Məhkəmə qərarları › İş №2-1(102)-357/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-357/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-357/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər “xxxx” QSC, Binəqədi rayon İcra Hakimiyyəti, Maliyyə Nazirliyi, Binəqədi qəsəbə Bələdiyyəsinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: prosessual məsələlər, dövlət hesabına vəkillə təmin edilməmə) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər “xxxx” QSC, Binəqədi rayon İcra Hakimiyyəti, Maliyyə Nazirliyi, Binəqədi qəsəbə Bələdiyyəsinin iştirakı ilə) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-894/2019 saylı iş üzrə -cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 04 fevral 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Binəqədi Bələdiyyəsinin 11.11.2004-cü il tarixli 278 nömrəli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 600 kv.m. torpaq sahəsi (alqısatqı yolu ilə sahib olduğu mülkiyyəti) müqabilində ona dəymiş maddi ziyanın dövlət tərəfindən ödənilməsi üçün həmin ərazidə 1 sot torpağın əmlak bazarında 50.000 manat old uğu nəzərə alınmaqla pul kompensasiyası verilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-609/15 saylı, 25 dekabr 2015-ci il tarixli qərarı (hakim Ş.A.Məmmədova) ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-523/2016 saylı iş üzrə 20 aprel 2016-cı il tarixli qərarı ilə (sədrlik edən hakim: M.N.Tağızadə, hakimlər: S.Q.Hüseynov və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, 2-1(81)-609/15 saylı, 25 dekabr 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçı kasasiy a şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)-1712/2016 saylı iş üzrə, 26 dekabr 2016-cı il tarixli qərarı ilə (sədrlik edən hakim: R.S.Nəbizadə, hakimlər: N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-523/2016 saylı iş üzrə 20 aprel 2016-cı il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-613/2017 saylı iş üzrə, 18 may 2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakim: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və E.Q.Vəliyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, 2-1(81)-609/15 saylı, 25 deka br 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçı kasasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)-498/2018 saylı iş üzrə, 14 fevral 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim: Z.Quliyev, hakimlər: A.Hüseynov və Ə.Seyfəliyev) kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-613/2017 saylı iş üzrə 18 may 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1119/2018 saylı iş üzrə 17 may 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və R.Ə.Qurbanov) iddiaçının ape lyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-609/15 saylı, 25 dekabr 2015ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kasasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1119/2018 saylı iş üzrə 17 may 2018-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2139/2018 saylı iş üzrə, 26 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim: K.N.Bədəlov, hakimlər: S.H.Hüseynova və İ.A.Dadaşov) kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-1119/2018 saylı iş üzrə 17 may 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-894/2019 saylı iş üzrə, 04 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, 2-1(81)-609/15 saylı, 25 dekabr 2015-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı apelyasiya instansiyası məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərarından kasasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizə vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 2-1(103)-894/2019 saylı iş üzrə, 06 avqust 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən hakim: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-894/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarından kasasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəsi təmin edilməmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona maddi ziyan vurulmuş eyni zamanda mülkiyyəti qeyri-qanuni olaraq əlindən alınmışdır. Onu da qeyd etmək istəyir ki, inzibati hüquq normalarına əsasən inzibati məhkəmələr vətəndaşın hüquqlarının təmin edilməsində köməklik göstərməlidir. İnzibati Prosesual Məcəllənin maddə 1.2. Bu Məcəllə ilə başqa qayda m üəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İ.P.M. maddə 90.3-ə əsasən MPM-nin müvafiq müddəaları tətbiq edilir. Belə ki, MPM maddə 67.1-ə əsasən kasasiya şikayətinin təmin edilməsi üçün vəkilin iştirakı məcburidir. Maddə 67.2-yə bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddi imkanı olmadığından M.İ.S.- dən arayış təqdim etmiş, lakin apelyas iya instansiyası məhkəməsi onu vəkillə təmin etməmişdir. Baxmayaraq ki, məhkəmə lazımi ərizəni təqdim etmək üçün vaxt verib köməklik göstərə bilərdi. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 avqust 2019cu il tarixli, 2-1(103)-894/2019 saylı qərardadının ləğv edilməsini, dövlət hesabına vəkillə təmin edilməsi barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin mər uzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin -cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə b ağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 06 avqust 2019-cu il tarixli, 2-1(103)-894/2019 saylı qərardadla, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-894/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarından kasasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəsinin təmin edilməməsi qənaətinə gələrkən, İnzibati Prosessual Məcəllənin 1.2, 90.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 67.2, 121.2-ci madd ələrinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının maddi imkanının yaxşı olmaması, onun aztəminatlı şəxs olması barədə ərizədə göstərilənlərin iş materialları ilə təsdiq edilmədiyini nəzərə alaraq, iddiaçının dövlət hesabına vəkillə təmin olunması üçün qanunda nəzərdə tutulmuş əsaslar hazırkı işdə mövcud olmadığından onun ərizəsi təmin edilməməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. Belə ki, məhkəmə kollegiyası iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iddiaçının kasasiya şikayətində onun öz hesabına vəkil tutmamasının səbəbi onun maddi imkanının yaxşı olmaması, onun aztəminatlı şəxs olması izah edilsə də, bu barədə hər hansı bir sübu t iş materiallarına əlavə edilməmişdir. Belə olan halda Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsini təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğ u hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 121.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərilir. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, məhkəmə vəkilin şəxsə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərməsi barədə qərarı yalnız o halda qəbul edə bilər ki, həmin şəxs in maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmasın. Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd edir ki, iddiaçı hüquqlarının müdafiə edilməsi ilə bağlı olaraq ona vəkil təyin olunmasını xahiş etsə də, ərizəsinə bu barədə hər hansı bir sübut əlavə etməmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin cu il tarixli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: q ə r a r a a l d ı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının -cu il tarixli 2-1(103)894/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar