Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-359/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Balakən rayon Qullar bələdiyyəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və Balakən rayon Notariat ofisinə qarşı üçüncü şəxsin adına hazırlanmış ayrıc aktının, alqı-satqı müqaviləsinin, torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın qanunsuz sayılması tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, “ayrıc aktı”nın inzibati akt olmaması, iddia müddəti, preyudisiallıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdehlər Balakən rayon Qullar bələdiyyəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və Balakən rayon Notariat ofisinə qarşı (üçüncü şəxs X4) “Qullar bələdiyyəsinin qanuna zidd hərəkətləri ilə üçüncü şəxs X2 adına hazırlanmış ayrıc aktının, üçüncü şəxslə Qullar bələdiyyəsi arasında bağlanmış 4 Ə-517 saylı 11.08.2018-ci il tarixli alqı-satqı müqaviləsinin, 18 saylı Zaqatala Ərazi İdarəsinin qanunsuz hərəkətləri ilə üçüncü şəxsin adına tərtib edilmiş AN 322240 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin və Seriya RX ******* nömrəli çıxarışın qanunsuz sayılması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 23.11.2020-ci il tarixli, 2-1(107)-532/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 0.10 ha həyətyanı toraq sahəsi almaq üçün 2013-cü ildə ərizə ilə Qullar bələdiyyəsinə müraciət etmişdir. Balakən rayon Qullar bələdiyyəsi 30 aprel 2013-cü il tarixli 4 saylı iclasının qərarı ilə iddiaçıya 0.10 ha həyətyanı torpaq sahəsinin satılması və ayrılması haqda qərar çıxarmışdır.
2. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, həmin torpaq sahəsinə dair "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti iddiaçıya cavab verərək bildirmiş dir ki, adı çəkilən torpaq sahələrinə dair X4 ilə Qullar Bələdiyyəsi arasında Balakən rayon notariat idarəsində 11.08.2018-ci il tarixdə 4Ə 517 saylı alğı-satqı müqaviləsi bağlanmışdır və DƏDRX 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən X1 RX N:1398792 olan çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehlər Balakən rayon Qullar bələdiyyəsi, Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və Balakən rayon Notariat ofisinə qarşı (üçüncü şəxs X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Qullar bələdiyyəsinin qanuna zidd hərəkətləri ilə üçüncü şəxs X2 adına hazırlanmış ayrıc aktının, üçüncü şəxslə Qullar bələdyyəsi arasında bağlanmış 4Ə-517 saylı 11.08.2018-ci il tarixli alqı-satqı müqav iləsinin, 18 saylı Zaqatala Ərazi İdarəsinin qanunsuz hərəkətləri ilə üçüncü şəxsin adına tərtib edilmiş AN 322240 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin və seriya RX ******* nömrəli çıxarışın qanunsuz sayılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Şəki İnzibati Məhkəməsinin 13.10.2020-ci il tarixli 2-1(116)-1517/2020 nömrəli qərardadı ilə (hakim İ.Cabbarov) iddia mümkün sayılmamışdır.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “ayrıc aktı” inzibati akt olmamaqla torpaq sahəsinin 3-cü şəxsə satılması üçün aparılan yerquruluşu sənədlərinin hazırlanması qaydasında tərtib olunmuş sənəddir. Bundan başqa, hazırkı işdə mübahisə olunan çıxarışın verilməsinə səbəb Balakən rayon Qullar Bələdiyyəsi tərəfindən 30 sentyabr 2015-ci il tarixli 10 saylı qərarı olmuşdur. İddiaçı torpaq sahəsinə 3-cü şəxsin mülkiyyətin hüququnun qeydiyyata alınmasından ən azından 2019-cu ilin oktyabr ayından (apelyasiya məhkəməsinin qətnaməsinin qəbul edilmə tarixindən) xəbərdar olmuş, bu halda da 07.10.2020-ci il tarixində məhkəməyə müraciət etməklə İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Göründüyü kimi iddiaçı sözügedən inzibati aktın qəbul edilməsindən xəbərdar olmuş, lakin o, qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Daha sonra iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı tələbinə mülki qaydada baxılmış, araşdırma aparılmış və nəticə etibarı ilə iddiası əsassız olmasına görə onun iddia tələbi təmin edilməmişdir. İddiaçı müxtəlif cavabdehləri qeyd etmək lə, bir-biri ilə əlaqəli olmayan tələblər irəli sürməklə prosessual məhdudiyyətlərdən yayınmağa çalışmaqla yenidən eyni məsələyə məhkəmə qaydasında baxılmasına nail olmaq istəyir ki, bu da yolverilməzdir.
6. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.11.2020-ci il tarixli, 2-1(107)-532/2020 saylı qərardadı ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.Məlikov və İ.Şükürov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 13.10.2020-ci il tarixli, 2-1(116)-1517/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi, iddianın mümkün sayılmaması barədə birinc i instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində göstərilmişdir ki, işə baxmış Şəki İnzibati Məhkəməsi və Şəki Apelyasiya Məhkəməsi, Balakən rayon Qullar Bələdiyyəsinin 30 sentyabr 2015-ci il tarixdə X3 torpaq satması ilə bağlı qərarının mövcud olub-olmamasını araşdırmadığı və nəticə etibarı ilə iş materiallarına əlavə edilmiş Balakən rayon Qullar Bələdiyyəsinin 30 sentyabr 2015-ci il tarixli qərarının X3 aid hissədə saxta olmasını müəyyən etmədiyi üçün İddiaçı yardım da etməmişdir. X6 Məhkəməsi və Şəki Apelyasiya Məhkəməsi 30 sentyabr 2015-ci il tarixli qərarının X3 aid hissədə saxta olmasını araşdırmış və bunu sübut etmiş olsa idi, İddiaçı "Balakən rayon Qullar Bələdiyyəsinin 30 sentyabr 2015-ci il tarixli qərarının X3 aid hissədə etibarsızlığının tanınması" növündə iddia qaldırmalı olması yönündə təklif verməli və bu yolla da ona yardım göstərməli idi. Çünki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında p roses iştirakçılarına yardım etməyə borcludur. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. İs materiallarında olan Şəki İnzibati Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2-1(116)- 630/2020 iş nömrəli qərardaddan və kassasiva şikayətinə əlavə olunmuş Balakən rayon Qullar Bələdiyyəsinin 18 noyabr 2020-ci il tarixli, 93 nömrəli arayışından da müəyyən edilir ki, Balakən rayon Qullar Bələdiyyəsinin 30 sentyabr 2015-ci il tarixli qərarı X3 torpaq sahəsi satılması ilə bağlı hissədə saxtadır. Belə olan halda, Şəki İnzibati Məhkəməsi və Şəki Apelyasiya Məhkəməsi düzgün olmayan prosessual hüquq normasına (İPM-38.1) istinad etmiş olur ki, bu da həmin qərardadın ləğv edilməsi üçün əsasdır. b. Kassasiya şikayətin ə etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Üçüncü şəxs vəkilsiz gəldiyinə görə onun izahatı dinlənilmədi.
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflər iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60 Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə müdafiəsinə təminat verilir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair id dialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın q əbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandır dığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 36 Tanınma haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 78 Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiy a instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yox lamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
21. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidməti haqqında Əsasnamə 3.0.23. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsinin və verilməsinin təmin olunması həmin Xidmətin vəzifələrindən biridir. 22. “İnzibati icraat haqqında” Qanun Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.1 inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2 inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi n əticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, işə baxmış məhkəmələr iddianın mümkün sayılmaması barədə düzdün nəticəyə gəlmişdir. Qərardad prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsas vermir.
23. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Ple numunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
25. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti ü zrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
26. İddianın mümkünlük şərtlərindən biri də aktın inzibati akt kimi qiymətləndirilməsidir.
27. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçının tələbinin “Qullar bələdiyyəsinin qanuna zidd hərəkətləri ilə üçüncü şəxs X2 adına hazırlanmış ayrıc aktının qanunsuz sayılması” hissəsində iddia mümkün sayılmamalıdır. Belə ki, həmin “ayrıc aktı” inzibati akt olmamaqla torpaq sahəsinin 3-cü şəxsə satılması üçün yerquruluşu sənədlərinin hazırlanması qaydasında tərtib olunmuş sənəddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fizik i şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Hazırkı məzmunda iddianın mümkünlüyü üçün iddiaçının qanunsuz tanınmasını tələb etdiyi “Ayrıc aktı”, həmin Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmir və inzibati akt kimi tanına bilməz.
28. Məhkəmələr digər iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyy ən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiy yat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı işdə mübahisə olunan çıxarışın verilməsinə səbəb Balakən rayon Qullar Bələdiyyəsinin 30 sentyabr 2015-ci il tarixli 10 saylı qərarı olmuşdur. İddiaçı torpaq sahəsinə 3-cü şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmasından ən azından 2019-cu ilin oktyabr ayından (apelyasiya məhkəməsinin qətnaməsinin qəbul edilmə tarixindən) xəbərdar olmuşdur və bu halda 07.10.2020-ci il tarixində məhkəməyə müraciət etməklə İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Buradan da göründüyü kimi iddiaçı sözügedən inzibati aktın qəbul edilməsindən xəbərdar olmuş, lakin o, qanunla müəyyən edilmiş müddət ərzi ndə inzibati aktı mübahisələndirməmiş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Məhkəmə bu nəticəni əsaslandırarkən ona istinad etmişdir ki, İddiaçı cavabdehlər Balakən rayonu Qullar bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Balakən rayon Notariat ofisinə və X3 qarşı “Balakən rayonu Qullar bələdiyyəsi ilə X4 arasında bağlanmış 11 avqust 2018-ci il tarixli, 4Ə-517 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş RX-1398792 saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Balakən rayon Məhkəməsinə müraciət etmişdir. Balakən rayon Məhkəməsinin 17 iyul 2019-cü il tarixli, 2(019)-604/2019 nömrəli qətnaməsi ilə İddiaçı qeyd olunan iddia tələb i təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(107)-2769/2019 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi iddiaçının hazırki tələbinin “üçüncü şəxslə Qullar bələdyyəsi arasında bağlanmış 4Ə-517 saylı 11.08.2018-ci il tarixli alqı-satqı müqaviləsinin, 18 saylı Zaqatala ərazi idarəsinin qanunsuz hərəkətləri ilə üçüncü şəxsin adına tərtib edilmiş AN 322240 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin və Seriya RX ******* nömrəli çıxarışın qanunsuz sayılması” hissəsinə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verilmişdir. Məhkəmələr Balakən rayon Məhkəməsinin 17 iyul 2019-cü il tarixli, 2(019)-604/2019 nömrəli qətnaməsinin qanuni qüvvəyə minməs i faktının hazırki iddianın mümkünlüyünə təsirini araşdıraraq, İPM-nin 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyi barədə imperativ tələbinə istinad etməklə bu nəticəyə gəlmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmələr haqlı olaraq qeyd etmişdir ki, iddiaçı müxtəlif cavabdehləri qeyd etməklə, bir-biri ilə əlaqəli olmayan tələblər irəli sürməklə prosessual məhdudiyyətlərdən yayınmağa çalışmaqla yenidən eyni məsələyə məhkəmə qaydasında baxılmasına nail olmaq istəyir ki, bu da yolverilməzdir. Bütün iddiaların mahiyyəti də, obyekti də bütün hallarda dəyişməzdir. Apelyasiya instansiyası məhkəməsi iddianın mümkünlük şərtlərini araşdıraraq, iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmələr tərəfindən iddia qeyri-mümkün sayılarkən hüquqi yardım göstərilməməsi barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, həmin dəlil əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi qərarında hüquqi yardım göstərildiyi halda belə iddianın uğursuzluğunu qeyd edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçı 3-cü şəxsə satılmış torpaq sahəsinin əslində ona aid olduğunu, həmin torpaq sahəsinin bələdiyyə tərəfindən qanunsuz olaraq 3-cü şəxsə satıldığını qeyd edir və bu proseslərdən xəbəri olmadığını iddia edir. Yəni əslində iddiaçının hüquqi marağı baxımından o, 3-cü şəxsə torpaq sahə sinin satılması barədə qərarı mübahisələndirməli idi. Bu halda da məhkəmə qeyd edir ki, ona bu istiqamətdə yardımın edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcəkdi. Belə ki, yuxarıda qeyd olunduğu kimi mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının tələblərinə artıq mülki qaydada məhkəmələr tərəfindən baxılmış və qəbul olunmuş qətnamələr qanuni qüvvəsini almışdır. Həmin proseslərdə iştirak edən iddiaçının 3-cü şəxsə torpaq sahəsinin satılması barədə bələdiyyə qərarından məlumatı olmuş, həmin bələdiyyə qərarını iddiaçı əldə etmiş və ya əldə etmə imkanına malik olmuşdur. Məhkəmənin bu əsaslandırması düzgündür və işin bu vəziyyətində hüquqi yardımdan sonra dəyişilmiş iddia – qərarın ləğvi barədə tələb də iddia müddətlərinə görə mümkün sayılmayacaqdı. Məhkəmələr iddiaçıya hüquqi yardı m etməkdən imtina etməmişdir.
35. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.11.2020-ci il tarixli, 2-1(107)-532/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın Qərar qətidir.