ci maddəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, bu saziş üç il müddətinə bağlanılır və hər dəfə avtomatik olaraq növbəti üç il müddətinə uzadılır. Yuxarıda qeyd olunan sazişdən göründüyü kimi, Rusiya Federasiyasında işləyən vətəndaşların həmin dövlətdə əldə etdikləri iş stajı pensiya hüquqlarının müəyyən edilməsi zamanı Azərbaycan Respublikasında nəzərə alınır. Beləliklə, qanunverici həmin sazişlə Rusiya Federasiyasında işləyən vətəndaşlara orada işlədikləri dövrlərin pensiya təyinatı zamanı iş stajı kimi nəzərə alınması təminatı vermişdir. Odur ki, həmin Sazişə istinad etməklə iddiaçının Rusiya Federasiyasında sığorta stajına malik olmasının pensiyanın hesablanması üçün əsas olması barədə məhkəmənin gəldiyi nəticə əsaslı dır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olu nanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)271/2016 saylı, 04 oktyabr 2016-cı il tarixli qərarı dəyişd irilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-356/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-356/2017
31.01.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver