Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-358/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Cavabdehnə qarşı “xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3148/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xx.xx.2015-ci ildə 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsində xx.xx.1985-ci il təvəllüdlü X2 ilə nikaha daxil olmuşdur. Həmin nikahın pozulması Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı ildə Q.Mirzəliyevin ərizəsi ilə Sabunçu rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. AZ-İ seriyalı 243585 saylı xx.xx.2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X2 və İddiaçı arasında olan nikah ləğv edilmişdir.
2. İddiaçı xx.xx.2019-cu il tarixdə işsiz ki mi qeydiyyata alınmışdır.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək COVİD-19 pandemiyası ilə əlaqədar 190 manat birdəfəlik ödəmənin təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh SMS məlumatla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, onun ərinin adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 127 saylı Qərarına əsasən ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 18 iyun 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ödənilən birdəfəlik ödəmə qismində 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr aylarının hər biri üçün 190 manat məbləğində birdəfəlik ödəmənin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu ildən o, işsiz kimi qeydiyyatdadır. Buna baxmayaraq, o, yenidən xx.xx.2020-ci ildə işsiz kimi qeydiyyata düşmüşdür. xx.xx.2020-ci il tarixdə, saat 23:55-də e-sosial.az portalından ona gələn SMS məlumatına görə Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 127 saylı qərarını əsas gətirməklə onun həyat yoldaşının aktiv əmək müqaviləsi olduğundan birdəfəlik ödəmə kimi 190 manatın verilməsindən imtina olunmuşdur. xx.xx.2016-cı ildən onun nikahın pozulması haqqında şəhadətnaməsi mövcuddur, həmin vaxtdan şəxsiyy ət vəsiqəsində də subay olduğu qeyd olunmuşdur. Hazırda o, subaydır və həyat yoldaşı yoxdur. Bu barədə iddiaçının cavabdehə xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində müraciət etməsinə baxmayaraq, bu günə kimi cavab alınmamışdır
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»na uyğun olaraq X5 orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Cavabdeh Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Yuxarıda qeyd edilən qərarın 2.3.9-cu yarımbəndinə əsasən, əri və ya arvadı sahibkar olanlara, yəni aktiv VÖEN-i olan və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara müvafiq birdəfəlik ödənişin verilməsindən imtina edilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 saylı Qərarına əsasən nazirliklərin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zamanı onun X2 ilə evli olduğu və araşdırma aparılan zaman X1 adına aktiv əmək müqaviləsi bildirişi olduğu müəyyən edilərək imtina olunmuşdur. Analoji məsələyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1632/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarının 29-cu paraqrafına əsasən nikahın pozulması barədə qeydin müva fiq qeydiyyat orqanı tərəfindən sistemdə vaxtında aparılmaması hazırki halda cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərinə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz. Beləliklə, iddiaçı barədə nazirliklərin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zaman onun evli olduğuna və ərinin adına aktiv əmək müqaviləsi olduğuna görə iddiaçıya birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2020-ci il tarixli, 2-1(112)-5168/2020 nömrəli qərarı ilə (hakim: X10) iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçı barəsində qəbul olunmuş inzibati aktın ləğv edilməsi və iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktda faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. İddiaçının hazırki ailə vəziyyətinin subay olduğu halda, onun barəsində qəbul edilmiş qərarda, həyat yoldaşının aktiv əmək müqaviləsinə malik olması, artıq cavabdeh tərəfindən qəbul edilmiş qərarın tam araşdırılmaması deməkdir. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəz ərə almaqla, iddiaçı barəsində qəbul edilmiş inzibati akt ləğv olunaraq, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2021-ci il tarixli, 2-1(103)-826/2021 nömrəli qərardadı ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X3 və X4) Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Nazirl ər Kabinetinin xx.xx.2020-ci il tarixli, 127 saylı qərarına əsasən karantin müddəti ərzində hər ay üçün 190 manat birdəfəlik ödəmənin iddiaçıya verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması” tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində “İddiaçı iddiasının qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçı barəsində qəbul olunmuş inzibati aktın ləğv edilməsi və İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi” qeyd olun muşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati məhkəmə icraatında iddiaçının tələbinin konkret nədən ibarət olduğunun göstərilməsi imperativ olaraq tələb olunur. Bu işin hallarının araşdırılması prinsipinin tətbiqində mühüm rol oynayır. Eyni zamanda məhkəmə işin hallarının araşdırılması zamanı yalnız mübahisə predmeti barəsində qərarın qəbulu üçün zəruri olan hallarla kifayətlənməlidir. Məhkəmə lüzumsuz və işə aidiyyəti olmayan halları araşdıra bilməz. Bu tələb məhkəmə baxışının hədlərini müəyyən edən İPM-in 52-ci maddəsindən irəli gəlir. c. birinci instansiyası məhkəməsində ikinci icraat
13. Bakı İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli, 2-1(112)-279/2022 nömrəli qərarı ilə (hakim: X7) iddia təmin edilmiş, Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ödənilən birdəfəlik ödəmə qismində 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr aylarının hər biri üçün 190 manat məbləğində birdəfəlik ödəmənin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X1 adına əmək müqaviləsi olduğuna görə iddiaçıya 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilsə də, X2 və iddiaçı arasında olan nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə qeyd edilmişdir. Lakin cavabdeh inzibati orqan elektron informasiya sistemlərindən istifadə etməklə kifayətlənmiş, mübahisələndirilən halın müəyyən edilməsi üçün tədbirlər görməmiş, işin faktiki hallarının müəyyən olunması üçün sübutlar toplamamış, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3148/2022 nömrəli qərarı ilə (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X12 və X8) Bakı İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəmə si birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin kassasiya şikayəti mahiyyətcə, imtina məktubu, etiraz ərizəsi, eləcə də apellyasiya şikayəti ilə eyni məzmundadır. Əlavə olaraq qeyd edilmişdir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetir ildiyi halda yolveriləndir. Apellyasiya məhkəməsi isə yuxarıda göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermişdir.
20. Bundan başqa, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. b. kassasiya şikayətinə etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası
1. Ümumi müddəalar 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) Koronavirus (COVİD-19) pande miyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Cavabdeh Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödəni lir. 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
2. Birdəfəlik ödəmənin verilməsi şərtləri 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aş ağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: [2] 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.
23. İnzibati Prosessual Məcəllə: a) Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilmə si tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkə məsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Hazırkı qərarın 21-ci bəndində göstərilən maddi hüquq normalarına görə apellyasiya məhkəməsi xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəm ə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Həmçinin cavabdeh kassasiya şikayətində qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda, bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual po zuntuya yol vermişdir.
32. Cavabdeh bu dəlilin əsası kimi, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarına istinadla qeyd etmişdir ki, “...məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin qərarın 1.3 və 1.4-cü bəndlərinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-a yrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”.
33. Məhkəmə kollegiyası cavabdehin dəlilini və bu dəlilin əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarına istinadını əsaslı hesab etmir. Belə ki, hazırkı iddianın mümkünlük şərtlərinə iddiaçı tərəfindən əməl olunmadığına dair hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamış, yaxud işdə belə bir əsasın mövcud olduğu müəyyən edilməmişdir.
34. Məhkəmə kollegiyası, həmçinin cavabdehin apellyasiya məhkəməsi tərəfindən mübahisənin mediasiya vasitəsilə həllini təmin etmədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olması ilə bağlı kassasiya şikayətindəki dəlilinə münasibətdə qeyd edir ki, “Mediasiya haqqında” Qanunun 3.1.4. maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiq dairəsinə aid edilsə də, həmin mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakın məcburi olması ilə bağlı hər hansı göstəriş yoxdur.
35. Digər tərəfdən, İPM-in 7.3-cü maddəsinə əsasən, məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə mü qavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır.
36. Baxılan işin materiallarından müəyyən edilir ki, həmin normanın tətbiqi üçün əsaslar olmamış, eləcə də tərəflərdən hər hansı biri mübahisənin mediasiya vasitəsilə həlli ilə bağlı təkliflə məhkəməyə müraciət etməmişdir. Odur ki, cavabdehin bu dəlili də əsassızdır.
37. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 22a bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiy a instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
38. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3148/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.