Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-357/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı göndərişin natamam doldurulması, şəxsin yenidən müayinə olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı “İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-263/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı səhhətində təxminən 2006-ci ilin əvvəllərində problemlər yaranmış, bu məqsədlə müayinə və müalicə olunmaq üçün həkimə müraciət etmişdir. Müayinə zamanı böyrəklərində daşların olması müəyyən edilmiş və ona “xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki b öyrək xəstəliyi İİ mərhələ” diaqnozu qoyulmuşdur. Həkimlərin məsləhəti ilə bir müddət müalicə olunsa da, xəstəliyi tam sağalmamış, ömrünün sonuna qədər sözügedən xəstəliklə mübarizə aparacağını bildirmişlər. Xəstəliyi ilə əlaqədar xx.xx.2016-cı il tarixdən Göyçay rayon Mərkəzi Xəstəxanasında qeydiyyata alınaraq, ambulator, eləcə də stasionar qaydada müalicə olunmuşdur. xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək stasionar qaydada Göyçay rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra, əlillik təzahürlərinin olması müəyyən edilmiş, bu səbəbdən xx.xx.2016-cı il tarixdə Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2016-cı il tarixli 0276003AAEYS nömrəli göndəriş vərəqəsi göndərilmiş, həmin göndəriş əsasında cavabdeh qurum “böyrək daşları, b öyrək daşı xəstəliyi, digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ” xəstəliyindən əziyyət çəkdiyini təsdiq edərək, ona xx.xx.2016-cı il tarixdən İİ qrup əlillik təyin etmiş və pensiya təyin edilməsi üçün zəruri sənədləri DSMF-nın Göyçay rayon Şöbəsinə göndərmişdir.
2. Cavabdeh xx.xx.2019-cu il tarixdə xx.xx.2016-cı il tarixli göndəriş vərəqəsi əsasında əlillik dərəcəsini təyin etməkdən imtina etmiş, imtinasının səbəbi kimi diaqnozun əlillik əlamətini təyin etməyə imkan vermədiyini göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı x xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mü raciət edərək, “böyrək daşları, böyrək daşı xəstəliyi, digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ” xəstəliyinə görə ona İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2016-cı il tarixli göndərişdə əsas diaqnoz kimi böyrək daşları, böyrək daşı xəstəliyi, ağırlaşma kimi digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ göstərilmişdir. Göstərilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekab r tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən İİ qrup əlilliyin təyin edilməsinə əsas kimi müəyyən edilmişdir. Cavabdeh imtina qərarında qiymətləndirmə tarixini xx.xx.2016-cı il tarix qeyd etsə də, Göyçay rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişindən, eləcə də cavabdehin xx.xx.2016-cı il tarixli iddiaçıya İİ qrup əlillik dərəcəsi təyin etməsi barədə qərarından görünür ki, Göyçay rayon Mərkəzi Xəstəxanasında göndərişin rəsmiləşmə tarixi xx.xx.2016-cı il tarix, etibarlılıq müddəti xx.xx.2016-cı il tarix, göndəriş əsasında qiymətləndirilmənin keçirildiyi tarix isə xx.xx.2016-cı il tarix göstərilmişdir. Göründüyü kimi cavabdeh əsassız və qanunsuz olaraq, Göyçay rayo n Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişinin etibarlılıq müddəti bitdikdən sonra, qiymətləndirmə aparmışdır.
5. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, İddiaçının əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0276003AAEWN saylı göndərişi əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçıya dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0276003AAEYS saylı göndəriş əsasında X9 qiymətləndirmə aparılmışdır. Qeyd olunan göndərişdə xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri qeyd edilmədiyinə görə əlillik təyinatı mümkün olmamış və imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 446 nömrəli qə rarı ilə, Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişikliklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Əsasnamənin 4.2. bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı effektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itir ilməsi əsaslandırılır”. Əsasnamənin 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçıya səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0276003AAEYS saylı göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Əlilliyin müəyyən edilməsi zamanı TSEK tərəfindən heç bir hüquq pozuntusuna yol verilməmiş, iddiaçının hüquqların ı məhdudlaşdıracaq heç bir hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçının Azərbaycan Respublikasında aldığı travma ilə bağlı səhhətində ağırlaşma olduğu halda səhiyyə müəssisəsi tərəfində müayinə edildikdən sonra göndəriş rəsmiləşdirildiyi təqdirdə əlillik vəziyyəti iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir.
6. Şəki İnzibati Məhkəməsinin (hakim X4, 2-1(116)-103/2020 saylı iş) x xxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdehin xx.xx.2016-cı il tarixli qərarı ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçı xx.xx.2016-cı il tarixdən “Böyrək daşı xəstəliyi, kalkulyoz pielonefrit, böyrək çatışmazlığı İİ mərhələ” diaqnozu ilə qeydiyyatdadır və xəstəyə imtina cavabı etibarlılıq müddəti bitmiş sənəd əsasında verilmiş və bu barədə vətəndaşa heçbir məlumat verilməmişdir. 0276003AAEYS nömrəli göndərişə əsasən sənədin etibarlılıq tarixi xx.xx.2016-cı ildə bitmişdir. 0276003AAEWN nömrəli göndərişdən görünür ki, sənədin etibarlılıq tarixi xx.xx.2016-cı ildə bitmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqd an məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İşin hallarından müəyyən olunur ki, mübahisəli xx.xx.2016-cı il tarixli qərar etibarlılıq müddəti bitmiş sənəd əsasında verilmiş və bu barədə vətəndaşa heçbir məlumat verilməmişdir.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X3-məruzəçi, Rəfiyev Rövşən Rafiq oğlu və X2, 2-1(107)-263/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
10. Apelyasiya instansiyası məhkəməs i qeyd etmişdir ki, iddiaçıya verilmiş göndəriş əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 4.2-ci bəndinin tələbinə cavab verməmiş və nəticədə əlillik dərəcəsinin müəyyən edilməsini qeyri-mümkün etmişdir. İddiaçıya yenidən göndəriş verilməsi istisna edilmir və əlilliyin yenidən müəyyən edilməsi imkanlarından məhrum deyildir.
11. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
12. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qə rarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.6-cı bəndində nəzərdə tutulan və ikinci dərəcə əlillik təyin edilməsi üçün əsas olan xəstəliyin iddiaçının səhhətində olmasını mübahisələndirmir.
13. Səhiyyə müəssisəsinin 0276003AAEWN saylı göndərişi əsasında cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə iddiaçının xəstəliyi ilə bağlı qiymətləndirilmə aparılmış və ona beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir.
14. Bundan sonra səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0276003AAEYS saylı göndəriş əsasında cavabdeh tərəfindən X9 iddiaçının xəstəliyi ilə bağlı yenidən qiymətləndirilmə aparılmış, qeyd olunan göndərişdə xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsu siyyətlərin qeyd edilmədiyinə görə əlillik təyinatı mümkün olmamış və imtina qərarı verilmişdir.
15. İmtina qərarının verilməsinə əsas kimi cavabdeh inzibati orqan ‘Tibbi sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.2-ci bəndini göstərmişdir.
16. Sözügedən Əsasnamənin 4.2-ci bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”.
17. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, iddiaçının adına səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0276003AAEYS saylı göndərişdə şəxsin səhhətini əks etdirən bütü n funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir.
18. Səhiyyə müəssisəsi 0276003AAEWN saylı göndərişdə cavabdehin bildirdiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.2-ci bəndində nəzərdə tutulan məlumatları ətraflı göstərməmişdirsə, “İnzibati icraat haqqında” Qanunun tələbinə müvafiq olaraq, səhiyyə müəssisəsindən həmin məlu matları tələb edərək, qiymətləndirmə apara bilərdi. 19. “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 3.1.15-ci bəndinə əsasən əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək TSEK-in vəzifələrinə daxil edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (bundan sonra mətndə TSEK adlanacaq və göndərişə baxılan dövrdə Əsasnamə qüvvədə olmuşdur): 1.2-ci bənd. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müda fiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3-cü bənd. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların ( bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4-cü bənd. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.5. Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bü tün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.9-cu bənd. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X7 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1-ci bənd. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliy i qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16-cı bənd. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: (-); 3.1.15-ci bənd. Əlilliyi qi ymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhə t komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 24. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı d eyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
25. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 21(102)-162/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarında “İnzibati icraat haqqında” Qanunun 24.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 3.115-ci bəndinə istinad olunaraq cavabdehin əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək vəzifəsinin zəruriliyi bildirilmişdir.
26. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, əriz ə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol ve rilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
27. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
30. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0276003AAEWN saylı göndərişi əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Bundan sonra iddiaçıya dövlət səhiyyə müəssisəsi tərəfindən həmin ildə rəsmiləşdirilmiş 0276003AAEYS saylı növbəti göndəriş əsasında X9 qiymətləndirmə aparılmışdır.
31. Cavabdeh hesab edir ki, növbəti göndərişdə xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri qeyd edilmədiyinə görə əlillik təyinatı mümkün olmamış və imtina qərarı verilmişdir.
32. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçıya verilmiş göndəriş əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.2-ci bəndinin tələbinə cavab verməmiş və nəticədə əlillik dərəcəsinin mü əyyən edilməsini qeyri-mümkün etmişdir.
33. Yuxarıda sadalanan qaydalara görə əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət (cavabdeh) müəyyən edir.
34. Göründüyü kimi, şəxsin, hazırkı halda iddiaçının reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını ya TSEK müəyyən etməli, ya da Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən cavabdeh müəyyən etməlidir.
35. Göndərişin icrası ilə bağlı hazırkı vəziyyətdə cavabdeh özünü səlahiyyətli hesab etmiş, bu səbəbdən Əsasnamədə vurğulandığı kimi cavabde h TSEK-in funksiyalarını həyata keçirməli olmuşdur.
36. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 3.1.15-ci bəndinə görə əlilliyi qiymətləndirilən iddiaçıya dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisəsinə sorğu göndərmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisə lərinin həkim-məsləhət komissiyasına göndəriş vermək vəzifəsi daşımışdır.
37. Belə olan halda, TSEK-in vəzifələrini cavabdeh yerinə yetirərək iddiaçı ilə bağlı tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə Göyçay Rayon Mərkəzi Xəstəxanası X11 sorğu göndərmək vəzifəsi daşımış, lakin bu vəzifəsini yerinə yetirməmişdir.
38. Göndəriş onlara daxil olduqdan sonra dərhal TSEK-ə göndərilməsi və bu səbəbdən göndəriş daxil olduqdan sonra cavabdehin hər hansı araşdırma aparmaq səlahiyyəti olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əsasnamənin 4.9-1-ci bəndinə görə adsızlaşdırılmış göndərişləri dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə göndərilir.
39. Lakin cavabdeh ona daxil olan göndərişi dərhal TSEK-ə göndərməmiş, göndərişlə bağlı özü qərar qəbul etmişdir. Belə olan halda, yuxarıda qeyd edildiyi kimi, reabilitasiya imkanlarının qiymətləndirilməsində cavabdeh özünü səlahiyyətli hesab etmiş, lakin səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.
40. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
41. Odur ki, şikayətin dəlilləri əsaslı olduğ undan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-263/2020 saylı, xx xxxxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.