Məhkəmə qərarları › İş №2-1(102)-3589/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3589/2019

11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3589/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: işldiyi illərin ümumi iş stajına daxil edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı işlədiyi illərin ümumi iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyası hüququnun yarandığı 18.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)549/2019 saylı iş üzrə 01.10.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə İsmayıllı şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 01.09.1972-ci il tarixdən 18.12.1973-cü il tarixədək İsmayıll ı rayon 62 nömrəli şəhər texniki peşə məktəbində təhsil aldığı, 1975-1976-cı illərdə Mican kənd xxx adına kolxozda işlədiyi faktiki müddət, 01.07.1997-ci il tarixdən 30.10.2001- ci il tarixədək Göyçay Rayonlararası Avtobazasında işlədiyi illərin ümumi iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyası hüququnun yarandığı 18.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1972-ci ilin sentyabr ayından 1973-cü ilin may ayınadək İsmayıllı 62 nömrəti şəhər texniki peşə məktəbində təhsil aldığı, 25 may 1973-cü il tarixdən 25 iyun 1975-ci il tarixədək hərbi xidmətdə olduğu, 1975-1976-cı illərdə Mican kənd xxx adına kolxozda, Avtobazasında, 23.05.1995-ci ilədək Avtobazasında işlədiyi dövrlər ümumi iş stajına daxil edildikdə cəmi iş stajı 24 il 3 ay təşkil edir ki, bu da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan yaradır. Bu səbəbdən 18.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmalıdır. Birinci instansiya məhkəməsinin 06.08.2019-cu il tarixli iş № 2-1(84)-862/2019, (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 06.08.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 01.10.2019-cu il tarixli iş № 2-1(107)-549/2019 (hakimlər Mübariz Hüseynov - sədrlik edən və məruzəçi, Gündüz Abbasov və Rövşən Rəfiyev) qərarı ilə birinci instansiya məhkəməsinin 06.08.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. xxxun 1995-2001-ci illərdə Azərittifaqın Göyçay Rayonlararası Avtobazasında işlədiyi illərdə müəssisədən əmək haqqı alıb-almamasının araşdırılması məqsədilə DSMF-nin Göyçay rayon şöbəsinə sorğu göndərilmiş, Göyçay rayon şöbəsindən daxil olmuş 23.05.2018-ci il tarixli yoxlama aktına əsasən Ş.H.xxun Göyçay Rayonlararası Avtobazasından 01.07.1997-ci il tarixədək əmək haqqı aldığı təsdiq olunmuş, 01.07.1997-ci il tarixdən 30.10.2001-ci il tarixədək Göyçay Rayonlararası Avtobazası tərəfindən ona hər hansı qaydada əmək haqqı hesablanıb ödənilməsi müəssisənin arxiv sənədlərinə əsasən öz təsdiqini tapmamışdır. 01.07.1997-ci il tarixdən 30.10.2001-ci il tarixədək Ş.H.xxa hər hansı əmək haqqı hesablanıb ödənilmədiyindən həmin dövrün iş stajı kimi nəzərə alınması mümkün deyildir. D igər tərəfdən iddiaçı 1975-1976-cı illərdə Mican kənd xxx adına kolxozda işlədiyini iddia etsə də, bu barədə iddiaçıya məxsus əmək kitabçasında ümumiyyətlə heç bir qeyd yoxdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq Ş.H.xxa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün, həmçinin onun tələb olunan 25 il sığorta stajı olmadığından pensiya təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən İsmayıllı rayon şöbəsinin imtinası tam əsaslı olmuşdur. Göstərilənlərdən məlum olur ki, məhkəmə düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasas iya şikayətində Şəki Apelyasiya Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 2-1(107)-549/2019 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kolleg iyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı Ş.xx məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessua l hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. xxxun 1995-2001ci illərdə Azərittifaqın Göyçay Rayonlararası Avtobazasında işlədiyi illərdə müəssisədən əmək haqqı alıb-almamasının araşdırılması məqsədilə DSMF-nin Göyçay rayon şöbəsinə sorğu göndərilmiş, Göyçay rayon şöbəsindən daxil olmuş 23.05.2018-ci il tarixli yoxlama aktına əsasən Ş.H.xxun Göyçay Rayonlararası Avtobazasından 01.07.1997-ci il tarixədək əmək haqqı aldığı təsdiq olunmuş, 01.07.1997-ci il tarixdən 30.10.2001-ci il tarixədək Göyçay Rayonlararası Avtobazası tərəfindən ona hər hansı qaydada əmək haqqı hesablanıb ödənilməsi müəssisənin arxiv sənədlərinə əsasən öz təsdiqini tapmamışdır. 01.07.1997-ci il tarixdən 30.10.2001-ci il tarixəd ək Ş.H.xxa hər hansı əmək haqqı hesablanıb ödənilmədiyindən həmin dövrün iş stajı kimi nəzərə alınması mümkün deyildir. Digər tərəfdən iddiaçı 1975-1976-cı illərdə Mican kənd xxx adına kolxozda işlədiyini iddia etsə də, bu barədə iddiaçıya məxsus əmək kitabçasında ümumiyyətlə heç bir qeyd yoxdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq Ş.H.xxa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün, həmçinin onun tələb olunan 25 il sığorta stajı olmadığından pensiya təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən İsmayıllı rayon şöbəsinin imtinası tam əsaslı olmuşdur. Göstərilənlərdən məlum olur ki, məhkəmə düzgün əsasl andırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh inzibatı orqan iddiaçının əmək kitabçasında qeyd edilən əmək stajı müddətinin 20 il 05 ay 25 gün sığorta stajı müddətinə aid hissəsini qəbul edir, lakin iddiaçının 01.08.1997-ci il tarixdən 30.10.2001-ci il tarixədək Göyçay Rayonlararası Avtobazasında işlədiyi müddət üzrə əmək haqqı almaması, 1975-1976-cı illərdə Mican kənd xxx adına kolxozda işlədiyi müddəti və qanunda nəzərdə tutulmadığı səbəbindən 1972-1973-cü illərdə təhsil müddətini iş stajını n tərkibində nəzərə almamışdır. Belə ki, cavabdeh inzibati orqanın iddiaçının 01.08.1997-ci il tarixdən 30.10.2001 -ci il tarixədək Göyçay Rayonlararası Avtobazasında işlədiyi müddət üçün əmək haqqı almaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakı qanunvericiliyin normalarının sadalanmasını zəruri hesab edir. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. -işəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır; - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək ki tabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Sosial sığorta haqqının ödənilməsinə münasibətdə qeyd edilməlidir ki, 01 iyul 1999-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin: - 252-ci maddəsinə əsasən, bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar.; - 253-cü maddəsinə əsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmə k haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. 01 iyul 1999-cu il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 304-cu maddəsinə əsasən, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır, işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericili klə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. - 306-cı maddəsinin 2-ci bəndinə əsasən, işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. Göründüyü kimi, əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərin tutulması və cavabdehə köçürülməsi kimi vəzifəsi hər hansı bir qaydada müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən daşımışdır. Belə olan halda "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsində aşağıdakılar müəyyən olunmuşdur: - birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmə k müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - üçüncü hissəsinə əsasən, iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; səkkizinci bəndinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01.01.2002-ci ilədək olan dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına həmçinin o halda da daxil edilməlidir ki, həmin dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalıdır. Bu müddətə münasibətdə sosial sığorta haqlarının ödənilməməsi həmin müddətin şəxsin əmək stajına daxil edilməməsi üçün hüquqi əsas kimi qiymətləndirilməmişdir. Qanunvericiliyin əlaqəli təhlili o nəticəni yaradır ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqının alınması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi 01.01.2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri olmamışdır. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdehin bildirdiyi dəlil əsassız olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə də qanunun tələblərinə uyğun deyildir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktıki müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-c i maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta), pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında l azım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q" bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-c ı maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Belə ki, iddiaçı 1975-1976-cı illərdə İsmayıllı rayon Mican kənd xxx adına kolxozda işləmiş və bu hal müvafiq olaraq 15.05.2018-ci il tarixli 154 nömrəli arxiv arayışında qeyd edilmişdir. Həmin arayışlardan müəyyən edilir ki, iddiaçı 1975-1976-cı illərdə İsmayıllı rayon Mican kənd xxx adına kolxozda işləmişdir. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, həmin kolxozda minimum adam günü norması il ərzində kişilər üçün 150 adam günü müəyyən edildiyindən iddiaçının qeyd edilən kolxozda faktiki işlədiyi müddətin 09 ay 20 gün təşkil etməsi müəyyən edilir. Qanunvericilik qeyd edilən illər üzrə iddiaçının kolxozda işlədiyi faktiki müddətin o nun sığorta stajına daxil edilməsini tanıyır. Bununla yanaşı, iddiaçının 1972-1973-cü illər üzrə aldığı texniki peşə təhsili müddətinin də onun sığorta stajına daxil edilməsini həmin dövrdə qüvvədə olan qanunvericilik tanıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırla yan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtısaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edil məsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək əyani təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının əyani təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Qeyd edilməlidir ki, “əmək stajı” və "pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin emək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Beləliklə, məhkəmə hesab edir ki, “əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensi ya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının 01.09.1972-ci il tarixdən 18.12.1973-cü il tarixədək İsmayıllı rayon 62 nömrəli şəhər texniki peşə məktəbində təhsil aldığı 01 il 03 ay 17 gün, 1975-1976-cı illərdə Mican kənd xxx adına kolxozda işlədiyi 09 ay 20 gün faktiki müddət, 01.07.1997-ci il tarixdən 30.10.2001-ci il tarixədək Göyçay Rayonlararası Avtobazasında işlədiyi 04 il 03 ay 29 gün cəmi 06 il 05 ay 06 gün sosial sığorta stajına daxil edilməlidir. Cavabdehin 29.05.2019-cu il tarixli 45/43 nömrəli imtina məktubunda da qeyd olunduğu kimi iddiaçının mübahisələndirilməyən stajı 20 il 5 ay 25 gün təşkil edir. İddia tələbində qeyd olunan müddət daxil edildiyi halda onun 25 ildən artıq sosial sığorta stajı ol acaqdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçının 18.05.2018-ci il tarixdə 63 yaş 06 ay pensiya yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, N° 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, N° 5, maddə 676) edilən dəyişiklikdən sonra həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd” hissəsində müəyyən edilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-den başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla 18.11.2017-ci il tarixdə onun 63 yaşı tamam olmuşdur. Qeyd edilən Qanundan görünür ki, pensiya yaşı 06 ay artırılaraq iddiaçının 18.05.2018ci il tarixdə pensiya yaşı 63 yaş 06 ay pensiya yaşı tamam olmuşdur. İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuş və onun 63 il 06 ay 18.05.2018-ci il tarixdə tamam olmuşdur. 18.05.2018-ci il tarixə iddiaçının təhsil aldığı və işlədiyi illər daxil olmaqla 25 ildən artıq sosial sığorta stajı vardır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 01.10.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01.10.2019-cu il tarixli 21(107)-549/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar