Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3561/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: penisanın yenidən hesablanması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Rəfail Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Mödafiə Fondunun Qax rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İİK-nın 08 oktyabr 2019-cu il tarixli 2-1(107)564/201 9 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Mödafiə Fondunun Qax rayon şöbəsinəqarşı Şəki İnzibati-iqtisadi Məhkəməsinin qüvvəyə minmiş 30.01.2018-ci il tarixli qərarına əsasən sosial sığorta stajına daxil edilən illər və Rusiya Federasiyası Perm şəhərində bioloji pereparatlar hazırlanan fabrikdə 1975-ci ilin noyabr ayından işlədiyi illər də nəzərə alınmaqla yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki İnzibati- iqtisadi Məhkəməsinin qüvvəyə minmiş 30.01.2010-ci il tarixli qərarına əsasən 01.09.1967-26.02.1971-ci il tarixlərində texnikumda təhsil aldığı illər və 20.10.1999-11.06.2004-cü ilədək olan müddət sosial sığorta stajına daxil edilməsi öhdəliyi DSMF-nin Qax rayon şöhəsinin üzərinə qoyulmuşdur. Həmin qərar əsasında onun pensiyası 2014-cü ilin noyabr ayından yenidən hesablanmalı idi. Lakin pensiyası yenə də əvvəlki kimi əsassız olaraq inzibati orqanın vəzifəli şəxslərinin bürokratik əngəlinə məruz qalmış, həmin bürokratik qurumun həmişəki vərdişlərinə uyğun qaydada hesablanmışdır. Əmək haqqı cədvəllərinə əsaslanaraq, DSMF-nin Qax rayon şöbəsi tərəfindən hesablanmış pensiyadan bu əmək haqqı cədvəllərində olan əmək haqlarının sığorta kapitalı olduqca daha yüksəkdir, yəni Azərbaycan valyutası ilə 16-19 min arası olmalıdır. Rusiya Federasiyası Perm şəhərində bioloji pereparatlar hazırlanan fabrikdə işlədiyi illərin əmək haqqı cədvəllərini və qərarı cavabdeh DSMF-in Qax rayon şöbəsinə təqdim edərək pensiyanın qərarda və əmək haqqı cədvəllərində qeyd edilən illər də nəzərə alınmaqla yenidən hesablanması, pensiyanın hansı tarixdən hansı növ pensiya olaraq hesablanıb rəsmi məlumat verilməsi barədə ərizəsinə öz bildikləri kimi pensiya hesablama aparılması və pensiyanın düzgün hesablanması barədə 8 aprel 2019-cu il tarixli məktub göndərmişlər. Birinci instansiya məhkəməsinin 14.08.2019-cu il tarixli iş № 2-1(84)-905/2019, (sədrlik edən hakim İ.Cabbarov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərə k birinci instansiya məhkəməsinin 14.08.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 08.10.2019-cu il tarixli iş № 2-1(107)-564/2019 (hakimlər M.Hüseynov - sədrlik edən və məruzəçi, G.Abbasov və R.Rəfiyev) qərarı iləbirinci instansiya məhkəməsinin 14.08.2019-cu il tarixli qərarınındəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, o apelyasiya şikayəti verərək şikayətində qeyd etmişdir ki, işlə bağlı ekspert rəyi mütləqdir və ekspertiza təyin e dərək pensiyamın hesablanması qaydası yoxlanılaraq müvafiq rəy verilsin, cavabdeh orqan olan pensiya fondunun təqdim etdiyi üzləşmə aktı əsasında aparılan hesablaşma düzgün deyildir. Belə ki, onun 1967-1990-cı illər ərəfəsində olan əmək haqqı cədvəllərindəki iş stajı Şəki İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı əvvəlki qərarda öz əksini tapıb. Cavabdeh DSMF-in Qax rayon şöbəsinin vəzifəli şəxslərinin təqdim etdiyi sənədlərdə pensiyası 170 manat göstərilir, onun 2006-cı ilədək olan sığorta kapitalının heç bir hüquqi əhəmiyyəti yoxdur, bu həqiqəti əks etdirən bir sənəd deyil, bu fakt ekspertiza təyin edilərək yoxlanmalı idi. Lakin birinci instansiya məhkəməsində cavabdehin təqdim etdiyi yalan üzləşmə aktı əsasında qərar çıxarılmış, Şəki Apelyasiya Məhkəməsində işə baxılarkən yenə də cavabde hdən ekspertiza təyin edilib-edilməməsi məsələsinə münasibət bildirilməsi soruşulmuş, onun ekspertiza təyin edilərək işə baxılması barədə vəsatəti nəzərə alınmamışdır. Adi hesablama aparılsa görünər ki, pensiya kapitalı çoxdur, cavabdeh orqan bu hesablamanı düzgün aparmamışdır. 26 oktyabr 2014-cü il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfind ən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Məhkəmə kollegiyası qeyd etmişdir kı, "Azərbaycan Respublikasında 2006-cı il tarixədək qazanılmış sığorta stajları müvafiq olaraq pensiya kapitalına çevrilməklə iddiaçının mövcud pensiya kapitalı müəyyənləşdirilmişdir. İddiaçının da pensiyaya çıxdığı vaxt həmin kapitalın müəyyənləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq indeksləşdirilməklə istehlak qiymətlərinin artımı nəzərə alınmaqla müəyyənləşdirilmişdir. O cümlədən iddiaçının qazandığı bütün sığorta stajı müddəti və Rusiya Federasiyasında qazandığı sığorta stajı müddətləri tam nəzərə alınaraq ona 2014-cü ilin 26 oktyabr tarixində müvafiq pensiya təyin edilmişdir. Sonradan da müvafiq məhkəmə qərarına əsasən sığorta stajına əlavə edilən illər də hesablanmaqla iddiaçıya pensiya artırılmış məbləğlə ödənilməklə, həmçinin 2014-cü il tarixdən olan artımlar da iddiaçıya ödənilmişdir”. Bu hesablama cavabdeh orqanın ona verdiyi imtina məktubunda da göstərilmişdir, o bu hesablama ilə razılaşmayaraq ekspert tərəfindən onun bütün iş illəri nəzərə alınaraq hesablama aparılmasını istəmişdir, məhkəmə isə ekspertizasının keçirilməsi barədə vəsatətini təmin etməmiş, bu faktın müəyyən edilməsinin hər hansı bir qanunvericilik əsası olmadığından bu halın müəyyən edilməsinə lüzum görməmişdir. Vəsatətinin təmin edilməməsi qanunvericiliyin tələblərinə ziddir, o cavabdehin açıqlaması ilə razılaşsaydı məhkəməyə müraciət etməzdi. Lakin məhkəmə bunu nəzərə almamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasas iya şikayətində Şəki Apelyasiya Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli 2-1 (107)-564/2019 nömrəli qərarının ləğv edilərək işin yenidən araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili R.Abbasov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 08 oktyabr 2019-cu il tarixli, 21(107)-564/2019 saylı qərarla, İddiaçı apelyasiya şikayətinin tə min edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2-1(84)-905/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən, İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 2.2.3, 34.1-ci maddələrinə, 26 oktyabr 2014-cü il tarixdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 27, 29.1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2-1(107)564/2019 saylı qərarı və həmin qərardan İddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin «İnzibati məhkəmə icraatının p rinsipləri» adlanan İİ fəslində yer almış 12-ci maddəsində işin hallarının araşdırılması prinsipi müəyyən edilmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Eyni zamanda qeyd edilməlidir ki, iş üzrə qanuni və əsaslı məhkəmə qərarının qəbul edilməsi üçün İnzibat i Prosessual Məcəllənin yuxarıda göstərilmiş maddələrindən heç də az əhəmiyyətə malik olmayan İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsi də mövcuddur. Belə ki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 58.7-ci maddələrinin müddəalarına riayət etməmiş, proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə gör ə araşdırmamış, nəticə etibarı ilə də sübutlar tam və hərtərəfli araşdırılmadan qiymətləndirilmişdir ki, bu da iş üzrə düzgün olmayan qərarının qəbul edilməsinə gətirib çıxarmışdır. Belə ki, həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin «Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvəyə minmiş 30 yanvar 2018-ci il tarixli qərarına əsasən sosial sığorta stajına daxil edilən illər və Rusiya Federasiyası Perm şəhərində bioloji preparatlar hazırlanan fabrikdə 1975-ci ilin noyabr ayında işlədiyi illərdə nəzərə alınmaqla yenidən hesablanmasının cavabdehə həvalə edilməsi» kimi irəli sürüldüyü, yəni, sözügedən hesablanmanın müddətinin başlanmasının tarixi göstərildiyi, müddətin bitməsinin tarixi isə bəlli olmadığı, başqa sözlə, iddia tələbinin konkret olma dığı halda, bu mühüm məsələni araşdırmamışdır. Bu arada qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının Rusiya Federasiyasında işlədiyi 1975–1983-cü illəri öz qərarında yazsa da, sözügedən məsələnin mənbəyinə, yəni, mötəbər sübutlar əsaslanmamışdır. Digər tərəfdən, cavabdeh iddiaçının Rusiya Federasiyasında (Perm şəhərində) işlədiyi müddəti bütövlükdə nəzərə aldıqlarını bildirsə də, bu yenə də mötəbər sübutlarla tam və hərtərəfli öz təsdiqini tapmır ki, bu baxımdan da cavabdeh tərəfindən iddiaçıya iş stajının 28 il 10 ay 2 gün kimi hesablanması iş materiallarından bəlli deyildir. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında iddiaçının iddiada irəli sürdüyü tələblə bağlı cavabdehə müraciət etməsini təsdiq edən sənəd mövcud deyildir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan, o cümlədən iddiaçının iddiasının mümkün olub-olmaması məsələsi də yoxlanılmalı olduğundan, apelyasiya instansiyası məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, kasasiya şikayəti təmin edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli, 2-1(107)564/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Sədrlik ed
Məhkəmə qərarları › İş №2-1(102)-3561/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3561/2019
11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver