Məhkəmə qərarları › İş №2-1(102)-3569/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3569/2025

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3569/2025 12.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi, işin hallarının hərtərəfli araşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Səyyar vergi yoxlamanın keçirilməsi haqqında ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarından görünür ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyun 2019 - iyun 2022 göstərilən vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir.

2. KY********** nömrəli ##.##.2022-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə məlumat ##.##.2022-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 38-ci maddəsi göstərilmişdir.

3. ##.##.2023-cü il tarixli, 2200197026161451 nöməli səyyar vergi yoxlaması aktından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2022-ci il tarixli, **************** saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Xidmət və digər sahələrin auditi şöbəsinin dövlət vergi müfəttişi X2 tərəfindən İddiaçı üzrə siyahısı verilən tədiyyə və dövrlərdə Vergilər Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Akta əsasən: - 1.1. Yoxlama ##.##.2022 tarixdə başlanılmış və ##.##.2023 tarixdə başa çatdırılmışdır. - 1.8. Yoxlanılan dövrdə İddiaçı faktiki olaraq elektron və telekommunikasiya avadanlıqlarının və onların hissələrinin topdan satışı, ixtisaslaşdırılmış mağazalarda telekommunikasiya avadanlıqlarının pərakəndə satışı ilə məşğul olmuşdur. - 1.9.4. Ekspertizanın aparılması. ##.##.2022 tarixli **************** nömrəli nömrəli Ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspertiza aparıldı. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi mobil telefon, noutbuk, planşet, elektron saat və onların aksesuarlarının həm topdan satışı və həm də pərakəndə satışını həyata keçirməsinə baxmayaraq, pərakəndə qaydada satdığı malların satışını (nəzarət kassa aparatının fıskal yaddaş məlumatları və pərakəndə satış ilə bağlı hər hansı digər sənəd) təsdiq edən sənədləri yoxlamaya təqdim etməmişdir. Odur ki, pərakəndə qaydada satılmış malların orta bazar satış qiymətinin müəyyən edilməsi zərurəti yarandığı üçün ekspert dəvət edilməsi zərurəti yaranmışdır. Məcəllənin müvafiq maddələrinə əsaslanaraq, eyni zamanda yoxlamaya ilkin sənədlər tam təqdim edilmədiyinə görə vergi ödəyicisinin aldığı və idxal edib satdığı malların real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə Baş İdarənin ##.##.2022-ci il tarixli **************** nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmiş və ekspert qarşısında ##.##.2019-cıı il tarixdən ci il tarixədək olan dövrdə "xxxx." Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınmış və idxal edilib satılmış malların real bazar qiymətlərini müəyyənləşdirmək sualı qoyulmuşdur. Lakin Ekspert tərəfindən Baş İdarəyə daxil olmuş ##.##.2023-cü il tarixli **************** nömrəli məktubda Ekspert araşdırması zamanı nəticə əldə etmək mümkün olmadığı və buna səbəb kimi rəsmi normativ sənəd, digər vacib olan amillər məlum olmadığı göstərilmişdir. Akta əsasən iddiaçıya Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinə əsasən mənfəət vergisi üzrə əlavə olaraq 680.759,49 manat vergilərin hesablanması və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış 680759.49 manat vergi məbləğinin 50% miqdarında 340.379, 75 manat maliyyə sanksiyasının tətbiq edilməsi; Vergi Məcəlləsinin 67.15-ci, 159.1-ci, 166.1-ci və 175.1-ci maddələrinə əsasən ƏDV üzrə 28575.00 manat əlavə hesablamanın aparılması və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış 182.377,96 manat vergi məbləğinin 50% miqdarında 91.188.98 manat maliyyə sanksiyasının tətbiq edilməsi; Vergi Məcəlləsinin 123.1-ci və 124.1-ci maddələrinə əsasəm ödəmə mənbəyində tutulan vergilər üzrə əlavə olaraq 32.561,72 manat vergilərin hesablanması və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış 32.561,72 manat vergi məbləğinin 50% miqdarında 16.280,86 manat maliyyə sanksiyasının tətbiq edilməsi; Vergi Məcəlləsinin 58.7-1.1-ci və 58.7-1.2-ci maddələrinə əsasən vergi ödəyicisi tərəfindən "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü və 3.4.6-cı maddəsinin tələbləri pozulmaqla 10 faizi miqdarında, yəni 292.049,96 manat maliyyə sanksiyasının tətbiq edilməsi; Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 33 420.48 manat ƏDV məbləğinin 50 faizi miqdarında, yəni, 16 710.25 manat maliyyə sanksiyası tətbiq edilməsi; Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 120.00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi; Vergi Məcəlləsinin 197-ci maddəsinə əsasən əmlak vergisi üzrə 177.96 manat artıq və 16.97 manat az hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış 16.97 manat vergi məbləğinin 50% miqdarında 8.49 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarından görünür ki, cavabdeh iddiaçıya ümumilikdə 738351.55 manat əlavə vergi, 754957.49 manat maliyyə sanksiyası hesablamışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin ##.##.2022-ci il tarixli **************** nömrəli qərarına əsasən cavabdeh tərəfindən iddiaçı İddiaçı MMC-nin fəalliyyəti üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergiləri və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli **************** nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən iddiaçıya ümumilikdə 738.173,59 manat vergi və 754.957,49 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. SVY ##.##.2022- ci il tarixdə başlanılmış və ##.##.2023-cü il tarixdə başa çatmışdır. SVY-nin müddəti hər biri 30 gün olmaqla iki dəfə ##.##.2022-ci il və ##.##.2023-cü il tarixli qərarlarla uzadılmışdır. SVY ümumilikdə 162 gün olmaqla ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli qərarlar ilə doqquz dəfə dayandırılmışdır. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq mobil telefon və digər elektron cihazların, onların aksesuarlarının satışı ilə məşğul olmuşdur. Cavabdehin ##.##.2022-ci il tarixli **************** nömrəli qərarına əsasən iddiaçı tərəfindən idxal edilərək və daxili bazardan alınaraq satılmış malların real bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə həvalə edilmişdir. Lakin ekspert tərəfindən ekspertizanın təyin olunduğu tarixdən təqribən 8 ay sonra - ##.##.2023-cü il tarixdə normativ sənəd, digər vacib olan amillərin məlum olmadığı əsas gətirilərək nəticə əldə etmək mümkün olmadığı bildirilmiş və rəyin təqdim edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən vergi orqanı yoxlamanı həmin nəticəsi ekspertizanın təyin edilməsi haqqında qərara əsasən 9 dəfə, yəni 162 gün boş-boşuna dayandırmışdır. Buna görə də əsassız olaraq SVY aylarla davam etmişdir. Halbuki SVY 30 iş günü ərzində yekunlaşmalı idi. Bu, həm də “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin ##.##.2016-cı il tarixli **** nömrəli Sərəncamından və həmin Sərəncamla təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri“nin müddəalarından irəli gəlir. Həmin Sərəncamın 2-ci bəndində Vergilər Nazirliyinə tapşırılmışdır ki, vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının, xüsusilə kameral vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirsin (2.2); vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirsin, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etsin (2.3). Göründüyü kimi, səyyar vergi yoxlaması 10 aya yaxın müddətdə davam etmiş və bu müddət ərzində 2 dəfə “müddətin uzadılması barədə” və 10 dəfə “yoxlamanın dayandırılması barədə” qərarlar qəbul olunsa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş ## #### 2023-cü il tarixli qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamışdır. Belə ki, yoxlama zamanı vergi orqanı tərəfindən cəmiyyətə hesablanmış 738.173,59 manat verginin 677.197,86 manatı 2019-2021-ci illər üzrə mənfəət vergisinin, 28575,0 manatı ƏDV-nin, 32561,72 manatı ödəmə mənbəyində verginin azaldılmasından, 160,99 manatı isə əmlak vergisinin artıq hesablanmasından ibarətdir. Göründüyü kimi, hesablamanın böyük hissəsini mənfəət vergisi üzrə hesablama təşkil etmişdir. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələbləri pozularaq aşağıdakı qaydada hesablama aparılmışdır. 2019cu il üzrə şirkət tərəfindən pərakəndə qaydada satılmış malların satışı təsdiq edən sənədləri olmadığı iddiası ilə gəlirləri Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı qərarına əsasən xərclərə görə müəyyən edərək 393980,36 manat mənfəət vergisi hesablanmışdır. 2020 və 2021-ci illər üzrə isə xərcləri təsdiq edən sənədlərin yoxlamaya təqdim edilmədiyi iddia edilərək yenə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı qərarına əsasən bu dəfə xərcləri gəlirlərə görə müəyyən edərək ümumilikdə 283217,5 manat mənfəət vergisi hesablanmışdır. Əgər həqiqətən də iddia edildiyi kimi gəlir və ya xərc sənədləri yoxlamaya təqdim edilməmişdirsə, vergilər, gəlirlərin və ya xərclərin yoxlamaya cəlb edilmiş mütəxəssis və ya ekspert rəyləri əsasında və ya Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən müəyyən edilə bilərdi. Vergi orqanı ekspert rəyini guya əldə edə bilməyərək Məcəllənin 67.14-cü maddəsinə istinad edərək vergiləri hesablamışdır. Vergi Məcəlləsinə əlavə edilmiş 67.17-ci maddə ##.##.2022-ci ildən qüvvəyə minmişdir. Yəni, 2022-ci il tarixədək olan dövr üzrə Məcəllənin həmin maddəsi üzrə aparılmış bütün hesablamalar zamanı 67-ci maddədə qeyd olunan ardıcıllığın gözlənilməsi mütləqdir. Bundan başqa xüsusilə qeyd olunmuşdur ki, vergi orqanının yanaşmasına görə məsələn 2019-cu il üzrə cəmiyyət tərəfindən təqdim edilən mənfəət bəyannaməsində göstərilən göstəricilər səhvdir, yəni gəlirlər hissəsi sənədlə öz təsdiqini tapmırdısa, bəs hansı əsasla həmin bəyannamənin xərclər hissəsinin göstəriciləri düzgün qəbul edilərək onun əsasında dövriyyə müəyyən edilmişdir. Aktda qeyd olunur ki, səyyar vergi yoxlaması ilə vergi orqanında olan uçot-baza məlumatları (elektron qaimə-fakturalar), vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar və idxal gömrük bəyannamə məlumatları əsasında müəssisənin 2019-cu il üzrə xərcləri müəyyən edilmişdir. Sual olunur, yuxarıda qeyd olunanlardan 2019-cu il üzrə məsələn malın dəyəri xərclərinin hansı məbləğdə olmalı olması necə müəyyən edilə bilmişdir? Cəmiyyətin gəlirlərinin və xərclərinin uçotu vardır və bu cəmiyyət tərəfindən cəlb edilmiş müstəqil ekspert rəyi ilə də təsdiqini tapmışdır. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Lakin vergi yoxlaması zamanı vergi ödəyicisinin sahibliyində mal qalığının olub-olmamasının yoxlanılması üçün vergi orqanı tərəfindən hər hansı inventarizasiya aparılmamışdır, nəticədə Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələbləri də pozulmuşdur. Bu da yoxlamanı aparan vergi orqanı və yoxlayıcının yol verdiyi digər böyük nöqsandır. Belə ki, vergi orqanı tərəfindən ƏDV üzrə hesablanmış 28575,0 manat məbləğin 17752,09 manatı Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən müəyyən edilmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi mobil telefon, noutbuk, planşet, elektron saat və onların aksesuarlarının həm topdan satışı və həm də pərakəndə satışını həyata keçirməsinə baxmayaraq, pərakəndə qaydada satdığı malların satışını (nəzarət kassa aparatının fiskal yaddaş məlumatları və pərakəndə satış ilə bağlı hər hansı digər sənəd) təsdiq edən sənədləri yoxlamaya təqdim etməmişdir. Odur ki, pərakəndə qaydada satılmış malların orta bazar satış qiymətinin müəyyən edilməsi zərurəti yarandığı üçün ekspert dəvət edilməsi zərurəti yaranmışdır. Aparılmış araşdırma zamanı Vergi Məcəlləsini 14.6.3.1-ci maddəsinin tələblərinə uyğun “əlavələr” müəyyən edilə bilmədiyindən V.M.nin 14.6.3.1-ci maddəsinə istinad oluna bilməmişdir. Vergi Məcəlləsini 14.6.3.2 maddəsinin tələblərinə uyğun əsaslandırılmış bütün xərcləri və çeşidlər (dövrlər) üzrə mənfəəti müəyyən edilə bilmədiyindən VM-nin 14.6.3.2 maddəsinə istinad oluna bilməmişdir. Göstərilən səbəblərdən Vergi Məcəlləsini 14.6.3.3 maddəsinə əsasən bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilməlidir. Vergi ödəyicisinin aldığı və idxal edib satdığı malların real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə Baş İdarənin ##.##.2022-ci il tarixli **************** nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmiş və ekspert qarşısında ##.##.2019-cu il tarixdən ##.##.2022ci il tarixədək olan dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınmış və idxal edilib satılmış malların real bazar qiymətlərini müəyyənləşdirmək sualı qoyulmuşdur. Lakin ekspert tərəfindən Baş İdarəyə daxil olmuş ##.##.2023-cü il tarixli **************** nömrəli məktubda ekspert araşdırması zamanı nəticə əldə etmək mümkün olmadığı və buna səbəb kimi rəsmi normativ sənəd, digər vacib olan amillər məlum olmadığı göstərilmişdir. Səyyar vergi yoxlaması ilə 2019-cu, 2020-ci və 2021-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Vergi ödəyicisi mobil telefon, noutbuk, planşet, elektron saat və onların aksesuarlarının həm topdan satışı və həm də pərakəndə satışını həyata keçirməsinə baxmayaraq, pərakəndə qaydada satdığı malların 2019-cu il üzrə satışını (nəzarət kassa aparatının fiskal yaddaş məlumatları və pərakəndə satış ilə bağlı hər hansı digər sənəd) təsdiq edən sənədləri yoxlamaya təqdim etməmişdir. Vergi ödəyicisi tərəfindən 2020-ci il və 2021-ci il üzrə yoxlamaya təqdim edilmiş malların hərəkət cədvəli üzrə satılmış malların miqdari, çeşidləri ilə “xxxx" MMC-yə məxsus Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı (yeni nəsil nəzarət-kassa aparatı) çekləri üzrə əldə edilmiş məlumatlar)) qaydada və elektron qaimə-faktura əsasında satılmış malların miqdari, çeşidləri arasında kəskin fərqlər aşkar edilmiş, həmçinin pərakəndə satış qiymətləri topdan satış qiymətlərindən aşağı göstərilmişdir. Qeyd edilənlərə əsasən, Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrində gəlir və xərclər düzgün göstərilməmişdir. Bu səbəbdən də, yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yaranmışdır. Belə ki, Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün 67.2.1-ci (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı), 67.2.2-ci (eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi) maddədə nəzərdə tutulan meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri "İMPERİUS" MMC (VÖEN; 1306368941) "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) araşdırılmış, lakin təqdim edilmiş malların çeşidləri, obyektlərin sayı, sahəsi, dövriyyələri fərqli olduğu üçün əlaqəli məlumat olaraq vergilərin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi mümkün olmamışdır. Səyyar vergi yoxlaması ilə vergi orqanında olan uçot-baza məlumatları (elektron qaiməfakturalar), vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar və idxal gömrük bəyannamə məlumatları əsasında müəssisənin 2019-cu il üzrə xərcləri müəyyən edilmişdir. Müəssisənin 2019-cu il üzrə mənfəət vergisi xərcə görə gəlirin müəyyən edilməsi metodu ilə 20 faiz rentabellik səviyyəsi tətbiq edilməklə hesablanmışdır. 2019-cu il üzrə cəmiyyət tərəfindən 1 104.84 manat (5 524.22 *20%) mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə 2019cu il üzrə mənfəət vergisi bəyannaməsində ümumi gəlir 11 959 404.90 manat; ümumi gəlirdən çıxılan xərclər 9 966 170.75 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 52 063.95 manat, sosial sığorta haqlan 11 030.89 manat, malın dəyəri 9 105 582.09 manat, icarə haqqı xərci 105 940.00 manat, yanacaq xərci 3 448.76, rabitə xərci 2 865.20 manat, bank xidməti üzrə xərclər 124 649.81 manat, reklam xərcləri 2 718.00 manat, rezident üzrə faiz xərci 400 626.25, amortizasiya xərci 12 190.81 manat, sığorta üzrə xərclər 120.00 manat və digər xərclər 144 934.99 manat müəyyən edilmişdir. Müəssisə tərəfində 2019-cu ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 1104.84 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 393980,36 manat (395085,20 -1 104.84) azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə yoxlamaya təqdim edilmiş təqdim edilmiş malların hərəkət cədvəli üzrə satılmış malların miqdari, çeşiddləri ilə elektron qaimə-faktura əsasında satılmış malların miqdari, çeşidləri arasında kəskin fərqlər aşkar edilmişdir. Xərcə salınmış malların dəyərini təsdiq edən sənədlər yoxlamaya təqdim etməmişdir. Topdan satış üzrə fərq aşkar edilmiş satılmış mallardan nümunə üçün aşağıda qeyd edilmişdir: -Iphone XR 64GB adlı mobil telefonun təqdim edilmiş malların hərəkət cədvəli üzrə üzrə satışı 23 ədəd olmaqla 27053.72 manat, elektron qaimə-faktura üzrə satışı 35 ədəd olmaqla 42081.72 manat -Iphone X 64GB adlı mobil telefonun təqdim edilmiş malların hərəkət cədvəli üzrə satışı 2 ədəd olmaqla 2771.0 manat, elektron qaiməfaktura üzrə satışı 4 ədəd olmaqla 5997.0 manat; -Xiomi Redmi 6 pro 32 GB adlı mobil telefonun təqdim edilmiş malların hərəkət cədvəli üzrə üzrə satışı 9 ədəd olmaqla 2331.0 manat, elektron qaimə-faktura üzrə satışı 20 ədəd olmaqla 5180.0 manat. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mühasibat uçotu sənədləri, nəzarət kassa aparatının fiskal yaddaş məlumatı və uçot baza məlumatlarında olan elektron qaiməfaktura məlumatları əsasında müəssisənin 2020-ci il üzrə gəlirləri müəyyən edilmişdir. 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində cəmiyyət 28 270.55 manat zərərlə başa vurmuşdur. Səyyar vergi yoxlaması ilə 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 9 370 453.59 manat, o cümlədən malların təqdim edilməsindən pərakəndə satışdan gəlirləri 2 933 643.53 manat, topdan satışdan gəlirləri 6 253 605.85 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 188 874.86 manat, xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan fərq 5 670.65 manat, ümumi gəlirdən çıxılan xərclər 7 808 711.33 manat müəyyən edildi. Yoxlama zamanı müəssisənin xərclərini müəyyən etmək mümkün olmadığı, həmçinin vergi ödəyicisi tərəfindən bununla bağlı sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı qərarına əsasən (## ##### 2003-cü il tarixli ** saylı əlavə və dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20 % götürülərək müəssisənin 2020-ci ilin yekunu üzrə gəlirləri əsasında mənfəəti 390 435.57 (1 561 742.27- 1 171 306,70) manat məbləğində müəyyən edilmişdir. Mənfəət vergisi = 390 435.57 x 20% = 78 087.11 manat 2020-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 78 087.11 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 2021-ci il üzrə topdan və pərakəndə (elektron qaimə fakturalar və “xxxx" MMC-yə məxsus Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı (yeni nəsil nəzarət-kassa aparatı) çekləri üzrə əldə edilmiş məlumatlar) qaydada təqdim etdiyi malların dəyəri vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş malların hərəkəti cədvəli ilə müqayisə edilərək fərqlər aşkar edilmişdir. Pərakəndə satış üzrə fərq aşkar edilmiş satılmış mallardan nümunə üçün aşağıda qeyd edilmişdir: -Xiomi Redmi 9 T 128gb adlı mobil telefonun satışı mallların hərəkəti cədvəlində 1091 ədəd olduğu halda nəzarət-kassa aparatının məlumatına əsasən 1126 ədəd; -Xiomi Redmi 9 A 32gb adlı mobil telefonun satışı mallların hərəkəti cədvəlində 92 ədəd olduğu halda nəzarət-kassa aparatının məlumatına əsasən 144 ədəd; -Xiomi Redmi поте 8 64gb adlı mobil telefonun satışı mallların hərəkəti cədvəlində 448 ədəd olduğu halda nəzarət-kassa aparatının məlumatına əsasən 806 ədəd; Səyyar vergi yoxlaması ilə "xxxx" MMC-yə məxsus Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarətkassa aparatı (yeni nəsil nəzarət-kassa aparatı) çekləri üzrə əldə edilmiş məlumatlar, uçot baza məlumatlarında olan təqdim edilmiş elektron qaimə-faktura məlumatları və vergi ödəyicisi tərəfindən təqdim edilmiş mühasibat uçotu sənədləri əsasında müəssisənin 2021-ci il üzrə gəlirləri müəyyən edilmişdir. 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində cəmiyyət tərəfindən 25 629.44 manat (128 147.22 *20%) mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 6 922 794.90 manat, o cümlədən malların təqdim edilməsindən pərakəndə satışdan gəlirləri 4 325 000.50 manat, topdan satışdan gəlirləri 2 569 652.44 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 1 445.96 manat, amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir 26 696.00 manat, ümumi gəlirdən çıxılan xərclər 5 768 995.75 manat manat müəyyən edildi. Yoxlama zamanı müəssisənin xərclərini müəyyən etmək mümkün olmadığı, həmçinin vergi ödəyicisi tərəfindən bununla bağlı sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001- ci il tarixli ** saylı qərarına əsasən (## ##### 2003-cü il tarixli ** saylı əlavə və dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20 % götürülərək 230 759.83 manat mənfəət vergisi hesablandı. Müəssisə tərəfindən 2021-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 230 759.83 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 205 130.39 manat (230 759.83 - 25 629.44) manat azaldılması müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə olunan dövr üzrə ümumilikdə 677197.86 manat (393980.36 +78 087.11 +205 130.39) məbləğində mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 677 197.86 manat vergi məbləğinin 50% miqdarında, yəni 338 598.94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: Səyyar vergi yoxlaması ilə əlavə dəyər vergisi üzrə ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixə qədər olan dövr əhatə olundu. Cəmiyyət tərəfindən 2019-cu il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən ƏDV-nə cəlb olunan dövriyyə 14 395.54 manat (6 384 556.22-6 370 160.68) az göstərilmişdir. Əvəzləşdirilməyə verilmiş ƏDV məbləğinin düzgünlüyü vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, cəmiyyət 0.86 manat (1 045 724.81-1 045 723.95) ƏDV məbləğini artıq əvəzləşdirmişdir. Nəticədə 2019-cu il üzrə cəmiyyət tərəfindən 2592.07 manat ((6.384.556,22*18%)-1 045 723.95)- ((6 370 160.68*18%)-1045 724.81) ƏDV məbləğinin əlavə hesablanması müəyyən edilmişdir. - 2020-ci il üzrə: Cəmiyyət tərəfindən 2020-ci il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən ƏDV-nə cəlb olunan dövriyyə 30 080.01 manat (9 174 440.87-9 144 360.86) az göstərilmişdir. Əvəzləşdirilməyə verilmiş ƏDV məbləğinin düzgünlüyü vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, cəmiyyət 0.03 manat (1 576 133.87-1 576 133.84) ƏDV məbləğini az əvəzləşdirmişdir. Belə ki, cəmiyyət 2020-ci ilin fevral ayında əvəzləşməyə verilmiş "xxxx" MMC-dən (VÖEN: **********) ##.##.2020-ci il tarixli EBAG seriyalı ****** nömrəli e-qaimə fakturanın (əsas məbləğ: 70855.94, ƏDV məbləği: 12754.07) ƏDV məbləği ##.##.2020-ci il tarixdə, əsas məbləği isə ##.##.2020-ci ildə ödənildiyi üçün 175.1-ci maddəsinə əsasən 2020-ci ilin fevral ayında əvəzləşdirmədən çıxarılaraq 2020-ci ilin mart ayında əvəzləşməyə salınmışdır. Eyni zamanda 2020-ci ilin iyun ayında əvəzləşməyə verilmiş ”xxxx" MMC-dən (VÖEN: **********) ##.##.2020-ci il tarixli EBAL seriyalı ****** nömrəli e-qaimə fakturanın (əsas məbləğ: 127118.95, ƏDV məbləği: 22881.41) ƏDV məbləği ##.##.2020-ci il tarixdə, əsas məbləği isə ##.##.2020-ci ildə ödənildiyi üçün VM-nin 175.1-ci maddəsinə əsasən 2020-ci ilin iyun ayında əvəzləşdirmədən çıxarılaraq 2020-ci ilin iyul ayında əvəzləşməyə salınmışdır. Nəticədə 2020-ci il üzrə yoxlama ilə 5414.38 manat ((9 174 440.87*18%)- 1576 133.87)-((9 144 360.86 *18%)-1 576 133.84) ƏDV-si əlavə hesablanmışdır. -2021ci il üzrə: Cəmiyyət tərəfindən 2021-ci il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən ƏDV-yə cəlb olunan dövriyyə 15 647.24 manat (6 347 676.95-6 332 029.71) az göstərilmişdir. Nəticədə 2021-ci il üzrə yoxlama ilə 2 816.46 manat ((6 347 676.95*18%)-1 137 433.65))-(( 6 332 029.71*18%)-1 137 433.65) ƏDV-si əlavə hesablanmışdır. 2022-ci il üzrə: Cəmiyyət tərəfindən 2022-ci il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən ƏDVnə cəlb olunan dövriyyə 65 388.70 manat (162 000.30-227 389.00) artıq göstərilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən yoxlanılan dövr ərzində (##.##.2021- ##.##.2021) təqdim edilən mal-materialın hərəkəti barəsində dövriyyə cədvəlində yoxlanılan dövrün sonuna 0.00 manat mal qalığı olduğu qeyd edildiyi halda ilkin mühasibat sənədlərinə, e-qaimə fakturalara, gömrük məlumatlarına və onlayn kassa məlumatlarına əsasən qeyd olunun 123 ədəd mallar (o cümlədən, Iphone 12 64 Gb, Iphone 12 Pro Max 256 Gb, Iphone 12 Pro 256 Gb, Iphone 13 Pro 256 Gb, Iphone Se 64 Gb, Ipad Pro 12.9 Inch 256 Gb, Ipad Pro 11 Inch 256 Gb) üzrə 164 011.44 (ƏDV-siz) manat məbləğində dövriyyə fərqi yaranmışdır. Nəticədə 2022-ci il üzrə cəmiyyət tərəfindən 17 752.09 manat ((326 011.74*18%)-28 773.62)-(( 227 389.00 *18%)-28 773.62) ƏDV məbləğinin əlavə hesablanması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.15-ci, 159.1-ci, 166.1-ci və 175.1-ci maddələrinin tələblərinə uyğun olaraq büdcəyə əlavə olaraq 28 575.00 manat (2 592.07+5 414.38+2 816.46 +17 752.09) məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Beləliklə, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə ayrıayrı aylar üzrə büdcəyə çatası ƏDV-nin 182377.96 azaldılması və 153802.96 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 28575.00 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 182 377.96 manat vergi məbləğinin 50% miqdarında, yəni 91 188.98 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əmlak vergisi bəyannaməsinin yoxlanılması üzrə: Yoxlama ilə 2020-ci ilin əmlak vergisi üzrə Vergi Məcəlləsinin 197-ci maddəsinə əsasən 11.75 (((1305.6+1 044.48)/2)*1%) manat məbləğində əlavə vergi, 2021-ci ilin əmlak vergisi üzrə Vergi Məcəlləsinin 197-ci maddəsinə əsasən 5.22 (((0.00+1 044.48)/2)*1%) manat məbləğində əlavə vergi hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əmlak vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 16.97 manat vergi məbləğinin 50% miqdarında, yəni 8.49 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş ÖMV bəyannamələri yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədləri ilə müqayisəli şəkildə yoxlandıqda 2019-cu ilin 4-cü rübü, 2020ci ilin 1-ci rübü və 2021-ci ilin 1-ci rübü üzrə ödəmə mənbəyində tutulan vergilərin hesablanmasında kənarlaşma aşkar edilmişdir. Belə ki, Yoxlama ilə müəyyən edilmişdir ki, müəssisənin təsisçiləri X3 tərəfindən 1 323 000.00 manat (o cümlədən, 2019-cu il üzrə 550 000.00 manat, 2020-ci il üzrə 773 000.00 manat) və X1 tərəfindən 1 130 742.00 manat ( o cümlədən, 2020-ci il üzrə 1 130 742.00 manat) yoxlama ilə əhatə olunan dövr ərzində (##.##.2019-##.##.2022) ümumilikdə 2 453 742.00 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 2 453 942.00 manatı ( o cümlədən, 2019-cu il üzrə 550 000.00 manat, 2020-ci il üzrə 202 388.51 manat, 2022-ci il üzrə 1701 603.49 manat) geri qaytarılmışdır. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Beləliklə, Vergi Məcəlləsinin 123.1-ci maddəsinin tələbinə uyğun olaraq büdcəyə əlavə olaraq 32 079.19 manat məbləğində ödəmə mənbəyində vergi hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 32561.72 manat vergi məbləğinin 50% miqdarında, yəni 16280.86 manat maliyyə sanksiyası tətbiq edilsin. Eyni zamanda səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec 33 420.48 manat ƏDV məbləğinin ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 33 420.48 manat ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 16 710.25 manat maliyyə sanksiyası tətbiq edilsin. Həmçinin səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Belə ki, yoxlama ilə vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş kassa məlumatlarına əsasən müəyyən edilmişdir ki, alınmış borcların geri qaytarılması ilə əlaqədar müəssisənin kassasından 22 259.34 manat əmək haqqı (o cümlədən, 2019cu il üzrə 5397.09 manat, 2020-ci il üzrə 12 058.0 manat, 2021-ci il üzrə 4804.25 manat), zamin müəssisələrə 1 264 337.43 manat (o cümlədən, “xxxx" MMC-yə 2022-ci ilin mart ayı ərzində 12 0869.48 manat, 2022-ci ilin fevral ayı ərzində 77 261.07 manat, “NİZAMİ ELECTRONICS" MMC-yə 2022-ci ilin iyun ayı ərzində 46 774.85 manat, 2022-ci ilin aprel ayı ərzində 121 647.45 manat, “xxxx” MMC-yə 2022-ci ilin iyun ayı ərzində 322 580.70 manat, 2022-ci ilin aprel ayı ərzində 252 223.49 manat, “L FİN” MMC-yə 2022-ci ilin aprel ayı ərzində 65 497.30 manat, 2022-ci ilin may ayı ərzində 257 483.07 manat), malmaterial alışına 22 299.33 manat (o cümlədən, 2019-cu ilin dekabr ayı üzrə 22 299.33 manat), təsisçilərə 1 611 603.49 manat ( o cümlədən, X3 2022-ci ilin yanvar ayı ərzində 430 536.49 manat, 2022-ci ilin fevral ayı ərzində 80 325.00 manat, X1 2022-ci ilin iyun ayı ərzində 1 100 742.20 manat) beləliklə cəmi 2 920 499.59 manat nağd qaydada ödəniş həyata keçirilmişdir. Vergi Məcəlləsinin 58.7-1.1-ci və 58.7-1.2-ci maddələrinə əsasən vergi ödəyicisi tərəfindən "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü və 3.4.6-cı maddələrinin tələbləri pozulmaqla X3, X1 alınmış borcların (30000 min manatdan artıq) geri qaytarılması, əmək haqqları və digər ödənişlərin nağdsız qaydada həyata keçirilməməsinə görə yoxlama ilə əhatə edilən dövrdə Qanun pozulmaqla aparılan cəmi 2 920 499.59 manat əməliyyatın 10 faizi miqdarında, yəni 292 049.96 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: S.Salahova) 2024-cü il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 677.197,86 manat əlavə mənfəət vergisinin hesablanması və həmin vergiyə 338.598,94 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 32.079.19 manat əlavə ödəmə mənbəyində tutulan verginin hesablanması və həmin vergiyə 16.039,6 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh #.##.2023-cü il tarixdə vəsatət təqdim edərək, göstərmişdir ki, mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin sistemli təhlili o nəticəyə gəlməyə əsas verir ki, yalnız vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadığı halda, Nazirlər Kabinetinin ** saylı Qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq olunur. Yəni, ödənilməli olan verginin məbləğini şərti rentabellik əsasında hesablamış vergi orqanı, 67.1.1-67.1.9-cu maddələrində sadalanmış əlaqəli məlumatlardan istifadə etməklə vergini hesablamaq mümkün olmadığını sübut etməlidir. Məhkəmə vurğulamışdır ki, vergi orqanının təqdim etdiyi səyyar vergi yoxlaması aktında mənfəət vergisinin hesablanması üçün tətbiq olunan şərti rentabellik göstəricisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələb etdiyi zəruri halların düzgün təhlili əsasında həyata keçirilməmişdir. Bu baxımdan, iddiaçının gəlir və xərclərinin dəqiq uçotunun aparılmaması əsas gətirilərək yalnız şərti metodologiya əsasında hesablamalar aparılması, qanunvericiliyin tələb etdiyi digər ardıcıl və dəqiq təhlil mexanizmlərini nəzərə almamaqla həyata keçirilmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, şərti rentabellik göstəricisinin tətbiqi ilə vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələbləri arasındakı ardıcıllıq pozulmuşdur. Bu, xüsusilə gəlirlərin formalaşmasına dair ilkin sənədlərin təqdim edilməməsi faktından irəli gəlsə də, vergi orqanının mübahisəli vəziyyətdə gəlirin daha dəqiq metodlarla müəyyən edilməsinə cəhd göstərməməsi ilə izah olunur. Məhkəmə iş materiallarında olan sənədlərin təhlili əsasında iddiaçının əldə etdiyi mallara nisbətdə satış həcmlərinin həddindən artıq hesablanmasının heç bir əsasının olmadığını da müəyyən etmişdir. Belə ki, cavabdeh MMC-nin 2020-ci il üzrə Iphone XR 64GB adlı mobil telefonun təqdim edilmiş malların hərəkət cədvəli üzrə üzrə satışının 23 ədəd olmaqla 27053.72 manat olduğu halda, elektron qaimə-faktura üzrə satışının 35 ədəd olmaqla 42081.72 manat olduğunu göstərmişdir. MMC-nin nümayəndəsi məhkəmə iclasında 2019 və 2020-ci illər üzrə gömrük bəyannaməsini təqdim etmiş, iddiaçı tərəfindən ##.##.2019-cu ildə 10 ədəd, ##.##.2019- cu ildə 15 ədəd, ##.##.2020-ci ildə 17 ədəd olmaqla, ümumilikdə 42 ədəd Iphone XR 64GB adlı mobil telefon idxal edildiyi aşkar edilmişdir.

11. Cavabdeh iddiaçının 2019-cu il üzrə malların satışını (nəzarət kassa aparatının fıskal yaddaş məlumatları və pərakəndə satış ilə bağlı hər hansı digər sənəd) təsdiq edən sənədləri yoxlamaya təqdim etmədiyinə istinad edərək, 2019-cu ildəki idxal ilə bağlı məlumatları qəbul etməmişdir. 2019-cu il üzrə satış barədə məlumatın olmadığı güman olunsa belə, iddiaçı 17 ədəd Iphone XR 64GB adlı mobil telefonu ##.##.2020-ci ildə təqdim etmişdir, hansı ki, qeyd olunanlardan aydın olur ki, həmin məhsullar 2020-ci ilin deyil, 2019-cu ildən keçən mal qalığı olmuşdur. Belə olan halda, aydındır ki, cavabdehin malların miqdarı, çeşidləri arasında kəskin fərqlər aşkar etməsi barədə dəlili əsassız olmuşdur. Bu hal həmçinin, cavabdehin İphone 12 mini 64 GB adlı telefonun satışı üzrə apardığı hesablamada da aşkar olunur. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi exsel fayldan aydın olur ki, iddiaçı tərəfindən 2021-ci il üzrə 121 ədəd iphone 12 mini 64 GB telefon satıldığı halda həmin telefondan 63 ədəd (yerli alışı+idxal) alışı olmuşdur. Beləliklə, 58 (121-63) telefonun alış sənədi olmamışdır. Lakin işdə olan sənədlərdən məlum olur ki, cavabdeh həmin məhsulun 2021-ci il ərzində idxalını nəzərə almış, lakin 2020-ci il ərzində idxal edilmiş malları nəzərə almamışdır. Belə ki, həmin növ telefondan MMC tərəfindən 2020-ci il ərzində də ümumilikdə 53 ədəd idxal edilmişdir- ##.##.2020-ci il tarixli, ************** nömrəli YGB üzrə 28 ədəd, ##.##.2020-ci tarixli ************** nömrəli YGB üzrə isə 25 ədəd idxal edilmişdir. 2020-ci ilin sonlarına yaxın idxal edilmiş həmin 53 ədəd malın 2020-ci ildə e-qaimə ilə satışı olmamış, həmin mallar tam şəkildə 2021-ci il ərzində satılmışdır. Həmin məhsulun cavabdehin cədvəldə göstərdiyi kimi 2021-ci il ərzində e-qaimə ilə alışı 28 ədəd və satışı da 28 ədəd olmamışdır. MMC tərəfindən həmin telefondan daxili bazardan alış olmamışdır. 2021-ci il ərzində e-qaimə ilə satış miqdarı isə 28 ədəd deyil, cəmi 14 ədəd olmuşdur. Beləliklə, istinad olunan hallar, cavabdeh tərəfindən yoxlama həyata keçirilərkən sənədlərə düzgün qiymət verilmədiyini göstərir. Cavabdeh şərti rentabellik əsasında iddiaçıya vergi hesablayarkən həmçinin pərakəndə satış qiymətlərinin topdan satış qiymətlərindən aşağı göstərilməsinə istinad etmişdir. İşdən görünür ki, cavabdeh pərakəndə qaydada satılmış malların orta bazar satış qiymətinin müəyyən edilməsi üçün ekspert dəvət etmiş, lakin rəsmi normativ sənəd, digər vacib olan amillər məlum olmadığı üçün ekspertin araşdırma zamanı nəticə əldə etmək mümkün olmadığını qeyd etdiyini göstərmişdir. Məhkəmə cavabdehin bu dəlilini də əsaslı hesab etməmişdir. Birincisi, cavabdeh pərakəndə satış qiymətlərinin topdan satış qiymətlərindən aşağı göstərilməsini iddia etsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, aşağı olan qiymətin 10 faizdən aşağı və ya yuxarı olmasını əsaslandırmışdır. İkincisi, həmin qiymət fərqinin olması güman olunursa, cavabdeh bazar qiymətini müəyyən etmək üçün malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə uyğun hesablama aparmalı idi. Lakin işdən görünür ki, cavabdeh bu hala qiymət verməmiş, VM-nin 14-cü maddəsində göstərilən üsullardan istifadə etmədən birbaşa bazar qiymətlərinin müəyyən edilməsi üçün müqavilə əsasında ekspert cəlb etmişdir, baxmayaraq ki, Vergi Məcəlləsinin 14.6-cı maddəsi ilə bazar qiymətinin müəyyən olunması Vergi Məcəlləsinin 14.4 və 14.5-ci maddələri ilə bazar qiymətini müəyyən etmək mümkün olmadığı hallarda və təqdirdə keçərlidir. Qeyd olunan üsullar nəticə vermədiyi təqdirdə, Vergi Məcəlləsinin 14.6.3-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa əməl olunmaqla bazar qiyməti müəyyən edilməlidir. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş halları isə Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinin birbaşa tətbiqini istisna edir. Belə ki, iddiaçının təqdim etdiyi mallar spesifik xarakterə malik olmamaqla, fərdi xüsusiyyətləri ilə müəyyən edilən əşya olmamış, həmin məhsulların bazar qiymətini müəyyənləşdirmək, həmin sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin bütün məlumatlarına malik olan cavabdeh üçün mümkün və əlçatan olmuşdur.

12. Bundan əlavə, işdən görünür ki, ekspert rəsmi normativ sənəd, digər vacib olan amillər olmadığından bazar qiymətini müəyyən edə bilməmiş, lakin vacib olan amillərin nədən ibarət olmasını göstərməmişdir. İddiaçı elektron və telekommunikasiya avadanlıqlarının və onların hissələrinin topdan satışı, ixtisaslaşdırılmış mağazalarda telekomunikasiya avadanlıqlarının pərakəndə satışı ilə məşğul olmuş, bazarda eyni fəaliyyətlə məşğul olan, eyni məhsulları satan kifayət qədər iştirakçı olmuşdur. Buna görə də, məhkəmə cavabdehin malların bazar qiymətinin müəyyən edilməsinin mümkünsüzlüyü ilə bağlı dəlilini əsaslı hesab etmir.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, vergi orqanı uçot sənədlərinin mövcud olmadığını əsas gətirərək birbaşa mənfəət vergisini müəyyən etmək əvəzinə, qanunvericiliyin tələb etdiyi digər metodlarla daha obyektiv hesablamalar aparmalı idi. Vergi ödəyicisinin hüquqları yalnız faktiki məlumatlara əsaslanaraq məhdudlaşdırıla bilər və bu məlumatların mötəbərliyi dəqiqliklə təsdiqlənməlidir. Buna görə də, cavabdehin iddiaçıya 2019, 2020 və 2021-ci illər üzrə hesabladığı mənfəət vergisi və tətbiq etdiyi maliyyə sanksiyası qanunsuz olmuşdur. Ödəmə mənbəyində tutulan vergi üzrə: Səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçiləri X3 tərəfindən 1 323 000.00 manat (o cümlədən, 2019-cu il üzrə 550 000.00 manat, 2020-ci il üzrə 773 000.00 manat) və X1 tərəfindən 1 130 742.00 manat (o cümlədən, 2020-ci il üzrə 1 130 742.00 manat) yoxlama ilə əhatə olunan dövr ərzində (##.##.2019-##.##.2022) ümumilikdə 2 453 742.00 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 2 453 942.00 manatı (o cümlədən, 2019-cu il üzrə 550 000.00 manat, 2020-ci il üzrə 202 388.51 manat, 2022-ci il üzrə 1701 603.49 manat) geri qaytarılmışdır. Aktdan görünür ki, cavabdeh borc müqaviləsinin predmeti pul məbləği olduğuna görə onu kredit müqaviləsi kimi qiymətləndirmiş və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli olması qənaətinə gələrək, büdcəyə əlavə olaraq 32 079.19 manat məbləğində ÖMV hesablamış və vergi məbləğinin 50 faizi miqdarında, yəni 16 039.59 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin bu qənaəti ilə razılaşmır. Göründüyü kimi, Vergi Məcəlləsinin 123.1ci maddəsi ödəmə mənbəyində vergilərin hesablanmasını birbaşa olaraq faizlərin ödənilməsi ilə şərtləndirir. Lakin səyyar vergi yoxlaması ilə cəmiyyətin təsisçiyə qaytardığı borc pul məbləğinə görə faizlər ödəməsi, həmçinin təsisçilərin bu cür borca görə gəlir əldə etməsi sübut edilmir. Belə ki, cavabdehin də müəyyən etdiyi kimi, ümumilikdə 2 453 742.00 manat müəssisəyə verilmiş borca görə 2 453 942.00 manat vəsait qaytarılmış, hər hansı faiz ödəməsinin olması müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı iddiaçıya əlavə 32 079.19 manat məbləğində ÖMV və 50 faizi miqdarında, yəni 16 039.59 manat məbləğində maliyyə sanksiyası hesablanması hissəsində də qanunsuzdur və ləğv edilməlidir. Mübahisələndirilən qərarın iddiaçıya münasibətdə hesablanmış ƏDV, əmlak vergisi hissəsində məhkəmə hesab edir ki, cavabdehin fəaliyyət qanuni olmuşdur. İddiaçı əksini sübut edən hər hansi bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Bu hal həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində nəzərdə tutulmuş hüquqpozuntusunun törədilməsinə də aiddir. Belə ki, aktla müəyyən edilmişdir ki, alınmış borcların geri qaytarılması ilə əlaqədar müəssisənin kassasından 22 259.34 manat əmək haqqı (o cümlədən, 2019-cu il üzrə 5397.09 manat, 2020-ci il üzrə 12 058.0 manat, 2021ci il üzrə 4804.25 manat), zamin müəssisələrə 1 264 337.43 manat (o cümlədən, “xxxx” MMC-yə 2022- ci ilin mart ayı ərzində 12 0869.48 manat, 2022-ci ilin fevral ayı ərzində 77 261.07 manat, “NİZAMİ ELECTRONİCS” MMC-yə 2022-ci ilin iyun ayı ərzində 46 774.85 manat, 2022-ci ilin aprel ayı ərzində 121 647.45 manat, “xxxx” MMC-yə 2022-ci ilin iyun ayı ərzində 322 580.70 manat, 2022-ci ilin aprel ayı ərzində 252 223.49 manat, “L FİN” MMCyə 2022-ci ilin aprel ayı ərzində 65 497.30 manat, 2022-ci ilin may ayı ərzində 257 483.07 manat), mal-material alışına 22 299.33 manat (o cümlədən, 2019-cu ilin dekabr ayı üzrə 22 299.33 manat), təsisçilərə 1611 603.49 manat (o cümlədən, X3 2022-ci ilin yanvar ayı ərzində 430 536.49 manat, 2022-ci ilin fevral ayı ərzində 80 325.00 manat, X1 2022-ci ilin iyun ayı ərzində 1 100 742.20 manat) beləliklə cəmi 2 920 499.59 manat nağd qaydada ödəniş həyata keçirilmişdir. Bu faktlar məhkəməyə təqdim edilmiş kassa məxaric orderləri ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, qanunverici “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsini nəzərdə tutumuş, idiaçı həmin pozuntuya yol veridyindən cavabdehin tətbiq etdiyi maliyyə sanksiyası əsaslı olmuşdur.

14. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Eyni zamanda həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, İ.S.Şirinov və C.B.Məmmədov) 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının iddianın təmin edilməyən hissəsində qismən - cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 28.575,0 manat əlavə dəyər vergisi və həmin vergiyə hesablanmış 91.188,98 manat maliyyə sanksiyasının ləğv edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 28.575,0 manat əlavə dəyər vergisinin hesablanması və həmin vergiyə 91.188,98 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, Bakı İnzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14-cü maddəsinə (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında ## ###### 2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı Qərarının 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında müəyyən edir: M1= (G1 / (100 + R)) x R burada: M1 - vergi ödəyicinin mənfəəti(gəliri); G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik normasıdır. Həmin Qərarın 6.1.3-cü bəndinə müvafiq olaraq vergi ödəyicisinin mənfəəti (gəliri) şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin faktiki halları birinci instansiya məhkəməsi tərəfindən qərarda ətraflı əks etdirilmişdir.

18. Eyni zamanda qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək cavabdehin mübahisələndirilən qərarının 677.197,86 manat əlavə mənfəət vergisinin hesablanması və həmin vergiyə 338.598,94 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 32.079.19 manat əlavə ödəmə mənbəyində tutulan verginin hesablanması və həmin vergiyə 160.39,6 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi və iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası cavabdehin mübahisələndirilən qərarının 28.575,0 manat ƏDV məbləğinin hesablanması və həmin vergiyə 91.188,98 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla, digər hissədə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır və hesab edir ki, qeyd olunan hissədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Həmin halların və əsaslandırmanın təkrar qeyd olunmasını məhkəmə kollegiyası zəruri hesab etmir. Lakin ƏDV məbləğinin hesablanması və həmin vergiyə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, səyyar vergi yoxlaması ilə əlavə dəyər vergisi üzrə ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixə qədər olan dövr əhatə olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən əlavə dəyər vergisinin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Əlavə dəyər vergisi üzrə hesabat dövrü isə təqvim ayı sayılır. Cavabdeh tərəfindən isə 2019-ci ildən 2022-ci ilədək hər bir il üzrə dövriyyə nəzərə alınmaqla hər ilə dair ƏDV hesablanmışdır. ƏDV məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicisinin hər hansı hesabat dövrü üzrə vergi öhdəliyini müəyyən etmək üçün öncə həmin hesabat dövrü (təqvim ayı) üzrə vergi tutulan əməliyyatların həcmi, başqa sözlə həmin təqdim ayında təqdim edilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyəri və bunun müqabilində müştəridən alınan və ya almaq hüququ olan haqqın məbləği müəyyən edilməlidir. Vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, həmin sənədləri qanunla müəyyən edilmiş qaydada əldə etmədən cavabdeh iddiaçıya ƏDV üzrə əlavə vergi məbləği hesablamışdır. Həmçinin cavabdeh vergi orqanı tərəfindən malların adı, çeşidi, sayı və qiyməti düzgün müəyyən edilməmiş, sənədlərə düzgün qiymət verilməmişdir. İddiaçının əldə etdiyi mallara nisbətdə satış həcmlərinin həddindən artıq hesablanmasının heç bir əsasının olmadığı da müəyyən edilmişdir. Cavabdeh tərəfindən yoxlama dövründə ekspertiza təyin edilsə də və buna görə yoxlama müddəti uzadılsa da, ekspert rəyi verilməmiş, lakin cavabdeh tərəfindən müvafiq hesablamalar aparılmışdır. Cavabdeh malların satış qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, malların inventarizasiyasını keçirməmiş, ümumiyyətlə bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi mallar spesifik xarakterə malik olmamaqla, fərdi xüsusiyyətləri ilə müəyyən edilən əşya olmamış, həmin məhsulların bazar qiymətini müəyyənləşdirmək, həmin sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin bütün məlumatlarına malik olan cavabdeh üçün mümkün və əlçatan olmuşdur. Bundan əlavə, işdən görünür ki, ekspert rəsmi normativ sənəd, digər vacib olan amillər olmadığından bazar qiymətini müəyyən edə bilməmiş, lakin vacib olan amillərin nədən ibarət olmasını göstərməmişdir. İddiaçı elektron və telekommunikasiya avadanlıqlarının və onların hissələrinin topdan satışı, ixtisaslaşdırılmış mağazalarda telekomunikasiya avadanlıqlarının pərakəndə satışı ilə məşğul olmuş, bazarda eyni fəaliyyətlə məşğul olan, eyni məhsulları satan kifayət qədər iştirakçı olmuşdur. Buna görə də, cavabdehin malların bazar qiymətinin müəyyən edilməsinin mümkünsüzlüyü ilə bağlı dəlili əsaslı hesab edilmir.

20. İş materiallarına əsasən ƏDV məbləği Vergi Məcəlləsinin 67.15-ci maddəsinə istinad edilməklə hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Lakin səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi, yoxlama zamanı vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir (bənd 1.9.2.). Belə olan halda uçot məlumatlarında göstərilən malların faktiki mövcud olmaması şəklində qiymətləndirməklə cavabdeh vergi orqanı tərəfindən əsassız nəticəyə gəlinmişdir. Uçot məlumatlarında mövcud olan, lakin vergi ödəyicisinin faktiki sahibliyində olmayan malların müəyyən edilməsi üçün vergi nəzarətinin həyata keçirilməsi şərtdir. Qeyd olunan maddə o halda tətbiq edilə bilər ki, vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilsin. Əgər mallar vergi ödəyicisinin uçot məlumatlarında göstərilirsə və həmin mallar aşkar edilmirsə, onda Vergi Məcəlləsinin 67.15-ci maddəsi tətdiq edilə bilər. Hazırki halda iddiaçı tərəfindən yoxlanılan dövrün sonuna mali qalığı «0» manat göstərilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, səyyar vergi yoxlaması ilə uçot-baza məlumatları (elektron qaimə-faktura), vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar və idxal gömrük bəyannamə məlumatları əsasında iddiaçının xərcləri müəyyən edildiyi və xərclər üzrə göstəricilər əsasında dövriyyə müəyyən edildiyi halda, cavabdeh gəlirlərin sənədlə təsdiqini tapmamasını bildirsə də, bunu əsaslandırmamışdır. Bundan başqa, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin cavabdeh vergi orqanı vergitutma obyektinin müəyyənləşdirilməsinin mümkün olmadığını bildirsə də, ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən etmək imkanı olduğu halda bunu etməmişdir. Öz növbəsində Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanması qaydasının tətdiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş materialları ilə təsdiq olunmur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya 2019-2022-ci illər üzrə hesabladığı əlavə dəyər vergisi və bununla əlaqədar tətbiq etdiyi maliyyə sanksiyası da qanunsuz və əsassız olmuşdur.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın iddianın təmin edilməyən hissədə ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Eyni zamanda cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddianın təmin olunan hissədə ləğv edilməsini və iddianın həmin hissədə də rədd olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətlərinin dəlilləri

23. İddiaçı və cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edir.

b. kassasiya şikayətinə etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı eturaz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə … borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14-cü maddəsinə (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında ## ###### 2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında ## ###### 2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Maddə 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Maddə 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Ekspert rəyinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Maddə 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Maddə 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il ######ın #-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Maddə 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Maddə 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Maddə 177.1. Vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. Maddə 178. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

26. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

27. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

28. Apellyasiya məhkəməsinin qərarı iddianın təmin edilən və edilməyən hissələrində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Cavabdehin kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 28.575,0 manat əlavə dəyər vergisinin hesablanması və həmin vergiyə 91.188,98 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsinin ləğv edilməsi” hissəsində ləğv edilməlidir.

30. İş materiallarında olan Səyyar vergi yoxlamanın keçirilməsi haqqında ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarından görünür ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyun 2019 - iyun 2022 göstərilən vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarında olan KY********** nömrəli ##.##.2022-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə məlumat ##.##.2022-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 38-ci maddəsi göstərilmişdir. İş materiallarında olan ##.##.2023-cü il tarixli, 2200197026161451 nöməli səyyar vergi yoxlaması aktından görünür ki, iddiaçıya Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinə əsasən mənfəət vergisi üzrə əlavə olaraq 680.759,49 manat vergilərin hesablanması və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış 680759.49 manat vergi məbləğinin 50% miqdarında 340.379, 75 manat maliyyə sanksiyasının tətbiq edilməsi; Vergi Məcəlləsinin 67.15-ci, 159.1-ci, 166.1-ci və 175.1-ci maddələrinə əsasən ƏDV üzrə 28575.00 manat əlavə hesablamanın aparılması və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış 182.377,96 manat vergi məbləğinin 50% miqdarında 91.188.98 manat maliyyə sanksiyasının tətbiq edilməsi; Vergi Məcəlləsinin 123.1-ci və 124.1-ci maddələrinə əsasəm ödəmə mənbəyində tutulan vergilər üzrə əlavə olaraq 32.561,72 manat vergilərin hesablanması və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış 32.561,72 manat vergi məbləğinin 50% miqdarında 16.280,86 manat maliyyə sanksiyasının tətbiq edilməsi; Vergi Məcəlləsinin 58.7-1.1-ci və 58.7-1.2-ci maddələrinə əsasən vergi ödəyicisi tərəfindən "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü və 3.4.6-cı maddəsinin tələbləri pozulmaqla 10 faizi miqdarında, yəni 292.049,96 manat maliyyə sanksiyasının tətbiq edilməsi; Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 33 420.48 manat ƏDV məbləğinin 50 faizi miqdarında, yəni, 16 710.25 manat maliyyə sanksiyası tətbiq edilməsi; Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 120.00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi; Vergi Məcəlləsinin 197-ci maddəsinə əsasən əmlak vergisi üzrə 177.96 manat artıq və 16.97 manat az hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış 16.97 manat vergi məbləğinin 50% miqdarında 8.49 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarından görünür ki, cavabdeh iddiaçıya ümumilikdə 738351.55 manat əlavə vergi, 754957.49 manat maliyyə sanksiyası hesablamışdır.

31. Birinci instansiya məhkəməsi mübahisələndirilən ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 677.197,86 manat əlavə mənfəət vergisinin hesablanması və həmin vergiyə 338.598,94 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 32.079.19 manat əlavə ödəmə mənbəyində tutulan verginin hesablanması və həmin vergiyə 16.039,6 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv etmiş, digər hissəslər də isə iddianı təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarının iddiaçı barəsində 28.575,0 manat əlavə dəyər vergisi və həmin vergiyə hesablanmış 91.188,98 manat maliyyə sanksiyasının ləğv edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməsi barədə qərara gəlmişdir.

Mənfəət vergisi ilə bağlı:

32. Kollegiya cavabdehin kassasiya şikayətini mənfəət vergisinin hesablanması ilə bağlı hissədə əsassız hesab edərək bildirir ki, həmin hissədə aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallar, toplanmış sübutlar və onların hüquqi qiymətləndirilməsi düzgün aparılmış, mənfəət vergisinin hesablanması ilə bağlı nəticə əsaslı olmuş, həmçinin bu qəbildən olan işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğun qərar qəbul edilmişdir. Bu səbəbdən mənfəət vergisi hissəsi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi və ya həmin hissədə əlavə araşdırmanın aparılması üçün əsas yoxdur. Ödəmə mənbəyində tutulan vergi ilə bağlı:

33. Səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçiləri X3 tərəfindən 1 323 000.00 manat (o cümlədən, 2019-cu il üzrə 550.000.00 manat, 2020-ci il üzrə 773 000.00 manat) və X1 tərəfindən 1.130.742.00 manat ( o cümlədən, 2020-ci il üzrə 1.130.742.00 manat) yoxlama ilə əhatə olunan dövr ərzində (##.##.2019-##.##.2022) ümumilikdə 2.453.742.00 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 2.453.942.00 manatı (o cümlədən, 2019-cu il üzrə 550.000 manat, 2020-ci il üzrə 202.388.51 manat, 2022-ci il üzrə 1.701.603.49 manat) geri qaytarılmışdır.

34. Göründüyü kimi, cavabdeh borc müqaviləsinin predmeti pul məbləği olduğuna görə onu kredit müqaviləsi kimi qiymətləndirmiş və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli olması qənaətinə gələrək, büdcəyə əlavə olaraq 32 079.19 manat məbləğində ÖMV hesablamış və vergi məbləğinin 50 faizi miqdarında, yəni 16 039.59 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir.

35. Halbuki, Vergi Məcəlləsinin 123.1-ci maddəsi ödəmə mənbəyində vergilərin hesablanmasını birbaşa olaraq faizlərin ödənilməsi ilə şərtləndirir. Lakin səyyar vergi yoxlaması ilə cəmiyyətin təsisçiyə qaytardığı borc pul məbləğinə görə faizlər ödəməsi, həmçinin təsisçilərin bu cür borca görə gəlir əldə etməsi sübut edilmir. Odur ki, cavabdehin mübahisələndirilən qərarı iddiaçıya əlavə 32.079.19 manat məbləğində ÖMV və 50 faizi miqdarında, yəni 16.039.59 manat məbləğində maliyyə sanksiyası hesablanması hissəsində də qanunsuzdur.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması iddiası ilə tətbiq edilmiş maliyyə sanksiyaları:

36. Yoxlama əsasında müəyyən edilmişdir ki, alınmış borcların geri qaytarılması ilə əlaqədar müəssisənin kassasından 22.259.34 manat əmək haqqı (o cümlədən, 2019cu il üzrə 5.397.09 manat, 2020-ci il üzrə 12.058.0 manat, 2021-ci il üzrə 4.804.25 manat), zamin müəssisələrə 1.264.337.43 manat (o cümlədən, “xxxx” MMC-yə 2022 ci ilin mart ayı ərzində 12 0869.48 manat, 2022-ci ilin fevral ayı ərzində 77.261.07 manat, “NİZAMİ ELECTRONİCS” MMC-yə 2022-ci ilin iyun ayı ərzində 46.774.85 manat, 2022-ci ilin aprel ayı ərzində 121.647.45 manat, “xxxx” MMC-yə 2022-ci ilin iyun ayı ərzində 322.580.70 manat, 2022-ci ilin aprel ayı ərzində 252.223.49 manat, “L FİN” MMC yə 2022-ci ilin aprel ayı ərzində 65.497.30 manat, 2022-ci ilin may ayı ərzində 257.483.07 manat), malmaterial alışına 22.299.33 manat (o cümlədən, 2019-cu ilin dekabr ayı üzrə 22.299.33 manat), təsisçilərə 1611 603.49 manat (o cümlədən, X3 2022-ci ilin yanvar ayı ərzində 430.536.49 manat, 2022-ci ilin fevral ayı ərzində 80.325.00 manat, X1 2022-ci ilin iyun ayı ərzində 1.100.742.20 manat) beləliklə cəmi 2. 920.499.59 manat nağd qaydada ödəniş həyata keçirilmişdir.

37. "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

38. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, mövcud sənədlər şirkətin həmin dövrdə xidməti müqavilə ilə mühasibatlıq işləri ilə məşğul olan və rəsmi qaydada şirkətin işçisi olmayan şəxsin öz şəxsi elektron poçtundan yoxlayıcının elektron poçtuna göndərilməsi yolu əldə edilmişdir. Eyni zamanda kassadan pul vəsaitləri məxaric edilərkən, pul vəsaitlərini alan şəxs kassa məxaric orderini imzalamalı, eyni zamanda həmin məbləğin alınması barədə orderdə qeyd aparmalıdır.

39. Kollegiya qeyd edir ki, iddiaçının kassa məxaric orderlərinin lazımi qaydada rəsmiləşdirilməməsi və bu sənədlərin hüquqi əhəmiyyət daşımaması barədə dəlilləri ilə razılaşmaq mümkün deyildir. Belə ki, iş materiallarında olan qəbzlər üzərində iddiaçının möhürü və imzası mövcuddur. Bu hal həmin sənədlərin iddiaçıya aidliyini və onların məzmununda əks olunan əməliyyatların iddiaçının özünün rəsmiləşdirdiyi sənədlərlə təsdiq edildiyini göstərir. Bu baxımdan, iddiaçının sənədlərin qarşı tərəfin imzası və möhürü ilə təsdiq edilmədiyi, habelə pul vəsaitlərinin faktiki alınmasını təsdiq edən sənədlərin mövcud olmadığı barədə dəlilləri iş materialları ilə uzlaşmır. Əksinə, təqdim edilmiş sənədlərdə iddiaçının möhürünün və imzasının olması həmin sənədlərin sadəcə birtərəfli və təsadüfi qaydada tərtib edilmiş sənədlər kimi qiymətləndirilməsinə əsas vermir.

40. Eyni zamanda, sənədlərin vergi orqanına elektron poçt vasitəsilə təqdim edilməsi barədə iddiaçının dəlili də həmin sənədlərin sübuti əhəmiyyətini aradan qaldırmır. Vergi orqanı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyi onların əldə edilmə üsulu ilə yanaşı, məzmunu və iş üzrə digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. İddiaçının öz möhürü və imzası ilə təsdiq etdiyi sənədlərin yalnız elektron poçt vasitəsilə vergi orqanına təqdim olunmasına istinad edilməklə həmin sənədlərin məzmununun inkar edilməsi əsaslı hesab edilə bilməz.

41. Odur ki, iş üzrə təqdim edilmiş sənədlərin məcmusu və xüsusilə onların üzərində iddiaçının imza və möhürünün mövcudluğu nəzərə alınmaqla, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasının müəyyən edilməsi və buna görə maliyyə sanksiyalarının tətbiq edilməsi əsaslı olmuşdur. İddiaçının göstərilən sənədlərin formal qüsurlarına və onların vergi orqanına təqdim edilmə üsuluna dair mülahizələri isə müəyyən edilmiş vergi pozuntusunu təkzib edən dəlil kimi qəbul edilə bilməz.

ƏDV ilə bağlı:

42. Kassasiya şikayətinin ƏDV hissəsi ilə bağlı isə Kollegiya cavabdehin mövqeyi ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir.

43. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ...səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi, yoxlama zamanı vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir (bənd 1.9.2.). Belə olan halda uçot məlumatlarında göstərilən malların faktiki mövcud olmaması şəklində qiymətləndirməklə cavabdeh vergi orqanı tərəfindən əsassız nəticəyə gəlinmişdir. Uçot məlumatlarında mövcud olan, lakin vergi ödəyicisinin faktiki sahibliyində olmayan malların müəyyən edilməsi üçün vergi nəzarətinin həyata keçirilməsi şərtdir.

44. Bununla bağlı Kollegiya qeyd edir ki, səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, vergi ödəyicisinin ünvan 1 ünvanında “xxxx” MMC-nin və Bakı şəhəri, Nəsimi ayonu, Bülbül prospekti, ev 16 ünvanında isə “xxxx” MMC-nin fəaliyyət göstəridiyi müəyyən edilmişdir.

45. Cavabdeh kassasiya şikayətində də məhz bu halları vurğulamış, qeyd edilən səbəblərdən vergi ödəyicisinin obyektində inventarizasiyanın keçirilməsinin mümkün olmadığını bildirmişdir. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunanlar nəzərə alınmamış, bu məsələyə hər hansı hüquqi qiymət verilməmişdir.

46. Bununla yanaşı Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Səyyar vergi yoxlaması aktından görünür ki, 2019–2022-ci illər üzrə aparılmış yoxlama nəticəsində vergi ödəyicisinə əlavə dəyər vergisi hesablanmışdır. Aktda əlavə dəyər vergisinin müəyyən edilməsinin vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatları, yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədləri, bank əməliyyatları, vergi ödəyicisinin ƏDV hesabından çıxarışlar və digər məlumatlar əsasında həyata keçirildiyi göstərilmişdir.

47. Lakin həmin məlumatların sadalanması özlüyündə əlavə dəyər vergisinin hansı konkret əməliyyatlar, hansı sənədlər və hansı hesablama qaydası əsasında müəyyən edildiyini aydın şəkildə ortaya qoymur. Belə ki, vergi öhdəliyinin məbləğinin müəyyən edilməsinə əsas olmuş məlumatların mənbəyi ilə yanaşı, onların hansı qaydada yoxlanıldığı, qarşılıqlı şəkildə necə tutuşdurulduğu, vergi tutulan dövriyyənin və nəticə etibarilə əlavə dəyər vergisinin məbləğinin hansı konkret hesablamalar əsasında müəyyənləşdirildiyi də açıqlanmalıdır.

48. Apellyasiya instansiyası məhkəməsi isə bu məsələləri hərtərəfli araşdırmamış, əlavə dəyər vergisinin hesablanmasının əsasını təşkil edən məlumatların əldə edilməsi və qiymətləndirilməsi qaydasına, həmin məlumatlar əsasında aparılmış hesablamaların konkretliyinə və əsaslılığına münasibət bildirməmişdir.

49. Odur ki, işə yenidən baxılarkən əlavə dəyər vergisinin hesablanmasına əsas olmuş məlumatların hər biri ayrıca müəyyən edilməli, onların hansı sənədlərlə təsdiq olunduğu, hansı qaydada yoxlanıldığı və vergi öhdəliyinin məbləğinin hansı hesablama üsulu ilə müəyyən edildiyi araşdırılmalı, vergi ödəyicisinin bu hesablamalara dair etirazlarına da hüquqi qiymət verilməlidir.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin qərarı ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 28.575,0 manat əlavə dəyər vergisinin hesablanması və həmin vergiyə 91.188,98 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsinin ləğv edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş təkrar araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı “##.##.2023-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 28.575,0 manat əlavə dəyər vergisinin hesablanması və həmin vergiyə 91.188,98 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsinin ləğv edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar