Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3592/2025 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“kompensasiya ödənilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “iddiaçıya məxsus torpaq sahəsinin əlindən alınması ilə əlaqədar 800.000 manat, betonzavodun sökülməsi ilə əlaqədar 200.000 manat, cəmi 1.000.000 manat kompensasiya tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Salyan Rayon İcra Hakimiyyəti başçısının ***-* nömrəli ## ###### 2007-ci il tarixli sərəncamından görünür ki, İddiaçı Salyan rayon Kürsəngi dövlət fondu torpağından beton məmulatları istehsal edən zavod tikintisi üçün 1 ha torpaq sahəsi ayrılmışdır.
2. A №****** nömrəli “torpaq sahəsinin plan və ölçüsü”dən görünür ki, icarəyə verilmiş həmin torpaq sahəsinin texniki göstəriciləri İddiaçı adına işlənmişdir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2021-ci il tarixli **/**** nömrəli ekspert rəyində göstərilir ki, Salyan rayon icra Hakimiyyəti başçısının ##.##.2007-ci il tarixli, ***-S nömrəli sərəncamına və A ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı Salyan ravon Kürsangi kandinə gedən yolun 1 -ci km-də, yolun sol tərəfindən, dövlət fondu torpağından beton məmulatları istehsal edən zavod tikintisi altına ayrılmış 1.0 (bir) hektar torpaq sahəsindən Astara-Bakı magistral avtomobil yolundan Salyan rayonu Xalac kəndinə gedən avtomobil yolu çəkilmişdir və yol çəkildikdən sonra iddiaçının istifadəsində 0.8575 ha torpaq sahəsi qalmışdır. Elektron kadastr baza məlumatlarına əsasən (Salyan rayonu inzibati ərazisində aparılmış torpaq islahatı ilə əlaqədar dövlət mülkiyyətində saxlanılan bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaqların xəritəsi) iddiaçıya ayrılmış 1.0 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 19 №- li qış otlaq sahəsində olmaqla örüş sahəsidir. Eyni zamanda Salyan rayon İcra Hakimiyyəti başçısının ##.## 2007-cı il tarixli, ***-S nömrəli sərəncamı ilə İddiaçı Salyan rayon Kürsəngi kəndinə gedən yolun 1-ci kmdə, yolun sol tərəfindən, dövlət fondu torpağından ayrılmış 1.0 (bir) hektar torpaq sahəsinin üzərində beton məmulatları istehsal edən zavodun baxış zamanı mövcud deyil və əvvəllər mövcud olub-olmamasını müəyyən etmək mümkün deyildir. Halhazırda iddiaçıya aid 1 ha ərazidə kiçik köhnə tikili mövcud olması barədə məlumat daxil olmuşdur.
4. Əmlak Qiymətləndirmə Mərkəzi MMC-nin ##.##.2020-ci il tarixli QR **** nömrəli qiymətləndirmə rəyində göstərilmişdir ki, Səlyan rayonu Kürsəngi kəndində yerləşən qeyriyaşayış sahəsinin 1 sotu 2000 azn olmaqla 1 ha ərazinin qiyməti 2***** azn, beton istehsal edən SEMIX-120 qurğusunun qiyməti 4***** azn civarındadır. Salyan rayonunun, ərazisindən keçən Bakı-Ələt-Astar a yolunun üstündə olan torpaq sahəsi yerindən asılı olaraq bir sotunun qiyməti 1500-2500 azn civarındadır.
5. Əmlak Ekspert Mərkəzinin ##.##.2021-ci il tarixli ƏEM/İ 84-640/21 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir ki, Salyan rayon İcra Hakimiyyəti başçısının ##.##.2007-ci il tarixli, ***-S nömrəli sərəncamma və A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı Salyan rayon Kürsəngi kəndinə gedən yolun 1-ci km-də, yolun sol tərəfindən dövlət fondu torpağından, kənd təsərrüfatına yararsız ərazidən beton məmulatları istehsal edən zavod tikintisi altına ayrılmış 1 hektar torpaq sahəsində çəkilən avtomobil yolunu çıxmaqla, onun istifadəsində qalan torpaq sahəsinin (0,1425 ha) real bazar qiyməti aşağıdakı kimi hesablanıb (1 ha, ümumi torpaq sahəsi - 0,8575 ha, iddiaçının istifadəsində qalan torpaq sahəsi = 0,1425 ha, avtomobil yolu keçən hissə): Torpaq sahəsi - 0,1425 ha x 2000,0 manat/0,01 ha = 28 500,0 (iyirmi səkkiz min beş yüz) manat təşkil edir. Yuxarıda qeyd edilən təhlillər və araşdırmalar zamanı müəyyən olunmuşdur ki, həmin ərazi üzrə, oxşar təyinatlı, kateqoriyalı, məqsədli torpaq sahələrinin bazar dəyəri: 0,01 ha = 2000,0 (iki min) manat təşkil edir.
6. Salyan rayon İcra Hakimiyyəti Başçısının Kürsəngi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı ## ###### 2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli məktubunda bildirilmişdir ki, Salyan rayon Kürsəngi kəndinin ərazisində, X4 İddiaçı beton məmulatları istehsal edən zavodun, obyektinin yarımtikilisi mövcuddur. Halhazıra kimi heç bir sahə üzrə fəaliyyəti olmamışdır. Həmin torpaq sahəsinin müəyyən hissəsindən Kürsəngı-Yenikənd Salyan magistral avtomobil yolu keçir. Qalan torpaq sahəsinin bır hissəsi də hal-hazırda X6 istifadəsindədir.
7. Salyan rayon İcra Hakimiyyəti Başçısının Kürsəngi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli məktubunda bildirilir ki, ## ###### 2007-ci il tarixli ***-s saylı Salyan Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsində beton istehsalı üçün zavodda o dövrdə müəyyən işlər görülmüşdür. Həmin işlərlə əlaqlədar kənd sakinləri ilə görüşlər keçirilmiş və müəyyən olundu ki, tikilən beton istehsalı üçün zavoda Kürsəngi kənd ərazisindən, eyni zamanda Kürsəngi kənd sakinləri mərhum X1 və X2 həyətyanı torpaq sahəsindən torpaq daşınmışdır. Quraşdırma işləri aparılan zaman isə Kürsəngi kənd sakinləri İmanov Rəşad Səlimxan oğlu və X5 həmin zavodda müəyyən müddət nəzarətçi işləmiş və maaş almışlar.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinin əlindən alınması ilə əlaqədar 800.000 manat, betonzavodun sökülməsi ilə əlaqədar 200.000 manat, cəmi 1.000.000 manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Salyan Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı ərazi idarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
10. İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2007-ci il tarixli ***-S nömrəli sərəncamı ilə ona Salyan rayon Kürsəngi dövlət fondu torpaqlarından beton məmulatları istehsal edən zavod tikintisi üçün 1,0 ha torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncam əsasında ona “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Torpaq sahəsi üzərində elə həmin il beton istehsal edən zavod tikmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2014-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planının 4.1.26-cı bəndinə uyğun olaraq Ələt-Astara-lran islam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yenidənqurulması və tikintisi Cavabdeh tapşırılmışdır. Həmin tapşırığın icrası məqsədilə Agentlik tərəfindən ona məxsus zavod sökülmüş, torpaq sahəsinin üzərindən isə yol çəkilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrinə reyestrdən çıxarış almaq üçün müraciət etmiş, lakin betonzavod söküldüyünə və həmin ərazidən yol çəkildiyinə görə ona imtina verilmişdir. Ona məxsus olan torpaq sahəsinin əlindən alınması ilə bağlı 800.000 manat, betonzavodun sökülməsi ilə əlaqədar 200.000 manat, cəmi 1.000.000 manat zərər dəymişdir.
11. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Höküməti ilə Dünya Bankı arasında imzalanmış Kredit sazişi çərçivəsində “M-3 ƏlətAstara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi həyata keçirilmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının ## ###### 2007-ci il tarixli *** saylı Sərəncamı əsasında 1 ha dövlət fondu torpağından İddiaçı beton məlumatları istehsal edən zavod tikintisi üçün icarəyə ayrılmışdır. Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarının Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 81-ci maddəsi ilə tənzimləndiyi və həmin Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda torpaq sahəsi üzərində istifadə hüququna xitam verildiyi qeyd edilmişdir. İddiaçı hazırki mübahisə üzrə tələb hüququna malik deyil, onun yalnız dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları mövcüddur, bu da torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət ehtiyacları üçün geri alına bilər.
13. Şirvan İnzibati Məhkəməsinin (hakim: A.A.Hüseynova) 2024-cü il 31 okyabr tarixli, *-*(***)-*/**** nömrəli qərarı ilə iddia təmin edilməmiş, 200 (iki yüz) manat xidmət haqqının “xxxx” MMC-nin hesabına və 100 (bir yüz) manat pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (1700326621 X12, KOD 210005, VÖEN ***********, Müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22) hesabına iddiaçı İddiaçı alınaraq köçürülməsi qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, electron kadastr baza məlumatlarına əsasən iddiaçıya ayrılmış 1.0 hektar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 19 №- li qış otlaq sahəsində olmaqla örüş sahəsi olması müəyyən edilmişdir. Dövlət torpaqlarının istifadəçilərindən torpaqlar geri alınan zaman şəxslər (istifadəçilər) kompensasiya almaq hüququna malik olsalar da, bu kompensasiyanın ödənilməsi torpağa (onun sahəsinə, təyinatına və s.) görə deyil. Dövlət torpağı üzərində sadəcə istifadə hüquqlarının mövcudluğu kompensasiya ödənilməsinə əsas vermir, yalnız həmin torpaqdan faktiki istifadə nəticəsində yaranan iqtisadi maraq, mənfəət gözləntisi, torpaqda aparılmış yaxşılaşdırma işləri, torpaqların alınması nəticəsində əldən çıxmış fayda və ya digər şəxslər qarşısındakı öhdəliklərin icra edilə bilməməsinə görə yaranan zərər kompensasiya edilir. İddiaçı onun istifadəsinə verilmiş torpaq sahəsindən istifadə etməmiş, həmin torpaq sahəsindən məqsədli təyinatına uyğun istifadə üçün hər hansı təşəbbüs göstərməmiş, başqa sözlə, torpaqdan istifadə ilə bağlı hər hansı layihənin icrasına başlamamış, digər şəxslərlə müqavilə münasibətlərinə daxil olmaqla öhdəlik götürməmiş, torpaq üzərində hər hansı tikinti işi aparmamış, beləliklə də, torpaq üzərində iqtisadi marağının olduğunu və ya həmin iqtisadi maraqdan doğan mənfəət gözləntisinin mövcudluğunu, eyni zamanda, torpağın alınması nəticəsində ona hər hansı zərər dəydiyini sübuta yetirə bilməmişdir.
15. İddiaçı apellyasiya şikayəti verərək 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, C.F.İmanov və C.Ə.Quliyev) 2025-ci il ## ###### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Şirvan İnzibati Məhkəməsinin 2024-cü il 31 okyabr tarixli, *-*(***)-*/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı istifadəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, hər-hansı tikinti aparmamışdır. Həm ekspert tərəfindən, həm də inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən sahədə yarımçıq tikilinin olmasını müəyyən edilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının istifadəsinə verilmiş sahədə olmuş yarımçıq tikili hazırda da mövcuddur. Digər tərəfdən iddiaçı ümumiyyətlə həmin sahədə zavod inşa etməsini və zavodun fəaliyyətdə olmasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Dövlət torpaqlarının istifadəçilərindən torpaqlar geri alınan zaman şəxslər (istifadəçilər) kompensasiya almaq hüququna malik olsalar da, bu kompensasiyanın ödənilməsi torpağa (onun sahəsinə, təyinatına və s.) görə deyil. Başqa sözlə, dövlət torpağı üzərində sadəcə istifadə hüquqlarının mövcudluğu kompensasiya ödənilməsinə əsas vermir, yalnız həmin torpaqdan faktiki istifadə nəticəsində yaranan iqtisadi maraq, mənfəət gözləntisi, torpaqda aparılmış yaxşılaşdırma işləri, torpaqların alınması nəticəsində əldən çıxmış fayda və ya digər şəxslər qarşısındakı öhdəliklərin icra edilə bilməməsinə görə yaranan zərər kompensasiya edilir.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.1. bu Qanunun məqsədləri üçün “alınma” dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması nəzərdə tutulur. Maddə 1.1.2. bu Qanunun məqsədləri üçün “torpaq” dedikdə mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər nəzərdə tutulur. Maddə 1.1.6. bu Qanunun məqsədləri üçün kompensasiya dedikdə bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz nəzərdə tutulur. Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə 56.1.5. bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər nəzərə alınır.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 73. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir:- torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; Maddə 81. Torpaq istifadəçilərinin və icarəçilərinin torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq hüququ vardır.
23.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya “kompensasiyanın ödənilməsi” üçün əsasların mövcud olubolmaması
30. ilə bağlı ilə məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.