Məhkəmə qərarları › İş №2-1(102)-3570/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3570/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3570/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkünlərin mənzildən çıxarılması barədə qətnamənin icra olunmamasına görə vurulmuş zərərin əvəzinin icra şöbəsindən tələb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## #### 2003-cü il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin ## #### 2003-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı X5 və X1 qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, *** saylı evdən çıxarılmaları barədə iddiası təmin edilmiş, cavabdehlərin ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsinin Qaradağ Rayon İcra Hakimiyyətinə tapşırılması, Azərbaycan Respublikası Prezidentinin sərəncamına görə cavabdehlər mənzillə təmin edilənədək qətnamənin icrasına möhlət verilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2003-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. İddiaçı nümayəndəsi Solmaz Abdullayeva ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Apellyasiya Məhkəməsinin ## #### 2003-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2015-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## #### 2003-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilərək cavabdehlər X5 və X1 qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, *** saylı evdən çıxarılmaları, cavabdehlərin ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsinin Qaradağ Rayon İcra Hakimiyyətinə tapşırılması, həmin hissələrdə qətnamənin ayrı-ayrılıqda müstəqil qaydada icra edilməsi qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2016-cı il tarixli 1 MK-****/**** saylı qərardadından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 MK-****/**** saylı ## #### 2003-cü il tarixli qətnaməsinin icrası qaydası (cavabdehlərin başqa yaşayış sahəsi ilə təmin edilməsi) dəyişdirilmiş, cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilmişdir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 8(002)- 180/2025 qərardadı ilə tələbkar İddiaçı ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilmiş, Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli, 1 MK-****/**** saylı icra sənədi üzrə icra məmuru tərəfindən icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin ##.##.2003-cü il tarixli *MK-****/**** saylı qətnaməsinin icra edilməməsi nəticəsində iddiaçı İddiaçı vurulmuş maddi ziyanın əvəzi olaraq, 2014-cü ilin noyabr ayından (Avropa İnsan Hüquqları Məhkəməsinin ## ####### 2014-cü il tarixli qərarından) hazırkı günə kimi hesablanmış 117 000 (bir yüz on yeddi min) manat məbləğində əldən çıxmış faydanın və 117 000 (bir yüz on yeddi min) manat məbləğində dəymiş ziyan ödənildikdən sonra qətnamə icra olunmadıqda, qətnamənin icra olunacağı günə kimi hər ay 1000 manat olmaqla, əldən çıxmış faydanın hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, ev 166-də yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Buna baxmayaraq, 1993-cü ildən o, ailə üzvləri ilə birlikdə şəxsi mülkiyyətində olan mənzilində yaşamaq hüququndan məhrum olmuşdur. Belə ki, ona verilmiş mənzil Ağdam rayonundan məcburi köçkün düşmüş X5 və X1 və onların ailə üzvləri tərəfindən zəbt edilmişdir. Bu səbəbdən o, X5 və X1 ailə üzvləri ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, ev 166-də yerləşən mənzildən çıxarılması barədə iddia tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin ##.##.2003-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunsa da, Apellyasiya Məhkəməsinin ##.##.2003-cü il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, onun X5 və X2 qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, *** saylı evdən çıxarılmaları barədə iddia təmin edilmiş, cavabdehlərin ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsinin Qaradağ Rayon İcra Hakimiyyətinə tapşırılması, Prezidentin sərəncamına görə cavabdehlər mənzillə təmin edilənədək qətnamənin icrasına möhlət verilməsi qət edilmişdir. Ali Məhkəmənin ##.##.2003-cü il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin Apellyasiya Məhkəməsinin ##.##.2003-cü il tarixli Qətnaməsi icra edilmədiyindən o, İnsan Hüquqlarının və X12 X15 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və * saylı Protokolunun 1-ci maddəsi (mülkiyyətin müdafiəsi) ilə qorunan hüquqlarının pozulmasına dair ərizə ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 34-cü maddəsinə əsasən Azərbaycan dövlətinə qarşı verdiyi şikayətlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi ## ####### 2014-cü il tarixli qərar çıxarmışdır. Həmin işə baxılarkən, Hökumət ## ### 2014-cü il tarixli məktubla məhkəməyə məlumat vermişdir ki, ərizə ilə qaldırılan məsələnin həlli üçün birtərəfli bəyanatla çıxış edir, bəyannamədə qeyd edilmişdir: “Azərbaycan Respublikası Hökuməti bununla birtərəfli bəyannamə yolu ilə ərizəçinin Konvensiyanın 6cı maddəsi və Konvensiyaya aid olan * saylı Protokolun 1-ci maddəsi ilə təmin edilmiş hüquqlarının pozulması faktını etiraf etmək niyyətindədir. Hökumət ərizəçi İddiaçı 14244 avro məbləğində pul ödəməyə hazırdır ki, bunun da 7189 avrosu maddi ziyana görə, 4800 avrosu mənəvi zərərə görə, 2255 avrosu isə məhkəmə qarşında çəkilmiş məsrəflər üçün nəzərdə tutulmuşdur”. Azərbaycan Respublikası sözügedən qərarı 3 ay müddətində icra etməli idi. Lakin qərar maddi və mənəvi ziyanın ödənilməsi hissəsində icra edilsə də, 9 ildən artıq müddətin keçməsinə baxmayaraq, o, indiyə qədər ona məxsus mənzilə köçürülməmişdir. Hətta, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini R.Yusifov ##.##.2006-cı il tarixli */**** saylı məktubla Qaradağ rayon İcra Şöbəsinə müraciət edərək, həmin köçkün ailələrinə “Ümid” qəsəbəsində ** saylı kotec tipli ev ayrıldığını bildirsə də, onlar qeyd olunan mənzili boşaltmaqdan qətiyyətlə imtina etdiklərini bildirmişlər. Göründüyü kimi, Azərbaycan Respublikasının müvafiq qurumlarına edilən çoxsaylı müraciətlər nəticəsiz qalmış, 2023-cü ildə də Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını görməzlikdən gəlmişdir. Beləliklə də, AİHM qərarının mövcudluğuna baxmayaraq, onun “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi ilə qorunan hüququ bərpa edilmədən qalmışdır. Hazırda Qaradağ rayon İcra Şöbəsi Apellyasiya Məhkəməsinin ##.##.2003-cü il tarixli Qətnaməsinin icra edilməsi istiqamətində hər hansı bir addım atmaqdan boyun qaçırır. Hətta həmin dövrdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş X3 tikilib hazır olmuş, qaçqın və məcburi köçkünlərin köçürülməsinə başlanılmışdır. Lökbatan qəsəbəsində Qobu Parkda indiyə qədər 3 kompleks tikilib və qaçqınlar ora köçürülüb. Lakin mülkiyyət hüququ əsasında ona məxsus evi zəbt etmiş qaçqınların evdən çıxarılması ilə bağlı məhkəmə qərarı hələ də icra olunmamışdır.

9. Cavabdeh iddiaya dair yazılı etirazınını təqdim etməmişdir.

10. Bakı İnzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi nəticəsində iddiaçıya ziyan dəyməsi ağlabatandır. Lakin dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün ilk növbədə onun tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsi müəyyən olunmalıdır. Məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. İşdən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, *** saylı evdə Ağdam rayonun işğalından sonra 1993-cü ildən etibarən məcburi köçkün Elmira Əliyeva və Aidə Əliyeva məskunlaşmışlar. İddiaçı həmin şəxslərin mənzildən çıxarılması ilə bağlı Səbail Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmə qətnamələri ilə iddiaçının tələbi təmin edilsə də, həmin şəxslərin yaşayış sahəsi ilə təmin edilmək vəzifəsi Qaradağ Rayon İcra Hakimiyyətinə həvalə edilmiş, sonradan qətnamənin icrası qaydası dəyişdirilmiş, cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Belə olan halda, həmin qətnamənin icrası Elmira Əliyeva və X13 və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsindən asılı olmuş, lakin iş materialları ilə Komitənin məcburi köçkünləri mənzillə təmin etməsi müəyyən edilməmiş, nəticədə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icrasız qalmışdır. Cavabdeh məhkəmə qərarının icrasını təmin etmək üçün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmişdir, onun bu hərəkətlərinin (hərəkətsizliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilmir. Çünki məhkəmə qətnaməsinin icrası üçün tələb olunan şərt cavabdehin səlahiyyətində olmamış, onun qanunvericiliyə əsasən məcburi köçkünləri mənzillə təmin etmək kimi bir vəzifəsi müəyyən edilməmişdir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər A.Oruczadə – sədrlik edən, G.Abbasova və E.Əliyev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

17. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60, 71 və 127-ci maddələrinə, Mülki Məcəllənin 21, 152, 157 və 1115-ci maddələrinə, “İcra haqqında’’ Qanunun 3, 26 və 82-ci maddələrinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından məcburi köçkünlərin mənzildən çıxarılması barədə qətnamənin icra olunmamasına görə vurulmuş zərərin əvəzinin icra şöbəsindən tələb edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, İddiaçı X5 və X1 qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, *** saylı evdən çıxarılmaları barədə iddiası təmin edilmiş, cavabdehlərin ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamına görə cavabdehlər mənzillə təmin edilənədək qətnamənin icrasına möhlət verilmişdir.

29. İddiaçı tərəfindən kassasiya instansiyası məhkəməsinə təqdim edilmiş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ##.##.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Ağdam şəhərindən məcburi köçkün X4 həyat yoldaşı X5 və digər ailə üzvləri ilə birgə, baldızı X1 isə öz ailə üzvləri ilə birgə sözügedən ünvanda ayrıayrı yaşayış sahələrində (otaqlarda) müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində, həmçinin “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində doğma yurdlarında mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunmamışlar. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi başlanan zaman sözügedən ünvan üzrə ilkin sorğusu aparılan adları qeyd olunan ailənin də köçürülməsi nəzərə alınacaq. Köçürülmə zamanı məhkəmə qətnaməsinin icrası ilə bağlı, sözügedən yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçinin özünə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaq.

30. Göründüyü kimi, məcburi köçkünlərin iddiaçıya məxsus evdən çıxarılmamaları ilə bağlı iddiaçıya dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün ilk növbədə onun tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsi müəyyən olunmalıdır. Məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar