Məhkəmə qərarları › İş №2-1(102)-359/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-359/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-359/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.03.2023 hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1968; xxxxxxx) Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" MTK) kompensasiya olaraq mənzilin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2-1(103)-1340/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiy a şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZE seriyaslı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Xəzər r-nu, Buzovna qəs., 2143 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasında qeydiyyatdadır. 2. "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1985-ci ildən (əmr № 227 k xx.xx.1985) xx.xx.1986-cı ilə qədər (əmr № 80k xx.xx.1986 Sovet ordusuna çağırışı ilə əlaqədar) tornaçı vəzifəsində işləmişdir. Əsgərlikdən sonra yenidən “Bakqazmaşzavod” İB-də xx.xx.1988-ci ildən (əmr № 25k xx.xx.1988) xx.xx.1990-cı ilə qədər (əmr № 84k/a xx.xx.1990) arxivarius və yataqxananın mühafizəçisi vəzifəsində işləmişdir. "xxxx" zavodunda xx.xx.1992-ci ildən (əmr № 9k/a xx.xx.1992) xx.xx.2000-ci ilə qədər (əmr № 27k xx.xx.2000) hazır məhsul anbarında anbardar vəzifəsində işləmişdir. 3. xx.xx.1985-ci ildə tərtib olunmuş Forma -A kartoçkasında iddiaçının yaşadığı yer üzrə "xxxx" zavodunun yataqxanasına qeydiyyata alındığı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəzalı vəziyyətdə olduğuna görə sökülmüş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən "xxxx" zavodunun yataqxanasının yerində inşa edilən yeni binada kompensasiya olaraq ona bir otaqlı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci il tarixdən “Bakqazmaş Zavod” İstehsalat Birliyində (hal-ha zırda "xxxx" ASC) tornaçı vəzifəsində əmək fəaliyyətinə başlamışdır. İşlədiyi dövrdə həmin zavodun yataqxanasında mənzillə təmin olunmuş, yataqxananın 8 saylı otağında ailə üzvlərilə birlikdə qeydiyyatda olmaqla, 1992-ci il tarixə kimi yaşamışdır. 1992-ci ildə işdə olduğu vaxt faktiki istifadəsində olan, 8 saylı otaq qapısı qırılmaqla, Ağdam rayonundan olan məcburi köçkünlər X3 və onun ailəsi tərəfindən (əşyaları mənzildə olduğu halda) zəbt edilmişdir. Mənzilin yenidən iddiaçının istifadəsinə qaytarılması üçün etdiyi bütün cəhdlər heç bir nəticə verməmişdir. Belə ki, məlum olduğu kimi məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılmasının qarşısını alınması məqsədilə bir sıra qanunvericilik aktları qəbul edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Azə rbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 saylı Sərəncmına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inztibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyatı təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmış, bir sözlə, məcburi köçkünlərin müvəqqəti yaşamaq məqsədi ilə zəbt etdikləri təyinatından asılı olmayaraq yaşayış, inzibati, yardımçı və digər binaların digər binalardan, bütün tikililərdən çıxarılması qanunsuz elan edilmişdir. O, mübahisəli mənzilin yerləşdiyi qəzalı binanın faktiki yaşayan sakini olaraq tanınmalıdır. Həmin binanın digər sakinlərinə verilmiş kompensasiya iddiaçıya şamil edilməli, yeni inşa edilən binada ona bir otaqlı mənzil verilməli və bina təhvil verilənədək ona kirayə haqqı ödənilməlidir. Təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, o, Xəzər r- nu, Buzovna qəs., 2143 saylı məhəllə "xxxx" zavodunun yataqxanasında qeydiyyatdadır. Arxiv arayışından göründüyü kimi, xx.xx.1985-ci ildən (əmr № 227 k xx.xx.1985) xx.xx.1986-cı ilə qədər (əmr № 80k xx.xx.1986 Sovet ordusuna çağırışı ilə əlaqədar) tornaçı vəzifəsində işləmiş, əsgərlikdən sonra yenidən “Bakqazmaşzavod” İB-nə qayıtmış, xx.xx.1988-ci ildən (əmr № 25k xx.xx.1988) xx.xx.1990-cı ilə qədər (əmr № 84k/a xx.xx.1990) arxivarius və yataqxananın mühafizəçisi vəzifəsində, xx.xx.1992-ci ildən (əmr № 9k/a xx.xx.1992) xx.xx.2000-ci ilə qədər (əmr № 27k xx.xx.200 0) hazır məhsul anbarında anbardar vəzifəsində işləmişdir. 1985-ci ildən hal-hazırki günə qədər "xxxx" zavodunun yataqxanasında pasport qeydiyyatındadır. Təqdim etdiyi 111 saylı MKİS tərəfınən tərtib olunmuş “Bakı şəhəri 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin Xəzər rayonu, Buzovna qəsəbəsi, 111 saylı MKİS-nin balansında olan, məhəllə 2143-də yerləşən yataqxana haqqında Məlumat”dan göründüyü kimi, 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə həmin siyahının müvafiq olaraq 29-32-ci sıralarında 2143-cü məhəllədə yerləşən yataqxananın 8 saylı mübahisəli mənzilinin sakinləri kimi göstərilmişdir. Siyahıda həmin mənzilin Ağdam rayonundan olan məcburi köçkün X2 ailə üzvləri ilə birlikdə zəbt etdiyi qeyd olunmuşdur. Təqdim etdiyi “Şəxsi hesab vərəqəsi”nin surətindən göründüyü kimi, o, 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə xx.xx.1985-ci ildən Xəzər r-nu, Buzovna qəs., "xxxx" zavodunun yataqxanasında qeydiyyatda olmaqla yaşamışdır. Təqdim etdiyi xx.xx.1985-ci ildə tərtib olunmuş Forma A-nın surətindən göründüyü kimi, işlədiyi müəssisə - "xxxx" zavodu, yaşadığı yer isə həmin zavodun Buzovna qəsəbəsində yerləşən yataqxanası olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, Xəzər r-nu, Buzovna qəs., 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyətinin qəzalı olduğu müəyyən olunmuş, bu səbəbdən binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Qəzalı vəziyyətdə olan binada yaşayan sakinlərin köçürülməsi Cavabdehnə tapşırılmış və onun tərəfindən həyata keçirilmişdir. Bina sökülmüşdür və hal-hazırda onun yerində "xxxx" MTK tərəfindən yeni bina inşa edilməkdədir. Qəzalı binanın sakinlərinin yeni binada mənzillərə təmin olunması nəzərdə tutulmuş və bina istifadəyə verilənədək, sakinlərin müvəqqəti kirayədə yaşaması üçün kirayə haqqı ödənilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən pozulmuş konstitusion hüquqları bərpa edilməli, Xəzər r-nu, Buzovna qəs., 2143 saylı məhəllə, "xxxx" zavodunun qəzalı yataqxanasının 8 saylı otağında faktiki yaşayan sakin olaraq, həmin yataqxananın digər sakinlərinə ödənilən kompensasiya məbləği ona da şamil olunmalıdır. Lakin, bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı surətdə müraciət etsə də, indiyədək ərizəsinə cavab verilməmişdir. Cava bdehə axırıncı dəfə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir.

6. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, bu iddia predmeti üzrə cavabdeh inzibati orqan kimi Cavabdeh hesab edilə bilməz. Belə ki, iddiaçının iddia ərizəsində də qeyd edildiyi kimi, Buzovna qəsəbəsi, məhəllə 2143 ünvanında yerləşən (keçmiş Bakqazmaş zavodunun yataqxanası) yataqxana binası Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Yəni, həmin binaya dair Cavabdeh sərəncam vermək hüququ olmamışdır. Həmçinin, iddiaçının iddia ərizəsinə əlavə edilmiş arayışlarından da görünür ki, qeydiyyatda olduğu yataqxana binası sözügedən Birliyin balansındadır. Eləcə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tiki ntidə X1 Agentliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, iddiaçının qeydiyyatda olduğu yataqxana binasının texniki vəziyyətinin qəzalı olduğu müəyyən olunmuş, bu binanın istismarının dayandırılması və orada faktiki yaşayan sakinlərin çıxarılması zəruri hesab edilmişdir. Lakin qəzalı binanın sökülüb yerində yeni binanın inşa edilməsi Cavabdeh tərəfindən həyata keçirilməmişdir. Bununla bağlı, iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, qeydiyyatda olduğu ünvanda uzun illər məcburi köçkün ailəsi yaşamışdır. Belə olan halda, iddiaçının həmin binada qeydiyyatı olmasına baxmayaq, o, uzun illər həmin binada yaşamamışdır. Qəzalı vəziyyətdə olan binada yalnız faktiki yaşayan sakinlər üçün yeni bina inşa edilmiş və onlar ora köçürülmüşlər. S onda cavabdeh iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2544/2021 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən beşmərtəbəli yataqxana binasının mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən mötəbər sübut təqdim etməmiş və həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar onun tələbinin təmin olunmasına əsas vermir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apel lyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2022-ci il tarixli, 21(103)-1340/2022 nömrəli qərarı ilə (hakimlər: H.Həmidov – sədrlik edən və məruzəçi, X.Cəmilova və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2544/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti mahiyyət etibarı ilə iddia ərizəsi və apellyasiya məhkəməsinə uyğun tərtib edilib. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün iddiaçı Mülki Məcəllənin 157.8, 159, 162-ci maddələrinə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2-1(103)-1340/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı 2.1-cü bənd. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bə nd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, mübahisənin inzibati hüquq mübahisəsi olmasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1-ci bənd. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düz gün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənd. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

16. İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə müba hisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxl aya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

21. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, iddiaya mahiyyəti üzrə o zaman baxıla bilər ki, digər şərtlərlə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də ödənilsin.

22. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatı nda iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

24. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu is tisna edir.

25. Məhkəmə kollegiyasının qənaətinə görə, aşağıda qeyd olunmuş səbəblərdən hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

26. Belə ki, mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən beşmərtəbəli yataqxanaya heç bir hüququ yoxdur. İşin araşdırılan halları ilə iddiaçıya sözügedən yataqxana otağının həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinin müəyyən etdiyi qaydada müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə və həmin qərara əsasən mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona müvafiq order verildiyi müəyyən edilmir. Həmçinin, iddiaç ı tərəfindən təqdim edilmiş mübahisəli yataqxanada yaşayanlar haqqında məlumatın kserosurəti də heç bir vəzifəli şəxs tərəfindən imzalanmadığından və möhürlə təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı tərəfindən ümumiyyətlə iddia etdiyi otağın (mənzilin) ona məxsus olması barədə hər hansı hüquqmüəyyənedici sənəd (müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı və həmin qərara əsasən mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən verilən order) təqdim olunmamışdır. İddiaçının həmin yataqxanaya qeydiyyatı formal xarakter daşımışdır.

27. Belə olan halda, iddiaçı yalnız yataqxanada qeydiyyatda olması əsası ilə yataqxana otağının “mənzil”i kimi qiymətləndirilərək ona kompensasiya kimi mənzil verilməsi barədə iddia irəli sürmək hüququnun sahibi hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi isə iddianın mümkünlük şərtlərini tam yoxlamamış, iddiaçının hazırkı iddiaya münasibətdə subyektiv hüququn sahibi olmadığını nəzərə almamış, nəticədə iddianı mümkün saymamalı olduğu halda, mübahisəyə mahiyyəti üzrə baxmaqla qərar qəbul etmişdir.

28. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisə açdığı yataqxanaya dair hər hansı hüquqi bağlılığı sübuta yetirilmir, onun həmin yatqxana otağına əşya hüququ təsdiqini tapmır. Belə olan halda, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ müəyyən edilmir.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2022-ci il tari xli, 21(103)-1340/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar