Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3563/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi (riskli vergi ödəyicisi); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə iddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının ## #### 2025-ci il tarixli, 2-1(104)-348/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. “xxxx” MMC ilə İddiaçı MMC arasında malların təchizi ilə bağlı ## #### 2023-cü il tarixli, ** nömrəli müqavilə bağlanılmışdır. ##.##.2023-cü il tarixli, EBDJ seriyalı, ****** nömrəli elektron-qaimə fakturaya görə “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 21440.00 manat (ƏDV-siz) məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. ##.##.2024-cü il tarixli qərarla “xxxx” MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
2. xxxx” MMC ilə İddiaçı MMC arasında malların təchizi ilə bağlı ## #### 2023-cü il tarixli, ** nömrəli müqavilə bağlanılmışdır. ##.##.2023-cü il tarixli, EBDJ seriyalı, ****** nömrəli elektron-qaimə fakturaya əsasən, “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 1650.00 manat məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. ##.##.2023-cü il tarixli, EBDM seriyalı, ****** nömrəli elektron-qaimə fakturaya əsasən, “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 1645.00 manat (ƏDV-siz) məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. ##.##.2024-cü il tarixli qərarla “xxxx” MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
3. “xxxx” MMC ilə İddiaçı MMC arasında malların təchizi ilə bağlı ## ####### 2023-cü il tarixli, ** nömrəli müqavilə bağlanılmışdır. ##.##.2023-cü il tarixli, EBDP seriyalı, ****** nömrəli elektron-qaimə fakturaya görə “xxxx” MMC tərəfindən İddiaçı MMCyə ümumi dəyəri 2470.00 manat (ƏDV-siz) məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. ##.##.2023-cü il tarixli, EBDV seriyalı, ****** nömrəli elektron-qaimə fakturaya əsasən, “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 991.00 (ƏDV-siz) məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. ##.##.2024-cü il tarixli qərarla “xxxx” MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, **************** saylı qərarına əsasən, İddiaçı MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 692,20 manat məbləğində əlavə vergi hesablanmışdır.
5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, **************** saylı qərarına əsasən, İddiaçı MMC-yə 2024-cü ilin mart ayı üzrə 801,41 manat məbləğində əlavə dəyər vergisi hesablanmış, qeyd edilmişdir ki, EBDJ seriyalı, ****** nömrəli, EBDM seriyalı, ****** nömrəli və EBDJ seriyalı, ****** nömrəli elektron-qaimə faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir.
6. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** saylı qərarına əsasən, İddiaçı MMC-yə 2024cü ilin iyul ayı üzrə 4.273,87 manat əlavə dəyər vergisi hesablanmış, qeyd edilmişdir ki, EBDJ seriyalı, ****** nömrəli (ƏDV məbləği 3859.2) və EBDP seriyalı, ****** nömrəli elektron-qaimə faktura (ƏDV məbləği 414.67) üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir.
7. Dövlət Vergi Xidmətinin X1 Baş Idarəsinin ##.##.2024-cü il tarixli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə inzibati şikayəti təmin edilməmiş, ##.##.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır.
8. Dövlət Vergi Xidmətinin X1 Baş Idarəsinin ##.##.2024-cü il tarixli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə inzibati şikayəti təmin edilməmiş, ##.##.2024-cü il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı MMC cavabdehlər Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsinə və Dövlət Vergi Xidməti X1 Baş Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, **************** nömrəli və Dövlət Vergi Xidməti X1 Baş Idarəsinin ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Iddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, “cavabdehlər- Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli, ##.##.2024-cü il tarixli **************** nömrəli, ##.##.2024-cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli və Dövlət Vergi Xidməti X1 Baş Idarəsinin ##.##.2024cü il tarixli **************** nömrəli, ##.##.2024-cü il tarixli 2417130012942600 nörməli qərarlarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir.
11. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsi ilə əvəz edilmiş, iddia tələbi “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli, ##.##.2024-cü il tarixli **************** nömrəli və ##.##.2024-cü il tarixli 3-21-2-20/2 *****/**** nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir.
12. Gəncə Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbi təmin edilərək, Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli, ##.##.2024-cü il tarixli **************** nömrəli və ##.##.2024-cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır.
b) Apelyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: R.Z.Mamedov - sədrlik edən və məruzəçi, İ.T.Həsənov və G.İ.Cavadov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2, 96.2- 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali 96.3, 16. Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
17. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır. 2.Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. 3.Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
18. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
19. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024cü il tarixli *-*(***)-**/**** nömrəli ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9cu maddəsinin tətbiqinə əsas verməməlidir. Inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.
20. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
21. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Gəncə Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.