Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3579/2025 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi (bağ sahəsi) üzərində hüququn ölmüş şəxsə məxsus olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs2 Bağçılıq yoldaşlıq cəmiyyəti) qarşı “ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan A-* saylı torpaq sahəsinin X1na məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Bağçılıq yoldaşlıqların layihələndirilməsi üçün torpaq sahələrinin ayrılması barədə” Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin ## ####### 1985-ci il tarixli **/*** nömrəli qərarına əsasən “Xəzərdənizgəmitəmir” Gəmi Təmiri İstehsalat Birliyinə 200 üzvdən ibarət bağçılıq yoldaşlığı üçün torpağın ayrılması qərara alınmışdır.
2. “Gəmitəmirçisi” Bağçılıq yoldaşlığının idarə heyətinin ## #### 1995-ci il tarixli * saylı protokolundan çıxarışa əsasən verdiyi ərizə əsasında X4 bağçılıq yoldaşlığı üzvlüyündən çıxarılması, bağ sahəsinin üzərində olan bütün hüquqlarının etibarsız hesab edilməsi və X3 bağçılıq yoldaşlığına üzv qəbul edilməsi və istifadəsinə A-5 (0.06 ha) saylı bağ sahəsinin ayrılması qərara alınmışdır.
3. ## #### 1995-ci il tarixli “Bağçının üzvlük kitabçası”ndan görünür ki, X3 “Gəmitəmirçisi” kollektiv bağçılığının üzvü olmaqla, Orconikidzə rayonu, Hövsan qəsəbəsində A* nömrəli, 0,06 ha ibarət bağ sahəsinin istifadəçisidir.
4. “Gəmitəmirçisi” Bağçılıq yoldaşlığın sol tərəf bağ sahələrinin situasiya planı “Gəmitəmirçisi” Bağçılıq yoldaşlıq tərəfindən təsdiq edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, “Gəmitəmirçisi” BYC-nin sahəsində yerləşən A* saylı bağ sahəsi İddiaçı 1995-ci il tarixindən istifadəsindədir.
5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 Bakı şəhər XDS İK-nin ##.##.1985-ci il tarixli, **/*** saylı və “Gəmitəmirçisi” b/y-nın ##.##.1986-cı il tarixli ** saylı və ##.##.1995-ci il tarixli ** saylı protokolları əsasında ayrılmış A-* saylı bağ evi tikintisi üçün 600 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
6. Bakı şəhəri * saylı notariat kontorunun ## ###### 2019-cu il tarixli, X-*** nömrəli məktubunda qeyd edilmişdir ki, X2 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında ##.##.2017-ci ildə vərəsəlik işi açılıb, vərəsəlik dairəsi müəyyən olunmuşdur və İddiaçı miras qoyanın vərəsəsidir.
7. ##.##.2020-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, bağ sahəsi hasar daxilindədir, sahədə iki mərtəbəli ev, həyət tikililəri mövcuddur.
8. İddiaçı X1ndan miras qalmış ünvan 1 ünvanında yerləşən A-* saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.
9. Cavabdehin ##.##.2020-ci il tarixli ************ nömrəli imtina məktubunda qeyd edilmişdir ki, * saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin 100.0 kv.m hissəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan A-* saylı torpaq sahəsinin X1na məxsus olması barədə arayışın iddiaçının adına verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin ## ####### 1985-ci il tarixli, **/*** saylı qərarı ilə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Xəzər Dəniz Gəmitəmiri İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır. 1995-ci il ## #### tarixində “Gəmitəmirçisi” bağçılığın üzvü X4 təqdim etdiyi ərizəsi əsasında bağçılıqyoldaşlıq təsərrüfatı üzvlüyündən çıxmış və onun istifadəsində olan A-* saylı 0,06 ha sahəsinin üzərində olan hüquqları etibarsız sayılmışdır. X1 ## #### 1995-ci il tarixli ** saylı protokolu ilə bağçılıq-yoldaşlıq təsərrüfatına üzv seçilmiş və həmin A-* saylı 0,06 ha bağ sahəsi onun istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ##.##.2014-cü il tarixli, A ****** nömrəli torpaq sahəsinin kadastrından göründüyü kimi Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 600 kv.m olan A-* saylı bağ sahəsi X1nun adına qanuniləşdirilmiş kadastr verilmişdir. ##.##.2017ci il tarixində X2 vəfatı ilə əlaqədar iddiaçı ##.##.2017-ci il tarixindən Bakı şəhəri, * saylı notariat kontorunun ## ###### 2019-cu il tarixli, X-*** nömrəli məlumat ilə miras qoyanın hüquqi varisi müəyyən edilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinə, yəni Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 600 kv.m A-* saylı bağ sahəsinə dövlət reyestrindən çıxarış almaq üçün ##.##.2019-cu il tarixdə cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı ## ### 2024-cü ildə cavabdehə təkrar müraciət etmiş, lakin cavab məktubuna əsasən iddiaçının müraciətinin icrasından yenidən imtina edilmişdir.
12. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, * saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X1nun adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən, göstərilən bağ sahəsinin 100.0 kv.m hissəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. “Torpaq islahatı haqqında” Qanunun 6.2-ci maddəsinə və Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır.
13. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaya dair yazılı etirazında bildirmişdir ki, SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin normalarına əsasən vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə dövlətə əsaslı şəkildə maddi ziyan dəyir.
14. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan A-* saylı bağ sahəsinin X1na məxsus olması barədə arayışın İddiaçı adına verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri * saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının vərəsəsi olduğu X3 “Gəmitəmirçisi” bağçılıq yoldaşlığına üzv qəbul edilmiş, ona A* nömrəli bağ sahəsi verilmişdir, bu barədə bağçının üzvlük kitabçası və “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının idarə heyətinin ## #### 1995-ci il tarixli * saylı protokoldan çıxarış mövcuddur. Beləliklə, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla X3 və onun ailəsinin istifadəsində olmuşdur, həmin bağ sahəsinə dair mülkiyyət hüququ mərhuma məxsus olması barədə arayışın verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.
16. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
17. İnzibati işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 0,05 ha torpaq sahəsi üzərində hüquqların tanınmasını xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər M.Tağızadə – məruzəçi, K.Əkbərov və E.Əliyev) üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmiş, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan A-* saylı bağ sahəsinin X1na məxsus olması barədə arayışın İddiaçı adına verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri * saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq göstərmişdir ki, cavabdeh etirazında elektron kadastr məlumatlarına əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan A-* saylı bağ sahəsinin 100.0 kv.m hissəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdehin həmin dəlili ilə razılaşaraq iddia tələbinin həcmini azaltmışdır.
20. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
22. Kassator əlavə olaraq göstərmişdir ki, insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Göründüyü kimi, mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri də boru kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Vətəndaşın həmin mühafizə zolağında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir.
23. Kassasiya şikayətində Torpaq Məcəlləsinin 9-cu maddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə, İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 9.3, 88, 217.1, 217.3-cü maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ...
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
27. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından bağ torpaq sahəsinə hüququn ölmüş şəxsə məxsus olması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. “Gəmitəmirçisi” Bağçılıq yoldaşlığın sol tərəf bağ sahələrinin situasiya planı “Gəmitəmirçisi” Bağçılıq yoldaşlıq tərəfindən təsdiq edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, “Gəmitəmirçisi” BYC-nin sahəsində yerləşən A* saylı bağ sahəsi İddiaçı 1995-ci il tarixindən istifadəsindədir.
36. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 Bakı şəhər XDS İK-nin ##.##.1985-ci il tarixli, **/*** saylı və “Gəmitəmirçisi” b/y-nın ##.##.1986-cı il tarixli ** saylı və ##.##.1995-ci il tarixli ** saylı protokolları əsasında ayrılmış A-* saylı bağ evi tikintisi üçün 600 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
37. ##.##.2020-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, bağ sahəsi hasar daxilindədir, sahədə iki mərtəbəli ev, həyət tikililəri mövcuddur.
38. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2020-ci il tarixli ************ nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişində qeyd edilmişdir ki, * saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin 100.0 kv.m hissəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir.
39. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının vərəsəsi olduğu X3 “Gəmitəmirçisi” bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və ona ünvan 2 ünvanında A* nömrəli bağ sahəsi verilmişdir. Bu barədə bağçının üzvlük kitabçası və “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının idarə heyətinin ## #### 1995-ci il tarixli * saylı protokoldan çıxarış mövcuddur.
40. “Gəmitəmirçisi” Bağçılıq yoldaşlığının üzv olmasına dair üzvlük kitabçası və Cəmiyyətinin idarə heyətinin ümumi yığıncağının ## #### 1995-ci il tarixli 6 protokolundan çıxarışı X3 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan A-* saylı torpaq sahəsinə dair hüquqlarını təsdiq edir.
41. Odur ki, 0,06 ha bağ sahəsi qanuni əsaslarla X3 istifadəsində olmuşdur və həmin bağ sahəsinə dair hüququn mərhum N.Rzaxanova məxsus olması barədə arayışın verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur.
42. İddiaçı əvvəlcə “ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan A-* saylı torpaq sahəsinin X1na məxsus olması barədə arayışın verilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmiş, lakin işin apelyasiya icraatı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırkı iş üzrə 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması kimi dəyişdirilməsini xahiş etmişdir.
43. Eyni zamanda, cavabdeh etirazında elektron kadastr məlumatlarına əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan A-* saylı bağ sahəsinin 100.0 kv.m hissəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşdiyini bildirmişdir.
44. Yəni əslində iddiaçı apellyasiya icraatı zamanı cavabdehin etirazı ilə razılaşmış və iddia tələbini 100 kv.m hissədə azaldaraq 0,05 ha hissədə təmin edilməsini xahiş etmişdir.
45. Üçüncü şəxs şikayətində iddia olunan torpaq sahəsinin onların istifadəsinə verilmiş torpaq sahəsinin mühafizə zolağına düşdüyünü bildirsə də, bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh də imtina və etirazında 0,05 ha torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin mühafizə zolağına düşməsinə dair dəlil irəli sürməmişdir.
46. İddianın təmin olunması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 22.2-ci maddələrinin tələbləri mövcud olduğundan və hüququn qeydə alınmasının dayandırılması və imtinası üçün həmin Qanunun 14 və 15-ci maddələrində olan əsaslardan hər hansı biri mövcud olmadığından apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
47. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı:
Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.