Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3562/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Əmlak Məsəl ələri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Mingəçevir Şəhər Bələdiyyəsi) “torpaq sahəsi üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələblərinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 sentyabr tarixli 2-1(107)-431/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Mingəçevir şəhər X3 İcraiyyə Komitəsinin 1988-ci il 22 sentyabr tarixli, 323 nömrəli qərarına əsasən göl balığı yetişdirmək üçün İddiaçı MMC-yə ayrılmış 10,61 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiy yata alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 16 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, elektron baza xəritəsinə əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyi aşkar edilmişdir. Texniki baxış zamanı həmin torpaq sahəsinin üzərində 15x8 m ölçüdə bir mərtəbəli qeyriyaşayış binasının inşa edildiyi və 2 ədəd süni göl yaradıldığı məlum olmuş, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2018-ci il 23 may tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Mingəçevir şəhər X3 İcraiyyə Komitəsinin 1988-ci il 22 sentyabr tarixli, 323 nömrəli qərarına əsasən göl balığı yetişdirmək üçün İddiaçı MMC-yə ayrılmış 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Mingəçevir şəhər X3 İcraiyyə Komitəsinin 1988-ci il 22 sentyabr tarixli, 323 nömrəli qərarı ilə göl balığını yetişdirmək üçün “X” kooperativinə 10,61 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 1996-cı il 31 oktyabr tarixli, 706 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “X” kooperativi dövlət qeydiyyatından keçən zaman üç nəfər üzvü olmuşdur. Üzvlərdən ikisi ayrı-ayrı vaxtlarda öz ərizələri ilə kooperativ üzvlüyündən çıxmışlar. Ona görə də kooperativdə yeganə təsisçi əmr verərək kooperativə yeni üzv qəbul etmiş, so nra isə onlar ümumi yığıncaq keçirərək kooperativin təşkilatı-hüquqi formasını, adını dəyişərək onu yenidən təşkil etmişlər. İddiaçı MMC “X” kooperativinin adı və təşkilatı-hüquqi formasının dəyişilməsi ilə onun bazasında və hüquqi varisi kimi təsisçilərin 2004-cü il 21 dekabr tarixli, 01 nömrəli ümumi yığıncağının qərarı ilə yenidən təşkil edilmişdir. Həmin vaxtdan cəmiyyətə ayrılan 10,61 ha torpaq sahəsi İddiaçı MMC-nin istifadəsindədir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 sentyabr tarixli 2-1(84)-1016/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Mi ngəçevir şəhər X3 İcraiyyə Komitəsinin 1988-ci il 22 sentyabr tarixli, 323 nömrəli qərarına əsasən göl balığı yetişdirmək üçün İddiaçı MMCyə ayrılmış 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mingəçevir şəhər X3 İcraiyyə Komitəsinin dövlətə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 1988-ci il 22 sentyabr tarixli, 323 nömrəli qərarı həmin torpaq üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəmə sinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasını 2018-ci il 4 dekabr tarixli 2-1(107)-667/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 aprel tarixli 2-1(102)-908/2019 nömrəli qərard adı ilə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 aprel tarixli 2-1(102)-908/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasını 2018-ci il 4 dekabr tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqdan təyinatı üzrə deyil, göl balığı yetişdirmək üçün süni göllər yaradılması və qeyri-yaşayış binasının tikilməsi məqsədilə istifadə edilməsini nəzərə a lmamış, torpağın hüquqi rejimi ilə bağlı məsələni, inzibati orqanın imtinasının qanuniliyini araşdırmamış, beləliklə də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1 və 58.7ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 sentyabr tarixli 2-1(107)-431/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqdan təyinatı üzrə deyil, göl balığı yetişdirmək üçün süni göllər yaradılması və qeyri-yaşayış binasının tikilməsi məqsədilə istifadə edilməsini nəzərə almamış, torpağın hüquqi rejimi ilə bağlı məsələni, inzibati orqanın imtinasının qanuniliyini araşdırmamış, yekunda isə səhv nəticəyə gəlmişdir. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 7 oktyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 6 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 sentyabr tarixli 2-1(84)-1016/2018 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərar qəbul edərkən sözügedən 10,61 ha torpaq sahəsinin “X” kooperativinə Mingəçevir şəhər X3 İcraiyyə Komitəsinin 1988-ci il 22 sentyabr tarixli, 323 nömrəli qərarı ilə göl balığını yetişdirmək üçün ayrıldığını nəzərə almamışdır. H əmin qərar qüvvədə olduğu halda, hansı əsasla 4.0 ha torpaq sahəsinin Mingəçevir Bələdiyyəsinə aid olması müəyyənləşdirilmişdir. Məhkəmə bu fakta diqqət yetirməmişdir. 1970-ci ildə qəbul edilmiş Azərbaycan SSR-nin Torpaq Məcəlləsinin 16-cı və 92-ci maddələrinin mənasına görə, kolxoz, sovxoz və digər müəssisələr tərəfindən onların qanuni istifadəsində olan torpaq sahələri həmin müəssisədə işləyən və ya onun ərazisində yaşayan vətəndaşların istifadəsinə verilə bilər. Ölkədə torpaq hüququnda torpaq-hüquqi tənzimləmənin belə quruluşu onunla şərtlənmişdir ki, bu tənzimləmənin qurulması torpaqların obyektiv mövcud olan xassə və xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Lakin bu xassələr öz müxtəlifliyinə görə o qədər çoxcəhətli və sonsuzdur ki, onları yalnız hüquqi planda tiplərə ayırmaq olar. Sıralarında kənd təsərrüfatı təyinatlı torpaqların, xüsusi təyinatlı torpaqların, yaşayış təyinatlı torpaqların və digərlərinin özünə yer aldığı kateqoriyalara görə torpaqların tiplərə ayrılması da bununla izah olunur. Həmin tiplərə ayrılma əsasən məqsədli təyinat prinsipinə görə qurulmuşdur ki, bu da torpaq sahəsinin hər bir kateqoriyasında digər birbaşa məqsədli təyinatlı torpağın olması mümkünlüyünü nəzərdə tutur. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyasında xüsusi rejimə malik olan, qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahələri (yollar, energetika, rabitə qurğuları altında qalan torpaqlar və s.) ola bilər, xüsusi təyinatlı torpaq kateqoriyasında isə - kənd təsərrüfatı (əkin, otlaq, örüş və s.) yerlərinin olması mümkündür. Məhkəmə hər bir halda öz xidməti və zifəsinə görə sözügedən torpaqların hansı təyinata aid olduğunu araşdırmalı idi. B.İ.Abbasovun şikayəti üzrə “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2009-cu il 30 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2010-cu il 19 aprel tarixli Qərarda qeyd edilir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 14 fevral tarixli Qərarına əsasən, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışma hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilmişdir ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istif adəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Göründüyü kimi, məhkəmələr torpaqla bağlı mübahisələrə baxdıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli və torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Tərəflər və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin və üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına b axmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilm əsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən öncə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə, öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. İddia tələbi 10,61 ha torpaq sahəsinə iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və ona bu barədə reyestrdən çıxarış verilməsindən ibarətdir. İddiaçı öz tələb ini həmin torpaq sahəsinin ayrılmasını Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 1988-ci il 22 sentyabr tarixli 323 nömrəli qərarı ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Oxşar məzmunlu müddəa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdir. Belə liklə, iddiaçının qeyd edilən normalardan və İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququnun müəyyən edildiyi halda, məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuniliyini yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 10 aprel tarixli 2-1(102)-908/2019 nömrəli qərarında da apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinin səbəblərindən bir kimi məhz inzibati orqanın imtinasının qanuniliyinin məhkəmələr tərəfindən araşdırılmaması olmuşdur. Apellyasiya instansiyası məhkəməsi torpağın hüquqi statusunu, ilk növbədə onun istifadəyə verildiyi vaxtda qüvvədə olan qanuna əsasən yoxlamalı, yalnız bundan sonra, istifadə müddətində torpağın statusunun qanunla müəyyən edilmiş qaydada dəyişdirilməsinin baş verdiyi halda, tə rəflərin dəlillərini torpağın mövcud statusuna uğun olaraq yoxlamalı və qiymətləndirməli idi. İşdə olan mütəxəssis rəyinə görə, İddiaçı MMC-yə ayrılmış 10,61 ha torpaq sahəsinin 4 ha hissəsi Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, uqodiyası örüşdür... Torpaq sahəsinin qalan 6,61 ha hissəsi dövlət su fondu torpaqlarına aid olmaqla axmaz ərazisinə düşür (İ cild, iş v.34-36). Torpaq sahəsinin ayrıldığı vaxtda qüvvədə olan Azərbaycan SSR Torpaq Məcəlləsinin 153-cü maddəsinə əsasən, sututarların (çaylar, göllər, dəryaçalar, kanallar, daxili dənizlər, məhəlli sular və i. a.), buzlaqların, hidrotexnika və digər su təsərrüfatı qurğularının yerləşdiyi torpaqlar, habelə sututarların sahilləri boyunca zolaqlar üçün, mühafizə zonaları və sair üçün ayrılan torpaqlar dövlət su fondu torpaqları hesab edilir. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən, dövlət su fondu torpaqları bu Məcəllənin 13, 18 — 20 və 47 — 51-ci maddələri ilə müəyyən edilmiş qaydada istifadəyə verilir. Həmin Məcəllənin 20-ci maddəsinə əsasən, X4 X2 Sovetinin İcraiyyə Komitəsi ayrılan sahənin ölçüsündən asılı olmayaraq, bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsində göstərilmiş torpaqlardan başqa, hər cür torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verir. Rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəll ənin 107-ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə, həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Mingəçevir şəhər XDS İK-nin 1988-ci il 22 sentyabr tarixli 323 nömrəli qərarında qeyd edilən torpaq sahəsi həmin normaların tələblərinə uyğun olaraq iddiaçının istifadəsinə verilmişdir (iddiaçı da həmin torpaq sahəsi üzərində məhz istifadə hüququnun qeydə alınmasını tələb edir). Həmin qərarın qüvvəsi, mötəbərliyi (qanuna uyğunluğu) və iddia olunan torpaq sahəsinin koordinatlarının həmin qərarla ayrılan torpaq sahəsinə uyğunluğu qəbul edildikdə, qərarın qəbul edildiyi vaxtda ayrılan torpaq sahəsinin onun ayrılma məqsədinə və təyinatı na uyğunluğu da qəbul edilməlidir. Bunun əksini, habelə torpağın təyinatının sonradan qanunla müəyyən edilmiş qaydada dəyişdirildiyini cavabdeh sübut etməlidir. Məhkəmənin istinad etdiyi rəyin mötəbərliyi qəbul edildiyi halda, ən azından nəzərə alınmalıdır ki, torpaq sahəsinin 6,61 ha hissəsinin dövlət su fondu torpaqlarına aid olduğu, həmin torpaq sahəsinin ayrılma məqsədinə uyğun olduğu təsdiq edilir. Eyni zamanda, iddia olunun torpaq sahəsi göl balığı yetişdirilməsi məqsədi ilə verildiyindən, mübahisənin düzgün və ədalətli həlli üçün hazırda qüvvədə olan, Azərbaycan Respublikasında balıqçılığın, o cümlədən akvakulturanın təşkilinin, idarə edilməsinin balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edən “Balıqcılıq haqqında” Qan unun müddəalarının tələblərinin hazırkı mübahisəyə (işin faktiki hallarına uyğun olaraq) tətbiqi imkanları da yoxlanılmalıdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən, balıqçılıq su obyektləri - balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, ovlanması, toplanması və akvakultura üçün istifadə edilən təbii və ya süni yaradılmış su hövzələridir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd edir ki, “...qanunvericiliyin tələbinə görə, iddiaçının müvafiq torpaq sahəsi üzərində istifadə hüququnun yaranması üçün əsas mülkiyyətçinin razılığıdır. İddiaçı ilə Mingəçevir Bələdiyyəsi arasında mübahisə predmeti olan torpaq sahəsinin müvafiq hissəsi ilə bağlı hər hansı bir hüquq münasibəti mövcud deyildir.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məh kəməsinin həmin qənaətini əsaslı hesab etmir. Belə ki, iddia olunan torpaq sahəsi iddiaçıya mülkiyyətçinin (dövlətin) razılığı və qərarı ilə verilmişdir. Hətta həmin torpaq ərazisinin sonradan bələdiyyə torpaqlına aid edilməsi vəziyyəti iddiaçının zərərinə dəyişmir. Belə ki, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur (Mülki Məcəllənin 158.2-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, “...mübahisəli torpaq sahəsinin su fonduna aid hissəsi bataqlıq vəziyyətində olmaqla istifadəsiz olmaqla təyinatına uyğun istifadə edilmir.”. Apellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırmasının hazırkı mübahisə ilə heç bir bağlılığı yoxdur. Belə ki, torpaqdan təyinatı üzrə istifadə edilib-edilmədiyi to rpaq sahəsinin mülkiyyətçisi ilə istifadəçisi arasında yaranmış torpaqdan istifadəyə dair münasibətlərə aiddir və cavabdeh inzibati orqan həmin münasibətlərin subyekti deyil. Çünki inzibati orqanın həmin torpaq sahəsinə hər hansı əmlak maraqları (hüquqları) yoxdur. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Hə min Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq p rosessual qaydalar... tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 sentyabr tarixli 2-1(107)-431/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev Əsli ilə düzdür: Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-3562/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3562/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver