Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-358/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxqarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxqarşı “iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(103)2608/2023 nömrəli qərarın dan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının atası Nümayəndə1 1969-cu ildə Ağdam rayonunda andan olmuş və məcburi köçkündür.
2. İddiaçının atası Nümayəndə1 xx.xx.1986-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Ağdam rayonunun Əhmədavar kəndində yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2002ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi “D” yaşayış massivi, 12 saylı evin 57 saylı mənzilində qeydiyyatda olmuş, xx.xx.2005-ci il tarixdən hazıra kimi Ağdam rayonunun Əhmədavar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır.
3. İddiaçının bacısı X8 2001-ci ildə Ağdam rayonunda andan olmuş və məcburi köçkündür.
4. İddiaçı cavabdehə müraciət edərək ona mə cburi köçkün statusunun və vəsiqəsinin verilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli 01/3837 saylı imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinin tələblərinə əsasən “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində ic raat
6. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı ailəsinin yaşadığı ünvan 3inin ermənilərin hərbi təcavüzü nəticəsində işğal edilməsindən sonra Bakı şəhərində anadan olmaqla, 16 yaşı tamam olmuş və hazırda ailəsi ilə birlikdə onların himayəsində yaşayır. İddiaçının atası və anası- “məcburi köçkün” statusuna malikdir. İddiaçı cavabdeh xxxrəsmi qaydada müraciət etdərək, ona “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Lakin cavabdeh 20 iyul 2022-ci il tarixli, 01/3837 saylı məktubu i lə müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndin tələblərinə uyğun olaraq, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. Hesab edir ki, “məcburi köçkün” statusu və bu statusuna malik olan şəxslərin hüquqlarını tənzimləyən qanunvericilik normalarının (mübahisənin həllinə tətbiq edilməli olan normalar) təhlili baxımından cavabdehin imtinası əsassızdır. Ailəsi 1993-cü ildən məcburi köçk ün statusuna malikdir və 2005-ci il təvəllüdlü İddiaçı onların himayəsindədir. O, istinad olunan qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. İstinad edilmiş qaydaların əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Şərh olunanlar bir daha onu deməyə əsas verir ki, İddiaçı hələ 2005-ci ildə məcburi köçkün kimi qeydiyyata alınaraq müvafiq aylıq müavinət (yemək xərci) aldığından, artıq “məcburi köçkün” statusuna malik olmuşdur. Cavabdehin imtinasının əsası kimi yuxarıda adı çəkilən Qaydaların 4.2.6-cı bəndinə istinad etməsi ilə bağlı bildirir ki, həmin Qaydalar İddiaçı anadan olduğu vaxtdan sonra qəbul olunmuş və istinad edilən norma iddiaçının vəziyyətini ağırlaşdırdığından geriyə şamil olunmasına yol verilmir və mübahisənin həllinə tətbiq edilə bilməz. Cavabdeh həmin imtinası ilə iddiaçının "məcburi köçkün" kimi malik olduğu hüquqlarını pozmuşdur.
8. Cavabdeh iddiaya qarşı imtina məktubuna uyğun etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Komitədə yaradılmış məcburi köçkünlər haqqında elektron məlumat ba zasına əsasən, X2 anası X1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsi aşkarlanmamışdır, iddiaçının atası Nümayəndə1 xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək isə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Həmçinin onun mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən əldə etdiyi sözügedən mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qaydada qeydə alınmışdır. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 2022-ci il 10 fevral tarixli məktubuna əsasən Nümayəndə1 xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşı nmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********32 nömrəli məktubuna əsasən, həmin mənzil xx.xx.2001- ci il tarixində Nümayəndə1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Qeyd olunanlara əsasən, iddiaçı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı doğumundan öncə atası Nümayəndə1 mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrı yaşayış sahəsi əldə edərək ora qeydiyyata düşdüyündən, ona Qaydaların 4.2.6-cı bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə əsasən, “məcburi köçkü n” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilmir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2518/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli (hakim M.Hacıbəyova) qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının atası Ağdam rayonundan məcburi köçkün düşmüş və ona 2005-ci ildə məcburi köçkün statusu verilmişdir, eyni zamanda bacısı 2018-ci ildə məcburi köçkün statusuna malik olmuşdur. Qaydalara “hər iki valideynin qeydiyyatının daimi yaşa yış yeri üzrə işğal olunmuş rayon(şəhər) olması ilə bağlı edilmiş dəyişiklik xx.xx.2013-cü il tarixdən qanuni qüvvəyə minmişdir. Bu dəyişikliyə qədər Qaydalarda belə bir tələb nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə əsasən Qaydaların 4.1.6-ci bəndinin müddəaları hüquqi vəziyyəti ağırlaşdıran norma kimi dəyişikliyə qədər məcburi köçkün statusu əldə etmiş valideynlərin uşaqlarına münasibətdə tətbiq edilməməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21(102)-1887/2021, 2-1(102)-942/2022 saylı qərarlarından görünür ki, valideynlərindən yalnız birinin məcburi köçkün statusu olduğu və işğal olunmuş rayonda qeydiyyatı olduğu halda uşaqlara məcburi köçkün statusunun verilməsi barədə iddia lar əsaslı hesab edilmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və yeni qərar qəbul edilməklə, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2608/2023 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova– sədrlik edən və məruzəçi, R.Səmədov və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 7 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının atası “məcburi köçkün” vəsiqəsini xx.xx.2005-ci ildə almış (iddiaçı doğulana qədər), bundan başqa həmin vəsiqə də göstərildiyi kimi, həmin şəxs işğal altında olmuş Ağdam rayonunu 1993-cü ildə tərk etmişdir. Hazırki vəziyyətdə iddiaçının “məcburi köçkün” statusunun və vəsiqəsinin verildiyini istədiyi dövrdə atası və digər ailə üzvlərinin də “məcburi köçkün” statusu vardır. Bundan əlavə, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” sonradan, yəni 23 may 2013-cü il tarixdə qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməz.
14. Mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün apellyasiya məhkəməsi, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1,9,10,12-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətini imtina məktubuna və iddiaya qarşı etiraza uyğun olaraq tərtib etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının bacısı X4 2018-ci il tarixdə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, X8 xx.xx.2001-ci il təvəllüdlüdür. İddiaçının atası Nümayəndə1 ünvan 2 ünvanında xx.xx.2002-ci il tarixində, yəni X3 doğumundan sonra yaşayış yeri üzrə qeydiyyata alındığından, X5 Qaydaların 4.2.6-cı bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilməsinə əsas mövcud olmamışdır.
17. Kassator “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiasının 149-cu maddəsinin Vİİ hissəsi: … fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ h üquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 20. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə
1. Bu Qanunda istifadə edilən əsas anlayışlar... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə
9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icr a hakimiyyəti orqanları qəbul edirlər. Maddə
10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə
12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcbur i köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. 21. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanı: Bənd
2. Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Pr ezidenti həyata keçirir; Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi həyata keçirir.
22. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”: Bənd 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və şəxsin bu statusdan məhrum edilməsi Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə ai ddir.
23. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətini n dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Hazırkı mübahisənin predmetini iddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi təşkil edir. 31. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Komitəyə (cavabdehə) həvalə edilmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının atası “məcburi köçkün” vəsiqəsini xx.xx.2005-ci ildə almış (iddiaçı doğulana qədər), və həmin vəsiqədə göstərilmişdir ki, həmin şəxs işğal altında olmuş Ağdam rayonunu 1993-cü ildə tərk etmişdir. Bundan başqa iddiaçının hər iki valideyni ünvan 3i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Eləcə də iddiaçının bacısı X3 da xx.xx.2018-ci il tarixdə həmin vəsiqəni almışdır.
33. Cavabdehin imtinasının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin əsas dəlili ondan i barət olmuşdur ki, “iddiaçı doğulan zaman (xx.xx.2005) onun atasının xx.xx.2002-ci ildən xx.xx.2005-ci il tarixədək Bakı şəhərində qeydiyyatda olmuşdur və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6cı bəndinin tələbinə görə, “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən Qaydalar 23 may 2013cü il tarixdə qəbul edilmiş, yəni iddiaçının atasının “məcburi köçkün” statusunu əldə etdikdən sonra.
35. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” 23 may 2013-cü il tarixdə qəbul edilmiş və iddiaçıya münasibətdə geriyə tətbiq edilə bilməz.
36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 19-23a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(10 3)-2608/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.