Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-356/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 2017-ci il 01 yanvar tarixdən ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 noyabr tarixli, 2-1(107)-308/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1991-ci il 1 may tarixdə doğulmuş, ona 2009-cu il 4 may tarixdən İİİ qrup əlillik dərəcəsi təyin edilmiş və əlilliyə görə aylıq müavinətlə təmin olunmuşdur. 2016-cı il 8 iyun tarixdən İİİ qrup əlillik dərəcəsi 2021-ci il 8 iyun tarixədək uzadılmışdır.
2. İddiaçı İİİ qrup əlilliyə görə sosial müavinətdən əlilliyə görə əmək pensiyasına keçməsi tələbi ilə cavabdehə müraciət etmişdir.
3. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, İİİ qrup əlilliyə görə sosial müavinətdən əlilliyə görə əmək pensiyasına keçmək üçün müraciət edildiyi tarixdə iddiaçının 28 yaşı tamam olduğu üçün qanunvericiliyə əsasən əlilliyə görə əmək pensiyası təyini üçün 5 il sosial sığorta stajı və 9000 manat pensiya kapitalı tələb olunur. Təqdim olunmuş sənədlərə və fərdi uçot məlumatlarına əsasən tələb olunan pensiya kapitalının olmadığı üçün onun əlilliyə görə əmək pensiyası almaq hüququ yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “2017-ci il 1 yanvar tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 2017-ci il 1 yanvar tarixdən ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği arasında yaranan fərqin ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Çünki iddiaçının əmək pensiyası almaq hüququ 2017-ci il 1 yanvar tarixdən yaranmışdır. 2017-ci il 1 iyul tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1 maddəsinə əsasən, əmək pensiyası təyin olunması üçün (30 yaşı tamam olmadığı üçün ) 5 il sosial sığorta stajı tələb olunur. İddiaçının 2017-ci il 1 yanvar tarixə tələb olunan stajı vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə istinadən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Cavabdehin etirazları:
6. Cavabdehin iddiaya qarşı münasibətində göstərilmişdir ki, iddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması üçün Şəki Regional “ASAN Xidmət” mərkəzinə müraciət etmişdir. Vətəndaşın müraciət tarixinə tələb olunan pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. Vətəndaşın 2012-ci il 1 yanvar tarixdən 2019-cu il 1 yanvar tarixədək olan 7 il sosial sığorta stajı və 4255.77 manat pensiya kapitalı mübahisələndirilmir. İddiaçı sosial müavinət aldığı üçün əmək pensiyası təyin olunması üçün 9000 manat pensiya kapitalı tələb olunur. İddiaçıya 2003-cü il 19 mart tarixdən sağlamlıq imkanları məhdud 18 yaşadək əlilliyə görə, xx.xx.2009-cu il tarixdən isə İİİ qrup əlillik təyin olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən tələb olunan sosial sığorta stajı olmadığı üçün iddiaçının əlilliyə görə əmək pensiyası almaq hüququ olmadığından iddianı əsassız hesab edir və Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 10 iyun tarixli, 2-1(116)-559/2020 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə İddiaçı 2017-ci il 01 yanvar tarixdən əliliyə görə əmək pensiyasının təyin edilməsi və 2017-ci il 01 yanvar tarixdən ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği arasında yaranan fərqinin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ 2017-ci il 01 yanvar tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə 2017-ci il 01 yanvar tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 il dən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 1991-ci il 01 may tarixdə doğulmuş, onun hüququ yarandığı 2017-ci il 01 yanvar tarixdə 26 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 5 il sosial sığorta stajı tələb olunur. İddiaçının məhkəməyə təqdim etdiyi Sosial arayış və X1 Sistemindən şəxsi hesabın çıxarışına əsasən isə iddiaçının həmin tarixə tələb olunan 5 il sosial sığorta stajı var.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və apellyasiya şikayətində qeyd olunanları nəzərə alaraq yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Şəki Apelya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-308/2020 saylı, 2020-ci il 11 noyabr tarixli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 10 iyun tarixli, 2-1(116)-559/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd olunur ki, Şəki Apelyasiya Məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunm amış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. hazırkı məhkəmə qərarı b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada): Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyət li yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
16. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməl idir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövl ükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən, 2017-ci ilin iyulun 1dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir.
21. İddiaçının əlilliyə görə pensiya almaq hüququ 2017-ci il 1 y anvar tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə həmin tarixdə qüvvədə olan qanun tətbiq edilmədir. 22. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
23. İddiaçının məhkəməyə təqdim etdiyi sosial arayış və X1 Sistemindən şəxsi hesabın çıxarışına əsasən iddiaçının həmin tarixə tələb olunan 5 il sosial sığorta stajı vardır.
24. Beləliklə, iddiaçının 2017-ci ildə 26 yaşının və 2017-ci il 1 yanvar tarixə 5 il sığorta stajının olduğu nəzərə alındıqda (26-15=11x4=44/ 12=3.6), onun “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyasından irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 noyabr tarixli, 2-1(107)-308/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov