Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-357/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1961-ci il təvəllüd, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dö vlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-311/2022 nömrəli iş üzrə 13 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. (2 il 16 gün).
2. İddiaçı xx.xx.1978 - xx.xx.1979 (1 il 11 gün), xx.xx.1981 - xx.xx.1983 (1 il 5 ay 6 gün), xx.xx.1983 - xx.xx.2003 (20 il 3 ay 15 gün), xx.xx.2003-xx.xx.2004 (3 ay 28 gün), xx.xx.2006-xx.xx.2018-ci il lərdə (12 il 1ay 15 gün) əmək fəaliyyəti ilə məşğul olmuşdur. 3. "xxxx" ASC tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, iddiaçı, xx.xx.1982xx.xx.1995 və xx.xx.2006-xx.xx.2018-ci illərdə baş mexanika və energetika şöbəsinin avtomatika və nəzarət ölçü cihazları (NÖC) sexində çilingər peşəsində işləmişdir. 4. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 31 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı, müəssisənin baş mexanika və energetika şöbəsinin avtomatika və nəzarət ölçü cihazları sexində çalışdığı elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, və zifələrin və göstəricilərin siyahısında qeyd edilmiş, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət edən çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin siyahısına daxil edilmişdir. 5. "xxxx" ASC-nin tərkibində fəaliyyət göstərən avtomatika və nəzarət ölçü cihazları sexinin fəaliyyət sahəsi barədə arayışda qeyd edilmişdir ki, sözügedən sex, müəssisənin qazanxana təsərrüfatına Baramaaçan, Burucu, Toxucu və boyaq-bəzək istehsalatlarının avtomatika və nəzarət ölçü cihazlarının idarə olunmasını, təmirini yerinə yetirir və eyni zamanda i stehsalatda aşağıda göstərilən işlərin yerinə yetirilməsini təmin edir: Sənaye müəssisəsində cihaz çilingərinin vəzifə öhdəlikləri: • texniki qulluq üzrə istehsalat planlarının icrası; • emalatxananın elektrik avadanlıqlarının təmiri və texniki xidməti; • istehsalat şöbəsinin avtomatlaşdırılmasının təmiri və texniki xidməti: • avadanlığın elektrik hissəsinin təmiri; • istilikölçmə, avtomatik və elektron avadanlıqların təmiri və sazlanması; • istilikölçmə, avtomatik və elektron avadanlıqların quraşdırılması, sınaqdan keçirilməsi və sazlanması; • bütün növ və sistemlərin elektrik ölçmə vasitələrinin yoxlanılması; • avtomatlaşdırma bölmələrinin yoxlanılması və qurulması; • kompleks elektron gücləndiricilərin, idarəetmə bloklarının yoxlanılması və sazlanması; elektron cihazların, inteqral və m əntiq sxemlərinin parametrlərinin ölçülməsi üçün qurğuların yoxlanılması; • avadanlıq və avadanlıqların istismarında nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması; • qazanların və texnoloji avadanlıqların istilik nəzarəti və avtomatlaşdırılmasının sazlanması və quraşdırılması sxemlərini; • istilik avtomatlaşdırma cihazlarının sınaqdan keçirilməsi üçün sxemlərin yığılması; avtomatlaşdırma cihazlarının təmir işlərini; • sadə maqnitoelektrik, elektromaqnit cihazların tənzimlənməsi və sınaqdan keçirilməsi; • optik-mexanik və istilik ölçmə cihazlarının tənzimlənməsi və sınaqdan keçirilməsi; müxtəlif tipli orta mürəkkəblikli cihazlardan sxemlərin quraşdırılması və çıxarılması; ölçmə nəticələrinin emalı və zəruri materialların qeydiyyatı.
6. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pen siyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilərək iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının işləmiş olduğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Buna görə də iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, müddətli həqiqi hərbi xidmətdə olduğu və "Şəki-İpək” ASC-də işlədiyi müddəti (ümumi və xüsusi iş stajını) nəzərə almaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı tələb hüququnu güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün zəruri olan xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının, xx.xx.2006cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması və 57 yaşının tamam olması, həmçinin işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarix li 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulması ilə əsaslandırmışdır.
9. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının "Şəki-İpək” ASC-də işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Buna görə də iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.
10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-454 /2022 nömrəli (hakim V.Musayev) qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya, xx.xx.2018-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının baş mexanika və energetika şöbəsinin avtomatika və nəzarət ölçü cihazları (NÖC) sexində çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlanan Xİİİ bölmədə 2140000a - a) fəhlələr - 2 140000a-18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur. İddiaçının 1 yanvar 2006-cı ilə qədər Siyahıda nəzərdə tutulan peşədə fəaliyyət dövrü 12 il 6 aydan çox olmuşdur. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olmuş, həmçinin xx.xx.1961-ci il təvəllüdlü olduğu nəzərə alınaraq, tələb olunan yaş həddinə çatmışdır. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır.
12. Cav abdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2-1(107)-311/2022 nömrəli (hakimlər V.Məlikov /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və G.Cavadova) qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması haqqında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏ Rİ Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti imtina məktubuna və iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olmasının dəqiq göstərilməli olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajı na malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olan redaksiyada). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədə k qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və gös təricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 20. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Na zirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 21. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
22. İnzi bati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin t ələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadı ğı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətlə ndirmişdir.
29. Cavabdehin şikayətinin məzmununa görə iddiaçının xx.xx.1982-xx.xx.1995 və xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində "Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində işlədiyi "baş mexanika və energetika şöbəsinin avtomatika və nəzarət ölçü cihazları (NÖC) sexində çilingər” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri” Siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr bəndində (a) nəzərdə tutulmamışdır.
30. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 31. “Əmək pensiyaları haqqında” Azər baycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.
32. Qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabd eh inzibati orqanın mübahisələndirdiyi hal - iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajının olmaması faktı araşdırılarkən "Şəki-İpək” ASC tərəfindən verilmiş arayışdan müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1982-xx.xx.1995 və xx.xx.2006-xx.xx.2018-ci illərdə baş mexanika və energetika şöbəsinin avtomatika və nəzarət ölçü cihazları (NÖC) sexində çilingər peşəsində işləmişdir. 34. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 31 nömrəli arayışından müəyyən olunmuşdur ki, iddiaçı, müəssisənin baş mexanika və energetika şöbəsinin avtomatika və nəzarət ölçü cihazları sexində çalışdığı elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəş tli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında qeyd edilmiş, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət edən çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin siyahısına daxil edilmişdir. 35. "xxxx" ASC-nin tərkibində fəaliyyət göstərən avtomatika və nəzarət ölçü cihazları sexinin fəaliyyət sahəsi barədə arayışdan müəyyən olunmuşdur ki, sözügedən sex, müəssisənin qazanxana təsərrüfatına Baramaaçan, Burucu, Toxucu və boyaq-bəzək istehsalatlarının avtomatika və nəzarə t ölçü cihazlarının idarə olunmasını, təmirini yerinə yetirir və eyni zamanda istehsalatda aşağıda göstərilən işlərin yerinə yetirilməsini təmin edir: Sənaye müəssisəsində cihaz çilingərinin vəzifə öhdəlikləri: • texniki qulluq üzrə istehsalat planlarının icrası; • emalatxananın elektrik avadanlıqlarının təmiri və texniki xidməti; • istehsalat şöbəsinin avtomatlaşdırılmasının təmiri və texniki xidməti: • avadanlığın elektrik hissəsinin təmiri; • istilikölçmə, avtomatik və elektron avadanlıqların təmiri və sazlanması; • istilikölçmə, avtomatik və elektron avadanlıqların quraşdırılması, sınaqdan keçirilməsi və sazlanması; • bütün növ və sistemlərin elektrik ölçmə vasitələrinin yoxlanılması; • avtomatlaşdırma bölmələrinin yoxlanılması və qurulması; • kompleks elektron gücləndiricilərin, idarə etmə bloklarının yoxlanılması və sazlanması; elektron cihazların, inteqral və məntiq sxemlərinin parametrlərinin ölçülməsi üçün qurğuların yoxlanılması; • avadanlıq və avadanlıqların istismarında nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması; • qazanların və texnoloji avadanlıqların istilik nəzarəti və avtomatlaşdırılmasının sazlanması və quraşdırılması sxemlərini; • istilik avtomatlaşdırma cihazlarının sınaqdan keçirilməsi üçün sxemlərin yığılması; avtomatlaşdırma cihazlarının təmir işlərini; • sadə maqnitoelektrik, elektromaqnit cihazların tənzimlənməsi və sınaqdan keçirilməsi; • optik-mexanik və istilik ölçmə cihazlarının tənzimlənməsi və sınaqdan keçirilməsi; müxtəlif tipli orta mürəkkəblikli cihazlardan sxemlərin quraşdırılması və çıxarılması; ölçmə nəticələrinin emalı və zə ruri materialların qeydiyyatı.
36. Bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının güzəştli stajını əks etdirən “baş mexanika və energetika şöbəsinin avtomatika və nəzarət ölçü cihazları (NÖC) sexində çilingər” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda "Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlanan Xİ11 bölmədə 2140000a - a) fəhlələr - 2140000a-18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini t əmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur.
37. Beləliklə iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixinədək xüsusi iş stajı 12 il 6 aydan artıqdır və bu staj onun iş yeri tərəfindən verilmiş təfərrüatlı arayışla təsdiq olunur.
38. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlandığından apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.
40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 21(107)-311/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.