Məhkəmə qərarları › İş №2-1(102)-357/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-357/2017

14.02.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-357/2017 14.02.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Cavabdeh1nə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-357/2017) Bakı şəhəri 14 fevral 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X1 ibarət tərkibdə, İddiaçı nümayəndəsi X4, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1nə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi-bundan sonra üçüncü şəxs) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2055/16 say lı, 21 sentyabr 2016-cı il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 fevral 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 29 oktyabr 2004-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvandakı ümumi sahəsi 18 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətində olmuşdur. DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 04 sentyabr 2007-ci il tarixli daşınmaz əmlakın texniki pasportuna əsasən iddiaçıya məxsus mənzilin ümumi sahəsi 52.65 kv.m, yaşayış sahəsi 17.9 kv.m, tikinti altı torpaq sahəsi 0.0238 ha təşkil etmişdir. DƏDRX-in Ba kı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 08 sentyabr 2010-cu il tarixli daşınmaz əmlakın texniki pasportuna əsasən iddiaçıya məxsus mənzilin ümumi sahəsi 62.2 kv.m, yaşayış sahəsi 17.9 kv.m, tikinti altı torpaq sahəsi 0.0238 ha təşkil etmişdir. DƏDRX-in Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 23.09.2010-cu il tarixli çıxarışa əsasən ünvan 2 ünvandakı ümumi sahəsi 51.9 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. “Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədilə Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X14, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi haqqı nda” Cavabdeh1 başçısı 30 dekabr 2010-cu il tarixli sərəncam imzalamışdır. İddiaçı ilə Cavabdeh1 başçısı Aparatı nəzarət şöbəsinin müdiri X2 arasında bağlanmış 26 iyul 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən 12.07.2012-ci il tarixdə verilmiş arayışa əsasən ünvan 3 ünvanda yerləşən, yaşayış sahəsi 17.9 kv.m, ümumi sahəsi 51.9 kv.m olan bir otaqlı, 13 nömrəli mənzili alıcının mülkiyyətinə verir. Müqavilənin 2-ci maddəsinə əsasən satılan mənzil ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış əsasında satıcıya məxsusdur. Müqavilənin 4-cü maddəsinə əsasən satıcı mənzilini 77.850,0 manata satır, alıcı isə həmin qiymətə alır. İddiaçı ona məxsus olan mənzilin sökülməsi i lə əlaqədar əlavə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, müraciəti baxılması üçün Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə göndərilmiş və Nəsimi rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 26.02.2016-cı il tarixli məktubla iddiaçının tələbinin təmin olunmadığı bildirilmişdir. İddiaçı 07 aprel 2016-cı il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mübahisəli mənzilin perimetr üzrə qanunsuz sökülmüş 100 kv.m ümumi sahəsinin hər kvadrat metri üçün 1.500,0 manat olmaqla 150.000,0 manat hesablanaraq bu məbləğdən əvvəl ödənilmiş 77.850,0 manat çıxılmaqla qalan məbləğə görə 72.150,0 manat; 238 kv.m (0,0238 ha) mənzilaltı torpaq sahəsinə görə 30.000,0 manat; 25.11.2010 -cu ildən 26.07.2012-ci il tarixədək 20 ay, hər ay üçün 600 manat olmaqla (20 x 600) kirayə haqqı olaraq 25.11.2010-cu il tarixli “İcarə müqaviləsinə əsasən dəymiş maddi ziyana görə 12.000,0 manat; mənəvi ziyana görə 20.000,0 manat; cəmi: 134.150,0 manat olmaqla, Cavabdehdən tutularaq kompensasiya qismində iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 23 ünvanda yerləşən 13 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Giriş və müxtəlif təyinatlı 6 otaqdan ibarət olan bu mənzilin çöldən perimetr üzrə ümumi sahəsi 100 kvadrat metr, o cümlədən otaqların iç sahəsi 62,25 kvadrat metr, mənzilaltı torpaq sahəsi isə 238 kv.m (0,0238 ha) olmuşdur. Bu göstərici lər mənzilin “Texniki pasport”unda və oradakı sxemdə (mənzilin planında) öz əksini tapmışdır. Göstərilən ünvan qapalı həyət olmaqla, şəhərin birinci mərkəz dairəsi ərazisində yerləşmişdir. 2010-cu ilin sentyabr-noyabr aylarında cavabdeh iddiaçıya məxsus mənzilin və mənzilaltı torpaq sahəsinin dəyərinə adekvat kompensasiya və ya natural əvəzləmə vermədən, heç bir ölçü aparmadan və müvafiq akt tərtib etmədən, rəsmi xəbərdarlıq etmədən, həmçinin iddiaçının razılığını almadan qanunsuz olaraq mənzili sökərək mənzilin yerləşdiyi torpaq sahəsini həmin ərazidə salınacaq əyləncə parkı adına zəbt etmişdir. Bununla da cavabdehin qanunsuz davranışlarının nəticəsi olaraq, iddiaçı öz şəxsi mənzilinə və mənzilaltı torpaq payına dair sərəncam və sahibkarlıq, yəni mülkiyyət hüquqlarından məhrum edilərək bu hüquqlarını həyata keçirə bilməmişdir. 2010-cu ildə hələ sökülməmişdən öncə, DƏDRX-in Bakı Ərazi İdarəsinin nümayəndələri gəlib, müasir ölçü avadanlıqları ilə mənzildə ölçmə işləri aparmışlar. Sonra isə bu qurum iddiaçıya 08 noyabr 2010-cu ildə tərtib edilmiş yeni “Texniki pasport” və 23 noyabr 2010-cu ildə qeydə alınması barədə “Çıxarış” vermişdir. İddiaçı yeni sənədləri alsa da, mənzil artıq sökülmüşdü, yox idi. Digər tərəfdən isə ona təqdim olunan həmin yeni sənədlərdə də məlumatlar əhəmiyyətli dərəcədə qeyri-dəqiq, bir-birinə uyğunsuz və natamam göstərilmişdir. Belə ki, Bakı Ərazi İdarəsinin iddiaçıya təqdim etdiyi sonuncu qeydiyyat haqqında “Çıxarış” sənədində mənzilin otaqlarının ümumi iç sahəsi faktiki ölçüdən 10.35 kv.metr az olmaqla 51.9 kv.metr, “Texniki pasport”da isə buna mü vafiq təyinatın göstəricisi 62,25 kv.metr yazılmışdır. Qeydiyyat orqanının iddiaçıya verdiyi ilkin “Qeydiyyat vəsiqəsi”ndə də müvafiq ölçü daha az-cəmisi 18 kv.m, ilkin “Texniki pasport”da isə 52,65 kv.m, yəni sonuncu “Texniki pasport”dakı müvafiq təyinatlı göstəricidən 9,60 kv.m az göstərilmişdir. Tikilinin çöldən perimetr üzrə 100 kv.m olan ümumi sahə isə hər iki “Texniki pasport” da açıq rəqəmlə göstərilməmişdir və bunu yalnız əlavə hesablamalarla müəyyən etmək lazım gəlir ki, bu da normal sayıla bilməz. Qanunsuz sökülmüş mübahisəli mənzilin hər kv.m üçün 1500 manat olmaqla, 26 iyul 2012-ci il tarixdə “alqı-satqı” müqaviləsinə əsasən, 51,9 kv.metr sahəyə görə kompensasiya olaraq cavabdehin nümayəndəsindən məcburən 77.850 manat pul almışdır. Halbuki, cavabdeh otaqların faktiki daxili ümu mi sahəsinə görə 93.375 manat (62,25 kv.metr * 1.500 manat = 93 375), ikinci halda, yəni mənzilin perimetr üzrə faktiki sökülmüş ümumi sahəsinə görə isə 150 000 manat (100 kv.metr * 1.500 manat=150.000) kompensasiya ödəməli idi. Beləliklə də, cavabdeh iddiaçıya, birinci halda - otaqların iç sahəsinə görə 15.525 (93 375 - 77 850) manat, ikinci hala - perimetr üzrə ümumi sahəyə görə isə 72.150 (150 000 - 77 850) manat az kompensasiya vermişdir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 28, 43-cü, “Varidata təminat verilməsi haqqında” 15.01.1993-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya qanununa, Mülki Məcəllənin 157.9, 245-ci, “Torpaq islahatı haqqında” 16 iyun 1996-cı il tarixli Qanunun 9-cu, “Torpaqların dövlət ehtiyatları üçün alınması haqqında ” 27 may 2010-cu il tarixli Qanunun 1.1.6, 6.3.2, 7.2, 54.1, 56.1-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2016-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs kimi məhkəmə icraatına cəlb olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(82)-2263/16 saylı iş) 23 iyun 2016-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus mənzilin alınması ilə bağlı təklif edilən məbləği qəbul edərək, mənzilin alqı-satqısı rəsmiləşdirilərkən öz iradəsini ifadə etmişdir, iddiaçıya mənəvi zərər dəydiyi iş materialları ilə təsdiqini tapmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2016-cı il tarixli qəra rı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7məruzəçi, X5 və X9, 2-1(103)-2055/16 saylı iş) 21 sentyabr 2016-cı il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmişdir. İddiaçı 14 oktyabr 2016-cı il tarixdə qərarın surətini almış, 15 noyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə əməl etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin mübahi sələndirilən qərarı ilə iddiaçının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ, həmçinin Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququ pozulmuşdur. tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılması nın mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı mülkiyyətində olan tikilinin sökülməsinə görə cavabdehdən ona kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı in zibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədilə Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X14, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi haqqında” Cavabdeh1 başçısı 514 saylı 30.12.2010-cu il tarixli Sərəncam imzalamışdır. İddiaçının mənzili də sərəncamın təsir dairəsinə düşən ərazi olmuşdur. Bu məqsədlə iddiaçı ilə cavabdehin əməkdaşı arasında alqı-satqı müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan bir otaqlı mənzili satmışdır. Həm mənzilə dair çıxarışda, həm də alqı-satqı müqaviləsində ümumi sahə 51, 9 kv.m, yaşayış sahəsi isə 17,9 kv.m qeyd edilmişdir. Həmçinin müqavilənin 4-cü maddəsinə əsasən iddiaçı mənzilini 77850,0 manata satmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanl arı tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçıya məxsus yaşayış evinin ümumi sahəsi daşınmaz əmlakın dövlət reyestrində cəmi 51,9 kv.m qeydə alınmış və nə hüquq qeydə alındıqdan sonra, nə də alqı-satqı zamanı iddiaçı mənzilin ümumi sahəsi barədə mübahisə açması ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mənzilə dair texniki pasportda ümumi sahənin 62,2 kv.m göstərilməsi barədə dəlillə bağlı isə qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi 08.09.2010-cu il tarixli daşınmaz əmlakın texniki pasportu mənzilin texniki göstəriciləri ndən bəhs edən məlumatlar toplusundan ibarət olmaqla, həmin daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd hesab olunmadığından satınalma zamanı həmin sənədə istinad edilməməsi əsaslı olmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 394-cü madd əsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İddiaçının imzaladığı alqı-satqı müqaviləsinin 9-cu bəndində qeyd edilmişdir ki, satıcı həmin mənzillə əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. Müqavilənin 11-ci bəndində isə qeyd edilmişdir ki, satıcı mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiymətində razılaş dığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq edildiyi vaxtdan onun faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürür. Göründüyü kimi, iddiaçı mülkiyyətində olmuş mənzili könüllü iradəsinə uyğun müqavilə əsasında satmış, müqavilənin məzmununu tərəflər özləri müəyyən etmiş, cavabdeh də müqavilə öhdəliyinə əməl edərək müqavilədə olan məbləği iddiaçıya ödəmişdir. İddiaçının mənzilə dair alqı-satqı müqaviləsinin Mülki Məcəllənin, habelə “Notariat haqqında” Qanunun müddəalarının pozulması ilə bağlanması işdə olan sübutlarla təsdiq olunmur. Notarial qaydada təsdiq edilmiş iddiaçının könüllü razılığı ilə bağlanmış alqı-satqı müqaviləsi ilə iddiaçı mübahisəli ünvanda yerləşən daşınmaz əmlakın satılması əvəzində ödəniləcək məbləğlə razılaşara q Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən mülkiyyətində olan əmlak barəsində sərəncam vermişdir. İddiaçı 25.11.2010-cu il tarixli icarə müqaviləsinə istinad edərək 25.11.2010-cu ildən 26.07.2012-ci il tarixədək 20 ay, hər ay üçün 600 (altı yüz) manat olmaqla (20 x 600) kirayə haqqı olaraq dəymiş maddi ziyana görə 12.000,0 (on iki min) manat pulun ödənilməsini xahiş etmişdir. Müqavilənin 3.5-ci bəndinə görə icarəçi icarə haqqı kimi hər ay 600 manat icarəyə verənə ödəmək, 3.6-cı bəndinə görə isə bu müqavilə imzalandığı andan müqaviləyə xitam verildiyi günədək qaz, elektrik, su, telefon və sair kommunal xərcləri ödəmək vəzifəsi daşıyır İddiaçı yaşayış evinin icarə müqaviləsində göstərilən ünvanda 20 ay müddətində kirayədə yaşaması, həmin müddətdə hər ay 600 manat kirayə haqqı və müqavilədə qeyd edilən kommunal xərcləri ödəməsi barədə məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bəhs olunanlara əsasən mübahisəli mənzilin sökülməsi nəticəsində, kirayə haqqı ilə bağlı maddi ziyan və bu tələblərlə bağlı mənəvi ziyan hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi 238 kv.m torpaq sahəsi ilə bağlı 30.000 manat ziyan tələbinə aid hissədə iddiaya münasibət bildirməmişdir. Bu tələblə bağlı iddiaçı həm iddiasında, həm də apellyasiya şikayətində ona 30.000 manat ödənilməli olmasını bildirmiş, apellyasiya şikayətində həmin tələb əksini tapmasına b axmayaraq apellyasiya məhkəməsi bu hissədə şikayətin dəlillərinə qiymət verməmişdir. İPM-in 69.4-cü maddəsinə görə məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Məhkəmə qərarında torpaq sahəsi ilə bağlı ziyan tələbinə aid hissədə məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməmişdir. MPM-in 87.8-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Torpaq sahəsi ilə bağlı ziyan tələbi hissəsində apellyasiya məhkəməsi qərarını əsaslandırmamış, bu hissədə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Odur ki, 238 kv.m torpaq sahəsinə görə 30.000 manat maddi ziyan hissəsində şikayətin dəlilləri qismən əsaslı olduğundan təmin edilməli, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiya məh kəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı mübahisə olunan hissədə iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2055/16 saylı, 21 sentyabr 2016-cı il tarixli qərarı qismən - iddianın 238 kv.m mənzilaltı torpaq sahəsinə görə 30.000 manat tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: İmza var İmza var İmza var “07” səhifə düzdür Hakim Rahib Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar