Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-359/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-2219/2024 saylı qərarın dan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Cavabdeh başçısının 24 may 1995-ci il tarixli 1579 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. 2. 520 kv.m torpaq sahəsi uzun müddət X1 istifadəsində olduğundan Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin 23 noyabr 2005-ci il tarixli 179 nömrəli qərarı ilə X1 ərizəsi nəzərə alınmaqla alqı-satqı yolu ilə ona satılmış, Badamdar bələdiyyəsinin sədri tərəfindən X1 istifadəsində olan torpaq sahəsinin cizgisi tərtib edilmişdir.
3. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək Cavab deh başçısı tərəfindən verilmiş 1579 saylı, xx.xx.1995-ci il tarixli sərəncam əsasında ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin dəqiqləşdirilməsini xahiş etmişdir.
4. Cavabdeh Bakı şəhəri Cavabdeh 21 sentyabr 2023-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Cavabdeh arxivində aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının 24 may 1995-ci il tarixli 1579 saylı Sərəncamına əsasən, ona Badamdar qəsəbəsi ərazisində ayrılmış 600 kv.m. torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin cavabdeh Abşero n Rayon İcra Hakimiyyətinin üzərinə vəzifə kimi qoyulmasına dair qərar edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh başçısının 1579 saylı, 24 may 1995ci il tarixli Sərəncamına əsasən, ona Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ üzrə qeydiyyata aldırmaq üçün ilk növbədə ayrılmış torpaq sahəsinin ilkin cizgisinin əldə olunmasına zərurət var. Bu məqsədlə cavabdeh Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etsə də müraciət təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunvericiliyə ziddir və onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Çünki cavabdehin imtina səbəbinin qanuni əsası yoxdur. Nəzərə alınm alıdır ki, torpaq sahəsi 1995-ci ildə ayrılmışdır. Belə olan halda, “Torpaq islahatı haqqında” qanunun 25-ci maddəsinin tələbləri tətbiq edilməlidir. “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin birinci abzasına əsasən, bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin maddənin üçüncü abzasına əsasən, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsi nin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Göründüyü kimi, torpaq ayrılması səlahiyyətləri 2001-ci ilin 01 yanvar tarixinədək məhz yerli icra hakimiyyətlərinin səlahiyyətlərində olmuşdur. Belə olan halda, yerli icra hakimiyyəti olaraq Cavabdeh tərəfindən ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin ayrılma vaxtı tərtib edilməməsi, həmin cizginin tərtibindən imtina edilməsinə əsas vermir. Torpaq sahəsini ayıran dövlət qurumu hal-hazırda fəaliyyətdədir, səlahiyyəti çərçivəsində ayırmış olduğu torpaq sahəsinin hansı ölçülərdə ayrılmış olmasını müəyyən edən sənədin verilməsi də məhz həmin təşkilatdan tələb edilməlidir.
7. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərardadı ilə X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2951/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş, iddia tələbi “Bakı şəhəri Cavabdeh Başçısının 24 may 1995-ci il tarixli 1579 saylı Sərəncamına əsasən, iddiaçıya Badamdar qəsəbəsi ərazisində ayrılmış 600 kv.m. torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.
10. Üçüncü şəxs X2 da iddia ərizəsinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı ilə keçmiş illərdə dəfələrlə alqı-satqı üzündən məhkəməlik olmuşdur. Ona qarşı iddiaları qanunsuz və əsassızdır. Ailələri ilə birlikdə verdikləri razılıq ərizələri və etirafnamələri vardır. Yenidən qaldırdığı iddiaları əsassız olduğuna görə təmin edilməməlidir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2951/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim X9) iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmadığından, müvafiq Sərəncamla ayrılmış torpaq sahəsinin dəqiq yeri müəyyən olmadığından, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən torpaq sahəsinin məhz məhkəməyə göstərdiyi torpaq sahəsi olduğuna dair hər hansı sübut təqdim edilmədiyindən, göstərilən torpaq sahəsi isə 3-cü şəxs olan X1 faktiki istifadəsi ndə olduğundan və həmin torpaq sahəsində ona məxsus qeyri-yaşayış sahəsi olan tikililər mövcud olduğundan, həmin torpaq sahəsinə dair 3-cü şəxs barədə bələdiyyə tərəfindən torpaq ayırmaya dair qərar və yerləşmə cizgisi olduğundan iddiaçının tələbi qanuni və əsaslı hesab edilə bilməz.
13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2219/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər X4 /məruzəçi/, X7 və X5) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2951/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərar ı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində “Torpaq islahatı haqqında” Qanunun 9, 10.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 65-ci maddəsinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz olduğu qeyd edilir.
18. Bildirilir ki, iddiaçı torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də cavabdeh müraciətin təmin edilməsi istiqamətində hər hansı addım atmamışdır. İşin təkzib edilməz ha llarından məlum olur ki, Cavabdeh 1995-ci il tarixli Sərəncamı ilə iddiaçıya torpaq sahəsi ayrılmışdır. Torpaq ayrıma sənədinin arxivdə aşkar edilməməsi vətəndaşın əleyhinə istifadə edilə bilməz.
19. Digər tərəfdən həm birinci, həm də apellyasiya instansiya məhkəməsi öz qərarlarında iddianın rədd edilmə əsası kimi iddiaçının sərəncamda qeyd edilən şərtə riayət etməməsi göstərmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsini tapa bilmədiyindən ayrılmış torpaq sahəsində hər hansı tikinti işləri də apara bilməmişdir. Odur ki, məhz bu hala istinad etməklə iddianın rədd edilməsi qəbul edilən sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası: Keçid müddəaları...
6. Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (qüvvədən düşmüş) Maddə
7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd t əsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Maddə
10. Torpaq üzərində xüsusi mülkiyyət Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; 2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tik intisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər. Maddə
27. Torpaqların geri alınması Mülkiyyətdə, sahiblikdə, istifadədə və icarədə olan torpaqlar bu Məcəllədə göstərilən hallarda mülkiyyətçilərin, sahibkarların, istifadəçilərin və icarəçilərin razılığı əsasında onları verən müvafiq orqanlar tərəfindən geri alına bilər. Vətəndaşların xüsusi mülkiyyət hüququnda olan torpaqlarda mülkiyyətçi üzürlü səbəb olmadan bu Məcəllənin 32-ci maddəsinin 4,6,7-ci bəndlərində nəzərdə tutulmuş hərəkətləri etdikdə və kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən üzürlü səbəb olmadan bir il ərzində istifadə etmədikdə onun torpaq sahəsi müvafiq rayon, şəhər xalq deputatları Sovetinin qərarları ilə torpağın haqqı ödənilmədən geri alınır. Torpağı satınalma qaydasında mülkiyyətə alan vətəndaşlar isə göstərilən hərəkətləri etdikdə onların torpaq sahəsi haqqı ödənilməklə müvafiq rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə məcburi satınalma qaydasında geri alınır. Torpağın geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetlərinin qərarlarından məhkəmə qaydasında şikayət vermək olar. Bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində sadalanan torpaqların geri alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Mülkiyyətdə olan torpaqlar məhkəmə yolu ilə müsadirə edildikdə müvafiq rayon, şəhər xalq d eputatları Sovetlərinin ixtiyarına keçir. Maddə
29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə
32. Torpaq üzərində mülkiyyət hüququna, sahiblik, istifadə və icarə hüquqlarına xitam verilməsinin əsasları Torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarına bu torpaqları vermiş rayon, şəhər xalq deputatları Sovetləri aşağıdakı hallarda xitam verir: 1) torpaq sahəsində n könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; 2) torpaq sahəsinin verildiyi müddət qurtardıqda; 3) müəssisənin, idarənin, təşkilatın, kəndli (fermer) təsərrüfatının fəaliyyətinə xitam verildikdə; 4) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; 5) xidməti torpaq payının verilməsi ilə əlaqədar olan əmək münasibətlərinə, qanunda göstərilmiş hallardan başqa, xitam verildikdə; 6) icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; 7) respublika qanunvericiliyi və torpaq icarəsi (Müqavilələri ilə müəyyən edilmiş torpaq vergisi və ya icarə haqqı üzürlü səbəb olmadan 2 il dalbadal ödənilmədikdə; 8) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən bir il ərzində və qeyrikənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal iki il ərzin də üzürlü səbəb olmadan istifadə edilmədikdə; 8) dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruri olduqda; 9) tikinti və qurğu üzərində mülkiyyət hüququ və ya əməli idarəçilik hüququ başqasına keçdikdə; 10) sahibkar və ya istifadəçi öldükdə. Azərbaycan Respublikasının qanunvericiliyində torpağa mülkiyyət, sahiblik və torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Maddə
100. Yer quruluşu tədbirləri Yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının, eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını; 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünv anı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan b iri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla). 10.3-1. Hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qəra r qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəs ində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız on a aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə bir neçə aspektdən qiymət verməklə münasibət bildirməyi zəruri hesab edir.
31. İddiaçının iddia tələbi Bakı şəhəri Cavabdeh tərəfindən ayrılmış torpaq sahəsinə yerləşmə cizgisinin tərtib edilməsinə yönəlmişdir. İddia tələbinin əsasında duran hüquqi maraq isə həmin torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ üzrə qeydiyyata aldırmaqdan ibarətdir. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən hüquqların dövlət qeydiyyatı üçün digər sənədlərlə yanaşı, torpaq sahəsinin planı və ölçüsü tələb edilir.
33. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının tələbini əsassız hesab edərək onun təmin edilməməsi qənaətinə gəlmişlər. Apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verən iddiaçı hesab edir ki, iddianı təmin etməməklə məhkəmələr Torpaq Məcəlləsinin, eləcə də “Torpaq islahatı haqqında” Qanunun tələblərinə riayət etməmişlər.
34. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində mübahisələndirdiyi xüsusatlarla razılaşmayaraq bildirir ki, əvvəla, iddiaçı Nəbiyev X8 q əsəbəsində 600 kv.m. torpaq sahəsinin ayrıldığı göstərsə də, həmin torpağın yerləşdiyi ünvan və bununla bağlı digər rekvizitlər Sərəncamda öz əksini tapmamışdır. Həmçinin, Sərəncamda fərdi yaşayış evinə dair tikililərin sərəncam qəbul edildiyi tarixdən 2 il ərzində həyata keçirilməsi və həmin müddətdə tikinti işlərinə başlanmazsa torpaq sahəsinin geri alınmasına dair bənd öz əksini tapmışdır.
35. Lakin iddiaçı tərəfindən nəinki Sərəncamda qeyd edilən müddətdə, hətta həmin müddətdən sonrada belə fərdi yaşayış evinə dair tikinti işlərinin aparılmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
36. Əksinə iddiaçının iddia etdiyi torpaq sahəsinə birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilən zaman torpaq sahəsində hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəru ri cəlb edilmiş X2 tərəfindən qeyri-yaşayış sahələrinin tikildiyi müəyyən edilmişdir.
37. Beləliklə, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmadığından, müvafiq Sərəncamla ayrılmış torpaq sahəsinin dəqiq yeri ona məxsus sənədlərlə müəyyən edilmədiyindən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən torpaq sahəsinin məhz məhkəməyə göstərdiyi torpaq sahəsi olduğuna dair hər hansı sübut təqdim edilmədiyindən, göstərilən torpaq sahəsi isə 3-cü şəxs olan X1 faktiki istifadəsində olduğundan torpaq sahəsinə dair 3-cü şəxs barədə bələdiyyə tərəfindən torpaq ayırmaya dair qərar və yerləşmə cizgisi olduğundan, eləcə də bələdiyyə qərarı qüvvədə olduğundan iddiaçının tələbi qanuni və əsaslı hesab edilə bilməz.
38. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə g əlir ki, apellyasiya instansiya məhkəməsinin nəticəsi qanunidir və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir.
39. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-2219/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.