Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-356/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 2-1(103)-1745/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin pensiya və pensiyalara əlavə müavinət təyin edən komissiyasının 04.07.2008-ci il tarixli qərarına əsasən İddiaçı millət vəkili kimi İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir.
2. Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən 01.01.2019-cu il tarixdən pensiya məbləğinin yenidən hesablanması səbəbindən iddiaçıya həmin tarixdən yaşa görə (deputat kimi) əmək pensiyası təyin edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 01.01.2019-cu il tarixli qərarına əsasən, iddiaçının yaşa görə (deputat kimi) pensiyası 30.04.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi səbəbindən yenidən hesablanmışdır.
4. İddiaçı 04.05.2020-ci və 13.05.2020-ci il tarixlərdə cavabdehə ər izə ilə müraciət edərək, əlilliklə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi pensiyasının 50 %-ni aldığını, hazırda Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi pensiyanın tam həcmdə ona təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh **********4 nömrəli, 19.08.2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müddafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 15 may 2020-ci il və 03 iyun 2020-ci il tarixlərində daxil olmuş müraciətlərinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, əmək pensiyasının yenidən sabiq deputat kimi hesablanmasının mümkün olub-olmaması ilə Dövlət Sosial Müdafiə Fondunun Aparatına sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, ona Fondun Binəqədi rayon Şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci və 20.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyalarına əsasən həmin Qanunun 37.3.4-cü maddəsinə uyğun olaraq (işləyən əmək pensiyaçısı olduğu üçün sığorta hissəsi tam, qulluq stajına görə əlavənin 50 faizi miqdarında) sabiq deputat kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra, fəaliyyətini Azərbaycan Respublikası Milli Məclisinin Aparatında dövlət qulluqçusu kimi davam etdirmişdir. Tutduğu vəzifədən azad olunduqdan sonra pensiyasına Qanunun 20.1.1-ci və ya 20.1.7-ci maddəllərinə uyğun qulluq stajına görə əlavələrin hesablanması hüququ (müvafiq olaraq deputat və ya dövlət qulluqçusu kimi) yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edildiyindən ona həmin Qanunun 20.1.7-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmiş sabiq dövlət qulluqçularına pensiya məbləğinin 6 misli məbləğində müavinət ödənilir. Qeyd olunanları nəzərə alaraq, ona tərəflərindən təqdim olunmuş pensiya məbləği haqqında arayışa əsasən dövlət vəsaiti hesabına ödənilən məbləğ varsa, qaytarıldıqdan sonra əmək pensiyası Qanunun 20.1.1-ci maddəsinə uyğun olaraq deputat kimi qulluq sta jına görə əlavənin hesablanması məsələsinə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.04.2020-ci il tarixdən deputat pensiyasının tam şəkildə təyin edilməsi və ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1952-ci il tarixində Salyan şəhərində anadan olmuşdur. 05 noyabr 2020-ci il tarixdən 02 dekabr 2005-ci il tarixə kimi ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı işləmişdir. 13 aprel 2006-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının Milli Məclisin işinin təşkili şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. 04 dekabr 2006-cı i l tarixdə Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi almışdır. 22 iyun 2007-ci il tarixdə Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi almışdır. 22 iyun 2010-cu il tarixdə 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilib. 30 aprel 2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. 2008-ci il tarixdən əlilliklə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputat pensiyasının 50 %ni alır. 13.05.2020-ci tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə deputat pensiyasının tam həcmdə ona təyin olunması barədə müraciət etsə də, müraciətinə heç bir cavab verilməmişdir. 30.05.2020-ci il tarixdə təkrar müraciətinə bugünə kimi heç bir cavab verilməmişdir. Təkrar müraciətinə cavab verilməməsi cavabdeh İdarənin pensiya məbləğinin verilməsindən imtina hesab olunduğundan məhkəmədə iddia qaldırmalı olmuşdur.
8. Cаvаbdеh imtina məktubu ilə eyni məzmunlu еtirаz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(112)-1948/2021 nömrəli qərarı ilə (hakim Aygün Abdullayeva) iddia tələbi təmin edilmiş, İddiaçı 30 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasına sabiq deputat kimi qulluq stajına əlavələrin tam şəkildə təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən dövlət qulluqçusu pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir.
11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 21(103)-1745/2021 nömrəli qərarına əsasən (sədrlik edən Elmira Nağıyeva, hakimlər Cahangir Yusifov və Həmid Həmidov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(112)-1948/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 2-1(103)-1745/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfin dən “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin tətbiqində səhvə yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə
5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. (-) Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (-) 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. (-) Maddə
34. Əmək pensiyasının bi r növündən başqa növünə keçirilmə Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. 18. “Dövlət qulluğu haqqında” Qanun Maddə
33. Dövlət qulluğuna xitam verilməsi (-) 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haq q verilir və bu məbləğdən vergi tutulmur. (-)
19. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikay ətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatm ış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanır. Həmin Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müva fiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.
24. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 30 aprel 2020-ci il tarixdən deputat pensiyasının tam şəkildə təyin edilməsi və ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Cavabdeh inzibati orqanın imtinasının əsasını “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilməsi və ona həmin Qanunun 20.1.7-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilməsi təşkil etmişdir.
25. Bununla bağlı cavabdehin mövqeyini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 17-ci bəndində göstərilən normada eyni anda iki və daha artıq pensiya hüququnun istifadə edilməsinin mümkün olmaması göstərilmişdir. İddiaçı isə hazırkı tələblə ona bir pensiya növünün təyin edilməsini xahiş edir.
26. Kassatorun “iddiaçının pensiya yaşına çatdıqdan sonra dövlət qulluğuna xitam verildikdən sonra ona təyin edilmiş aylıq əmək pensiyasının 6 mislində birdəfəlik haqqın qaytarıldıqdan sonra, iddiaçının əmək pensiyasının deputat kimi qulluq stajına görə əlavənin hesablanması məsələsinə baxıla biləcəyinə dair” dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıq da, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.
27. Hazırkı qərarın 18-ci bəndində göstərilən normanın məzmununa əsasən ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq, iddiaçıya digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq ödənildiyindən cavabdehin dəlilləri əsassızdır.
28. Göründüyü kimi, İPM-in 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçının pensiyasının yenidən hesablanmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
29. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 2-1(103)-1745/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 21(103)-1745/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.