Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3561/2025 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; növbədənkənar səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı ““Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarın 2020-ci il üzrə 8389,83 manat ƏDV və 4194,91 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 647.713,58 manat ƏDV və 323.856,79 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinin ##.##.2023-cü il tarixli Baxış aktından görünür ki, vergi öhdəliklərinin düzgün müəyyən edilməsi məqsədi ilə vergi ödəyicisi kimi ** saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “xxxx” Mənzil Tikinti Kooperativinin /VÖEN **********/ Gəncə şəhəri, “Mahrasa Bağı” yaşayış massivində inşa etdiyi ** saylı 1-ci, ** saylı 2-ci və ** saylı 3-cü 1 bloklu 12 mərtəbəli yaşayış binalarında müşahidə aparılmış, müşahidə zamanı həmin binalarda yerləşən mənzillərin böyük əksəriyyətində yaşayış olduğu müəyyən edilmişdir.
2. Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinin ##.##.2023-cü il tarixli **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən, “xxxx” Mənzil Tikinti Kooperativi üzrə (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması risk(lər)inin məzmunu - Vergi orqanında mövcud olan uçotbaza və digər əlaqəli məlumatlara əsasən, müəyyən edilən digər vergidən yayınma riskləri; risk(lər)in təsviri – Vergi ödəyicisi tərəfindən təqdim edilmiş yaşayış sahələri üzrə əldə edilmiş gəlirlərin vergi bəyannamələrində əks etdirilməməsi səbəbindən vergidən yayınma riskləri yaranmışdır.) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2020 – mart 2023 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
3. “Səyyar vergi yoxlaması barədə” ##.##.2024-cü i tarixli, **************** nömrəli aktdan görünür ki, səyyar vergi yoxlaması zamanı təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyünü yoxlayarkən kooperativ tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159cu, 166-cı və 175-ci maddələrinə əsasən mənzil tikintisi və təqdim edilməsi ilə bağlı vergi tutulan dövriyyənin və əvəzləşdirilən dövriyyənin aylar üzrə düzgün göstərilməməsi nəticəsində 2020-ci ilin aprel ayı üzrə 16748,05 manat, 2022-ci ilin sentyabr ayı üzrə 5034,78 manat, noyabr ayı üzrə 132,71 manat və 2023-cü ilin mart ayı üzrə 647713,58 manat, cəmi 669629,12 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2020ci ilin son 7 ayı üzrə 1760,31 manat, 2021-ci il üzrə 3502,26 manat, 2022-ci il üzrə 3647,16 manat və 2023-cü ilin ilk 2 ayı üzrə 801,00 manat, cəmi 9710,73 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Kənarlaşmaya səbəb aşağıdakılar olmuşdur: - Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ## ### 2024-cü il tarixli, ************** nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarına əsasən, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ## ### 2024-cü il tarixli, ************** nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolla götürülmüş müqavilələr, arayışlar və 1 (bir) ədəd flaşkartda yerləşdirilmiş elektron fayldakı sənədlər yoxlanılmışdır. Vergi ödəyicisindən götürülmüş müqavilə və arayışlara əsasən, 3-cü binada 2020-ci ilin aprel ayı ərzində 2 ədəd 63 və ** nömrəli mənzillərin X1 110000,00 manata ( dv-li) satıldığı, 1-ci binada 2022-ci ilin sentyabr ayı ərzində 1 ədəd qeyri-yaşayış sahəsinin X2 40000,00 manata (ədv-li) (arayışlara əsasən ödəniş 2022-ci ilin sentyabr ayı 35000,00 manat və noyabr ayı üzrə 5000,00 manat) satıldığı müəyyən edilmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 159.1 və 166-cə maddələrinə əsasən, həmin məbləğlər dövriyyədə bərpa edilərək 22881,36 manat vergi məbləğinin hesablanılması, 11440,68 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - Həmçinin, vergi ödəyicisindən götürülmüş elektron sənədlər əsasında 1 (bir) ədəd qara rəngli fləşkartda ümumi yaddaşı 357 MB olan yaddaş qurğusunda “xxxx mtk” başlıqlı elektron qovluqda “X4 S.DTVS2...” elektron faylda olan “disk D”-də 10.3 siyahı xlsx-də sifarişçilərin adı və qarşısındakı qrafada mənzillər barədə qiymətlər 86 sayda şəxsə 4244200,00 manat (ədv-li) dəyərdə mənzil və qeyri yaşayış sahəsinin təqdim edildiyi göstərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV üzrə bəyannamələrdə həmin təqdim edilmələr bəyan edilməmişdir. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 159-cu, 166-cı və 175-ci maddələrinə əsasən, ümumilikdə 669629,12 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı, 9710,73 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin isə artıq hesablandığı və əlavə dəyər vergisinin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 334814,57 manat maliyyə sanksiyasının tətbiq edilməli olduğu müəyyən edilmişdir.
4. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarından görünür ki, 2020-ci il üzrə 2766.16 manat mənfəət vergisi, 1383,08 manat maliyyə sanksiyası, 2022ci il üzrə 1042.34 manat mənfəət vergisi, 521.17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 16748.05 manat ƏDV, 8374.03 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 5167.49 manat ƏDV, 2583.75 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 647713.58 manat ƏDV, 323856.79 manat maliyyə sanksiyası hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarının 2020-ci il üzrə 8389,83 manat ƏDV və 4194,91 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 647.713,58 manat ƏDV və 323.856,79 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** saylı Ərazi Vergilər İdarəsinin ##.##.2023-cü il tarixli, **************** saylı qərarına əsasən müəssisədə növbədənkənar səyyar vergi yoxlamasının keçirilmiş, yoxlamanın nəticəsi ##.##.2024-cü il tarixli, **************** nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarına əsasən müəssisəyə əlavə olaraq 2020-ci il üzrə 2766,16 manat mənfəət vergisi və 1383,08 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 1042,34 manat mənfəət vergisi və 521,17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 14987,74 manat ƏDV və 8374,03 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 1520,33 manat ƏDV və 2583,75 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 646912,58 manat ƏDV və 323856,79 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 667229,15 manat əlavə vergi məbləği və 336718,82 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçşıya görə cavabdehin ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı qanunsuzdur və ləğv edilməlidir. İlk növbədə, cavabdeh tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar əsaslandırılmamışdır. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Hazırkı mübahisəyə münasibətdə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etməsi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Yoxlama lüzumsuz olaraq uzadılmış, 16 halda dayandırma qərarı qəbul edilmiş, ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla ekspertiza təyin olunaraq ona yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi, ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla mütəxəssis dəvət olunaraq ona yoxlama ilə əhatə olunan dövrdə tikilmiş mənzillərin, yaşayış və qeyriyaşayış sahələrinin, işçi sayı və əmək haqqı xərclərinin, yaşayış və qeyri-yaşayış sahələrinin maya dəyərinin və mal-materialların silgi normalarının müəyyənləşdirilməsi tapşırılmışdır. ## #### 2024-cü il tarixli, *************** nömrəli məktubla ekspert rəyi və mütəxəssis rəyi yoxlamaya təqdim edilmiş, lakin hesablamalar zamanı ekspert rəyi və mütəxəssis rəyi nəzərə alınmamışdır. Yoxlama aktının 1.9.2 və 1.9.3-cü bəndində qeyd olunur ki, yoxlama zamanı əmlakının inventarizasiyası və vergi ödəyicisinin binasına baxış keçirilməmişdir. Lakin yoxlama aktından müəyyən olunur ki, vergi orqanı binadakı mənzillərin satıldığı qənaətinə gəlmiş, buna görə də əlavə vergilər hesablanmışdır. Səyyar vergi yoxlaması aktından müəyyən olunur ki, VCİABİ-nin ## ### 2024-cü il tarixli, ************** nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərara əsasən, eyni tarixli protokolla götürülmüş elektron sənədlərə istinad olunmuş və əlavə hesablamalar həmin elektron sənədlərdə aşkar edilmiş məlumatlara əsasən aparılmışdır. Götürülən elektron fayllar açıq məlumatdır və mühafizə ilə təmin edilməmişdir. Həmin fayl götürüldükdən sonra oradakı məlumatlara istənilən formada dəyişiklik etmək, artırma və azaltma mümkündür. Reallıqda yoxlama ilə əhatə olunan dövrdə 86 şəxsə yaşayış və qeyri yaşayış sahələri təqdim edilməmişdir. Məlumatlar həqiqəti əks etdirmir və təhrif edilmişdir. Cavabdeh “qara mühasibatlıq” sənədləri əsasında dövriyyənin bəyan ediləndən artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənmiş olsun, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmış olsun, başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun.
7. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçı vergi ödəyicisi kimi ## ####### 2004-cü il tarixdə fəaliyyət növü “Bütün tiplərdən olan yaşayış binaların, o cümlədən: koteclərin, çoxmənzilli evlərin tikintisi” olmaqla uçota alınmış və ## #### 2005-ci il tarixdə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində mənzillərin təqdim edilməsindən 2020-ci il ərzində ƏDV-siz 10495,10 manat, 2021-ci il ərzində ƏDV-siz 19457,00 manat və 2022-ci il ərzində ƏDV-siz 25452,00 manat gəlir əldə edildiyi göstərilmişdir, yəni il ərzində qeyd olunan rəqəmlər reallıqda 1 (bir) mənzilin satış qiymətindən azdır. Göstərilənlərlə bağlı vergi əməkdaşları tərəfindən ## ### 2023-cü il tarixdə vergi ödəyicisinin Gəncə şəhəri, “Mahrasa Bağı” yaşayış massivində inşa etdiyi ** saylı 1-ci, ** saylı 2-ci və ** saylı 3-cü 1 bloklu 12 mərtəbəli yaşayış binalarında müşahidə aparılmışdır. Aparılmış müşahidə zamanı həmin binalarda yerləşən mənzillərin böyük əksəriyyətində yaşayışın olduğu müəyyən edilmiş və aparılmış müşahidənin nəticələri ## ### 2023-cü il tarixli baxış aktı ilə rəsmiləşdirilmişdir. Qeyd edilənləri, nəzərə alaraq təqdim edilmiş yaşayış sahələri üzrə əldə edilmiş gəlirlərin vergi bəyannamələrində əks etdirilməməsi səbəbi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən cavabdehin ## ### 2023-cü il tarixli, **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə iddiaçıda ## ##### 2020-ci il tarixdən ## ##### 2023-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı ## ### 2023-cü il tarixli, **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə”nin təqdim edilməsinə, ## ###### 2023-cü il tarixli, **************** nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarın çıxarılmasına və sənədlərin məhkəmənin qərarı ilə götürülməsi üçün ## ###### 2023-cü il tarixli, **************** nömrəli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən sənədlər və qeyd olunan elektron fayllar, o cümlədən yoxlama ilə əhatə olunan dövrdə yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədlər yoxlamaya təqdim edilməmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ## ### 2024-cü il tarixli, ************** nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarına əsasən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ## ### 2024-cü il tarixli, ************** nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolla götürülmüş qeydiyyat dəftərləri, sakinlərin rekvizit sənədləri, kommunal xərclər üzrə mədaxil qəbzləri, mənzil alan müştərilərlə bağlanmış müqavilələr, daşınmaz əmlakla bağlı borc öhdəlikləri və 1 ədəd fləşkartda ümumi yaddaş həcmi 357 MB olan yaddaş qurğusunda – “xxxx MənzilTikinti Kooperativi” başlıqlı elektron qovluqda “X5 S.DTVS2..” elektron faylda olan “disk D”-də “10.3 siyahı xlsx”-də sifarişçilərin adı və qarşısındakı qrafada mənzillə barədə qiymətlər olan məlumatlar götürülmüşdür. Cavabdehin ## ### 2023-cü il tarixli, **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi nəzarətinin həyata keçirilməsi üzrə konkret hərəkətlərin aparılması üçün tikilmiş mənzillərin yaşayış və qeyri yaşayış sahəsinin, işçi sayı və əmək haqqı xərclərinin, yaşayış və qeyri yaşayış sahələrinin maya dəyərinin və mal-materialların silgi nömrələrinin müəyyənləşdirilməsi sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssisin və səyyar vergi yoxlaması zamanı yaranan sualların aydınlaşdırılması üçün təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış qiymətlərinin bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi sahəsində xüsusi biliklərə malik olan ekspertin dəvət edilməsinə zərurət yarandığı üçün cavabdehin ## #### 2023-cü il tarixli **************** nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarı ilə mütəxəssis və ## #### 2023-cü il tarixli **************** nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarı ilə ekspert dəvət edilmişdir. İddiaçı tərəfindən 2020, 2021 və 2022-ci illər üçün səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin apardığı qarşılıqlı əməliyyatlar barədə məlumatların alınması üçün ## ### 2023-cü il tarixli, **************** nömrəli məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsinə, ## ### 2023cü il tarixli, **************** nömrəli məktubla “xxxx” Açıq Səhmdar Cəmiyyətinə, ## ### 2023-cü il tarixli, **************** nömrəli məktubla “Azəriqaz” İstehsalat Birliyinə və ## ##### 2024-cü il tarixli, **************** nömrəli məktubla “xxxx” Açıq Səhmdar Cəmiyyətinə müraciət edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ## ### 2024-cü il tarixli, **************** nömrəli məktubla, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ## #### 2023-cü il tarixli, 231401********** nömrəli məktubla, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ## #### 2023-cü il tarixli, 231401********** nömrəli məktubla və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən ## ###### 2023-cü il tarixli, **************** nömrəli məktubla aparılmış qarşılıqlı əməliyyatlar barədə məlumatlar təqdim edilmişdir. Qeyd olunan müddət ərzində vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövrdə yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədlər və məlumatların təhrif edilməsi ilə bağlı sübutlar vergi orqanına təqdim edilməmişdir. Lakin, səyyar vergi yoxlaması zamanı “qara mühasibatlıq” sənədləri əsasında faktiki dövriyyənin bəyan ediləndən daha artıq olması müəyyən edilmişdir. Təqdim edilmiş ekspert və mütəxəssis rəyləri kifayət qədər aydın və dolğun olmadığı üçün hesablamalar zamanı həmin rəylər nəzərə alınmamışdır. Aparılmış səyyar vergi yoxlaması zamanı gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya tam təqdim edilmədiyinə görə Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixli, ** nömrəli və ## ##### 2003-cü il tarixli, ** nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirlərinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin illər üzrə mənfəəti hesablanmış və nəticədə 2020-ci il üzrə 2.766,16 manat və 2022-ci il üzrə 1.042,34 manat, cəmi 3.808,50 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı və 2021-ci il üzrə 123,40 manat büdcəyə çatacaq mənfəət vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Həmçinin, səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2020-ci il ərzində 14.987,74 manat, 2022-ci il ərzində 1.520,33 manat və 2023cü il ərzində 646.912,58 manat cəmi 649.931,65 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2021-ci il ərzində 3.502,26 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlər ## #### 2024cü il tarixli **************** nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-cü il tarixli, **************** nömrəli qərarı ilə iddiaçıya 3.808,50 manat mənfəət vergisi, 649.931,65 manat əlavə dəyər vergisi və 323.856,79 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçının iddia ərizəsində qeyd etdikləri ilə bağlı bildirilir ki, dəvət edilmiş mütəxəssisin və ya ekspertin rəylərinin yoxlamaya təqdim edilmədiyini və vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya tam təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 43.11-ci maddəsinə müvafiq olaraq həmin sənədlərin vergi ödəyicisindən məhkəmənin qərarı ilə götürülməsi üçün Ərazi Vergilər İdarəsi tərəfindən ## ###### 2023-cü il tarixli, **************** nömrəli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilmiş, lakin məhkəmənin qərarının qanuni qüvvəyə minmədiyini nəzərə alaraq vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması müvəqqəti olaraq dayandırılmışdır (təxirə salınmışdır). Həmçinin, yoxlama ilə əhatə olunan dövrdə 86 şəxsə yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyini bildirməsi həqiqəti əks etdirmir və təhrif edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh tərəfindən keçirilmiş səyyar vergi yoxlaması qanunvericiliyin tələbinə əməl edilməklə başa çatdırılmışdır.
8. Gəncə İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar 2020-ci il üzrə 8389,83 manat ƏDVnin hesablanması və 4194,91 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2023-cü il üzrə 647.713,58 manat ƏDV-nin hesablanması və 323.856,79 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki: - cavabdeh orqan tərəfindən “xxxx” Mənzil Tikinti Kooperativinin Gəncə şəhəri, “Mahrasa Bağı” yaşayış massivində inşa etdiyi ** saylı 1-ci, ** saylı 2-ci və ** saylı 3-cü 1 bloklu 12 mərtəbəli yaşayış binalarında müşahidə aparılmış və ##.##.2023-cü il tarixli baxış aktı tərtib olunmuşdur. Məhkəmə cavabdehin bu hərəkətini qanuni hesab etməmişdir. Belə ki, ** saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar ##.##.2023-cü il tarixdə qəbul edilmiş, həmin baxış isə yoxlamanın keçirilməsi barədə qərarın qəbul edilməsindən əvvəl həyata keçirilmişdir. Halbuki Vergi Məcəlləsinin 41.1-ci maddəsində, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməsinin mümkünlüyü qeyd olunmuş və aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirməli olması göstərilmişdir. Normanının mənasına görə vergi orqanı tərəfindən baxış vergi nəzarəti tədbirləri ilə əlaqədar həyata keçirilə bilər. Vergi qanunvericiliyində isə vergi nəzarəti tədbirləri kimi kameral və səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti tədbirləri nəzərdə tutulmuşdur. Ona görə də, cavabdeh inzibati orqan səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul etməzdən əvvəl iddiaçıya məxsus obyektə baxış keçirməkdə haqlı olmamışdır. - növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Lakin cavabdeh qərarını əsaslandırmamışdır. - məhkəmə vergi orqanı tərəfindən qəbul edilmiş qərarın mübahisələndirilən hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən X1 1 mənzillə bağlı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə sənədin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ##.##.2024cü il tarixli, ************** nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarına əsasən “xxxx” Mənzil Tikinti Kooperativinə məxsus olan zəruri sənədlər və əşyaların götürülməsinin həyata keçirilməsi qərara alınmış və həmin qərar əsasında ##.##.2024-cü il tarixli, DVX seriyalı, ****** nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilməklə, “xxxx” Mənzil Tikinti Kooperativinə məxsus olan 352 mb yaddaş kartında elektron sənədlər və bir qutuda sənədlər götürülmüşdür. Məhkəmə tərəfindən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə götürülmüş sənədlərin surətlərinin məhkəməyə göndərilməsi barədə sorğu verilmiş, Baş İdarə tərəfindən sənədlərin ** saylı Ərazi Vergi İdarəsinə təhvil verildiyi bildirilmişdir. ** saylı Ərazi Vergi İdarəsi tərəfindən elektron sənədlər mövcud olan yaddaş kartı məhkəməyə təqdim edilmiş, lakin kağız daşıyıcıda olan sənədlər məhkəməyə təqdim olunmamışdır. Halbuki İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh vergi orqanı isə 2020-ci il üzrə ƏDV-ni vergi ödəyicisindən götürülmüş müqavilə və arayışlara əsasən hesablamışdır. Ona görə də, mübahisələndirilən qərar qeyd olunan hissədə ləğv edilməlidir. - vergi orqanı tərəfindən qəbul edilmiş qərarın mübahisələndirilən digər hissəsi ilə bağlı qeyd olunur ki, ##.##.2024-cü il tarixli, **************** nömrəli “Səyyar vergi yoxlaması” barədə akta əsasən “vergi ödəyicisindən götürülmüş elektron sənədlər əsasında 1 (bir) ədəd qara rəngli fləşkartda ümumi yaddaşı 357 MB olan yaddaş qurğusunda “xxxx mtk” başlıqlı elektron qovluqda “X4 S.DTVS2...” elektron faylda olan “disk D”-də 10.3 siyahı xlsx-də sifarişçilərin adı və qarşısındakı qrafada mənzillər barədə qiymətlər 86 sayda şəxsə 4244200,00 manat (ədvli) dəyərdə mənzil və qeyri yaşayış sahəsinin təqdim edildiyi göstərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV üzrə bəyannamələrdə həmin təqdim edilmələr bəyan edilməmişdir.” Buna görə də iddiaçı barəsində 2023-cü il üzrə 647.713,58 manat ƏDV hesablanmış və 323.856,79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş elektron daşıyıcıda – fləşkartda mövcud olan sənədlərə məhkəmə tərəfindən baxış keçirilmiş, cavabdehin göstərdiyi “10.3 siyahı” adlı Excel sənədində yalnız şəxslərin adları və onların qarşısındakı qrafalarda rəqəmlər qeyd olunmuş, həmin sənədin məhz “xxxx” Mənzil Tikinti Kooperativinə məxsus olması, malın nədən ibarət olması, hansı əməliyyatların həyata keçirilməsi, əməliyyatın dövrü və digər zəruri məlumatlar qeyd olunmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh orqan qanunvericiliyin tələblərini pozaraq əlavə araşdırma aparmadan mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir. Halbuki vergi orqanı vergilərin hesablanması zamanı yalnız rəsmi sənədlərdən, qanunvericiliyə uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən sənədlərindən istifadə edə bilər.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər R.Mamedov – məruzəçi, İ.Həsənov və G.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən 3-cü binada 2020-ci ilin aprel ayı ərzində 2 ədəd 63 və ** nömrəli mənzillərin X1 110000,00 manata ( dv-li) satıldığı müəyyən edilməsinə görə ona 2020-ci il üzrə 16748.05 manat ƏDV hesablanmış və 8374.03 manat maliyyə sanksiyası tətbiq edilmiş olsa da, sonradan satılmış mənzillərdən birinin geri qaytarılması səbəbindən iddiaçı yekunda həmin şəxsə 2 ədəd deyil, məhz 1 ədəd mənzilin satıldığını qəbul etmişdir. Bu səbəbdən də vergi orqanı tərəfindən satıldığı iddia edilən 2 mənzilə münasibətdə hesablanmış 8389,83 manat ƏDV və tətbiq edilmiş 4194,91 manat maliyyə sanksiyasını qanunsuz hesab etmişdir. Birinci instansiya məhkəməsi isə haqlı olaraq iddia tələbini həmin hissədə də təmin etmişdir. Bundan başqa, iddiaçıya 2023-cü il üzrə 647.713,58 manat ƏDV hesablanması və 323.856,79 manat maliyyə sanksiyası tətbiq edilməsi ilə bağlı qeyd edilmişdir ki, buna əsas iddiaçıdan götürülmüş yaddaş qurğusunda “xxxx mtk” başlıqlı elektron qovluqda “X4 S.DTVS2...” elektron faylda olan “disk D”-də 10.3 siyahı xlsx-də sifarişçilərin adı və qarşısındakı qrafada mənzillər barədə qiymətlər 86 sayda şəxsə 4244200,00 manat (ədvli) dəyərdə mənzil və qeyri yaşayış sahəsinin təqdim edildiyi göstərilsə də, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş ƏDV üzrə bəyannamələrdə həmin təqdim edilmələrin bəyan edilməməsi olmuşdur. Cavabdehin göstərdiyi “10.3 siyahı” adlı Excel sənədində yalnız şəxslərin adları və onların qarşısındakı qrafalarda rəqəmlər qeyd olunmuş, həmin sənədin məhz “xxxx” Mənzil Tikinti Kooperativinə məxsus olması, malın nədən ibarət olması, hansı əməliyyatların həyata keçirilməsi, əməliyyatın dövrü və digər zəruri məlumatlar qeyd olunmamışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
15. Kassasiya şikayətində Vergi Məcəlləsinin 16.1.3, 16.1.6, 23.1.1, 24.1.1, 24.1.2, 37.1, 37.2, 37.4, 67, 67.1, 67.14, 67.17, 70.3 70.3.1, 70.3.2, 71.2, 83.9 və 130.1-ci maddələrinə, Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı Qərarına, İnzibati Prosessual Məcəllənin 1.2, 12.1, 12.2, 58.7, 69.4 və 87.8-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 76.1, 88 və 220.4-cü maddələrinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. ... 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. ... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. ... Maddə 16. Vergi ödəyicisinin vəzifələri ... 16.8. Bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: 16.8.1. 2020-ci il # ###### tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış; 16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il # ###### tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. ... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. ... 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; ... Maddə 39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. ... Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması ... 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. ... 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. ... Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. ... Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları ... 67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. ... Maddə 47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. ... Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. ...
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən səyyar vergi yoxlamasının nəticələrinə dair qərarın ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Səyyar vergi yoxlamasının əsasları
28. İş materiallarından görünür ki, vergi orqanının mübahisələndirilən qərarının qəbul edilməsinin əsası “Səyyar vergi yoxlaması barədə” ##.##.2024-cü il tarixli, **************** nömrəli akt olmuşdur. Həmin aktda vergi yoxlamasının başlanması üçün əsas kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilmişdir. Həmin maddənin tələbinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi hallarda keçirilə bilər.
29. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində yoxlamnın keçirilməsinin əsası kimi əldə edilmiş mənbəyi bəlli olan məlumatlar əsasında vergi ödəyicisi tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin satılması gəlirləri və ya vergitutma obyektinin gizlədilməsinin əlamətləri olaraq müəyyən edilmiş, lakin həmin mənbəyi bəlli məlumatın nədən ibarət olması açıqlanmamış və həmin satışların gizlədilməsini təsdiq edən müqayisəli sənəd əlavə edilməmişdir.
30. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
31. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu əsasların siyahısının genişləndirici təfsirə malik olmaması, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.
32. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.
33. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə, növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır.
34. Vergi qanunvericiliyinə əsasən, vergi orqanı belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.
35. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Qara mühasibatlıq sənədlərinin götürülməsinin əsasları
36. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının istinad etdiyi iddiaçı barəsində vergi hesablamasına əsas kimi əlaqəli məlumat Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsinin tərəfindən götürülmüş müqavilələr, arayışlar və 1 (bir) ədəd flaşkartda yerləşdirilmiş elektron fayldakı sənədlər olmuşdur.
37. Qanunvericiliyin tələbinə əsasən vergi orqanları “qara mühasibatlıq” sənədlərini əldə etdikdə onları təhlil etməli, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan və vergi ödəyicisinin xeyrinə şərh olunmalı şübhəli halları aydınlaşdırdıqdan, eləcə də həmin sənədlərdə (elektron fayllarda) öz əksini tapmış əməliyyatların faktiki olaraq icra edildiyini (reallaşdığını) təsbit etdikdən sonra, həmin sənədlər əsasında vergilərin hesablanmasını həyata keçirə bilərlər. Başqa sözlə, qara mühasibatlıq sənədlərinin təqdim edilməsi kifayət etmir, həmin sənəd və məlumatların obyektiv və zəruri araşdırma aparmadan, vergilərin hesablanması zamanı istifadə edilməsi qanunvericiliyin məqsədlərinə cavab vermir.
38. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iş materiallarına əlavə edilmiş cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallar mənbə sənədlər deyil, kompüter avadanlığında cədvəl formasında tərtib edilmiş məlumatlardır. Digər tərəfdən həmin məlumatlar müvafiq imza və möhürlə təsdiq edilməmiş sənədlərdir. Həmin sənədlərdə mənzillərin təqdim edilməsinə dair hər hansı rekvizitlər mövcud deyildir. Eyni zamanda həmin əməliyyatların predmeti olan mənzillərin təqdim edilməsinə görə pul vəsaitinin iddiaçının kassa və ya bank hesabına faktiki olaraq daxil olması müəyyən olunmur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus kompüterdə olan məlumatlar əsasında dövriyyənin və ona müvafiq olaraq vergi məbləğinin müəyyən olunması istisna olunmur. Lakin həmin məlumatların mötəbərliyi, iddiaçıya aidiyyəti, mübahisə olunan dövrlə bağlı olması şübhə doğurmamalı və həmin məlumatların toplanması iddiaçının (nümayəndəsinin) iştirakı ilə rəsmiləşdirilməlidir.
40. Hazırkı iş üzrə iddiaçıya əlavə vergi və maliyyə sanksiyası hesablanmasına əsas olmuş cədvəldə qeyd edilən əməliyyatların mənbəyi bəlli olan digər əlaqəli məlumatlarla (sübutlarla) təsdiq olunmur. Vergi ödəyicisinin fayllarının aşkar edildiyi kompüteri istifadə edən əməkdaşından, faylın adında adı əks olunmuş şəxsdən və həmin faylda adları qeyd edilən fiziki şəxslərdən izahatlar alınmış, eləcə də, həmin faylda olan məlumatların kommunal strukturların təqdim etdiyi məlumatlarla təsdiqini tapmamışdır.
41. Odur ki, iddiaçı tərəfindən mənzillərin təqdim edilməsi ilə bağlı mötəbər, şübhədən kənar sübutlar əldə edilməsi tələb olunduğu halda vergi orqanı əlavə araşdırma aparmadan, apardığı hesablamanı əsaslandırmadan, mübahisələndirilən dövr üzrə sadələşdirilmiş vergi ödəyicisi qismində təqdim etdiyi vergi hesabatlarını qəbul etdiyi halda, sonradan əldə edilmiş fləşkartdakı məlumatlarla kifayətlənərək iddiaçının satış dövriyyəsinin yuxarı olduğunu müəyyən etməklə vergi ödəyicisinə əlavə dəyər vergisi üzrə vergi hesablamaqda haqlı olmamışdır. Cavabdehin əlaqəli məlumat kimi istinad etdiyi və öz qərarının əsasına qoyduğu məlumatlar vergi orqanının əlavə vergi hesablamasına əsas verən əlaqəli məlumat kimi Vergi Məcəlləsinin 67.1, 67.1.9-cu maddələrinin məqsədləri üçün mötəbərlik şərtini ödəmir. Başqa sözlə, mübahisələndirilən inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli vergilər
42. Bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi 2020-ci il # ###### tarixinədək bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını başa çatdırmışdırsa, 2020-ci il # ###### tarixindən məlumat formasının təqdim edilməsi ilə bağlı tələb ona münasibətdə tətbiq oluna bilməz. Belə ki, Vergi Məcəlləsinin 16.8-ci maddəsində nəzərdə tutulmuş məlumatın təqdim olunması öhdəliyi yalnız 2020-ci il # ###### tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış, həmçinin sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il # ###### tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərə aiddir.
43. Bu sahədəki əvvəlki tənzimləmələrin məzmunundan müəyyən olunur ki, 2016cı il # ###### tarixinədək bina tikintisi fəaliyyətini həyata keçirən fiziki və hüquqi şəxslər dövriyyədən asılı olmayaraq həm ƏDV ödəyicisi, həm də sadələşdirilmiş vergi ödəyicisi sayılırdılar. Sadələşdirilmiş vergi qismində tikilən binanın hər kvadratmetri üçün 10 manat, əlavə olaraq zonalar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi əmsallar tətbiq olunurdu. Başqa sözlə, binanın ümumi sahəsi əvvəlcə 10-a, daha sonra tikintinin yerləşdiyi yer üçün müəyyənləşdirilmiş müvafiq əmsala vurularaq sadələşdirilmiş verginin məbləği hesablanırdı.
44. Nazirlər Kabinetinin ““Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”nın təsdiq edilməsi barədə” ##.##.2007-ci il tarixli, *** nömrəli qərarı ilə müvafiq əmsallar təsdiq edilmişdir.
45. Vergi ödəyiciləri hesablanan sadələşdirilmiş vergi məbləğini bərabər hissələrlə 12,5 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyirdilər. Bu mənada təməli qoyulmuş binanın gələcəkdə tikilib-tikilməməsindən asılı olmayaraq, vergi ödəyicisi vergini bərabər hissələrlə 8 rüb ərzində ödəməli idi. Yəni sadələşdirilmiş verginin ödənilməsi bu qaydada həyata keçirilirdi.
46. Bundan başqa, 2016-cı il # ###### tarixinədək tikilən binanın hər kvadrat metri üçün 225 manat ƏDV müəyyənləşdirilmişdi. Həmin məbləğə yenə də zonalar üzrə əmsallar tətbiq olunurdu və əmlak satıldıqca ƏDV ödənilirdi.
47. Göründüyü kimi, 2016-cı il # ###### tarixinədək sadələşdirilmiş vergi təməl qoyulanda, ƏDV isə satış zamanı və hər iki öhdəlik sahəyə (kv.m) görə hesablanırdı.
48. 2016-cı il # ###### tarixindən vergi ödəyicisi ya sadələşdirilmiş, ya da ƏDV + mənfəət metodunu seçmək hüququna malik idi. Sadələşdirilmiş vergini seçən tikinti ilə məşğul olan hüquqi və fiziki şəxslər, tikəcəkləri binanın yaşayış sahəsinin hər kvadratmetri əvvəlcə 45 manata, daha sonra Bakı şəhəri və onun qəsəbə, kənd və respublikanın digər şəhər və rayonları üçün müəyyənləşdirilmiş müvafiq əmsala vurulmaqla yaşayış sahəsi üçün sadələşdirilmiş vergini hesablayırdı. Qeyri-yaşayış sahəsi üzrə vergi cəmi qeyriyaşayış sahəsinin əvvəlcə 45-ə, daha sonra zonalardan asılı olmayaraq 1,5 əmsala vurulmaqla hesablanırdı. Hesablanmış sadələşdirilmiş vergi məbləği bərabər hissələrlə 10% həcmində 10 rüb ərzində büdcəyə ödənilirdi. Eyni zamanda yenilənmiş əmsallar tətbiq olunmağa başlamışdır.
49. 2020-ci il # ###### tarixindən etibarən isə sadələşdirilmiş vergi forması ləğv olunmuş və yalnız ƏDV + mənfəət metodunun tətbiqi nəzərdə tutulmuşdur.
50. Bununla yanaşı, 2020-ci il # ###### tarixindən Vergi Məcəlləsinə 67.16 və 16.8ci maddələri əlavə olunmuş və əvvəlki ildən ƏDV + mənfəət metodunu seçmiş, tikintisi 2020-ci il # ###### tarixinədək başa çatmamış, həmin tarixdən sonra da davam edən yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı vergi ödəyicilərinin üzərinə məlumat təqdim etmək öhdəliyi qoyulmuşdur.
51. Vergi Məcəlləsinin 16.8.2-ci maddəsində “sadələşdirilmiş verginin ödəyicisi olmayan” qeydi ilə bağlı nəzərə almaq lazımdır ki, əvvəlki illərdə həmin metodu seçmiş şəxs, kvadrata (45 manat) və zona əmsalına əsasən əvvəlki qaydada hesablanmış sadələşdirilmiş vergini satış olsa da, olmasa da 10 rüb üzrə bəyan edirdi. Belə şəxslər 2020-ci il # ###### tarixindən sonra tikintisi başa çatmamış yaşayış və qeyri-yaşayış sahələrini təqdim etdikləri təqdirdə, ƏDV + mənfəət vergisi ödəmir, çünki sadələşdirilmiş vergini təməlqoyma zamanı artıq həyata keçirmişlər.
52. Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin hazırda qüvvədə olan 67.16-cı və onunla əlaqəli 16.8-ci maddələrinin tələbləri 2020-ci il # ###### tarixinədək tikintiquraşdırma işlərinə başlamış sadələşdirilmiş vergi ödəyicisi olmayan və tikintisi başa çatmamış yaşayış və qeyri-yaşayış sahələri təqdim edən şəxslərə şamil olunur.
53. Bəhs olunanlar, həmçinin cavabdehin təqdim etdiyi sübutlarla iddiaçının 2020ci il # ###### tarixindən sonra yaşayış və qeyri-yaşayış sahələrini təqdim etməsinin sübuta yetirilməmişdir.
54. Bundan başqa, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2020-ci il tarixli 201704********** nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyiciləri tərəfindən imzalanmasından imtina edilmiş səyyar vergi yoxlaması aktlarına rəy verilməsi Qaydaları”na uyğun olaraq Vergi auditi baş idarəsində və Hüquq baş idarəsində “xxxx” MTK-da aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair rəydən görünür ki, səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə uyğun şəkildə aparılmamışdır.
55. Belə ki, qeyd edilən rəydə göstərilmişdir ki, növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində yoxlamanın keçirilməsinin əsası kimi əldə edilmiş mənbəyi bəlli olan məlumatın nədən ibarət olması açıqlanmamış və həmin satışların gizlədilməsini təsdiq edən müqayisəli sənəd materiala əlavə edilməmişdir. Bu səbədən qərarın bu formada əsaslandırılması hüquqi baxımından məqbul sayılmır. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən lazımi şəkildə əsaslandırılmamış qərar əsasında keçirilmiş yoxlama ilə hesablanmış vergilərin məhkəmə perspektivi mövcud deyil. Eləcə də, səyyar vergi yoxlaması zamanı ekspert və mütəxəssis rəyləri əldə edilmiş, lakin vergi öhdəliyinin müəyyən edilməsində həmin rəylərdən istifadə olunubolunmaması
56. barədə yoxlama aktında hər hansı qeyd aparılmamışdır.
57. Bundan başqa, yoxlama ilə qara mühasibatlıq məlumatlarına əsasən satış tarixləri qeyri-müəyyən olan yaşayış və qeyri-yaşayış sahələrinə görə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən 647.420,34 manat məbləğində ƏDV hesablanmışdır. Belə ki, vergiyə cəlb edilən dövriyyə “xxxx mtk” başlıqlı elektron qovluqda “X4 S.DTVS2...” elektron faylda olan “disk D”-də 10.3 siyahı xlsx-də 86 nəfər fiziki şəxsin adı və qarşısındakı qrafada göstərilmiş siyahı əsasında müəyyən edilmişdir. Sözügedən cədvəldə qeyd edilən əməliyyatların mənbəyi bəlli olan digər əlaqəli məlumatlarla (sübutlarla) möhkəmləndirilməsi zəruridir. Belə ki, vergi ödəyicisinin fayllarının aşkar edildiyi kompüteri istifadə edən əməkdaşından, faylın adında adı əks olunmuş şəxsdən və həmin faylda adları qeyd edilən fiziki şəxslərdən izahatlar alınmış, eləcə də, həmin faylda olan məlumatların kommunal strukturların təqdim etdiyi məlumatlarla üzləşdirilməsi aparılmalı və nəticəsi barədə yoxlama aktında qeydiyyat aparılmalıdır.
58. Həmçinin araşdırma nəticəsində yaşayış və qeyri-yaşayış sahələrinin yoxlanılan dövrdən əvvəlki dövrlərdə 2020-ci ilədək tikintisi başa çatmış binalardan təqdim edildiyi müəyyən edildiyi halda Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən verginin hesablanması məqbul hesab edilmir. Qara mühasibatlıq sənədləri götürülərkən, eləcə də, həmin sənədlərdən istifadə edilərkən Dövlət Vergi Xidmətinin ##.##.2022-ci il tarixli **************** nömrəli göstəriş məktubunun tələblərinə tam edilməmişdir.
59. Beləliklə, Dövlət Vergi Xidmətinin Vergi auditi baş idarəsində və Hüquq baş idarəsində “xxxx” MTK-da aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair rəydə də səyyar vergi yoxlamasının vergi qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə aparılmadığı qeyd edilmiş, sonradan cavabdeh tərəfindən rəydə göstərilən çatışmazlıqların aradan qaldırılmasına dair hər hansı sübut təqdim edilməmişdir.
60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.