Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-358/2020 04.02.2020 ALİ MƏHKƏMƏ İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti) iş üzrə (Açar söz:iddianın mümkün sayılmaması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti) qarşı “kompensasiyanın ödənilməsi və ya digər mənzillə təmin edilmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.06.2019-cu il tarixli 2-1(103)-1073/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şik ayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.02.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti) məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən sökülmüş Bakı şəhəri Ünvan olan xüsusi mülkiyyətində olmuş 29 nömrəli fərdi yaşayış evinin əvəzinə bazar qiymətlərinə uyğun kompensasiya ödənilməsi və ya onunla eyni keyfiyyətdə, eyni ölçüdə və uyğun ərazidə digər mənzillə təmin edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ünvan küçəsində yerləşmiş, ümumi sahəsi 38.0 kv.m olan 29 saylı fərdi ev iddiaçının şəxsi mülkiyyətində olmuşdur. Belə ki, 27 sentyabr 1994-cü il tarixdə həmin ev Bakı şəhər İcr a Hakimiyyəti Başçısı Aparatının Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən şəxsi mülkiyyəti kimi qeydiyyata alınmış, bu barədə, *** nömrəli reyestr kitabında ****** saylı qeydiyyat aparılaraq ona qeydiyyat vəsiqəsi və şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportu verilmişdir. 1996-cı ildə Bakı şəhər İcra Hakimiyyəti ilə Türkiyənin "X" tikinti şirkəti arasında bağlanmış müqaviləyə əsasən iddiaçının yaşadığı ərazidə yerləşən fərdi evlər, o cümlədən ona məxsus ev də sökülərək yerində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisi həyata keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri və Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 8 saylı Mənzil İstismar Sahəsinin məsul şəxsləri tərəfindən sak inlərlə danışıq aparılaraq sökülən fərdi evlərin əvəzində qarşılıqlı razılaşma əsasında pul kompensasiyası və ya mənzil verildiyi halda, iddiaçının şəxsi mülkiyyətində olan və cavabdeh tərəfindən sökülmüş fərdi evə görə ona bu günədək heç bir pul kompensasiyası ödənilməyib və ya mənzil verilməyib. Bununla əlaqədar iddiaçı dəfələrlə müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş 29.12.2017-ci il tarixli 08/05-85- ****saylı məktubda bildirilir ki, sözügedən fərdi evin "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən söküntüsü barədə Maliyyə Nazirliyində hər hansı bir təsdiqedici sənəd və məlumat olmadığından Bakı şəhər Səbail RİH-nə müraciət etməyinizi tövsiyyə edilir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1345/2018 nömrəli iş üzrə 26.04.2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1608/2018 nömrəli iş üzrə 05.09.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)290/2019 nömrəli iş üzrə 06.02.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05.09.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.06.2019-cu il tarixli 2-1(103)-1073/2019 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1345/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı cavabdeh tərəfindən sökülmüş Bakı şəhəri Ünvan olan xüsusi mülkiyyətində olmuş 29 nömrəli fərdi yaşayış evinin əvəzinə bazar qiymətlərinə uyğun kompensasiya ödənilməsi və ya onunla eyni keyfiyyətdə, eyni ölçüdə və uyğun ərazidə digər mənzillə təmin edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sa yılmamışdır. Məhkəmə hesab etmişdir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddiaçı ona məxsus 31 nömrəli evə görə tikinti şirkəti “X” şirkətindən kompensasiya alsa da, 29 nömrəli mənzilə görə bu pul həmin şirkət tərəfindən ona ödənilmədiyi əsası ilə, lakin cavabdehdən kompensasiya tələb edir. Bu da o deməkdir ki, cavabdeh hazırkı işdə dövlət orqanı olaraq publik hakimiyyətin daşıyıcısı (agenti) qismində çıxış etsə də, mövcud tələbə cavab verməli subyekt deyil. Yəni, iddiaçı ilə cavabdeh arasında sonuncunun ümumi hüququn tənzimləmə predmetinə aid olan hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn inzibati xarakterli mübahisə mövcud deyil. Başqa ifadə ilə, iş üzrə tərəflər arasında mübahisə inzibati (ümumi) hüquq münasibətlərindən deyil, iddiaçı ilə mülki döv riyyənin iştirakçısı olan “X” şirkəti arasında mülki (xüsusi) hüquq münasibətlərindən (əşya hüquq münasibətlərdən) yaranmışdır. İddianın tələbə cavab verməli olan cavabdehə qarşı düzgün qaldırıldığı fərz olunsa, o halda da iddia digər mümkünlük şərtlərini (şikayət verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddətlə bağlı) ödənilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.06.2019-cu il tarixli 2-1(103)-1073/2019 saylı qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə mülkiyyətlə bağlı işlərə iddia müddəti tətbiq olunmur. Bundan əlavə, binanın söküntüsü yerli icra hakimiyyətinin göstərişi ilə həyata keçirildiyindən X-nin cavabdeh olmalı olmasına dair apellyasiya instansiya məhkəməsinin dəlilləri əsassızdır. Kassator İPM-nin 90-cı maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.06.2019-cu il tarixli 2-1(103)-1073/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 20.06.2019-cu il tarixli 2-1(103)-1073/2019 saylı qərardadı ilə gəldiyi yux arıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən Bakı şəhəri Ünvan olan xüsusi mülkiyyətində olmuş 29 nömrəli fərdi yaşayış evinin əvəzinə bazar qiymətlərinə uyğun kompensasiya ödənilməsi və ya onunla eyni keyfiyyətdə, eyni ölçüdə və uyğun ərazidə digər mənzillə təmin edilməsini tələb edir. Lakin işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından görünür ki, Ünvan fərdi yaşayış evinın Səbail rayon İcra Hakimiyyətinin sərəncamına əsasən Türkiyənin "X" tikinti şirkəti tərəfindən 1996-cı il tarixdə sökülmüşdür. Göründüyü kimi, iddiaçının mülkiyyətində olmuş əmlakın sökülməsi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə sökülmədiyindən hazırkı iddia tələbi ona qarşı yönələ bilməz. Bundan ə lavə, iddiaçının kompensasiya ilə bağlı cavabdehə müraciəti də iş materiallarından müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən “...inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır... Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəs inə uyğun yoxlamalıdırlar... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklə rin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iş üzrə iddianın mümkünlük şərtləri yerinə yetirilmədiyindən, başqa sözlə, iddiaçının xüsusi mülkiyyətində olan əmlakın cavabdehin sərəncamı ilə sökülməsi müəyyən edilmədiyindən və iddiaçının müvafiq kompensasiya tələbi ilə bağlı cavabdehə müraciəti olmadığından, iddianın mümkün sayılmamasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi düzgündür. Bununla yanaşı qeyd olunmalıdır ki, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarının əsaslandırması ilə (iddiaçı ilə cavabdeh arasında sonuncunun ümumi hüququn tənzimləmə predmetinə aid olan hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn inzibati xarakterli mübahisənin mövcud olmaması, başqa ifadə ilə, iş üzrə tərəflər arasında mübahisə inzibati (ümumi) hüquq münasibətlərindən deyil, iddiaçı ilə mülki dövriyyənin iştirakçısı olan “X” şirkəti arasında mülki (xüsusi) hüquq münasibətlərindən (əşya hüquq münasibətlərdən) yaranması, iddianın tələbə cavab verməli olan cavabdehə qarşı düzgün qaldırıldığı fərz olunsa, o halda da şikayət verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddətlə bağlı mümkünlük şərtlərinin ödənilməməsi) razılaşmasa da, iddia tələbiyuxarıda sadalanan digər mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın mümkün sayılmamasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi düzgündür. İPM-nin 96.7-ci maddəsinə əsasən mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması ha llarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.06.2019-cu il tarixli 2-1(103)-1073/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-358/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-358/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver