Məhkəmə qərarları › İş №2-1(102)-359/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-359/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-359/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X11 və X6) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququna dair aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X11 və X6) qarşı “Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 407/286 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair X8 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********04 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2821/2023 nömrəli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) xx.xx.1994-cü il tarixli, 407/286 nömrəli sərəncamı ilə Mərdəkan qəsəbəsi, Oktyabr küçəsi, 2 nömrəli evdə yaşayan X9 Mərdəkan qəsəbəsində 5/260 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi 31 ünvanında yerləşən fərdi yaşayış evinə dair 11 fevral 2006-cı il tarixdə Texniki İnventarlaşdıma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənədlə 1200 kv.m, həqiqi 1204.5 kv.m, tikinti altında 156.5 kv.m göstərilmişdir.

3. Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, M.Cəbra yılov küçəsində istifadədə olan 0.12045 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 31 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adına MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir.

4. İddiaçıya məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi 31 ünvanında yerləşən fərdi yaşayış evinin yenidən tikilməsi ilə bağlı tərtib edilmiş layihə məlumatlandırma icraatı qaydasında xx.xx.2021-ci il tarixdə Xəzər rayon İcra Hakimiyyətinə təqdim edilmişdir.

5. İddiaçı yenidən tikilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021ci il tarixli məktubla (bildiriş) imtina edərək bildirmişdir ki, fərdi yaşa yış evinin yerləşdiyi torpaq sahəsinə dair Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) xx.xx.1994-cü il tarixli, 407/286 nömrəli sərəncamı əsasında digər şəxslərin adına kadastr planı hazırlanaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, torpaq sahəsinin texniki pasportla perimetrik ölçüləri və konfiqurasiya fərqi mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 407/286 nömrəli sərəncam əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair X8 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********04 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi 31 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında X7 almış, 0.12045 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 31 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 26 mart 2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsi ilkin mülkiyyətçi X9 fərdi ev tikintisi üçün keçmiş Əziz bəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncamı ilə ayrılmışdır. İstifadəsində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi sonradan tərəfindən sökülərək yerində məlumatlandırma icraatı qaydasında yeni yaşayış evi tikilmiş, həmin yaşayış evi üzərində mülkiyyət hüququnu sənədləşdirmək üçün ərizə ilə cavabdehə müraciət etmiş, sonuncu imtina etmişdir. Halbuki, həmin sərəncam əsasında ayrılmış torpaq sahəsi 2006-cı ildən mübahisəsiz və fasiləsiz olaraq onun istifadə və sahibliyindədir və torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ həmin ildən cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Yaşayış evinə hüququnun qeydiyyatı ilə bağlı müraciətdən əvvəl həmin evlərin tikildiyi torpaq sahəsinin ayrılmasına dair Əz izbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncamın mövcud olub-olmaması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu edilmiş, cavab məktubunda sərəncamın Dövlət Arxivinin Bakı Filialında mövcud olması bildirilmişdir. Əzizbəyov rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncamın arxiv çıxarışından görünür ki, həmin sərəncam əsasında X9 Mərdəkan qəsəbəsindəki 5/260 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama əsasən mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evinin altındakı torpaq sahəsini onun əvəzsiz olaraq özəlləşdirmək hüququ vardır, onun mülkiyyətçisi olduğu yaşayış evi adı çəkilən sərəncam əsasında ayrılmış torpaq sahəsi üzərində tikilmişdir. Buna baxmayaraq, cavabdeh adıçəkilən sərəncamla başqa fiziki şəxs tərəfindən digər torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına səhlənkarlıq nəticəsində və yaxud bilərəkdən yol vermiş, bu qanunsuzluq nəticəsində onun qanunla qorunan hüquqları kobud surədə pozulmuş, nəticədə məlumatlandırma icraatı qaydasında yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınması mümkünsüz olmuşdur.

8. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, müvafiq iddia tələbinə dair iddiaçının cavabdehə rəsmi müraciəti daxil olmamışdır. Belə ki, iddiaçının idarəyə müraciəti çıxarış və plan - ölçü sənədinin ləğv edilməsi ilə əlaqədar deyil, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayıl ov küçəsi, ev 31 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olmuşdur. İddia tələbində qeyd olunan Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 407/286 nömrəli sərəncamı əsasında X8 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********33000370 nömrəli torpaq sahəsinin kadastr planı verilmişdir. Həmin 0.12 ha torpaq sahəsi ilkin olaraq xx.xx.2007-ci il tarixdə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, bundan sonra xx.xx.2007-ci il tarixli, 4Ə/3-418 nömrəli alqı-satqı müqaviləsi əsasında X4 adına özgəninkiləşdirilmişdir. xx.xx.2014-cü il tarixdə torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə vahid əmlak kimi **********04-10301 reyestr nömrəsi ilə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun xüsusi mülkiyyətindədir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 22 iyun 2022-ci il tarixli, 2-1(112)-5302/2022 nömrəli qərardadı ilə X11 və X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

10. Üçüncü şəxs X6 iddia tələbinə etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, o, 04 oktyabr 2007-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Mərdəkan qəsəbəsində 5/260 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsini 7657 manat pul ödəyərək, X7 almışdır. Həmin torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçıs ının vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında 10 may 1994-cü il tarixli, 407/286 saylı sərəncamı ilə X9 ayrılmışdır. Fazil Bağırovla bağladığı müqavilə Bakı şəhəri, 7-ci dövlət notariat kontorunun notariusu N.Ə.Vədətov tərəfindən təsdiq edilmişdir. İş materiallarından da görünür ki, Fazil Bağırovun daşınmaz əmlakı olan torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun olaraq qeydiyyata alınmış və satıcı öz əmlakına dair sərəncam vermək hüququndan istifadə edərək, həmin torpaq sahəsini ona satmışdır. Notarial təsdiq olunmuş müqavilə əsasında xx.xx.2007-ci il tarixdə, **********04 reyestr nömrəsi, ********* saylı qeydiyyat nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdi q etdirmişdir. Həmin çıxarışda torpaq sahəsinin təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü isə fərdi yaşayış kimi qeyd olunmuşdur. Daha sonra mülkiyyətində olan həmin torpaq sahəsi üzərində tikinti və yenidənqurma işləri aparmış, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahədə tikdiyi fərdi yaşayış evinin qeydiyyata alınması barədə Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinə müraciət etmiş, Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 387 nömrəli sərəncamı ilə, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahəsi üzərindəki 1 mərtəbəli, yarımzirzəmili, cəmi torpaq sahəsi - 1200 kv.m-dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmışdır. Bununla da, həmin torpaq sahəsi və üzərində olan tikiliyə dair tam mülkiyyət hüququ təsdiq olu nmuşdur. İddiaçının tələb etdiyi kimi çıxarışın ləğvinə dair heç bir əsas yoxdur. Belə ki, iş materiallarına əlavə etdiyi sənədlərdən də görünür ki, torpaq sahəsini tam qanuni şəkildə əldə etmiş, onun üzərində yenidənqurma işlərini qanunvericiliyə uyğun həyata keçirmiş və bunu təsdiq etdirmişdir. Torpaq sahəsinə 15 il ərzində nəinki fasiləsiz və etirazsız sahiblik etmiş, həmçinin yenidənqurma işləri aparmış, bütün hüquq və vəzifələri vaxtında və qaydasında həyata keçirmişdir. İddiaçı iddia ərizəsində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi 31 ünvanında yerləşən 0.12045 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 31 nömrəli fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında X3 aldığını qeyd etmişdir. Lakin sənədlərdən də göründüyü kimi, hal-hazırda mülkiyyətində olan to rpaq sahəsinin ünvanı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.ünvan 1 göstərilməmişdir. Bununla yanaşı, o, sözügedən torpaq sahəsini satın aldığı zaman üzərində hər hansı tikili olmamışdır. İddiaçının sözügedən fərdi yaşayış sahəsinə 2006-cı ildən etibarən sahib olub, 2021-ci ilədək, 15 il müddətində maraqlanmaması ağlabatan deyil. Bütün bu illər ərzində o, aşkar şəkildə tikinti aparmış, yenidənqurma işləri görmüş, bunu da, müvafiq dövlət orqanlarında təsdiq etdirmişdir. İddiaçının bununla bağlı hər hansı etiraz və ya iradı olmamış, iddia irəli sürməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 30 mart 2023-cü il tarixli, 2-1(112)-651/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 10 may 1994-c ü il tarixli 407/286 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair X8 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********04 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı çoxsaylı məhkəmə sorğularına əsasən aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, F.Bağırov tərəfindən eyni sərəncam əsasında torpaq sahələrinə dair başqa yerləşmə cizgisi əldə edilmiş, iddiaçıya satılmış fərdi yaşayı ş evinin yerləşdiyi torpaq sahəsində fərdi yaşayış evi tikdikdən sonra aidiyyəti qurumdan başqa ünvan almış, fərqli torpaq sahələrinə dair adına qeydiyyat vəsiqələri əldə etmiş və nəticədə eyni sərəncam əsasında fərqli torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi və torpaq sahəsi ayrı-ayrılıqda həm iddiaçıya, həm də X1. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və işin təkzib olunmaz dəlilləri ilə iddiaçıya və X5 məxsus fərdi yaşayış evlərinin və onların altında yerləşən torpaq sahələrinin başqa-başqa ünvanlarda yerləşməsi, fərdi yaşayış evlərinin və altlarında yerləşən torpaq sahələrinin üst-üstə düşməməsi, hər iki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahələri üçün hüquqmüəyyənedici sənəd kimi 5/260 nömrəli sahədə 1200 kv.m ölçüdə torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/286 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamının çıxış etməsi öz təsdiqini tapmışdır. Məhkəmə sözügedən sərəncam əsasında F.Bağırova ayrılmış torpaq sahəsində sonuncu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ilkin olaraq iddiaçıya satılması halını nəzərə alaraq hesab etmişdir ki, eyni hüquqmüəyyənedici sənəd əsasında fərqli torpaq sahələrinə və üzərində inşa edilmiş fərdi yaşayış evlərinə dair hüquqların dövlət qeydiyyatına alınması mümkün olmadığından, üstünlük hüququ iddiaçıda saxlanılmaqla, sözügedən sərəncam əsasında F.Bağırovun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2007-ci il tarixli torpağa dair qeydiyyat və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməlidir.

13. Üçüncü şəxs X 10 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2821/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-651/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Üçüncü şəxs X10 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya i nstansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, qanunvericiliyin tələbinə əsasən o, vicdanlı alıcı hesab olunmaqla, onun mülkiyyət hüquqları mülkiyyətçiyə münasibətdə daha üstün tutulmalıdır. O, qanunvericiliklə müəyyən edilmiş qaydada alqısatqı müqaviləsi əsasında əmlak əldə etmişdir. Eyni hüquqmüəyyənedici sənəd əsasında üst-üstə düşməyən torpaq sahələri barədə çıxarışın verilməsi onun problemi deyildir, o, inzibati orqanın aktını düzgün hesab edərək ona etimad etmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublik ası Qanunu: Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.... 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 4

5. İnzibati icraatda sübutlar 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır.... Maddə

47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması... 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir....

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə q ərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, A li Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğu nun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiy a instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəli llərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla belə, məhkəmə kollegiyası iddianın mahiyyətinə münasibətdə qeyd edir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/286 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamına əsasən, Mərdəkan qəsəbəsində 5/260 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi X9 ayrılmışdır. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 26 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamına əsasən, Şağan qəsəbəsi, 5/260 saylı sahədə X8 tikdiyi 2 mərtəbəli mansardlı 4 yaşayış otağı sahəsi – 64.9 kv.m., köməkçi sahə -112.8 kv.m., açıq eyvan - 41.5 kv.m., mansard – 67.5 kv.m., torpaq sahəsində tikili olmayan cəmi torpaq sahəsi -1200 kv.m-dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmışdır. X8 müraciətinə əsasən, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsindəki X14 tərəfindən tikilmiş fərdi yaşayış evinə “Şağan qəsəbəsi, M.ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair 11 fevral 2006-cı il tarixdə Texniki İnventarlaşdıma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasport tərtib edilmiş, tərtib edilmiş texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənədlə 1200 kv.m, həqiqi 1204.5 kv.m, tikinti altında 156.5 kv.m. göstərilmişdir. Bakı şəhəri 7 saylı dövlət notariat ofisində təsdiq edilmiş 17 fevral 2006-cı il tari xli alqı-satqı müqaviləsinə əsasən, X11 Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2006-cı il tarixli arayışına əsasən, Şağan qəsəbəsi, M.Cəbrayılov 31 ünvanında 1200 kv.m torpaq sahəsində yerləşən evini iddiaçıya satmışdır.

29. Buna baxmayaraq, F.Bağırov həmin sərəncam əsasında ona ayrılmış 5/260 saylı sahədə yerləşən torpaq sahəsinə dair Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının birinci müavini tərəfindən təsdiq edilmiş cizgi də əldə edərək, xx.xx.2007-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış və həmin torpaq sahəsini müvafiq çıxarış əsasında xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2.

30. Göründüyü kimi, Fazil Bağırov tərəfindən eyni sərəncam əsasında torpaq sahələrinə dair başqa-başqa yerləşmə cizgiləri əldə edilmiş, iddiaçıya satılmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində fərdi yaşayış evi tikdikdən sonra aidiyyəti qurumdan başqa ünvan alaraq, fərqli torpaq sahələrinə dair adına qeydiyyat vəsiqələri əldə etmişdir. Nəticə etibarı ilə eyni sərəncam əsasında fərqli torpaq sahələri və üzərində inşa edilmiş fərdi yaşayış evləri ayrı-ayrılıqda həm iddiaçıya, həm də üçüncü şəxs X1. İddiaçı və Nərgiz Sofiyevaya satılmış torpaq sahələrinin sənəd üzrə başqa-başqa ünvanlarda yerləşməsi, fərdi yaşayış evlərinin və altlarında yerləşən torpaq sahələrinin üst-üstə düşməməsi, hər iki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahələrinin verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/286 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamının qeyd olunması iş materialları ilə öz təsdiqini tapmışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri düzgün olaraq belə nəticəyə gəlmişlər ki, eyni hüquqmüəyyənedici sənəd əsasında fərqli torpaq sahələrinə və üzərində inşa edilmiş fərdi yaşayış evlərinə dair hüquqların dövlət qeydiyyatına alınması mümkün olmadığından, üstünlük hüququ iddiaçıda saxlanılmaqla, sözügedən sərəncam əsasında Fazil Bağırovun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2007-ci il tarixli torpağa dair qeydiyyat və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməlidir.

32. Belə ki, sözügedən sərəncam əsasında Fazil Bağırova ayrılmış torpaq sahəsində sonuncu tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilkin olaraq iddiaçıya satılmışdır. Bu səb əbdən üstünlük hüququ iddiaçıda saxlanılmalıdır.

33. Eyni zamanda məhkəmə kollegiyası üçüncü şəxs N.Sofiyevanın kassasiya şikayətinin əsas dəlili kimi vicdanlı alıcı hesab olunmaqla, onun mülkiyyət hüququnun mülkiyyətçiyə münasibətdə daha üstün tutulmalı olmasına münasibət bildirərək qeyd edir ki, vicdanlı əldə etmə institutu mülki hüququn tərkib hissəsi olduğundan, vicdanlı əldə etmə mülki mühakimə icraatı qaydasında qiymət verilməli məsələdir və bu səbəbdən inzibati məhkəmə icraatının predmetini təşkil etmir. Odur ki, inzibati məhkəmə araşdırması çərçivəsində şəxsin vicdanlı əldə edən olub-olmamasını müəyyən etmək yolverilməzdir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı icraat çərçivəsində üçüncü şəxs F.Bağırovun adına dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. Bu isə üçüncü şəxs N.Sofiyevanın adına aparılmış qeydiyyatın mexaniki olaraq ləğv edilməsi anlamına gəlməyə əsas vermir.

34. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2821/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar