Məhkəmə qərarları › İş №2-1(102)-3580/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3580/2025

19.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3580/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğvi və tutulmuş məbləğin geri qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh Cavabdeh qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il # ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən ##.##.2004-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək ##.##.2024-cü il tarixədək ödəniş həyata keçirilmişdir.

2. X2 ##.##.2024-cü ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2024-cü il tarixdə 183 nömrəsi ilə qeyd edilmişdir.

3. Cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına ünvanladığı ərizəsində həyat yoldaşı X2 ##.##.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar dəfn üçün müavinətin ödənilməsinə köməklik olunmasını xahiş etmişdir.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı “Əmək pensiyasının dayandırılması haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** saylı Qərarla, X2 təyin olunmuş 932,51 manat əmək pensiyasını, pensiyaçının vəfatı səbəbi ilə dayandırmışdır.

5. “xxxx” ASC tərəfindən təqdim edilmiş mərhum X1 adına olan kart hesabından ##.##.2024 - ##.##.2024-cü il dövrü əhatə edən çıxarışa əsasən, X1 hesabında ##.##.2024-cü il tarixə olan ilkin qalıq 0,27 manat, ##.##.2024-cü il tarixə olan son qalıq 0,77 manat təşkil etmişdir. Qeyd olunan dövrlər arasında ##.##.2024-cü il tarixdə 0,27 manat kredit borcu üzrə silinmə həyata keçirilmiş, ##.##.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat Idarəsi tərəfindən 1,026.43 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Bu məbləğdən eyni tarixdə 146,46 manat kredit borcu üzrə silinmə həyata keçirilmiş, ##.##.2024-cü il tarixdə 500,00 manat və 370,00 manat Zabrat dairəsi, Grandmart mağazasının yaxınlığındakı bankomat vasitəsilə məxaric edilmiş, eyni tarixdə 9,00 manat başqa debet kartına köçürülmə edilmiş, ##.##.2024-cü il tarixdə kredit borcu üzrə 0,97 manat silinmə həyata keçirilmişdir. Qeyd olunan hesaba ##.##.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat Idarəsi tərəfindən 932,51 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, eyni tarixdə kredit borcu üzrə 152,74 manat silinmə həyata keçirilmiş, ##.##.2024-cü il tarixdə isə 500,00 manat və 279,00 manat Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolunun 27-ci km-də Araz Market mağazasının yaxınlığındakı bankomat vasitəsilə məxaric edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 1025,02 manat dövlət vəsaitinin İddiaçın hesabına ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, X4 # ###### 2024-cü il tarixində vəfat etmiş, lakin bu barədə Mərkəzi Filiala vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına ##.##.2024-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə X3 məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 1865,02 manat təşkil etmişdir. Əlavə olaraq bildirilir ki, Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Iddiaçı tərəfindən Cavabdeh yaranmış 1025,02 manat borcun Mərkəzi Filialın hesabına ödəməsi barədə cavabdehə ##.##.2024-cü il tarixində 3-17-1/2-3- *****/**** nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanuna müvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin, Firuddin Bəcənovun vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə ölkə üzrə minimum əmək pensiyasının (280,00 manat) üç misli məbləğində 840,00 manat dəfn müavinəti hesablanmışdır. X3 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1865,02 manat vəsaitdən 840,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 1025,02 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmişdir. Sözügedən Qanunun 39.4-cü maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Nəzərə almaq lazımdır ki, Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının həmin maddədə göstərilən ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Bu ondan irəli gəlir ki, əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri ailə başçısının ölümü ilə əlaqədar itirdikləri gəlirlərin kompensasiyası məqsədilə hər ay pul ödənişi (pensiya) ala bilsin. Yəni, əmək pensiyaçısı vəfat etdikdən sonra onun qanunla dairəsi müəyyən edilmiş ailə üzvləri vəfat etmiş əmək pensiyaçısına ödənilən (kart hesabına köçürülən) pensiya vəsaitini deyil, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi halda həmin pensiya vəsaitini özlərinə məxsus kart hesabından götürə bilərlər.

8. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir.

9. Bakı Inzibati Məhkəməsinin (hakim T.Məlikov) 2025-ci il ## ##### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, artıq ödənilmiş 1025,02 manat dövlət vəsaitinin 724,85 manat hissəsinin cavabdeh Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi qərara alınmışdır.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı “xxxx” ASC-dən alınmış çıxarışda ##.##.2024-##.##.2024-cü il tarixləri arasında kredit üzrə silinmələr aparıldıqdan sonra (1025,02 m - 146,46 - 0,97 m - 152,74 m =724,85 manat), cavabdeh tərəfindən mərhumun kart hesabından həmin vəsaitdən 724,85 manat vəsaitin məxaric edildiyi, qalan məbləğin kredit borcu üzrə silindiyi müəyyən edilmiş, cavabdeh özü də bu halı təkzib etməmişdir. Göründüyü kimi, artıq ödənilmiş vəsaitin 724,85 manat hissəsinin cavabdeh tərəfindən məxaric olunduğu təsdiqini tapır. Odur ki, iddia həmin hissədə əsaslıdır. Iddiaçı inzibati orqan qeyd olunan bütün vəsaitin cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Lakin yerdə qalan 300,17 manat artıq ödənilmiş vəsaitin cavabdeh tərəfindən çıxarılmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Iddiaçının göstərdiyi faktiki hallar (cavabdehin dəfn pulu üçün müraciət etməsi və s.) isə hazırkı iddianın tam təmin edilməsinə əsas vermir. Belə olan halda, sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı inzibati orqan tələb olunan vəsaitin cavabdeh tərəfindən tam şəkildə alınmasını təsdiq edən dəlilləri məhkəməyə təqdim edə bilmədiyindən və məhkəmənin bu istiqamətdə apardığı araşdırma ilə də buna dair sübutlar əldə edilmədiyindən iddia qismən, yəni tələb olunan artıq ödənilmiş 1025,02 manat dövlət vəsaitinin 724,85 manat hissəsi cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçın hesabına ödənilməlidir. Iddia qalan hissədə təmin edilməməlidir.

11. Qərardan narazı qalan iddiaçı inzibati orqan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının (hakim C.Məmmədov /sədrlik edən və məruzəçi/, K.Əkbərov və P.Hüseynov) 2025-ci il ## ######## tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkiledir.

b) Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

18 . “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; ... Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

19. Inzibati Prosessual Məcəllə Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi artıq ödənildiyi iddia edilən 724,85 manat hissəsinin iddiaçıdan tutulması üçün əsasların mövcud olması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Hazırkı işin hallarından müəyyən olunan odur ki, iddiaçı inzibati orqan cavabdeh Cavabdehdan mərhum əri X1 vəfat etməsi haqqında məlumatın, həmçinin ölümü haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən dəfn üçün hesablanmış 280 manat məbləğində minimum əmək haqqının 3 misli qədəri, 840 manat məbləğ mərhumun hesabına ödənilmiş 1865,02 manatdan çıxılaraq, qalan 1025,02 manat artıq ödənilmiş məbləğin qaytarılmasını tələb edir. Məhkəmə araşdırması zamanı “xxxx” ASC-dən alınmış çıxarışda ##.##.2024- ##.##.2024-cü il tarixləri arasında kredit üzrə silinmələr aparıldıqdan sonra (1025,02 m - 146,46 - 0,97 m - 152,74 m = 724,85 manat), cavabdeh tərəfindən mərhumun kart hesabından həmin vəsaitdən 724,85 manat vəsaitin məxaric edildiyi, qalan məbləğin kredit borcu üzrə silindiyi müəyyən edilmiş, cavabdeh özü də bu halı təkzib etməmişdir. Göründüyü kimi, artıq ödənilmiş vəsaitin 724,85 manat hissəsinin cavabdeh tərəfindən məxaric olunduğu təsdiqini tapır. Odur ki, iddia həmin hissədə əsaslıdır. Iddiaçı inzibati orqan qeyd olunan bütün vəsaitin cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il # ######## tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar