Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3565/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı qızının cavabdeh Bakı şəhəri Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı” yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə dair müvafiq sərəncam verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Bakı şəhəri Cavabdeh Başçısının ## ###### 2005-ci il tarixli, *** nömrəli sərəncamı ilə vətəndaş X3 Bakıxanov qəsəbəsi, Sülh küçəsi, * saylı evin, *** saylı mənzilindən “ticarət obyekti” kimi istifadə olunmasına icazə verilmiş, həmçinin fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq obyektdə sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət olunmasının təmin edilməsi tapşırılmışdır.
2. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il qeydiyyat tarixli çıxarışına əsasən ünvan 2, mənzil 106 İddiaçı xüsusi mülkiyyətindədir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi Idarəsi tərəfindən ünvan 2, mənzil 106-ya dair ##.##.2018-ci il tarixdə texniki pasport tərtib edilmişdir.
4. Cavabdehin ## #### 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Cavabdeh başçısının *** saylı ## ###### 2005-ci il tarixli sərəncamı ilə Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən * saylı evin *** saylı mənzili yaşayış fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə keçirilmədiyindən xahişinin təmin edilməsi imkan xaricindədir. Belə ki, sözügedən sərəncamla iddiaçıya məxsus mənzildən yalnız ticarət obyekti kimi istifadə edilməsinə icazə verilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, * saylı binada yerləşən sahəsi 51,4 kv.metr olan qeyri-yaşayış sahəsinə (mənzilə) dair cizgi (plan ölçü) və müvafiq komissiyanın rəyinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, * saylı evdə yerləşən, sahəsi 51,4 kv.metr olan, *** saylı yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə dair müvafiq sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, * saylı binada yerləşən sahəsi 51,4 kv.metr olan mənzil DƏDRX-nin ******* nömrəli çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən *** nömrəli, ## ###### 2005-ci il tarixli sərəncam əsasında ona məxsus mənzildən “ticarət obyekti” kimi istifadə olunmasına icazə verilmişdir. Həmin vaxtdan da mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edir və bu günədək də qonşulardan və digərlərindən mənzili “ticarət obyekti” kimi istifadə etməyi ilə bağlı heç bir şikayət olmamışdır. Qanunvericiliyə uyğun olaraq sözügedən mənzilin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən müvafiq sənədləri toplayarkən cavabdehə müraciət edərək, cizgi (plan-ölçü) və müvafiq komissiyanın rəyinin təqdim olunmasını xahiş etmişdir. Cavabdehin 5-18/2- M-***-***/**** nömrəli,## #### 2024-cü il tarixli məktubu ilə ona bildirilib ki, sözügedən mənzil yaşayış fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə keçirilmədiyindən müraciətinin müsbət həlli imkan xaricindədir. Cavabdehin bu imtinası qanunsuzdur. Belə ki, ona məxsus mənzildən “ticarət obyekti” kimi istifadə olunmasına icazə verildikdən sonra faktiki mənzil yaşayış sahəsi kimi deyil qeyri-yaşayış sahəsi kimi istifadə olunub. Hazırda mənzildən qeyriyaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzillərdən təcrid olunmuş ayrıca girişçıxışı vardır.
8. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, hazırda iddiaçının iddia etdiyi yaşayış sahəsi faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. Iddiaçının qeyri-yaşayış sahəsinə keçirmək istədiyi mənzil çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Həmin bina 9 mərtəbədən ibarət olmaqla, panel konstruksiyadan yığılmış binadır. Buna görə də, həmin binada yerləşən hər hansı mənzilin yenidən qurulması və ya yenidən planlaşdırılması aidiyyəti qurumlarla razılaşdırılmaq şərti ilə texniki normaların təhlükəsizlik sahəsində qanunvericiliyin ilk növbədə gözlənilməsi şərti ilə aparılmasına yol verilir. Lakin iddiaçı qanunvericiliyin tələblərinə əməl etmədən özbaşına yenidən qurma işləri aparmışdır. Aparılmış yenidən qurma işləri binanın dayanaqlığına, habelə orada yaşayan sakinlərin təhlükəsizliyinə nə dərəcədə cavab verdiyi sual altındadır. Iddiaçı heç bir razılıq almadan mənzilə gediş-gəliş üçün yeni qapı açaraq şəhərsalma haqqında qanunvericiliyin tələblərini pozmuşdur.
9. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ####### 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, * saylı evdə yerləşən, sahəsi 51,4 kv.metr olan, *** saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən *** saylı mənzil iddiaçının mülkiyyətindədir və başqa şəxslərin hüquqları ilə yüklü deyildir. Həmin mənzil binanın birinci mərtəbəsində yerləşir. Mənzil yaşayış sahəsi olsa da, faktiki olaraq qeyri-yaşayış sahəsi (obyekt) kimi istifadə olunur. “X4 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, *** saylı mütəxəssis rəyində ünvan 2 ünvanında yerləşən *** saylı mənzil faktiki (Obyekt) qeyriyaşayış sahəsi kimi istifadə edilir. Rəyin tədqiqat hissəsində qeyd olunduğu kimi göstərilən ünvanda yerləşən “Ticarət obyekti”nin (mənzilin) gediş-gəliş yolu Sülh küçəsi istiqamətindədir. Mövcud gediş-gəliş yolu qonşu mənzil (Obyekt) mülkiyyətçilərinin mülkiyyətlərindən istifadəyə hər hansı maneə törətmir. ünvan 2 ünvanında yerləşən *** saylı mənzilin (Obyektin) bloka açılan qapısı faktiki istifadə olunmur. Həmin binanın 1-ci mərtəbəsində yerləşən tədqiq olunan obyektlə qonşu sırada yerləşən digər mənzillər faktiki qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu göstərilmişdir. Göründüyü kimi həmin sahənin ayrıca giriş-çıxışı da mövcuddur. Cavabdeh həmin yaşayış sahəsində özbaşına yenidənqurma işlərinin aparıldığını bildirsə də, həmin yenidənqurma işlərinin nədən ibarət olması və tikinti normaları ilə hansı ziddiyyət təşkil etməsini əsaslandırmamışdır. Eyni zamanda iş üzrə mütəxəssis rəyində göstərilmişdir ki, mənzilin qeyri-yaşayış sahəsi təyinatlı sahəyə dəyişdirilməsi zamanı aparılmış təmir-bərpa işləri binanın xarici görünüşünə, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərinə uyğunlaşdırılmışdır. Mənzilin ön və arxa divarları boyu binanın ümumi texniki parametrlərindən kənaraçıxmalar mövcud deyil.
11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: C.Məmmədov /sədrlik edən və məruzəçi/, K.Əkbəro və P.Hüseynov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.#.2025ci il tarixli, **/**** saylı ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən *** saylı mənzilin üç hissədən ibarət olmaqla faktiki olaraq qeyri yaşayış sahəsi kimi (bər-bər, qadın salonu və stomatoloq) istifadə olunduğu müəyyən olunmuşdur. ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən mübahisə predmeti olan mənzilə dair tərtib edilmiş “Texniki pasport” sənədində 1 və 7 rəqəmləri ilə işarələnmiş, sahələri müvafiq olaraq 16.59 kv.m və 6.6 kv.m olan otaqlar arasındakı qapı boşluğunun bağlandığı, 1 nömrəsi ilə işarələnmiş, sahəsi 6.6 kv.m olan otaqda arakəsmənin əlavə olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.3-cü bəndində qeyd olunanları və mübahisə predmeti olan mənzilin çoxmənzilli binanın birinci mərtəbəsində yerləşdiyini həmçinin, faktiki olaraq qeyri yaşayış sahəsi kimi istifadə olunduğunu nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən *** saylı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Iddiaçı tərəfindən həmin binanın altında yerləşən X1 və X2 məxsus qeyri-yaşayış sahələrinə dair verilmiş mülkiyyət hüququna dair çıxarışların surətindən görünür ki, qeyd olunan binanın altında olan daşınmaz əmlaklar qeyri-yaşayış sahələri kimi qeydiyyatdan keçmişdir.
15. Apellyasiya instansiyası həmçinin qeyd etmişdir ki, göründüyü kimi cavabdeh həmin yaşayış sahəsində özbaşına yenidənqurma işlərinin aparıldığını bildirsə də, həmin yenidənqurma işlərinin nədən ibarət olması və tikinti normaları ilə hansı ziddiyyət təşkil etməsini əsaslandırmamışdır. Odur ki, iddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etdiyindən, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz.
16. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya icraatı zamanı ##.##.2025-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspertiza rəyində faktiki olaraq mübahisəli yaşayış sahəsinə dair yaşayış sahələrinə maneə törətmədən mənzilin ön hissəsindən qoyulan qapıdan istifadə edərək, birbaşa gediş-gəliş mümkün olub-olmaması barədə suala cavab verilməmişdir.
18. Bundan əlavə, ekspert rəyində bildirilir ki, təqdim edilən texniki pasporta və real vəziyyətə əsasən arakəsmələr var və digər texniki-tikinti işləri aparılmışdır, lakin ##.##.2025-ci il tarixli FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilməli olan müvafiq mütəxəssis rəyi ekspert vəsatətinə əsasən ekspertiza mərkəzinə təqdim edilmədiyinə görə mənzildə aparılan dəyişiklik yaşayış binasının təhlükəsizliyinə xələl gətirib-gətirilməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Iddia tələbinin əsaslı olub-olmamasının tam və ətraflı araşdırılması məqsədi ilə Fövqəlada Hallar Nazirliyinin mütəxəssis rəyinin alınması zəruridir, lakin qeyd olunan rəy əldə edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
22. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilməsi şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Işin hallarından müəyyən olunur ki, iddiaçının tələbi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, * saylı binada yerləşən sahəsi 51,4 kv.metr olan qeyri-yaşayış sahəsinə (mənzilə) dair cizgi (plan ölçü) və müvafiq komissiyanın rəyinin verilməsidi. Cavabdeh orqan isə iddiaçının müvafiq icazə almadan həmin ünvanda yenidənqurma işlərinin aparılmasına əsaslanaraq ona imtina cavabı vermişdir.
25. Verilmiş iddia tələbinin hüquqi əsaslarına aid Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir.
26. Həmin Məcəllənin 20.2-ci maddəsində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilməyən hallar nüəyyən edilib.
27. Həmçinin Mənzil Məcəlləsinin 22-ci maddəsində yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina üçün aşağıadakı əsaslar müəyyən edilmişdir: bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlərin təqdim edilməməsi (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilməməsi; yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmaması.
28. Göründüyü kimi cavabdehin imtinasının qanuniliyi Mənzil Məcəlləsinin 22-ci maddəsinin dispozisiya şərtlərinin mütləq yoxlanmasını tələb edir. Cavabdehin etiraz dəlillərindən biri yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının tikintinin dayanıqlığına zərər gətirməsi ilə əsaslandırılmışdır. Buna görə də apelyasiya instansiyası məhkəməsi
29. Işə baxmış məhkəmə mənzilin qeyri0yaşayış sashəsinə keçirilməsinin mümkünlüyünü araşdırmaq üçün ekspertiza təyin etmiş və ekspert qarşısında həm də:
1. Obyektə daxil olmaq üçün ön hissədən qurulmuş qapı həmin yaşayış binasının sakinlərinin gediş və gəlişi üçün maneələr yaradırmı? 2. Mənzilin daxilində hər hansı bir konstruktiv dəyişiklik edilibmi, dəyişiklik edildiyi tədqirdə həmin dəyişiklik yaşayış binasının təhlükəsizliyinə xələl gətirirmi? suallarını qoymuşdur.
30. Lakin ekspert bu suallara cavab verməmişdir. Halbuki, ekspert qarşısında qoyulan ikinci sual, mahiyyəti etibarilə bilavasitə Mənzil Məcəlləsinin 22.1.3-cü maddəsində bəhs olunan tikinti norma və qaydalarına uyğunluqla bağlıdır.
31. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddianı təmin etmiş və bu qənaətini onunla əsaslandırmışdır ki, “... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.3-cü bəndində qeyd olunanları və mübahisə predmeti olan mənzilin çoxmənzilli binanın birinci mərtəbəsində yerləşdiyini həmçinin, faktiki olaraq qeyri yaşayış sahəsi kimi istifadə olunduğunu nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən *** saylı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Iddiaçı tərəfindən həmin binanın altında yerləşən X1 və X2 məxsus qeyrı yaşayış sahələrinə dair verilmiş mülkiyyət hüququna dair çıxarışların surətindən görünür ki, qeyd olunan binanın altında olan daşınmaz əmlaklar qeyrı-yaşayış sahələri kimi qeydiyyatdan keçmişdirlər. Göründüyü kimi cavabdeh həmin yaşayış sahəsində özbaşına yenidənqurma işlərinin aparıldığını bildirsə də, həmin yenidənqurma işlərinin nədən ibarət olması və tikinti normaları ilə hansı ziddiyyət təşkil etməsini əsaslandırmamışdır. Odur ki, iddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etdiyindən, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.”
32. Qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
33. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
34. Hazırkı işdən görünür ki, cavabdehin imtinasında qeyd edilmişdir ki, mənzilin faktiki vəziyyəti ilə texniki pasportunda qeyd edilən göstəricilər arasında uyğunsuzluğun olub-olmaması, qeyd edilən mənzildə hər hansı dəyişiklik edilmişdirsə bu mənzilin və binanın təhlükəsizliyinə xələl gətirib-gətirməməsinin müəyyən edilməsi və mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinin texniki cəhətdən mümkün olubolmaması araşdırılmamışdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, bu xüsusatların müəyyən edilməsi iddianın düzgün həlli üçün zəruridir. iddiaçı tərəfindən təqdim edilən mənzilin texniki pasportu ilə mövcud mənzillə uyğunsuzluğun olub-olmaması və mənzilin ön hissəsindən giriş-çıxış qapısının digər sakinlərə maneə törətməsi araşdırılmalıdır.
36. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.