Məhkəmə qərarları › İş №2-1(102)-3569/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3569/2019

25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3569/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-3569/19) (Açar sözlər: şəhid adının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X3, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili X9 iştirakları ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini n Qobustan rayon Bölməsinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 sentyabr tarixli 2-1(105)-368/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək X4 1997-ci il 20 iyun tarixdən Qazax rayonu ərazisində düşmənlə təmas xəttində xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğuna görə şəhid statusu verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 2 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qay daları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya Daxili İşlər, Milli Təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təyinatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mövcud qanunvericilikdə hərbi xidmət keçərkən digər səbəblərdən həlak olmuş hərbi qulluqçulara şəhid adının verilməsi nəzərdə tutul mamışdır. İddiaçı 2018-ci il 8 noyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1996-cı il 3 iyul tarixində Qobustan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış oğlu X4 1997-ci il 20 iyun tarixdən Qazax rayonu ərazisində düşmənlə təmas xəttində xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğuna görə şəhid statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, X6 1996-cı il 3 iyul tarixində Qobustan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq qısa müddətli hazırlıq keçdikdən sonra Qazax rayonu ərazisində düşmənlə təmas xəttində yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin döyüşən X7 X5 radiotel efonçusu vəzifəsində hərbi xidmətə başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən verilmiş 1997-ci il 21 iyun tarixli, 66 nömrəli bildiriş məktubuna əsasən X6 1997-ci il 20 iyun tarixində xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. 1997-ci il 21 iyun tarixində onun meyidi tabutda gətirilərək Qobustan rayonu, Nabur kənd qəbiristanlığında rayon İcra Hakimiyyətinin, rayon Hərbi Komissarlığının, N nömrəli hərbi hissənin zabit əsgərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qəbiristanlığın şəhidlər dəfn olunan hissəsində dəfn edilmişdir. Dəfn mərasimində iştirak edən hərbi hissənin hərbi qulluqçuları bildiriblər ki, iddiaçının oğlu düşmənlə təmas xəttində çayın o biri tayında yerləşən taburla N nömrəli hərbi hissənin qərargahı ilə telefon əlaqəsini təmin etmə k üçün döyüş tapşırığı alıb. Həmin vaxt düşmən tərəfindən həyata keçirilən təxribat nəticəsində həlak olmuşdur. O vaxtdan uzun müddət keçməsinə baxmayaraq, müvafiq orqanlar ona şəhid statusunun verilməsi üçün heç bir hərəkət etməmiş, iddiaçının ailəsinə köməklik göstərməmişlər. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 33.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabde hin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 6 mart tarixli 2-1(85)-276/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqdim edilən sənədlərdə X4 1997-ci il 20 iyun tarixində xidməti vəzifəsini yerinə yetirərkən həlak olması öz təsdiqini tapır. Lakin onun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmasını sübut edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və mahiyyəti üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 sentyabr tarixli 2-1(105)-368/2019 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 23 sentyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 2 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı övladını sonuncu dəfə görmək üçün büküldüyü kəfənin açılmasına və yenidən yuyularaq kəfənlənməsin ə icazə verilməməsi, X1 düşərək həlak olması cavabı, onun dəfninin yarım saat içində tələsik təşkil olunması, tabutun açılmasına icazə verilməməsi kimi hallar iddiaçıda bir narahatlıq yaratmış və oğlunun ölümündən sonra iddiaçı həmin əraziyə gedərək özü üçün dəqiqləşdirmə aparmışdır. İddiaçının oğlunun suya düşərək boğulması ehtimal olunan çay kəndin əkin sahələrini suvarmaq üçün istifadə edilən 40-50 santimetr dərinliyi olan su arxıdır. İddiaçı qeyd ki, şəhid statusuna malik olmaq nəticə etibarı ilə ona mənəvi rahatlıq gətirəcəkdir və onun ailəsinin cəmiyyətdəki statusu dəyişəcəkdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla ə laqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı h əlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid sayılır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, həlak olmuş şəxsin valideynləri şəhidin ailə üzvləri hesab olunur. İddiaçı hesab edir ki, məhkəmə işə baxan zaman işin həqiqi hallarını lazımi qaydada araşdırmamış, onlara qanuna müvafiq hüquqi qiymət verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının t əqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzər də tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, İPM-in 12 və 58.7-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi mərhum İddiaçı döyüş tapşırığının, eləcə də, döyüş təminatının hər hansı növünə aid tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olduğuna dair hər hansı sübutun olmadığına əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “...X1 düşərək boğulub vəfat etməsi özlüyündə şəhid adının verilməsi üçün əsas ola bilməz. İddianın təmin olunması üçün bu ölümün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsin in icrası zamanı baş verməsi sübut olunmalıdır.”. Apellyasiya instansiyası məhkəməsi qərarında İPM-in 12.1-ci maddəsinə istinad etsə də, həmin normanın tələbini təmin etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi təsdiq edir ki, “Ölüm hadisəsinin döyüş şəraitində olan hərbi hissədə olması tərəflər arasında mübahisə olunmur.”. Apellyasiya instansiyası məhkəməsi bu nəticənin əsası kimi, iş materiallarında olan Qobustan rayon Hərbi Komissarlığının 1997-ci il 4 iyul tarixli arayışına istinad edir. Həmin arayışa görə X6 1997-ci il 20 iyun tarixdə xidməti vəzifəsini yerinə yetirərkən suya düşərək boğulub vəfat etmişdir. Əvvəla, mərhumun məhz boğulmadan öldüyünə dair işdə hər hansı tib bi sənəd (tibb müəssisənin sənədi) yoxdur, yaxud ölüm qeydində ölümün səbəbinin məhz həmin məzmunda olduğuna dair məlumat yoxdur. Mərhumun ölümü haqqında şəhadətnamənin kserosurətindən də göründüyü kimi, həmin sənəddə “ölümün səbəbi” sətrində düzəliş edilmiş, buna hər hansı münasibət bildirilməmiş, akt qeydindəki məlumatlar yoxlanılmamışdır. Digər tərəfdən, həm komissarlığın arayışında, həm də iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Qobustan rayon Hərbi Komissarlığına ünvanlanan 1997-ci il 21 iyun tarixli, 66 №-li bildirişdə, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsinin iddiaçıya ünvanlanmış 2018-ci il 2 oktyabr tarixli, 692 №-li məktubunda aşkar olaraq qeyd edilir ki, X6 1997-ci il 20 iyun tarixində xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Beləliklə, Q.İddiaçı ölümünə səbəb olan hadisənin (1) döyüş şəraitində olan hərbi hissədə və (2) Q.İddiaçı xidməti vəzifəsini yerinə yetirərkən baş verdiyi mübahisəsizdirsə, apellyasiya instansiyası məhkəməsi həmin xidməti vəzifənin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olub-olmadığını müəyyən etməli idi. Bunun əksinə olaraq, apellyasiya instansiyası məhkəməsinin “mərhum İddiaçı döyüş tapşırığının, eləcə də, döyüş təminatının hər hansı növünə aid tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olduğuna dair hər hansı sübutun olmadığına” dair qənaəti İPM-in 12.1 və 12.2 -ci maddələrinin tələbləri ilə uzlaşmır. Belə ki, “işin halların ın araşdırılması prinsipi”nə aid olan həmin normalar mübahisənin düzgün həlli üçün məhkəmənin xidməti vəzifələrini təsbit etmişdir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Q.İddiaçı ölümünə səbəb olan hadisənin (1) döyüş şəraitində olan hərbi hissədə və (2) Q.İddiaçı xidməti vəzifəsini yerinə yetirərkən baş verdiyinə dair işin mübahisəsiz hallarından çıxış etmək haqqına malik olan iddiaçının tələbinə qarşı cavabdeh inzibati orqan İddiaçı həlak olmasını (ölümünü) “digər səbəblər”ə aid edirsə (iş v.11), onda məhz cavabdeh sübut etməlidir ki: 1) döyüş şəraitində olan hərbi hissədə xidmət edən İddiaçı ölü mündən bilavasitə əvvəl, hadisənin baş verdiyi anda məhz hansı məzmunda (“digər səbəblər”ə aid olan) xidməti vəzifəsini icra edirdi; 2) qanunverici həmin məzmunda xidməti vəzifəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsinə aid etmir. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və yuxarıda qeyd edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Mübahisələndirilən qərar yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin olunması tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkə mə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 sentyabr tarixli 2-1(105)-368/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar