Məhkəmə qərarları › İş №2-1(102)-356/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-356/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-356/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (İş № 2-1(102)-356/2020) (Açar sözlər: prosessual müddət, mümkünlük) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) X1, Üçüncü şəxsin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: X2) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2019-ci il 3 oktyabr tarixli 2-1(103)-1762/2019 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətini və işin materiallarını nəzərdən keçirib aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 2012-ci il 16 may tarixli, 119 saylı Sərəncamın rəsmi şəkildə verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Mənzilin ölçülərinin dəqiqləşdirilməsi haqqında” 2012-ci il 16 may tarixli, 119 saylı Sərəncamının ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 17 aprel tarixli 21(81)1422/2017 nömrəli qərardadı ilə iddia mümkün sayı lmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 31 may tarixli 2-1(103)-1437/2017 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 mart tarixli 2-1(81)-72/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 17 may tarixli 2-1(103)-1312/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərar ləğv edilmiş və iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 8 avqust tarixli 2-1(102)1617/18 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi nin İnzibatiİqtisadi Kollegiyasının 2018-ci il 17 may tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 13 noyabr tarixli 2-1(103)-2407/2018 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(102)-777/19 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2018-ci il 13 noyabr tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 3 oktyabr tarixli 2-1(103)-1762/2019 nömrəli qərarı il ə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuşdur. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Kassasiya şikayətinin mümkünlüyünə dair məsələnin həlli ilə bağlı məhkəmə iclasının iştirakçılarına məlumat verilərək bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-ci il 3 oktyabr tarixli qərarı poçt rabitəsi vasitəsi ilə üçüncü şəxsə 2019-cu il 18 oktyabr tarixdə, həmçinin üçüncü şəxsin vəkilinin aid olduğu 12 saylı Vəkil Bürosuna 2019-cu il 18 oktyabr tarixdə poçt rabitəsi vasitəsi ilə təqdim olunmuş, qərardan kassasiya şikayəti isə 2019-cu il 21 noyabr tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəl ləsinin (bundan sonra mətndə - İPM) 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Üçüncü şəxsin vəkili məhkəmə iclasında çıxış edərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 3 oktyabr tarixli qərarını iddiaçı ümumiyyətlə almamış, həmin qərar 2019-cu il 18 oktyabr tarixdə vəkilə deyil, 12 saylı Vəkil Bürosuna təqdim olunmuşdur. Qərarın Büroya təqdim edilməsi hələ vəkilin qərarı rəsmi olaraq əldə etməsi deyil. Bu səbəbdən, o, hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında çıxış edərək bildirdi ki, məhkəmənin qərarı üçüncü şəxsin vəkilinin göstərdiyi ünvana tə qdim edildiyindən, müddətin axımı da həmin vaxtdan hesablanmalıdır. Prosessual müddətin ötürülməsinin müəyyən edildiyini nəzərə alaraq kassasiyanın mümkünlüyünə qiymət verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 3 oktyabr tarixli qərarı poçt rabitəsi vasitəsi ilə üçüncü şəxsə və onun vəkilinin aid olduğu 12 saylı Vəkil Bürosuna 2019-cu il 18 oktyabr tarixdə təqdim olunmuşdur. 12 saylı Vəkil Bürosunun Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 2019-cu il 21 noyabr tarixli məktubundan da görünür ki, qərarın surəti Büroya 2019-cu il 18 oktyabr tarixdə daxil olmuş və 2019-cu il 22 oktyabr tarixdə üçüncü şəxsin və kili A.A.Qazıyevaya təqdim olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti 2019-cu il 21 noyabr tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 3 oktyabr tarixli qərarının iddiaçıya təqdim edilmədiyinə dair vəkilin dəlilini qəbul etmir. Belə ki, işdə olan poçt sənədinə görə (İİ cild, iş v.118), qərarın surəti üçüncü şəxsə 2019-cu il 18 oktyabr tarixdə təqdim olunmuşdur. Qərarın Vəkil Bürosuna təqdim edilməsinin, hələ vəkilin qərarı rəsmi olaraq əldə etməsi olmadığına dair dəlil də əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə qərar ı tapşırığın (üçüncü şəxsin hüquqlarının müdafiəsinin) icrasını “vəkil orderi”nə əsasən vəkil A,Qazıyevaya həvalə etmiş 12 saylı Vəkil Bürosuna (orderdə və məhkəmə icraatı sənədlərində vəkilin şəxsiyyətinə dair məlumatlarda göstərilən ünvana) 2019-cu il 18 oktyabr tarixdə təqdim olunmuşdur. Beləliklə, məhkəmə sənədinin ünvan sahibinə 2019cu il 18 oktyabr tarixdə çatdırıldığı qəbul edilməli, prosessual müddətin axımı da həmin tarixdən hesablanmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 90, 96.2, 96.3-cü maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 3 oktyabr tarixli 2-1(103)-1762/2019 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar