Məhkəmə qərarları › İş №2-1(102)-356/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-356/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-356/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzər Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, tütünçü peşəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1964-ci il, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2-1(107)-266/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X5 filialının xx.xx.2021-ci il tarixli arxiv arayışına və iddiaçıya məxsus xx.xx.1984cü ildə tərtib edilmiş kolxozçunun əmək kitabçasına, Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunun kolxozçuların əmək stajı və qazancının uçotu kitabına əsasən Süleymanov (Ağammədova) İradə Osman qızı xx.xx.1979-cu ildə X7 birliyinin 69 saylı peşə texniki məktəbini n burucu qrupuna şagird qəbul edilmiş, xx.xx.1980-cı ildə məktəbi bitirdiyi üçün birliyin burucu sexinə ipək açan peşəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmişdir. 1982-1988, 1991-1997-ci illərdə həmin kolxozda işləmiş, vəzifəsi 1983-1985, 1988, 1991, 1993-1996-cı illərdə “göy tütün”, “tütün”, “quru tütün” olmaqla qeydiyyat aparılmışdır. Həmin illər üzrə minimum adam günü norması 170 gün müəyyən edilmişdir. İddiaçı xx.xx.1986-xx.xx.1987 və xx.xx.1988-xx.xx.1989-cu illərdə analıq məzuniyyətində olmuş, xx.xx.1998-xx.xx.1998-ci illərdə Qoxmuq İstehsal kooperativində əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı Şəki 1 saylı Peşə məktəbinə xx.xx.1998-ci ildə daxil olmuş və xx.xx.2001ci ildə “aşpaz-qənnadçı” ixtisası üzrə həmin peşə məktəbini bitirmişdir. Ümumi təhsil müddəti 2 il 9 ay 20 gün olmuşdur.

3. İddiaçı 10 avqust 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddiaçıya ünvanladığı 8 oktyabr 2021-ci il tarixli məktubla bildirmişdir ki, təqdim edilmiş sənədlərdə iddiaçının xx.xx.1979-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də tütünçü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Tütünçü vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajınız yoxdur. Bundan başqa iddiaçının fərdi hesab ının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40.200 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 9.153,12 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.1979-cu il tarixdən, xx.xx.1982-ci il tarixə kimi "xxxx" ASC-də (X7 birliyi), xx.xx.1982ci il tarixdən, xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunda tütünçü olaraq işlədiyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlərdə işləməyi nəzərdə alınmaqla), 2 uşağına qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin (xx.xx.1986-cı ildə X1 və xx.xx.1988-ci ildə X2) və xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz-qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil etməklə, hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliy inin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı sonradan tələbini dəqiqləşdirərək “cavabdehə xx.xx.2021-ci il tarixli ilkin müraciətindən 3 il əvvələ yəni, xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbində göstərmişdir ki, 6 dekabr 1986-cı il və 23 dekabr 1988-ci il tarixlərdə 2 övladı (X1 və X2) doğulmuş və bununla bağlı 18 noyabr 1986-cı il tarixdən 30 yanvar 1987-ci il tarixədək və 16 noyabr 1988-ci il tarixdən 22 fevral 1989-cu il tarixədək Şəki rayonu Qoxmuq kənd 1 May kolxozdan analıq məzuniyyətinə çıxmışdır. xx.xx.1979 xx.xx.1982-ci il tarixlərdə "xxxx" ASC-də, daha sonra xx.xx.1982-ci il - xx.xx.1997 -ci il tarixlərdə Səki rayonu Qoxmuq kənd 1 May kolxozda “Tütünçü” olaraq işləmiş, xx.xx.1998ci il tarixdən xx.xx.2001-ci il tarixədək Şəki 1 saylı Peşə məktəbində aşpaz-qənnadı ixtisası üzrə oxumuşdur. O, İşlədiyi sahənin zərərli sahə olmasını nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

8. Cavabdeh orqan iddia tələbinə dair etirazda göstərmişdir ki, İddiaçı iddia etdiyi “Tütünçü” peşəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında nəzərdə tutulmamışdır. Bundan başqa vətənd aşın fərdi hesabının sığorta hissəsindəki qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40200.00 manat müəyyən edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləği 9153.12 manat təşkil edir. Qeyd edilənləri ümumiləşdirərək İddiaçı iddia etdiyi “Tütünçü” peşəsi yuxarıda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarda nəzərdə tutulmadığından və fərdi hesabın sığorta hesabında qeydə alınan pensiya kapital ının tələb olunan pensiya kapitalından az olduğundan ona imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının qeyd etdiyi “Tütünçü” peşəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında nəzərdə tutulmamışdır. Bütün bunları nəzərə alaraq bildiririk ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlar nəzərə alınaraq iddianı n təmin edilməməsi xahiş edilmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)-429/2022 nömrəli qərarı ilə (hakim V.Ə.Musayev) iddia təmin edilərək cavabdehin üzərinə iddiaçıya xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ümumi iş stajının 20 ildən çox olması əmək kitabçası və dövlət arxivinin sənədləri ilə təsdiq olunur. Həmin sənədlərə görə iddiaçı Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda işlədiyi dövrlərdə 1982-ci ildə soğan pomidor, 1983-cü ildə göy tütün becərilməsində, 1984-cü ildə tütün, soğan, 1985-ci ildə göy tütün, soğan (xx.xx.1986-xx.xx.1987-ci ilə qədər uşağa qulluq üzrə sosial məzuniyyətdə olmuş, 1987-ci ildə qismən ödənişli an alıq məzuniyyətində olmuş), 1988-ci ildə tütün, 1991-1997- ci illərdə göy tütün, quru tütün becərilməsində iştirak etmişdir. İddiaçının 1983-1986, 1988, 1991-1997-ci illər üzrə tam əmək stajı 12 il müəyyən olunur. 1982-ci ildən başqa digər illər üzrə iddiaçı tütünçülüklə məşğul olmuş, həm də tütünçülüklə məşğul olduğu illərdə əmək günü minimum normadan artıq olmuşdur. 1982-ci il istisna olmaqla iddiaçının kolxozda işlədiyi tütünçülüklə məşğul olduğu dövr tam 12 il təşkil edir. İddiaçının qismən ödənişli sosial məzuniyyətdə olduğu 1987-ci il və körpə uşağa qulluq etdiyi 1989-1990-cı illər iş stajına daxil edildiyindən iddiaçının güzəştli sahədə iş stajı 15 il müəyyən edilir. Həmin müddətin üzərinə iddiaçının X7 birliyinin 69 saylı peşə texniki məktəbində işlədiyi və Qoxmuq istehsal kooper ativində olan 3 il 6 ay 7 gün əmək fəaliyyəti və Şəki 1 saylı Peşə məktəbində təhsil aldığı 2 il 9 ay 20 gün təhsil müddətini topladıqda 21 il 3 ay 27 gün ümumi əmək stajı yaranır ki, bu da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2-1(107)-266/2022 nömrəli qərarı ilə (hakimlər V.İ.Məlikov /sədrlik edən və məruzəçi/ R.R.Rəfiyev və G.İ.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)-429/2022 saylı qərarı d əyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi sənədlərə əsasən iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək 17 il 7 ay 20 gün müəyyən edilmişdir. Eyni zamanda onun 4 iyul 1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Şəki rayon Qoxmuq kənd 1 May kolxozunda işlədiyini iddia etdiyi “Tütünçü” peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən isteh salatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında nəzərdə tutulmamışdır. Həmçinin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40200.00 manat müəyyən edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləği isə 9153.12 manat təşkil edir.

16. Qeyd olunanlar nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilməmişdir.

17. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensi yaları haqqında” Qanunun 9.1-ci, 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə istinad edilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericil iklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

20. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:.... z)kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla ç alışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan-operator işləyən qadınlar—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda. Qeyd: 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə

67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. e) bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddəti (lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) iş stajına daxil edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiy i həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 22. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”: Bənd

27. Yeyinti sənayesi 27.5.1. tütün istehsalı: a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyicilər i, b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar və bərpa olunmuş tütünün istehsalı, 27.5.2. a) fəhlələr: tortanı buxara verənlər, bərpa edilmiş tütün xətlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcıları, kağız (karton) düzəldən maşının maşinistləri (torçuları), kağız və kağız məmulatlarının hopdurucuları, üyüdücülər, tütün quruducuları, tütün xammalını nəmləşdirənlər, b) mütəxəssislər: bərpa edilmiş tütün sexlərində məşğul olan ustalar, böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdi kdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasi ya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şi kayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

29. Belə ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 10 avqust 2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 01 yanvar 2006-cı ilədək 20 il ümumi iş və 15 il güzəştli iş stajı tələb olunur. Apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır, məhkəmənin bununla bağlı istinad etdiyi sübutlar aidiyyət və mötəbərlik tələblərinə cavab verir, odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarl amağa lüzum yoxdur.

30. Məhkəmə kollegiyası tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında çalışmış işçinin güzəştli şərtlə pensiya hüququ verən peşə olması barədə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tütün istehsalı özüözlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.

31. Qanunverici istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq edərkən tütün istehsalı və bərpa olunmuş tütünün istehsalını da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsala t növünə aid etmiş, bu sahənin zərərli olmasını qəbul edərək bu sahədə çalışan insanların əməyini qiymətləndirərək onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmalarını təsdiq etmişdir.

32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 20 il ümumi iş stajı olduğundan və bu müddətin azı 15 ilini tütünçülükdə çalışdığından “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin z) bəndinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşdur.

33. Digər tərəfdən isə nəzərə alınmalıdır ki 1 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinin redaksiyasının mənasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmə k şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlərsə, onda iddiaçının bu hüquqa malik olması tanınmaya bilməz.

34. Məhkəmə tərkibi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdehin kassasiya şikayətində təkrarlanmış dəlilinə dair əlavə olaraq aşağıdakıları qeyd edir.

35. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı güzəşt li şərtlərlə yaşa görə əmək pensiyası hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən qazandığından, həmin qanunla isə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin ödənilməsi tələb edilmədiyindən, pensiya kapitalı ilə bağlı cavabdehin dəlili əsaslı sayıla bilməz.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə belə nəticəyə gəlinmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

37. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi 8 oktyabr 2020-ci il tarixli qərardadda təsbit etmiş, məhkəmə tərkibi eyni xarakterli hazırkı məsələyə baxarkən, 8 oktyabr 2020-ci il tarixli qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab etməmişdir.

38. İddiaçı 1 iyul 2017-ci ilə qədər pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etməmişsə əvvəlki illərin pensiya məbləği iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər.

39. İşin 11-ci səhifəsində olan cavabdehin 8 oktyabr 2021-ci il tarixli məktubuna görə iddiaçı pensiya təyin edilməsi üçün 10 avqust 2021-ci ildə cavabdehə müraciət etmişdir. Odur ki, iddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olduğuna görə ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər.

40. İddiaçı dəqiqləşdirilmiş tələbində pensiyanın 10 avqust 2018-ci il tarixdən təyin olunmasını xahiş etmişdir.

41. İddiaçının 3 yanvar 2016-cı il tarixdə pensiya hüququ yaranmasına baxmayaraq 1 iyul 2017-ci ilə qədər pensiyanın təyin olunması üçün cavabdehə müraciət etmədiyindən və əvvəlki illərin pensiyası iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməli olduğundan, pensiyanın hes ablanmasının əvvəli 10 avqust 2018-ci ildən sayılmalıdır.

42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 21(107)-266/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar