Məhkəmə qərarları › İş №2-1(102)-3578/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3578/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3578/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Həsənov İnqilab Müzəffər oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Həsənov İnqilab Müzəffər oğlunun cavabdeh Cavabdeh qarşı “adının “Müharibə veteranı” adı və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək həmin siyahının razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti * saylı Texnoloji Nəqliyyat Departamentinin ##.##.2020-ci il tarixli **** nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, Həsənov İnqilab Müzəffər oğlu (bundan sonra – iddiaçı) ##.##.2020-##.##.2020-ci illər 9 gün müddətində ezam olunmuşdur.

2. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumata əsasən Hərbi hissə: 041. Soyadı, adı atasının adı Həsənov İnqilab Müzəffər. Rütbəsi: mülki. Vəzifəsi: sürücü Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AZE********. (FİN): *******. Döyüş əməliyyatları aparılan zaman (01.10- ##.##.2020-ci il tarixlərdə) Xidmət keçdiyi hərbi hissə 041, rütbəsi: mülki, vəzifəsi: sürücü. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması: № ***, ##.##.N. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığını yerinə yetirilməsi:№ ***, ##.##.2020. Həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması: № ***, ##.##.2020. İştirak etdiyi ərazilər: Fizuli, Cəbrayıl, Xocavənd rayonları. Texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Xəsarət almamışdır. Ehtiyata və ya istefaya buraxılmayıb. Döyüşlərdə iştirakına görə təltif olunmayıb.

3. N nömrəli hərbi hissə komandirinin əmrindən *** saylı ##.##.2020-ci il tarixli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Dövlət Neft şirkəti Nəqliyyat İdarəsinin * saylı Texnoloji Nəqliyyat parlamentinin” aşağıda adlan qeyd olunan işçiləri hərbi hissəyə ezamiyyətdən getmiş hesab edilsinlər: Həsənov İnqilab Müzəffər oğlu.

4. N nömrəli hərbi hissənin komandiri tərəfindən təqdim edilmiş ** nömrəli, ##.##.2024-cü il tarixli arayışa əsasən Həsənov İnqilab Müzəffər oğlu həqiqətən Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarix aparılan döyüş əməliyyatlarında ##.##.2024-cü il tarixli Akt № **** d/o 2655 qeydiyyatında N nömrəli hərbi hissənin tərkibində ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə, Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. ##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə vətəndaş Həsənov İnqilab Müzəffər oğlu N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir.

5. N nömrəli hərbi hissənin komandiri tərəfindən təqdim edilmiş **** nömrəli, ##.##.2024-cü il tarixli “Vətəndaş Həsənov İnqilab Müzəffər oğlunun N nömrəli hərbi hissəsinin tərkibində Vətən müharibəsi uğrunda gedən döyüş əməliyyatlarında sürücü kimi iştirak etməsi barədə” Akta əsasən ... təsdiq edilmişdir ki, Həsənov İnqilab Müzəffər oğlu həqiqətən ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Füzuli, Xocavənd, Cəbrayıl rayonlarının azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, hərbi hissəyə ezamiyyətə gəlməsi ##.##.2020-ci tarixdə qeyd olunmasına baxmayaraq, gəlməsi barədə hərbi hissə üzrə əmrlər kitabına düşməmişdir. X1 İnqilab Müzəffər oğlunun Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti * saylı Texnoloji Nəqliyyat Departamentinin tərəfindən **** nömrəli ezamiyyət vərəqəsindən N nömrəli hərbi hissəyə ##.##.2020-ci il tarixdə gəlməsi və ##.##.2020-ci il tarixdə hərbi hissədən getməsi hərbi hissənin möhürü ilə təsdiq olunmuşdur. Hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

6. Həsənov İnqilab Müzəffər oğlu (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona müharibə veteranı adının verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin * saylı Texnologiya Nəqliyyat Departamentində sürücü kimi işləyərkən 44 günlük Vətən Müharibəsi dövründə şirkətə məxsus avtomaşınla ##.##.2020-ci il tarixdə **** №-li ezamiyyət vəsiqəsi ilə cavabdehin N №-li hərbi hissəsinə ezam olunmuşdur. O, N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazilərində ##.##.2020ci il tarixdən ##.##.2020-ci il tarixədək maddi-texniki lat tapşırıqlarını icra edərək döyüş gedən ərazilərə sürücü kimi silah-sursat daşımışdır. N №-li hərbi hissə komandiri tərəfindən mənə müharibə veteranı adının verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi üçün N №-li hərbi hissə komandiri tərəfindən cavabdehin müvafiq komissiyasına Arayış - Məlumat tərtib edilərək bütün lazımi sənədlərlə birlikdə təqdim edilmişdir. Lakin ona komissiya tərəfindən ##.##.2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina məktubunda göstərilir ki, barənizdə təqdim olunmuş sənədlərdə N nömrəli hərbi hissənin siyahısına daxil olmağınız nizami hissə üzrə əmrlərlə təsdiq olunmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Belə ki, onun 44 günlük Vətən Müharibəsində N №-li hərbi hissəyə ezam olunması, N №-li hərbi hissədən isə döyüş zonasında yerləşən hərbi hissələrə silah-sursat daşıması, N №-li hərbi hissə tərəfindən barəsində tərtib olunmuş Arayış-Məlumatda, ** №-li, ##.##.2024-cü il tarixli arayışda, *** №-li ##.##.2020-ci il tarixli əmrində **** №-li, ##.##.2024-cü il tarixli aktda öz əksini tapmışdır.

8. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyinə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissədən təqdim olunmuş iddiaçının adına tərtib olunmuş arayış məlumatda onun Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilsə də N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində bu barədə məlumat aşkar olunmamışdır. Belə ki, şəxsin qeyd olunan rayonlarda döyüş əməliyyatlarında iştirak etməsi üçün onun həmin ərazidə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə və ya bölmələrə ezam olunmalıdır. Şəxsin bir hərbi hissədən digər hərbi hissəyə və ya bölməyə ezam olunması hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində öz əksini tapmalıdır. Odur ki, iddiaçının Füzuli, Cəbrayıl və Xocavənd rayonları ərazisində döyüş əməliyyatları aparan hərbi hissə və ya bölmələrə ezam olunması barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində hər hansı bir məlumat olmadığına görə müraciət təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Zülfiqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ##### tarixli, *** nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## #### 2017-ci il tarixli 2-1 (***)-****/**** nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(112)-4817/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – A.Almazova).

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə iddiaçının mülki şəxs kimi ezam olunduğu N nömrəli hərbi hissənin tərkibində ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə döyüş əməliyyatlarında iştirak etdiyi və iddiaçının həmin hərbi hissənin döyüş əməliyyatlarının aparıldığı ərazilərə (Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında) döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı ezam edilməsi (xüsusi döyüş əməliyyatlarında iştirak etmək) onun hərbi biletindəki məlumatlar, habelə N nömrəli hərbi hissənin nizami hissə üzrə əmri, hərbi hissənin arayışları, döyüş əməliyyatlarında iştirakla bağlı hərbi hissə tərəfindən tərtib edilmiş akt və ezamiyyət vəsiqələri ilə təsdiqləndiyindən cavabdehin imtinası əsaslı olmamışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(112)-4817/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Əliyev, hakimlər – G.Abbasova, A.Oruczadə).

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd edilmişdir ki, əsasnaməyə görə, müharibə veteranı adı həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə də verilməlidir. Bu zaman tələb olunan sənəd kimi ezam olunmuş şəxslərə münasibətdə ezamiyyət vəsiqələri çıxış edir. Hazırkı işin hallarından da müəyyən olunur ki, N nömrəli hərbi hissə komandirinin əmrindən *** saylı ##.##.2020-ci il tarixli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Dövlət Neft şirkəti Nəqliyyat İdarəsinin * saylı Texnoloji Nəqliyyat parlamentinin” aşağıda adları qeyd olunan işçiləri hərbi hissəyə ezamiyyətdən getmiş hesab edilsinlər: ..Həsənov İnqilab Müzəffər oğlu. N nömrəli hərbi hissənin komandiri tərəfindən təqdim edilmiş ** nömrəli, ##.##.2024-cü il tarixli arayışa əsasən Həsənov İnqilab Müzəffər oğlu həqiqətən Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarix aparılan döyüş əməliyyatlarında ##.##.2024-cü il tarixli Akt № **** d/o 2655 qeydiyyatında N nömrəli hərbi hissənin tərkibində ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə, Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. ##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə vətəndaş Həsənov İnqilab Müzəffər oğlu N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir.

14. Bundan əlavə, sorğu nəticəsində əldə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin verdiyi hərbi uçot kartasına əsasən iddiaçının N nömrəli hərbi hissədə ##.##.2020-##.##.2020-ci il tarixlərində vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüş əməliyyatları zamanı hərbi hissədə sürücü kimi iştirak etməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yetirilməsi məqsədi ilə Füzuli, Xocavənd, Cəbrayıl rayonlarına ezam edilmişdir. Bu baxımdan, iddiaçının ezam olunduğu hərbi hissədə icra etməli olduğu vəzifə bilavasitə döyüş əməliyyatları aparan hərbi hissənin və ya orqanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, həmin hərbi hissə və ya orqana verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin, silah və hərbi texnikanın) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərə (kəşfiyyat, mühəndis təminatı, radioelektron mübarizə, taktiki maskalanma və s.) aid olmuşdur.

15. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq bildirir ki, iş materiallarında iddiaçının həmin dövrdə qeyd edilən ərazilərdə olmasına və maddi-texniki təminatla məşğul olduğuna dair kifayət qədər sübutlar mövcuddur.

16. Hazırkı mübahisə üzrə iddiaçının ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüş əməliyyatları zamanı həmin bölgəyə mülki sürücü kimi müvafiq tapşırıqların yerinə yetirilməsi məqsədilə ezam olunması iş materiallarında olan N nömrəli hərbi hissənin nizami hissə üzrə əmri, hərbi hissənin arayışları, döyüş əməliyyatlarında iştirakla bağlı hərbi hissə tərəfindən tərtib edilmiş akt, ezamiyyət vəsiqələri və hərbi biletdə aparılan qeydlərlə öz təsdiqini tapır.

17. Hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının - 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxs olması, eləcə də bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapması şərti iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslanaraq qeyd edilmişdir ki, birinci və ikinci instansiya məhkəmələri sözügedən qərarlarında N nömrəli hərbi hissədən təqdim olunmuş təqdim olunmuş iddiaçının adına tərtib olunmuş arayış-məlumatda onun Füzuli, Xocavənd, Cəbrayıl rayonlarına ezam olunaraq sürücü kimi maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etdiyini qeyd etməklə iddianı təmin etmişdir.

20. Nəzərə alınmalıdır ki, iddiaçının adına tərtib edilmiş arayış məlumatda iddiaçının Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilsə də, həmin məlumatların Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə əsasən hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində öz əksini tapmadığı üçün həmin məlumatlar mötəbər sübut kimi qəbul edilə bilməz.

21. Belə ki, N nömrəli hərbi hissədən təqdim olunmuş iddiaçının adına tərtib olunmuş arayış məlumatda onun Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilsə də, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində bu barədə məlumat aşkar olunmamışdır. Belə ki, şəxsin qeyd olunan rayonlarda döyüş əməliyyatlarında iştirak etməsi üçün həmin ərazidə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə və ya bölmələrə ezam olunmalıdır. Şəxsin bir hərbi hissədən digər hərbi hissəyə və ya bölməyə ezam olunması hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində öz əksini tapmalıdır.

22. Odur ki iddiaçının Füzuli, Cəbrayıl və Xocavənd rayonları ərazisində döyüş əməliyyatları aparan hərbi hissə və ya bölmələrə ezam olunması barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində hər hansı bir məlumat olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçı Həsənov İnqilab Müzəffər oğluna "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir.

23. İş materiallarında olan sənədlərdən görünür ki, * saylı Texnologiya Nəqliyyat Departamentindən Müdafiə Nazirliyinin N hərbi hissəsinə ezam olunmuş, lakin onun döyüş əməliyyatlarında iştirak etmək üçün döyüş əməliyyatları aparılan ərazilərdə yerləşən hərbi hissə və ya bölmələrə ezam olunması barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində hər hansı bir məlumat aşkar olunmamışdır.

24. Bakı şəhərində yerləşən hərbi hissə və bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə "müharibə veteranı” adı və vəsiqəsi verilir: 1) 2020-ci il ########ın ##-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə.

25. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa, digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. Göründüyü kimi, Bakı şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır. Həmçinin kassasiya şikayətində qeyd edilən xüsusatlara əlavə olaraq bildirilir ki, analoji işlə bağlı tərəfimizdən Azərbaycan Respublikası kassasiya instansiya məhkəməsinin formalaşmış məhkəmə təcrübəsi müəyyən olunmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qərarın dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Etiraz iddia ərizəsinə uyğun əsaslanmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə, döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Hazırda iddiaçının hüquqi marağı müharibə veteranı adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.

35. Nəzərə alınmalıdır ki, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün həmin şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən oktyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, başqa sözlə döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı və bu fakt həmin şəxsə məxsus hərbi bilet (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır.

36. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüş əməliyyatları zamanı həmin bölgəyə mülki sürücü kimi müvafiq tapşırıqların yerinə yetirilməsi məqsədilə ezam olunması iş materiallarında olan N nömrəli hərbi hissənin nizami hissə üzrə əmri, hərbi hissənin arayışları, döyüş əməliyyatlarında iştirakla bağlı hərbi hissə tərəfindən tərtib edilmiş akt, ezamiyyət vəsiqələri və hərbi biletdə aparılan qeydlərlə öz təsdiqini tapmışdır.

37. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında MN-in ##.##.2021-ci il tarixli, ** nömrəli əmrinin təfsilatından görünür ki, N nömrəli hərbi hissə ##.##.2020-##.##.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin tərkibində olmuşdur (cild 1, i/v – 58)

38. Bundan savayı, məhkəmə kollegiyası hazırkı iş üzrə analoji iş olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarını xüsusi ilə vurğulamağı zəruri hesab edir. Həmin qərardan görünür ki, hazırkı iş üzrə iddiaçı ilə eyni departamentdə, eyni vəzifədə işləyən digər iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məhz eyni tarixli əmri ilə N nömrəli hərbi hissəyə ezam edilmişdir. Həmin məhkəmə işi üzrə iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbi təmin edilmişdir.

39. Göründüyü kimi, iddiaçı Nazirlər Kabinetinin *** saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəmişdir.

40. Bununla belə, kollegiya hesab edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adın müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində məhkəmə qərarı dəyişdirilməli, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh həvalə edilməlidir. Buna dair mövqeyini kollegiya aşağıdakılarla izah edir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi, ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. İddiaçının halına münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmişdir. 42.Bununla yanaşı, Əsasnamənin Qeyd hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

43. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.

44. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarını və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.

45. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsinə münasibətdə dəyişdirilməli, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdehin üzərinə qoyulmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı “Həsənov İnqilab Müzəffər oğlunun “Müharibə veteranı” adı və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək həmin siyahının razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Cavabdeh həvalə edilməsi” hissəsində dəyişdirilsin. İddiaçı Həsənov İnqilab Müzəffər oğluna “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar