Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-359/2017 14.02.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-359/2017) Bakı şəhəri 14 fevral 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X2 ibarət tərkibdə, İddiaçı, nümayəndəsi X7 və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı“X18 Nazirliyinin X13 tərəfindən verilmiş ali təhsil haqqında diplomun qanunvericiliklə müəyyən edilmiş qaydada nostrifikasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələ binə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2177/2016 saylı, 10 oktyabr 2016-cı il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 fevral 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 2003-cü ildə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Kazan X6 “hüquqşünaslıq” fakültəsinin əyani şöbəsinə daxil olmuş və 2008-ci ildə həmin İnstitutu bitirib hüquqşünas ixtisasına yiyələnmişdir. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin X13 tərəfindən 13.06.2008-ci il tarixdə verilmiş (qeydiyyat nömrəsi 0004146) diploma əsasən iddiaçıya dövlət attestasiya komissiyasının 03.06.2008-ci il tarixli qərarı ilə hüquqşünaslıq ixtisaslaşması üzrə hüquqşüna s dərəcəsi verilmişdir. İddiaçı diplomunun Azərbaycan Respublikasında tanınması (nostrifikasiya olunması) üçün 29.03.2015-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 18.01.2016-cı il tarixli məktubla bundan imtina edərək göstərmişdir ki, cavabdehin nəzdində yaradılmış Ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmiş, ona görə də diplomun ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. İmtinanı qanunsuz sayan iddiaçı 26.02.2016-cı il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona Rusiya DİN-in X13 tərəfindən verilmiş ali təhsil haqqınd a diplomun tam qanuni əsaslarla alındığından qanunvericiliklə müəyyən edilmiş qaydada nostrifikasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildə valideynləri ilə birlikdə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərinə köçmüşdür. Həmin il qeydiyyata düşməklə, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və 2015-ci ilədək Kazan şəhərində yaşamışdır. 2003-cü ildə Tatarıstan Respublikası, Kazan şəhəri, Vaxitovsk rayonu, 13 saylı orta ümumtəhsil məktəbində orta təhsilini bitirib, həmin il sənədlərini Kazan X6 “hüquqşünaslıq” fakültəsinə təqdim etmişdir. Qəbul imtahanlarını müvəffəqiyyətlə verib, Kazan X6 əyani şöbəsinə daxil olmuş və 2008-ci ildə həmin İnstitutu bitirib hüquqşünas ixtisasına yiyələnmişdir. Bu barədə Rusiya Federasiyası X13nun 03.06.2008-ci il tarixli qərarına əsasən iddiaçıya təqdim olunmuş diploma əlavədən görünür ki, o, ali təhsil aldığı müddətdə qarşıya qoyulan təhsil öhdəliklərini lazımı səviyyədə yerinə yetirmiş və qanuni əsaslarla təhsilini başa vurmuşdur. Diplomu əldə etdikdən sonra o, həmin diplomun Azərbaycan Respublikasında nostrifikasiya olunması üçün aidiyyəti üzrə cavabdehə müraciət etmişdir. Cavabdehin 18.01.2016-cı il tarixli məktubundan o nəticəyə gəlmək olur ki, ya onun beş il ərzində əldə etdiyi biliklər ölkə ərazisində müəyyən olunan standartlara uyğun gəlmir, ya da ki, diplomun həqiqiliyinə cavabdeh tərəfindən şübhələr mövcuddur. İddiaçının təhsil səviyyəsi Azərbaycan Respublikasında müəyyən olunan təhsil səviyyəsi ilə uyğun gəlməməsi ilə ə laqədar qeyd edilməlidir ki, X13 beynəlxalq standartlara cavab verən təhsil verir və bu təhsili bildirən diploma əlavə də cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsində qeyd edilən bu halları araşdırmadan qərar vermiş və haqsız olaraq iddiaçının ali təhsil alması haqqında olan diplomunu tanımamışdır. Beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı beynəlxalq konvensiya və bu prosesləri tənzimləyən çoxtərəfli müqavilələr var. Azərbaycan Parlamenti tərəfindən ratifikasiya olunmuş “Avropa regionunda ali təhsil sahəsində ixtisaslarının tanınması haqqında konvensiya” iştirakçı ölkələrin diplomlarının hər bir ölkənin daxili qanunvericiliyi, xarici diplomların tanınmaq üçün müəyyən etdiyi prosedurlar əsasında tanınmas ına əsas verir. Azərbaycanda da bu qaydalar Nazirlər Kabineti tərəfindən təsbit olunmuşdur. Konvensiyaya əsasən, diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır, ikinci şərt isə, tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplom almasıdır. Əgər bu şərtlər ödənilibsə, nazirliyin diplomu tanımamağa əsası yoxdur. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 2.1-ci, 2.2.2-ci, 8-ci, 33cü, 45-ci, 47-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 26-cı, 35-ci maddələrinə, “Təhsil haqqında” Qanunun 1.0.7-ci, 27.2-ci, 43-cü, 44-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.1, 3.1, 3.2-ci bəndlərinə istinad edilmişdir. Cavabdeh iddiaya dair etiraz vermiş, etirazda qeyd edilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli qərarı ilə “ Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq edilmişdir. Bu müddəa Qaydaların 1.1-ci bəndində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası Qaydaları), “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmu ş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “X1 Meyarları və Prosedurları üzrə Tövsiyələrin V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-1(82)-1362/2016 saylı iş) 01 iyun 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan inzibati icraat üzrə qanunvericilik 1 ay müddət müəyyən etdiyi halda, iddiaçının müraciətinə baxılmasının nət icələrinə dair cavabı (imtinanı) 9 aydan artıq vaxt keçdikdən sonra vermişdir. RF-nin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş 03.06.2008-ci il tarixli diploma (təhsil sənədinə) apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Cavabdehin imtinasını əsaslandırdığı yeganə dəlili inzibati orqanın nəzdindəki Komissiyanın iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasında təhsil standartlarına cavab verməməsini müəyyən etməsidir. İddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, cavabdehin deyil, iddiaçının təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş aidiyyəti komissiyanın və ya qurumun) səlahiyyətlərinə aid olduğundan və iddiaçı bu mərhələni artıq həmin ölkədə başa vurduğund an, cavabdeh inzibati orqanın qeyd olunan dəlili ilə məhkəmə razılaşmır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5-məruzəçi, X9 və X4, 2-1(103)-2177/2016 saylı iş) 10 oktyabr 2016-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 iyun 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”n 3.7 -ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1). Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq iddiaçının diplomunun tanınmasından imtina etmişdir. İddiaçının nümayəndəsi 29 oktyabr 2016-cı il tarixdə qərarın surətini almış, iddiaçı 17 noyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsibarədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 42, 60, 71, “İnzibati icraat haqqında” Qanunun 2.0.2, 12, 15.1, 15.2, 19.1, İnzibati Prosessual Məcəllənin 2.2.2, 33.1, 33.2, 33.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 01.03.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.28-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixti sasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nitrifikasiyası) Qaydaları”nın 1.2, 1.3, 1.6, 2.4, 2.5, 3.2, 3.3, 3.6-cı bəndlərinə, Azərbaycan Respublikasının 13.05.2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və ya elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş”in 1 və 6-cı maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nöm rəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”ın (bundan sonra mətndə Qaydalar) 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomlarını tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması haqqında Saziş”in 6-cı maddəsinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə i ddianın rədd edilməsi nəticəsinə gəlmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydalarının: -1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkə lərdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.4-cü bəndinə görə ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyaların nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyanın nəticəsi. -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixt isaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin: -Preambulasına görə Tərəflər təhsil sahəsində ənənəvi sıx və səmərəli əlaqələri nəzərə alaraq, təhsil və elm sahəsində əməkdaşlığın, qarşılıqlı akademik mobilliyin gələcək inkişafı üçün səy göstərərək aşağıdakılar barədə razılığa gəldilər: -1-ci maddənin 1-ci bəndinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya F ederasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur; -1-ci maddənin 2-ci bəndinə görə bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur; -6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təh sili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. -11-ci maddəsinə görə bu Sazişin 4, 5, 6, 7, 8, 9 və 10-cu maddələri tədris müddətinin və hazırlıq sahələrinin əsasən üst-üstə düşməsini nəzərdə tutur. Ayrı-ayrı hallarda sorğu verilən Tərəfin səlahiyyətli orqanları bu maddələrdə göstərilmiş diplom sah iblərindən konkret tədris proqramında məxsusi fərqi olan fənlər üzrə əlavə kurslar keçirmələri və imtahan vermələri haqqında sənədlər tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə müraciətindən sonra cavabdehin ekspertiza keçirməsini, mənfi rəy verilməsi üçün Qaydaların 3.7-ci bəndində olan əsasların olmasını, habelə Sazişin 1, 6 və 11-ci maddələrinə əsasən iddiaçıya verilən diplomun Azərbaycan Respublikası ali təhsil müəssisələrinin verdiyi tədris müddətinin və hazırlıq sahələrinin üst-üstə düşməsini İPM-in 12 və 58.7-ci maddələrinə əsasən araşdırıb qiymətləndirməmişdir. Saziş Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi olduğundan, ekvivalentlik barədə şəhadətnamə verilməsi ilə bağlı məsələnin həlli zamanı həmin Sazişin 11-ci maddəsində o lan hallar nəzərə alınmalıdır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Nəzərə alınmalıdır ki, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya onun iştirakçıları arasında eyni məsələləri tənzimləyən sazişlərin bağlanmasını qadağan etmir. Həmin Konvensiyanın təsdiqindən tarixcə sonra bağlanan və Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkibi hissəsi olan, həmçinin iki dövlət arasında münasibətləri tərəflərin müəyyən etdiyi xüsusi normalar vasitəsi ilə tənzimləyənSazişin müddəalarını hazırkı mübahisəyə tətbiq etməməkdə, işin hallarını həmin Sazişin müddəalarının tələbləri baxımından yoxlamamaqda apellyasiya instansiyası məhkəməsi haqlı olmamışdır. Digər tərəfdən, Sazişin tələblərinə əsasən, tədris müddətinin və hazırlıq sahələrinin əsasən üst-üstə düşməsi nəzərdə tutulur. Bu zaman, cavabdeh imtinasının əsası kimi müvafiq standartlara əsaslanırsa, o, həmin standartların (meyarların) nədə ifadə olunduğunu məhkəmədə açıqlamalı, iddiaçının aldığı biliyin məzmununun məhz hansı meyarlara uyğun olmadığını əsaslandırmalıdır. Belə standartlar (meyarlar) iş materilallarında olmamışdır. Azərbaycan Respublikasının qoş ulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın ali təhsil ixtisaslarının tanınması adlanan Yİ bölməsində Yİ.1-ci maddədə qeyd edilir ki, bir halda ki, tanınma haqqında qərar ali təhsil ixtisası ilə təsdiq olunan biliklərə və vərdişlərə əsaslanır, o halda hər bir Tərəfdaş digər Tərəfdaşda verilmiş ali təhsil ixtisasını tanıyır; yalnız o hallar istisnadır ki, tanınması istənilən ixtisasla Tərəfdaşın ixtisasları arasında əhəmiyyətli fərqlər əsaslandırılmış şəkildə təqdim olunsun. İşdə bu barədə hər hansı sübut olmadığı halda iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini cavabdeh etirazında, habelə apellyasiya instansiyası məhkəməsi qərarında əsaslandırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayət təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2177/2 016 saylı, 10 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: İmza var İmza var İmza var “07” səhifə düzdür Hakim Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(102)-359/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-359/2017
14.02.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver