Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3568/2025 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, qərar qəbul edilənədək müəyyən edilmiş pensiya məbləğinin bərpa edilməsi və keçmiş dövr ərzində tutulmuş pensiya məbləğinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının ləğv edilməsi, qərar qəbul edilənədək müəyyən edilmiş pensiya məbləğinin bərpa edilməsi və keçmiş dövr ərzində tutulmuş pensiya məbləğinin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarına əsasən, iddiaçının pensiyası yenidən hesablanmış və 3473 manat 74 qəpik pensiya məbləği təyin edilmişdir. Yenidən hesablama hüququnun yarandığı tarix və səbəbi: ##.##.2022-ci il vəzifə maaşının artırılması ilə bağlı.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, pensiya işinə dair sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsi tərəfindən ## #### 2017-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanmışdır. Nəticədə, məlum olmuşdur ki, # ###### 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1930,00 manat, qulluq illərinə görə əlavəsi 868,50 manat, rütbəyə görə əlavəsi 130 manat, digər növ əlavələri 402,08 manat olmaqla orta aylıq əməkhaqqı 3330,58 manat təşkil etmişdir. Bununla əlaqədar, əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 25 il 9 ay 12 gün qulluq illərinə uyğun olaraq, orta aylıq əməkhaqqının (3330,58 manat) 80 faizi - 2664,46 manat məbləğində hesablanmalı olduğu halda, 2768,48 manat müəyyən edilməklə ##.##.2019-##.##.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də ona həmin dövr üzrə ümumilikdə 3744,72 manat artıq pul vəsaiti ödənilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar # ###### 2022-cı il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2540 manat, qulluq illərinə görə əlavəsi 1143,00 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 529,17 manat olmaqla orta aylıq əməkhaqqı 4342,17 manat təşkil etmişdir. Bununla əlaqədar, əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 25 il 9 ay 12 gün qulluq illərinə uyğun olaraq, orta aylıq əməkhaqqının (4342,17 manat) 80 faizi - 3473,74 manat məbləğində hesablanmalı olduğu halda, 2768,48 manat məbləğində müəyyən edilməklə 2022-ci ilin dekabr ayında ona ödənilmişdir. Bu səbəbdən də, həmin ay üzrə ona ödənilməli olan 705,26 manat pul vəsaiti hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun # ###### 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 3821,11 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 4382,82 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən, ona cari ilin yanvar ayı üzrə 4382,82 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 3607,03 manat ödənilmişdir. Bu səbəbdən də, həmin ay üzrə ona ödənilməli olan 775,79 manat pul vəsaiti hesablanmışdır. Qeyd olunanlara əsasən, ##.##.2019-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində 2263,67 (3744,72-705,26-775,79) manat artıq pul vəsaiti ödənilmişdir. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əlavə olaraq, maddi yardım üzrə 2022-ci il üçün ona 43,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 43,90 manat pul vəsaiti cari ilin fevral ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir.
3. Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, aparılan araşdırma nəticəsində ona ötən dövr üzrə 2263,67 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Əmək pensiyasının hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında tərəflərindən ona # #### 2023-cü il tarixli məktubla ətraflı məlumat verilmişdir. Eyni zamanda, indeksləşdirilmə ilə əlaqədar # ###### 2024-cü il tarixindən hesablanmaqla, cari ilin fevral ayında əmək pensiyası 4873,70 manat məbləğində müəyyən edilmişdir, həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 490,88 manat fərq məbləği hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən, əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, ödənilməli olan 490,88 manat pul vəsaiti artıq ödənilmiş 2263,67 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş 1772,79 (2263,67-490,88) manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının ləğv edilməsi, qərar qəbul edilənədək müəyyən edilmiş pensiya məbləğinin bərpa edilməsi və keçmiş dövr ərzində tutulmuş pensiya məbləğinin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək pensiyaçısıdır. Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsi tərəfindən prokurorluq orqanlarının əməkdaşı kimi ## #### 2017-ci il tarixindən ona pensiya təyin edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar cavabdeh tərəfindən 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayında aparılan yenidən hesablama zamanı 0# ###### 2024cü il tarixindən ona aylıq pensiya ödənişi 4342,17 manat məbləğində müəyyən edilərək, internetdə “e-sosial” proqramında şəxsi kabineti və Mərkəzi Filialın ona göndərdiyi məktubda göstərilmişdir. Lakin 2022-ci ilin dekabr, 2024-cü ilin yanvar-fevral aylarında təyin edilən pensiya ona tam məbləğdə ödənilməmişdir. Yəni həmin dövrlərdə ona təyin edilmiş əmək pensiyasından artıq tutulmalar aparılaraq, ümumilikdə 2263,67 manat əskik pul vəsaiti ödənilmişdir. Ona görə də əskik ödənmənin səbəbinin ona bildirilməsi üçün ##.##.2024-cü il tarixdə * saylı DOST Mərkəzinə gedərək əmək pensiyasından tutulmaların səbəbini öyrəndikdə, ##.##.2023-cü il tarixli məktub ona təqdim edilmiş və bildirilmişdir ki, bu məktubu poçt vasitəsi ilə ona göndərmişlər. Lakin o, bu məktubu almamışdır. Həmin məktubun surətində məktubu göndərən şəxsin (direktor Şahin Əliyev) imzası yoxdur. Göndərildiyi deyilən cavabı isə dəfələrlə oxumağına baxmayaraq anlamaq mümkün olmamışdır. Ona görə də əskik ödəmənin səbəbinin ona bildirilməsi üçün ##.##.2024-cü il tarixdə * saylı DOST Mərkəzinə əmək pensiyasından tutulmaların səbəbinin anlaşılan formada cavab verilməsi, əmək pensiyasının yenidən hesablanması barədə rəsmi ərizə təqdim etmişdir. Ərizəsinə ##.##.2024-cü il tarixdə cavab verilsə də, şablon formada, əmək pensiyasından tutulmaların səbəbi izah edilmədən birinci məktubun surəti ilə eyni məzmunda qısa cavab almışdır. * saylı DOST Mərkəzindən ona təqdim edilən məktubda göstərilmişdir ki, Mərkəzi Filial tərəfindən pensiya işi yoxlanarkən müəyyən edilmişdir ki, ötən dövr üzrə onun aylıq pensiya məbləği 3744,72 manat olduğu halda, cəmi 2263,67 manat artıq pul vəsaiti ödənilmişdir. Mərkəzi Filial tərəfindən 2022-ci ilin dekabr, 2024-cü ilin yanvar-fevral aylarında pensiyasında olan artım, ona heç bir məlumat verilmədən artıq hesablanmış məbləğ çıxılaraq büdcəyə bərpa edilmişdir. Həmin məktubda həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## #### tarixli **** nömrəli Sərəncamına əsasən, 2022-ci il üçün ona ümumilikdə 43,90 manat məbləğində maddi yardım pul vəsaiti artıq ödənilmişdir. Həmin 43,90 manat pul da Mərkəzi Filial tərəfindən 2023-cü ilin fevral ayında ona hesablanan pensiyadan tutulmuşdur. Beləliklə də, Mərkəzi Filial tərəfindən ##.##.2019-##.##.2023-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilən pensiyalardan cəmi 2263,67 (3744,72-707,26-775,79) manat pul tutulmuşdur. Məktubda 3744,72 manat artıq ödənilən puldan 2263,67 manatın tutulması göstərilməklə, qalan 1772,79 manat artıq ödənilmiş pul vəsaitinin də pensiyasından tutulması üçün yazılı razılıq təqdim etməyi xahiş olunmuşdur. Pensiyasından qanunsuz pul vəsaiti tutulmalarının dayandırılması, qanunsuz tutulan cəmi 2263,67 manat pul vəsaitinin ona ödənilməsi üçün ##.##.2024-cü il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filialın ##.##.2023-cü il tarixli məktubunda şikayəti mahiyyəti üzrə araşdırılmadan artıq ödənilmiş məbləğdən qalan 1772,79 manat pul vəsaitinin pensiyasından tutulması üçün yazılı razılığını bildirməyi xahiş edilmişdir. Məktubda pensiyasından tutulan cəmi 2263,67 manatın ona qaytarılmasına toxunulmamışdır. Cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində ona artıq hesablanıb ödənilmiş cəmi 3744,72 manat pul vəsaitinin onun razılığı alınmadan və məhkəmə qərarı olmadan pensiyasından tutulması qanun pozuntusu olmaqla, onun mülkiyyət hüququnu ciddi şəkildə pozur. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2017ci il tarixdən
6. prokurorluq orqanının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmiş, prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar pensiyası yenidən hesablanmışdır. Əmək pensiyasının yenidən hesablanması zamanı pensiya işi yenidən araşdırılmış və aşağıda qeyd olunanlar müəyyən edilmişdir. ##.##.2019-cu il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1930,00 manat, qulluq illərinə görə əlavə 868,50 manat, rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələr 402,08 olmaqla, orta aylıq əməkhaqqısı 3330,58 manat təşkil etmiş, əmək pensiyasının isə orta aylıq əməkhaqqının 80 faizi - 2664,46 manat hesablanmalı olduğu halda, 2768,48 manat hesablandığı müəyyən edilmişdir. Buna müvafiq olaraq, iddiaçıya ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək (36 ay) olan dövr üzrə 3744,72 manat (2768,48-2664,46=104,02 x 3) artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar olaraq, ##.##.2022-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2540,00 manat, qulluq illərinə görə əlavə 1143,00 manat, rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələr 529,17 manat olmaqla, iddiaçının orta aylıq əməkhaqqı 4342,17 manat təşkil etmiş, buna uyğun olaraq əmək pensiyası orta aylıq əməkhaqqının 80 faizi - 3473,74 manat hesablanmalı olduğu halda, 2768,48 manat hesablanmışdır. Buna müvafiq olaraq, 2022-ci il dekabr ayı üzrə iddiaçıya 705,26 manat (3473,74-2768,48) əskik pul vəsaiti ödənilməli olduğu müəyyən edilmişdir. ##.##.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 3821,11 manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 4382,82 manat məbləğində hesablanıb ödənilməli olduğu halda, yanvar ayı üzrə 3607,03 manat ödənilmişdir. Buna müvafiq olaraq, yanvar ayı üzrə 775,79 manat (4382,82-3607,03) əksik pul vəsaiti ödənilməli olduğu müəyyən edilmişdir. Həmçinin, maddi yardım üzrə 2022-ci il üçün (##.##.2019-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan dövrə təsadüf etdiyindən) iddiaçıya 43,90 manat artıq pul vəsaiti ödənilmiş, həmin məbləğ cari ilin fevral ayında əmək pensiyasının məbləğindən çıxılaraq büdcəyə bərpa edilmişdir. # ###### 2024-cü il tarixdən indeksləşdirilmə ilə əlaqədar hesablanmaqla cari ilin fevral ayında iddiaçının əmək pensiyası 4873,70 manat məbləğində hesablanmalı olduğu halda, 4382,82 manat hesablanmışdır. Buna müvafiq olaraq, yanvar ayı üzrə 490,88 manat (4873,70- 4382,82) əskik verilmiş pul vəsaiti ödənilməli olduğu müəyyən edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarı ləğv edilmiş, qərar qəbul edilənədək müəyyən edilmiş pensiya məbləğinin bərpa edilməsi və keçmiş dövr ərzində tutulmuş pensiya məbləğinin geri qaytarılması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsinin əsaslandırması: 8.1. Hazırkı işdə iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə, əslində isə iddiaçıya borc hesablanması, iddiaçıdan həmin hesablanmış borcun tələb edilməsi, inzibati orqanın mülahizəsinə əsasən hansısa qaydada əvəzləşdirmələrin aparılması kimi hərəkətlərdən əvvəl, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda onun əmək pensiyasından tutulmanın aparılması üçün razılıq ərizəsinin təqdim edilməsi bildirilsə də, həmin məktubun iddiaçıya təqdim edilməsi barədə sübut inzibati iş materiallarında mövcud deyildir, eyni zamanda məktubda - “əmək pensiyası təyin edilərkən əmək kitabçasında işlədiyi vəzifənin düzgün qeyd edilməməsi ilə əlaqədar əmək pensiyasının düzgün hesablanmadığı aşkar olunub” ifadəsi qeyd edilsə də, məhz hansı vəzifənin düzgün qeyd edilməməsi onun nəzərinə çatdırılmamış, yəni cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasın konkret nə ilə bağlı olduğu iddiaçıya bildirilməmişdir. Beləliklə, məhkəmə ilkin olaraq müəyyən etmişdir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakını təmin etməklə aparmadan, onun qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının yenidən hesablanması, daha doğrusu isə qeyd hissəsində borc hesablanaraq həmin borcun əvəzləşdirilməsi, faktiki olaraq iddiaçıdan borc tutulması barədə onu əlverişsiz vəziyyətə salan qərar qəbul etmişdir ki, həmin qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur. 8.2. Hazırkı halda iddiaçı onun pensiyasından tutulmalara (cavabdehin adlandırdığı kimi əvəzləşdirmə aparılmasına) razılığını bildirməmişdir və eyni zamanda, bu barədə məhkəmə qərarı da mövcud deyildir. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, yəni, yol verilmiş nəticəsində əmək pensiyasının yanlış – artıq məbləğdə təyin edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hal, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarında olan digər sənədlərlə isə cavabdeh təyin edilmiş əmək pensiyasının qanunsuzluğunu səhv hesablama ilə bağlı əsaslandırsa da, bu zaman iddiaçının səhv təyinata hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə pensiya məbləğinin hesablanmasına müdaxilə etməmişdir. Belə olan halda, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, bu da cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas olmamasına dəlalət edir. İnzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə, səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və P.A.Hüseynov) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin əsasını imtina məktubunda, iddiaya etirazda və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ...
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının ləğv edilməsi, qərar qəbul edilənədək müəyyən edilmiş pensiya məbləğinin bərpa edilməsi və keçmiş dövr ərzində tutulmuş pensiya məbləğinin geri qaytarılması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
24. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə görə, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qaydanı tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələbinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur – könüllü və ya məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə, belə razılığın olubolmamasından asılı olmayaraq tətbiq edilir. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitləri könüllü olaraq geri qaytarmağa razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etməklə həmin vəsaiti geri almaq səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, yaxud əmək pensiyaçısının bununla bağlı aşkar ifadə olunan razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək və pensiyadan tutulmalar aparmaq səlahiyyətinə malik olmayacaqdır. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-*/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.