Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-359/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında X8 Departamentinə qarşı iş üzrə QƏRAR (Acar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili İlkin Məmmədovun iştirakı ilə, İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında X8 Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxx xxx 2019-cu il tarixli, 2-1(103)-2477/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında X8 Departamentinə qarşı Cavabdeh yanında Vergi Auditi Departamentinin xx.xx.2014-cü il tarixli **********816732 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-8/2019 nömrəli (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianı n rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-2477/2019 nömrəli (hakimlər Ülvi Mayılov- sədrlik edən və məruzəçi, Həmid Həmidov və Vüsalə Baxışova) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayət ini onunla əsaslandırmışdır ki,ərizəçi İddiaçı tanınmış vətəndaş cəmiyyəti fəalı və hüquq müdafiəçisidir. O, insan hüquqlarının qorunması sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatı (QHT) olan X9 sədri və həmtəsisçilərindən biridir. 2010-cu ilin iyun ayından 2013-cü ilin dekabr ayına kimi ərizəçi X9 həmtəsisçisi və sədri kimi, ərizəçi ABŞ-ın Demokratiyaya Milli Dəstək (NED) fondunun, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun (ACİ-YF) müxtəlif nümayəndəliklərinin, Norveçin «X12» təşkilatı və digər donor təşkilatlarından müvafiq qrant müqavilələri əsasında çoxsaylı qrantlar almışdır. Təşkilatın qeydiyyatı olmadığı üçün qrant vəsaitləri ərizəçinin müxtəlif banklarda olan şəxsi hesablarına daxil olmuşdur. xx xxxx 2014-cü ildə ərizəçi tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanu nvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə Vergilər Nazirliyinin Vergi Auditi Departamenti tərəfindən növbədənkənar səyyar vergi yoxlanmasının aparılması barədə **********788837 saylı qərar qəbul edilib. xx xxxxxx 2014-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə Dair işlər üzrə İdarəsi ərizəçiyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2-ci maddələri ilə ittiham elan etdi və həmin gün o, üç ay müddətinə həbs edildi. Bu səbəbdən də səyyar vergi yoxlanması barədə qərardan xəbəri olmadı, yoxlanmada iştirak edib lazımi sənədləri və arqumentlərimi təqdim edə bilmədi. xx xxxxxxxx 2014-cü ildə Səyyar vergi yoxlamasının nəticəsi barədə **********789293 saylı Akt tərtib edildi. Həmin Akt ərizəçiyə X4 xx xxxxxxx 2014 -ci ildə təqdim edildi. Həmin aktda müəyyən edildi ki, ərizəçi ictimai birliklərin fəaliyyəti, müxtəlif təyinatlı qrant layihələrinin həyata keçirilməsi və sairə fərdi xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olub. O, Kapital Bank ASC-nin 2 saylı filialında yerləşən ******************** və ******************** saylı hesablarına 75380,00 manat, vergi orqanın şəhadətnaməsi olmadan Bank Respublikada ASC-də açılmış **********094970001, **********09497002, **********09497005 və **********09497001 nömrəli şəxsi hesablanma 38522,22 manat olmaqla, ümumilikdə bütün hesablanma 113902,22 manat vəsait daxil olmuşdur. «Qrant haqqında» Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərə findən müvafiq icra hakimiyyəti orqanına (Ədliyyə Nazirliyinə) təqdim olunur. Vergi Audit Departamentinin xx xxxxxx 2014-cü il tarixli sorğusuna Ədliyyə Nazirliyinin Qeydiyyat və Vergi Auditi Departamentindən daxil olmuş xx xxxxxx 2014-cü il tarixli ddd saylı məktubda ərizəçi tərəfindən Ədliyyə Nazirliyinə qeydiyyat üçün qrant müqavilələri təqdim olunmadığı bildirilmişdir. Belə olan halda onun bank hesabına daxil olmuş 113902,22 manat vəsait görülmüş iş və xidmətlərdən əldə edilmiş hasilat kimi qəbul olunaraq Vergi Məcəlləsinin 220.1 və 221.1-ci maddələrinə əsasən ona əlavə olaraq (onun tərəfindən ödənilməmiş) 4556,08 manat sadələşmiş vergi hesablanmışdır. Eyni zamanda ərizəçi 2013-cü il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin bəyannaməsi və ya Vergi Məcəlləsinin 16.2- ci maddəsində nəzərdə tutulmuş vergi öhdəliyinin yaranmaması barədə arayış Vergi orqanına təqdim edilməmişdir. xx xxxxxxx 2014-cü ildə yuxarıdakı səyyar vergi yoxlamasının aktı əsasında qəbul edilmiş Vergilər Nazirliyinin Vergi Auditi Departamentinin **********816732 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarı ilə ərizəçiyə Vergi Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulmasına (2013cü il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin bəyannaməsi və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş vergi öhdəliyinin yaranmaması barədə arayış Vergi orqanına təqdim edilməməsinə) görə 40,00 manat, Vergi Məcəlləsinin 220.1 və 221.1-ci maddələrinə əsasən əlavə hesablanmış 4456,08 manat sadələşdirilmiş vergiyə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2277,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bu qərar ərizəçiyə xx xxxxxxx 2014-cü ildən sonra Bakı İstintaq təcridxanasında təqdim edilmişdir. xx xxxxx 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ərizəçi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 313cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. Müdafiə tərəfi hökmdən apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ərizəçi barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. xx xxxx 2017-ci ildə işə Bakı Apelyasiya Məhkəməsində baxılarkən ərizəçinin ailə üzvləri tərəfindən ona təyin edilmiş vergi borcu tamamilə ödənildi. xx xxxx 2015- ci ildə Bakı Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmünü dəyişdirdi, ərizəçini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad etdi (vergi borcu ödəndiyi üçün), ərizəçiyə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 313-cü maddələri ilə qəti cəza olaraq təyin edilmiş 6 (altı) il 6 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməsi nəzərə alınmaqla 6 (altı) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirdi, hökm qalan hissələrdə dəyişdirilmədən saxlan ıldı. Müdafiə tərəfi bu qərardan kasasiya şikayəti verərək ərizəçi barəsində cinayət işinə xitam verilməsini xahiş etdi. xx xxxxxx 2016-cı ildə Ali Məhkəmə ərizəçinin kasasiya şikayətini rədd etdi və Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarını dəyişdirmədən saxladı. xx xxxx 2016-cı ildə Avropa İnsan Hüquqları Məhkəməsi ərizəçinin şikayəti ilə onun İnsan Hüquqları və X3 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin 1 və 4-cü bəndlərində və 18-ci bəndlərində təsbit edilmiş hüquqlarının pozulması barədə qərar qəbul etdi. Həmin qərarda Avropa Məhkəməsi qeyd etdi ki, «onun kommersiya fəaliyyəti ilə məşğul olduğunu və ya Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən «vergidən yayınma» cinayət pozuntusunu göstərən fakt, informasiya və ya sübut yoxdur. Buna görə də, kommersiy a fəaliyyətinin olmadığı halda sadələşdirilmiş vergitutma obyekti olan gəlir ola bilməzdi». xx xxxxxx 2017-ci ildə Məhkəmə növbəti dəfə Vergilər Nazirliyində aparılan struktur islahatı ilə bağlı cavabdehi dəyişdi və bu dəfə Cavabdeh yanında Bakı şəhəri X10 Departamenti cavabdeh sayıldı. xx xxxxxx 2017-ci ildə ərizəçinin iddiasını mümkünsüz saydı. Məhkəmə qərardadını onunla əsaslandırdı ki, ərizəçi Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin xx xxxxxxx 2014-cü il tarixli **********816732 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə müəyyən edilən borcu məhkəmə istintaqı zamanı ödəyib və cinayət mühakimə icraatı qaydasında həmin məsələyə hüquqi qiymət verilib. xx xxxx 2017-ci ildə ərizəçi 1 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinin xx xxxxxx 2017-ci il (iddianın mümkünsüz sayılması barədə) qərardadından apelyasiya şikayəti verdi, qərardadın ləğv edilməsini, onun iddiasına mahiyyəti üzrə baxılmasını xahiş etdi. xx xxxxx 2017-ci ildə Bakı Apelyasiya Məhkəməsi ərizəçinin apelyasiya şikayətini təmin etmədi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadını dəyişdirmədən saxladı. Bakı Apelyasiya Məhkəməsi qeyd etdi ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razıdır. xx xxx 2017-ci ildə ərizəçi Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il qərardaddından kasasiya şikayəti verdi. xx xxxx 2017-ci ildə Ali Məhkəmə kasasiya şikayətini təmin etdi, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərardadını tam ləğv edərək apelyasiya instansiya məhkəməsinə gö ndərdi. xx xxxx 2017-ci ildə Bakı Apelyasiya Məhkəməsi yenidən işə baxaraq apelyasiya şikayətini təmin etdi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadını tam ləğv edərək birinci instansiya məhkəməsinə qaytardı. Nəhayət məhkəmə xx xxxx 2019-cu il tarixə təyin edildi və həmin tarixli məhkəmə yekun qərarını elan etdi. Qərara əsasən iddiaçının iddiası rədd edildi və məhkəmə qərarını onun əsaslandırdı ki, «İddiaçı tərəfindən alınmış vəsaitlər həmin dövrdə müəyyən edilmiş qaydada qrant kimi qeydiyyatdan keçmədiyindən həmin vəsaitlərin rüsumlar və dövlət büdcəsinə məcburi ödənişlərdən azad edilməsi ilə bağlı «Qrant haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin iddiaçıya tətbiq edilməsi mümkün deyildir. Belə olan halda vergi orqanı tərəfindən idd iaçının bank hesabına daxil olmuş 113902,22 manat vəsait görülmüş iş və xidmətlərdən əldə edilmiş hasilat kimi qəbul edilmiş və Vergi Məcəlləsinin 220.1 və 221.1-ci maddələrinə əsasən iddiaçı tərəfindən sadələşmiş verginin 4556,08 manat azaldılması kimi qəbul edilərək Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50% məbləğində 2277,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir». İddiaçı bu qərardan apelyasiya məhkəməsinə şikayət verdi və məhkəmə xx xxxxxxx 2019-cu ildə iddiaçının apelyasiya şikayətini təmin etmədi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxladı. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin arqumentini təkrar etdi. Səyyar vergi yoxlaması zamanı ona aid hesab nömrələri düzgün təsbit edilməmişdir. Belə ki, Kapital Bank ASC-də olan hər iki və Bank Respublika ASC-də olan ikinci və üçüncü (**********09497002 və ******************) hesablarının nömrəsi düz göstərilsə də, sonuncu bankda olan birinci və dördüncü hesablarının nömrəsi qeyd olunduğu kimi **********094970001 və **********09497001 deyil, **********09497001 və **********09497006 olmuşdur. Bundan əlavə həmin hesablara daxil olan vəsaitlərin məbləği düzgün hesablanmamışdır. Belə ki, Kapital bankda olan ******************** saylı AZN hesabına 5366,26 manat və ******************** saylı USD hesabına 72461,60 dollar daxil olub, sonuncu məbləği manat ekvivalenti ilə 56520,05 manat təşkil edir. Beləliklə, onun Kapital Bankda olan hesablarına aktda qeyd olunduğu kimi 75380,00 manat deyil, 61886,21 manat daxil olub (bax qoşma 7 bank h esablamaları barədə açıqlamalar). Eyni zamanda da Bank Respublika ASC-də olan **********09497001 nömrəli USD hesabıma 23555,9 manat, **********09497002 nömrəli EUR hesabına 1487,03 manat, və **********09497005 nömrəli AZN hesabına 3035,00 manat və **********09497006 nömrəli CHF (İsveçrə frankı) hesabına 0 manat pul vəsaiti daxil olub. Onun Bank Respublikada olan hesablarına səyyar yoxlama aktında qeyd olunduğu kimi 38522,22 manat deyil, cəmi (23555,9 + 1487,03 + 3035,00) 28077,93 manat vəsait daxil olub. Beləliklə, hər iki bankda olan bütün hesablanma daxil olan vəsait ümumilikdə 113902,22 manat deyil, (61886,21 + 28077,93) 89964,14 manat təşkil edib. Səyyar vergi yoxlaması zamanı onun tərəfindən büdcəyə ödənilməmiş sadələşmiş vergi kimi 113902,22 manatın 4% hesablanıb, bu da 4556,08 manat təşkil edib. Əgər yoxlama zamanı hesablarına daxil olan məbləğin 113902,22 manat deyil, 89964,14 manat olması nəzərə alınsaydı, onda mənə 3598,56 manat əlavə vergi hesablanmalı idi. Bundan əlavə yoxlama zamanı hesablarına daxil olan bütün məbləğin 4 % miqdarında sadələşmiş vergi hesablanıb. Lakin nəzərə alınmayıb ki, yoxlamaya məruz qalan dövrdə onun tərəfindən 994,34 manat sadələşmiş vergi ödənişi edilib. Məhkəmə tərəfindən iddiaçının iddia etdiyi bu hesablama qüsurlarını araşdırmaq üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilməli idi. Lakin məhkəmə belə ekspertiza təyin etsə də, bu formallıqdan uzağa getmədi. Ekspertlər rəy verməkdən imtina etdikdən sonra, məhkəmədə heç nə olmamış bu halla razılaşdı. Bundan əlavə Kapital Bankdakı ******************** saylı USD hesabına xx x xxxxxx 2013-cı ildə daxil olmuş 4530 dollar və xx xxxxxx 2014-cü ildə daxil olmuş 1027,60 dollar məbləğlər ümumiyyətlə qrant məbləği deyil, iddiaçının özü tərəfindən bank hesabına mədaxil edilmiş məbləğlər idi. Şəxsin öz hesabına qoyduğu məbləğlər sadələşmiş verginin obyektini təşkil etmir. Bundan əlavə **********09497001 nömrəli USD hesabıma xx xxxx 2010-cu ildə və xx xxxxxx 2011-ci ildə Cenevrədə yerləşən İnternational Bridges təşkilatından udduğum 5000 dollarlıq mükafat idi. Həmin mükafat iki dəfəyə 3000 dollar (manat məzənnəsi ilə 2411,70 manat) və 2000 dollar (manat məzənnəsi ilə 1595,00 manat) olmaqla ona ödənilmişdir. Bu məbləğlərin qrant müqavilələrinə heç bir aidiyyəti yox idi. Məhkəmə bu faktın yoxlama dövrdən əvvələ aid olduğunu qeyd etsə də, bu məbləğ hesaba daxil olmuş 89964,1 4 manat məbləğin tərkibini təşkil edir. Bundan əlavə **********09497002 nömrəli EUR hesabına mədaxil olmuş cəmi 1487,03 manat təşkil edən məbləğin, ayrılıqda xx xxxx 2011-ci ildə ATƏT-dən daxil olmuş 549,01 manatı, xx xxxxxxx 2012-ci ildə və xx xxxxxx 2013-cü ildə Açıq Cəmiyyət Fondundan daxil olmuş 204,7 manat və 544,74 manat, xx xxxx 2013-cü ildə Avropa Şurasından daxil olmuş 188,58 manat və Norveç krallığının Azərbaycan Səfirliyindən 1055,83 manat məbləğin də qranta aidiyyəti yox idi. İddiaçı almış olduğu bu qrant vəsaitləri ilə bağlı məsələ artıq Avropa İnsan Hüquqları məhkəməsində baxılmanın predmeti olmuşdur. Avropa Məhkəməsi xx xxxx 2016-cı ildə qəbul etdiyi 69981/14 nömrəli iş üzrə qərarda qeyd edir ki, «121. Hazırkı işin halları ilə əlaqədar olaraq, Məhkəmə qeyd edir ki, x xxxxx 2 014-cü ildə ərizəçiyə qarşı irəli sürülən ilkin üç ittihamın təsviri bu tip sənəddən gözləniləcək qədər rabitəli, ardıcıl və aydın deyil. Belə ki, təsvir bir çap səhifəsini əhatə edən bircə cümlədən ibarət idi. Həmin təsvirdən belə qənaətə gəlmək olar ki, ərizəçi dövlət qeydiyyatı olmayan QHT-ni idarə etməkdə və 2010–2014-cü illərdə çoxsaylı qrantlar almaqda və onları qanunla tələb edilən qaydada Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməməkdə ittiham olunur. Qrant vəsaitlərinin istifadə olunduğu maliyyə və digər işlər «qanunsuz sahibkarlıq fəaliyyəti» hesab edilib, çünki qrantlar qeydiyyata alınmayıb. Bundan əlavə, həmin müddətdə alınmış bütün qrant vəsaitləri (147900,85 AZN sonradan 150170,62 AZN olaraq dəyişdirilib) ərizəçinin qanunsuz sahibkarlıq fəaliyyətindən əldə etdiyi «gəlir» hes ab edilmişdir. Ərizəçi iddiaya görə bu gəlirdən Vergi Məcəlləsinin 218, 219 və 220-ci maddələrinə əsasən, 6162,24 AZN (sonradan 6257,11 AZN olaraq dəyişdirilib) məbləğində 4% sadələşdirilmiş vergini ödəməməklə, cinayət pozuntusu törədib. Yuxarıdakı fakt xarakterli məlumatlar həm də ərizəçinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cinayət pozuntusu törətdiyi barədə ittiham üçün əsas olmuşdur.
122. Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, ərizəçiyə şamil edilən bütün qanunsuz hərəkətlər mahiyyətcə onun dövlət qeydiyyatı olmayan QHT-ni idarə etməsi və alınmış qrantları qeydiyyatdan keçirməməsi faktından qaynaqlanıb. Nə ərizəçi ittiham olunan zaman, nə də bütün məhkəməyədək həbs müddətində şübhənin mövcud olduğunu əsaslandıran heç bir digər məlumat və ya sübut göstərilm əyib. Aşağıda göstərilən səbəblərdən, Məhkəmə hesab edir ki, ittiham tərəfinin əsaslandığı yuxarıdakı faktlar ərizəçinin ittiham olunduğu pozuntuları törədə bilməsi barədə obyektiv müşahidəçini qane edəcək qədər yetərli hesab edilə bilməz.
123. Məhkəmə qeyd edir ki, yerli qanunvericilik kommersiya təşkilatlarından fərqli olaraq qeyri-kommersiya təşkilatlarının (QHT-lər) dövlət qeydiyyatı olmadan fəaliyyət göstərməsini (bax: 62-ci bənd) qadağan etmir. Bu, daha əvvəl digər işlər (bax: yuxarıda istinad edilən Ramazanova və digərləri işi, 48-ci bənd; yuxarıda istinad edilən Nəsibova işi, 24-cü bənd; yuxarıda istinad edilən İsmayılov işi, 44-cü bənd; yuxarıda istinad edilən Əliyev və digərləri işi, 28-ci bənd) üzrə Məhkəməyə verdiyi təqdimatlarında Hökumət tərəfindən təsdiq edilmişdir. Bununla belə, təcrübədə QHT-lər lazımi şəkildə fəaliyyət göstərməkdə çətinliklərlə üzləşib, çünki onlar, inter alia, hüquqi şəxs kimi bank hesabları aça və ya maliyyə ala bilməzdilər. Məhz bu çətinliklərə görə ərizəçi mübahisələndirilən işləri fiziki şəxs qismində həyata keçirdi.
124. Ərizəçinin fıziki şəxs qismində aldığı qrantları qeydiyyatdan keçirməməsinə gəldikdə isə, Məhkəmə ərizəçinin qrantları qeydiyyatdan keçirməməsinin səbəbi kimi 2014-cü ilin fevral ayına qədər fiziki şəxslərin aldığı qrantları qeydiyyatdan keçirilməsi üçün prosedurun olmamasını göstərdiyini qeyd edir. Hökumət bu iddianı təkzib etməyə və ya əksi barədə hər hansı məlumat təqdim etməyə səy göstərmədi.
125. Bununla belə, hətta belə bir prosedurun qüvvədə olduğunu və ərizəçinin buna əməl etmədiyini fərz etdikdə belə, məhkəm ə bu cür əməletməmənin onun cinayət pozuntusu törətdiyi barədə əsaslı şübhəyə əsas vermiş ola biləcəyini hesab etmir. Nə dövlət orqanları, nə də Hökumət qrantların qeydiyyata alınmamasını spesifik olaraq cinayət hesab edən Cinayət Məcəlləsinin hər hansı müddəasına istinad edə bilməyiblər. Əksinə, ittiham tərəfi kifayət qədər dolayı şəkildə iddia edib ki, ərizəçinin qrantları qeydiyyatdan keçirə bilməməsi iddiası bu qrantlardan istifadənin qanunsuz kommersiya («sahibkarlıq») fəaliyyəti kilimi səciyyələndirilməsi ilə nəticələnməlidir. Bununla belə, aşağıda bəhs edildiyi kimi, həmin iddia üçün heç bir hüquqi və ya fakt xarakterli əsas göstərməmişdir.
126. Məhkəmə qeyd edir ki, yerli qanunvericilik kommersiya və qeyri-kommersiya fəaliyyətlərini aydın müəyyən edir və fərqləndirici amil kimi, fə aliyyətin məqsədinin gəlir əldə etmək olub-olmaması müəyyən edilir (bax: yuxarıdakı 57 və 74–76-cı bəndlər). Qeyrikommersiya fəaliyyətindən gəlir vergisi və ya ƏDV tutulmur (bax: 58–59-cu bəndlər).
127. Ərizəçi fərdi resipiyent kimi bir sıra qrantlar alıb və buna qanunla icazə verilirdi. Pul vəsaitləri qrant müqavilələrinin əsasında qəbul edilmişdir. Həmin müqavilələrdə «Qrantlar haqqında» Qanunda tələb olunduğu qaydada vəsaitlərin xərclənməli olduğu spesifik qeyri-kommersiya məqsədləri göstərilirdi (bax: 68–70-ci bəndlər). Müxtəlif layihələr tamamlandıqdan sonra müvafiq donorlar pulun müvafiq müqavilələrdə nəzərdə tutulduğu kimi xərcləndiyini təsdiq ediblər (bax: 32–34-cü bəndlər). Bu hallar ərizəçinin qanunvericiliklə qadağan olunmayan və gəlir əldə etməyə yönəlməyən qeyri-kommersiya f əaliyyətləri göstərdiyi barədə aydın prezumpsiya yaradır.
128. Qrantların ayrıldığı faktiki məqsədlərin qeyri-qanuni olduğu və ya ərizəçi tərəfindən qrant vəsaitlərindən istifadə etməklə həyata keçirilən faktiki fəaliyyətlərin hər hansı birinin qeyri-qanuni olduğu heç vaxt iddia edilməyib. Məhkəmə sadəcə qrantın qeydiyyata alınmamasının pul vəsaitinin «qeyri-qanuni» qəbul edildiyini göstərməsi barədə Hökumətin arqumentini qəbul edə bilməz. Müvafiq qanunvericiliyi nəzərə alaraq (bax: yuxarıdakı 69 və 71-ci bəndlər), Məhkəmə qeyd edir ki, qrantların qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tələbi sadəcə hesabatvermə ilə bağlı tələb olub, qəbul edilmiş maliyyə yardımının «qrant» kimi hüquqi səciyyələndirilməsi üçün ilkin şərt deyil. Bu hesabatvermə tələbinə əməl etməmə İnzibati Xəta lar Məcəlləsinin 223-1.1-ci maddəsində spesifik olaraq nəzərdə tutulan inzibati pozuntudur və cərimə ilə cəzalandırılır (yalnız 2014-cü ilin fevralından sonra – fərdi resipiyentlərə münasibətdə). Bu hesabatvermə tələbinin yerinə yetirilməsinin «Qrantlar haqqında» Qanunun 1.1 və 4.1-ci maddələrində müəyyən edilən və tənzimlənən qrant müqaviləsinin xarakterinə (bax: 68–69-cu bəndlər) və ya qrantın istifadə edildiyi fəaliyyətlərin qeyri-kommersiya fəaliyyəti kimi səciyyələndirilməsinə heç bir təsiri yoxdur.
129. Bununla belə, iş materiallarındakı sənədlərdən görünür ki, yerli qanunvericilikdə cinayət əməli kimi səciyyələndirilməməsinə baxmayaraq, qrantların qeydiyyata alınması tələbinin ərizəçi tərəfindən yerinə yetirilməməsi iddiasına əsaslanmaqdan əlavə, ittiham edən orqanlar ərizəçi tərəfi ndən pul vəsaitlərinin gəlir əldə etmək məqsədilə və ya qrant müqavilələrində göstərilənlərdən başqa məqsədlərlə istifadə edildiyini göstərən yaxud da qrant müqavilələrində göstərilən məqsədlərin kommersiya xarakterli və ya qanunsuz olduğunu göstərən hər hansı məlumat və ya sübutun mövcudluğunu nümayiş etdirməyiblər. Analoji olaraq, Hökumət ərizəçinin cinayət əməllərində iştirak etməsi barədə şübhə üçün əsas kimi çıxış edə biləcək hər hansı digər şahid ifadələri, sənədlər və digər sübut və ya məlumatlar nümayiş etdirməyib. Bundan əlavə, Hökumət bu cür sübutların nə vaxtsa ittiham orqanları tərəfindən, ərizəçinin həbsinin davam etdirilməsi barədə qərar verən yerli məhkəmələrə təqdim edildiyini nümayiş etdirməyib (müqayisə et: yuxarıda istinad edilən İlqar Məmmədov işi, 96–99-cu bənd). Bunun la əlaqədar olaraq, Məhkəmə həm də Ali Məhkəmənin Plenumunun x xxxxxx 2009-cu il tarixli qərarını qeyd edir. Həmin qərarda yerli məhkəmələrdən Cinayət Prosessual Məcəllənin 447.5-ci maddəsinə əsasən ittiham tərəfində olan «ilkin sübutları» tələb etmək və yoxlamaqla bağlı verilən səlahiyyətdən istifadə edərək ittiham tərəfinin həbs qətimkan tədbirinə dair təqdimatlarını diqqətlə incələnmək və təqsirləndirilən şəxsə qarşı şübhənin mövcudluğunu yoxlamaq tələb olunur (bax: yuxarıdakı 80-ci bənd). Lakin hazırkı işdə yuxarıdakı təlimatlar nəzərə alınmayıb müqayisə et: yuxarıda istinad edilən İlqar Məmmədov işi, 97-ci bənd).
130. Bu halları nəzərə alaraq, Məhkəmə müəyyən edir ki, ərizəçi Cinayət Məcəlləsinin 922.2-ci maddəsinə əsasən «qanunsuz sahibkarlıq» cinayət əməlini törətməkdə əsaslı dərəcə də şübhəli hesab edilə bilməzdi, çünki onun kommersiya fəaliyyəti ilə nə məşğul olduğunu və ya Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən «vergidən yayınma» cinayət pozuntusunu göstərən fakt, informasiya və ya sübut yoxdur. Buna görə də kommersiya fəaliyyətinin olmadığı halda sadələşdirilmiş vergitutma obyekti olan gəlir ola bilməzdi. Bundan əlavə, yuxarıda qeyd edilən faktlar ərizəçinin Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulan «vəzifə səlahiyyətlərindən sui-istifadə» cinayət əməlinin tərkib elementlərindən biri olan «özü və ya üçüncü tərəflər üçün qanunsuz üstünlük əldə etməyə» çalışması barədə şübhəyə əsas vermək üçün yetərli olmamışdır (müqayisə et, mutatis mutandis, Lukanov Bolqarıstana qarşı, xx xxxx 1997-ci il, 44-cü bənd, Qərarlar barədə hesabatlar, 1997-İİ)». Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)- 2477/2019 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili İ.Məmmədov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabde hin nümayəndəsi Nümayəndə də vəkili İ.Məmmədovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasas iya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya ins tansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019cu il tarixli, 2-1(103)-2477/2019 saylı qərarla, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)8/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 52, 58.1, 58.7, 68.1, 68.2, 73.1, 87.6-cı maddələrinə, Vergi Məcəlləsinin 16.1.16, 16.2, 23.1.2, 36, 57.1, 67.1, 83.2.4, 220.1, 221.1-ci maddələrinə, «Qrant haqqında» Qanunun 3-cü maddəsinin 1 və 2-ci bəndlərinə, həmin Qanunun 4-cü maddəsinin xx xxxxxx 2014-cü il tarixədək qüvvədə olan redaksiyasına, həmin Qanunun 4-cü maddəsinin 5-ci bəndinə, həmin Qanunun 5-ci maddəsinin 2-ci bəndinə istinad edərək belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə əlaqədar olaraq qeyd edir ki, kasasiya şikayətindəki dəlillər əsaslıdır. Belə ki, məlum olduğu kimi, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh yanında Vergi Auditi Departamentinin xx xxxxxxx 2014-cü il tarixli **********816732 saylı Vergi ödəyicisinin vergi qanunve riciliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Vergi Auditi Departamentinin xx xxxx 2014-cü il tarixli, **********788837 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarına əsasən İddiaçı Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə iyul 2011-ci il – iyun 2014-cü il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx xxxxxx 2014-cü il tarixli, **********789245 saylı tələbnamə əsasında İddiaçı yoxlama ilə əhatə olunan xx.xx.2011–xx.xx.2014 vergi dövrü üzrə malların (işlərin və xidmətlərin) alışı və satışı ilə əlaqəli bağlanmış müqavilələr, gəlirlər və xərcləri təsdiq edən sənədlər, VHF-r qaimə fakturalar, bank və kassa sənədləri, debitor və kreditorlar barədə təsdiqlənmiş arayış, əsas vəsaitlərin mövcud olub-olmaması barədə arayış və sair mühasibatlıq və hüquqi sənədlər tələb edilmişdir. Lakin İddiaçı barəsində həbs qətimkan tədbiri seçilib həbs edildiyindən yoxlamaya sənədlər təqdim edilməmişdir. Sənədlərin təqdim edilməməsi barədə xx xxxxxx 2014-cü il tarixdə akt tərtib olunmuşdur. İddiaçı xx xxxxxxx 2014-cü il tarixdə aktda qeyd edərək, xx xxxxxx 2014-cü il tarixindən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbsdə olduğundan sənədləri təqdim edə bilmədiyini, müvafiq sənədləri xx xxxx 2014- cü il, xx xxxxxx 2014-cü il və xx xxxxxx 2018-ci il tarixlərində istintaq orqanına təhvil verdiyini və bununla bağlı müvafiq aktlar tərtib olunduğunu bildirmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxxxx 2014-cü il tarixli, **********789293 saylı səyyar vergi yoxlaması aktından görünür ki, vergilərin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin digər pozuntularına görə iddiaçıya Vergilər Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sadələşdirilmiş verginin 4555,72 manat azaldılmasına görə 50% miqdarında, 2277,86 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyənnaməsinin və ya vergi öhdəliyinin yaranmama sı barədə arayışın Vergi orqanına təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif edilmişdir. Vergi Auditi Departamentinin xx xxxxxxx 2014-cü il tarixli, **********816732 saylı qərarından görünür ki, İddiaçı Vergi Məcəlləsinin 27.1-ci maddəsinin tələblərinin pozulmasına görə 40 manat, Vergi Məcəlləsinin 220.1 və 221.1-ci maddələrinə əsasən hesablanmış 4456,08 manat sadələşdirilmiş vergiyə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2277,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx xxxxxxx 2014-cü il tarixli **********816732 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar üzrə iddiaçıya Vergi Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulmasına görə 40 manat, Vergi Məcəlləsinin 220.1 və 221.1-ci maddələrinə əsasən azaldılmış 4456,08 manat sadələşdirilmiş vergiyə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2277,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı inzibati mübahisə həll edilərkən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2, 82-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Belə ki, ilk olaraq məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 150.3.3-cü maddəsinə görə ödəmə mənbəyində tutulan vergilər barədə müvafiq icra hakimiyyəti orqanının ( Azərbaycan Respublikasıınn Vergilər Nazirliynini) müə yyən etdiyi formada bəyannaməni vergi orqanına: 150.3.3.1. bu Məcəllənin 150.1.3.-150.1.8-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergini tutanlar rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq; 150.3.3.2. bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar. (yoxlama aparılan dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin 150.3.3.3-cü maddəsinə görə ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla, bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan digər vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar). Sözügedən maddi-hüquq normas ından göründüyü kimi, Vergi Məcəlləsinin 27.1-ci maddəsinin tələblərinin pozulmasına görə 40 manat maliyyə sanksiyası yalnız o halda tətbiq oluna bilər ki, vergi ödəyicisinin ödəmə mənbəyində tutulan vergilər üzrə bəyannamə təqdim edilməsi öhdəliyi olsun, yəni, başqa sözlə vergi ödəyicisinin muzdlu işçiləri olsun. Lakin bu məsələ apelyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. İşin həmin halı çox önəmlidir, belə ki, əgər vergi ödəyicisinin, konkret halda iddiaçının muzdlu işçiləri yoxdursa, onun Vergi Məcəlləsinin 150.3.3-cü maddəsi üzrə bəyannamə verməsi öhdəliyi də yaranmır. Həmçinin məhkəmə kollegiyası Vergi Məcəlləsinin 38.7-ci və 38.7.1-ci maddələrinin tələblərini də xatırlatmağı zəruri hesab edir. Belə ki, Vergi Məcəlləsinin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Yəni, Vergi Məcəlləsinin 38.7.1-ci maddəsinə əsasən vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda — həmin şəxsin olduğu yer müəyyən olunana qədər. Lakin işin təkzibolunmaz faktı ondan ibarətdir ki, iddiaçı vergi yoxlaması zamanı həbsxanada olmuş, bu baxımdan cavabdeh tərəfindən Vergi Məcəlləsinin 38.7.1-ci maddəsinin müddəalarına riayət edilib-edilməməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırıl mamışdır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfdən hesabladığı bir çox rəqəmlərdən səhv olduğunu bəyan edir, lakin apelyasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilini araşdırmamış, onu təkzib etməmiş, sadəcə olaraq cavabdehin hesablamaları ilə razılaşmış, amma bunun səbəblərini də açıqlamamışdır. Bununla yanaşı, məlum olduğu kimi, Vergi Məcəlləsinin 39.4-cü maddəsinə görə vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələblərinə riayət edilib-edilməməsi ümumiyyətlə araşdırılmamışdır. Eyni zama nda iddiaçı haqlı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2020-ci il tarixli, 12(102)-1(a)/2020 saylı qərarının müddəalarına istinad edir. Belə ki, həmin qərar «İddiaçı Azərbaycana qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına əsasən qəbul edilmişdir. Ali Məhkəmənin Plenumunun xx xxxxx 2020-ci il tarixli qərarında deyilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim X5, hakimlər X2 və X1 ibarət məhkəmə tərkibi) İddiaçı, xx xxxxxx 1984-cü ildə Bakışəhərindəanadanolmuş, AzərbaycanRespublikasınınvətəndaşı, subay, alitəhsilli, məhkumluğu olmayan, “İnsanhüquqlarıklubu”adlıqurumunsədri, nnnyaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 313-cümaddələriilə təqsirli bilinib, qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxx 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökmə əsasən, İddiaçı xx xxxxxx 2010 cu il tarixdə Bakı şəhərində təsis olunmuş «İnsan Hüquqları Klubu» adlı quruma təsisçilərin ümumiyığıncağının həmin tarixli qərarı ilə sədr vəzifəsinə seçilərək, xx xxxx 2000-ci il tarixli «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə zid d olaraq, dövlət qeydiyyatına alınmadan qeyri-hökumət təşkilatı adı altında hüquqi şəxs statusunda fəaliyyət göstərərək beynəlxalq və xarici dövlətlərin donor təşkilatlarından müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan müqavilələr üzrə qrant adı ilə külli miqdarda maliyyə vəsaitləri alıb, özünü təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri təyin etməklə, həmin pul vəsaitlərini təyinatı üzrə istifadə etməyib müxtəlif vəzifələrə işçilər cəlb edərək guya xidmətlərin göstərilməsi, işlərin görülməsinə görə xidmət haqlarının ödənilməsi barədə tərəflərin razılaşdırdıqları məzmununa biləbiləyalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş rəsmi sənəd olan müqavilə, təhvil-qəbulaktı, kassa məxaric orderləri və mədaxil qəbzləri əsasında 20 10-2014-cü illər ərzində mənimsəmə yolu ilə talamış, qulluq səlahiyyətlərindən tamah niyyəti ilə sui-istifadə edib vəzifə saxtakarlığı ilə qanunsuz sahibkarlıqla məşğul olaraq külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İddiaçı haqqında cinayət işinə Ali Məhkəməninin Plenumunda baxılmasının nəticələrinə görə İddiaçı barəsində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı, habelə onunla bağlı olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2015-ci il tarixi qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ləğv edilməli, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsində nəzərdə tutulmuş əsasl a onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə əlavə sübutların araşdırılması zəruri olduğundan, təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqti sadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2477/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.