Məhkəmə qərarları › İş №2-1(102)-3593/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3593/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3593/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Beyləqan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinə qeydə alınmış hüququn ləğvindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Beyləqan Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Üçüncü şəxs)“qeydiyyat vəsiqəsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI Üçüncü şəxsə aid hüquqmüəyyənedici sənədlər:

1. II-JQ seriyalı ***** nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X2 ilə Üçüncü şəxs arasında ##.##.1978-ci il tarixdə rəsmi nikah bağlanmışdır.

2. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ##.##.1989cu il tarixli *** nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 2 mərtəbəli yaşayış evi Üçüncü şəxs adına qeydə alınmış, vəsiqənin verilməsinə əsas kimi Beyləqan rayon XDS İcraiyyə Komitəsinin ##.##.1985-ci il tarixli qərarı göstərilmişdir.

3. Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş ##.##.1989-cu il tarixli ölüm haqqında akt qeydindən görünür ki, X2 ##.##.1989-cu il tarixdə ölmüşdür.

4. Beyləqan rayon İcra Hakimiyyəti başçısının Birinci Şahsevən kənd inzibati ərazi dairəsinin ev təsərrüfatlarının uçotu kitabının 1986–1990-cı illərə aid hissəsindən görünür ki, həmin təsərrüfat üzrə Üçüncü şəxs və X2 təsərrüfat üzvləri kimi göstərilmişdir. Həmin kitabın 1991–1995-ci illərə aid hissəsindən görünür ki, *** saylı şəxsi hesab üzrə Üçüncü şəxs ailə başçısı kimi göstərilmiş İddiaçı-oğulluğu, X4-gəlini, X1, X3, X5 ailə başçısının nəvəsi olaraq qeyd edilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2019-cu il tarixli çıxarışdan görünür ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən ümumi sahəsi 156,4 kv.m olan fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə Üçüncü şəxs adına dövlət reyestrində qeydiyyata alınmışdır.

İddiaçıya aid hüquqmüəyyənedici sənədlər:

6. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ##.##.2001ci il tarixli *** nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 4 otaqlı, 2 mərtəbəli yaşayış evi İddiaçı adına qeydə alınmışdır.

7. Həmin idarə tərəfindən verilmiş 271 inventar nömrəli, 2/1-271 qeyd nömrəli texniki pasportdan görünür ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən ümumi sahəsi 156,4 kv.m olan yaşayış evi bütövlükdə İddiaçı adına verilmişdir.

8. Beyləqan rayon İcra Hakimiyyəti başçısının Birinci Şahsevən kənd inzibati ərazi dairəsinin ev təsərrüfatlarının uçotu kitabının 2000–2004-cü illərə aid hissəsindən görünür ki, *** saylı şəxsi hesab üzrə İddiaçı ailə başçısı kimi göstərilmişdir.

9. İddiaçı cavabdehə müraciət edərək vətəndaş Üçüncü şəxs adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir.

10. Cavabdeh ## #### 2021-ci il tarixli ********** nömrəli məktubla bildirmişdir ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü, 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülkiyyət hüququn ləğvi mövcud qanunvericiliyin tələblərinə əsasən hüquq sahibinin ərizəsi və ya müvafiq məhkəmə qərarı əsasında aparılır. Qeyd olunanları nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Beyləqan Ərazi İdarəsi müraciətində göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq məhkəmə instansiyasına müraciət olunması tövsiyə olunur.”

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiyası məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Üçüncü şəxs adına verilmiş ##.##.1989-cu il tarixli qeydiyyat vəsiqəsinin və ##.##.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş *** nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində iki mərtəbəli dörd otaqdan ibarət fərdi yaşayış evi adına mülkiyyət hüququ əsasında ## ####### 2001-ci il tarixdə qeydə alınaraq 2/1 nömrə ilə reyestr kitabına yazılmışdır. Lakin ona məlum olmuşdur ki, Üçüncü şəxs saxta X7 İcrayə Komitəsinin Qərarı (həmin qərarın verilməsinə əsas olan ## ######## 1985-ci il tarixli, 46 B nömrəli protokol arxivdə aşkarlanmayıb) və 1989-cu ildə tərtib edilmiş X6 yaşayış evinin texniki pasportunda ev sahibi kimi qeyd edilmiş X2 adının üzərindən xətt çəkərək ev sahibi kimi qanunsuz olaraq Üçüncü şəxs yazılaraq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə təqdim etmiş və həmin İdarə təqdim olunmuş saxta sənədləri araşdırmadan həmin saxta sənədlər əsasında Üçüncü şəxs adına ## ###### 1989-cu il tarixdə Qeydiyyat Vəsiqəsi vermiş, həmin vəsiqə əsasında da ## ### 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarış verilmişdir. Həmin sənədlərin ləğv edilməsi ilə bağlı müraciətinə cavabdeh tərəfindən imtina verilmişdir.

13. Cavabdeh inzibati orqan iddia dair imtina məktubuna uyğun etiraz təqdim edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü, 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunmalıdır.

14. Üçüncü şəxs Üçüncü şəxs iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, ## ####### 1990-cı il və ## ###### 2001-ci il tarixli Beyləqan rayon məhkəmə qətnamələrinin surətlərindən göründüyü kimi, hələ o zamandan onun mübahisəli ev üzərində xüsusi mülkiyyət hüququ mövcud olmuş və bu hüquq qeydiyyata alınmışdır. İddiaçı Qeydiyyat idarəsini aldadaraq, həmin ev üzərində onun mülkiyyət hüququ mövcud olduğu halda, saxta sənədlər təqdim etməklə özünə də həmin mülk üzərində şəxsi mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi əldə etmişdir. Bu isə ən azından iddia müddətinin buraxılması deməkdir. Bu ev üzərində E.N. Nəsirovun adına edilən qeydəalma qanunsuz aparılmışdır. Belə ki, həmin mülkün sahibi odur və ev mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı atası Nəsir Nəsirovla 1978-ci ildə qanuni nikah münasibətlərinə girib birlikdə ona məxsus kənd evində yaşamağa başlamışlar. Lakin bu ev və ona bitişik həyətyanı sahə heç kimin adına olmayıb. Oraya köçdükdən sonra qeydiyyata düşmüş və kənd sovetliyində torpaq və tikili onun adına qeydə alınmışdır. Ailədə yeganə qazanc gətirən o olmuşdur. Bu dövrdə həyat yoldaşının dəstəyi, şəxsi vəsaiti və gücü hesabına həmin torpaq sahəsində yaşadıqları köhnə evin yerində 2 mərtəbəli təzə daş ev tikmişdir. Bu zaman İddiaçı kənddə yaşamırdı. O, Qazaxıstan Respublikasının Şevçenko şəhərində yaşamaqla Daxili İşlər orqanlarında işləyirdi. Daimi qeydiyyatı isə atasına məxsus olan ünvan 1 ünvanında idi. İddiaçı kənddə evləndikdən sonra həyat yoldaşı Mətanət Həsənovanı kənddə atasının evində qoyub yenidən Qazaxıstan Respublikasına qayıtmışdı. Həyat yoldaşı ağır xəstə yatarkən oğlu İddiaçı kəndə qayıtdı və müvəqqəti olaraq onun tikdiyi evdə yaşamağa başladı. Atası öldükdən sonra isə həyat yoldaşı M.Həsənovanı da evə gətirdi və burada yaşamağa başladılar. Həyat yoldaşı N.Nəsirov 1989cu ildə rəhmətə getdiyi zaman o da Bakı şəhərində pasport qeydiyyatında idi. Mübahisəli evdə yeganə olaraq o, qeydiyyatda olmuşdur və torpaq sahəsi ilə tikinti də onun adına olmuşdur. Mülk faktiki olaraq həyat yoldaşına məxsus olmuş olsa belə, onun ölümündən sonra onun həyat yoldaşı və birinci dərəcəli vərəsəsi kimi əmlak ona keçməlidir. İndi necə olur ki, ev tam həcmdə onun oğlu tərəfindən ələ keçirilmiş olsun. Onun adına evə dair qeydiyyat aparılıb. ## ######## 1985-ci il tarixli 271 say altında qeydiyyat vəsiqəsindən göründüyü kimi, mübahisəli ev onun adına qeydiyyata alınmışdır. Bu qeydiyyat həyat yoldaşı vəfat etməmişdən 3 il əvvəl aparılmışdır. Eyni zamanda həyat yoldaşının ölümündən sonra hal-hazırda mübahisə predmetinə çevrilmiş X6 yaşayış evinin texniki pasportundan göründüyü kimi onun adına qeyd olunmuşdur. Bu rəsmi sənədlər əsas götürülməklə, * saylı Ərazi İdarəsi tərəfindən onun adına ## ### 2019-cu il tarixli ********** nömrəli çıxarış verilmişdir.

15. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, 2 *(***)-**/**** nömrəli qərarı ilə (hakim A.Hüseynova) iddia təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci maddəsində qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində hüququn əldə edilməsi üçün əsasdır. Həmçinin ** nömrəli, 95 inventar nömrəli Beyləqan DTİ tərəfindən verilmiş X6 yaşayış evinin texniki pasportunun surətinə əsasən, Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən ev Üçüncü şəxs adına qeydə alınmışdır. İddiaçının faktiki olaraq 3-cü şəxsə məxsus fərdi yaşayış evində ailə olaraq yaşaması, onun həmin mübahisəli fərdi yaşayış evinə qanuni sahibi (mülkiyyətçisi) olmasına dəlalət etmir. Belə ki, təqdim edilmiş sənədlər və məhkəmə mübahisələri əsasında müəyyən edilmişdir ki, Üçüncü şəxs iddiaçı və ailəsi ilə olan narazılıqlara görə fərdi yaşayış evindən çıxıb getmişdir. İddiaçının öz adına verilmiş fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş *** nömrəli qeydiyyat vəsiqəsi və ona əsas olan hüquqmüəyyənedici sənədlər, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olan İddiaçı adına verilmiş oktyabr tarixli 2001-ci il tarixli, 271 inventar nömrəli yaşayış evinin texniki pasportunun və həmin pasportun verilməsinə əsas olan sənədlər aşkarlanmamışdır.

17. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

18. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: F.Hüseynov - sədrlik edən və məruzəçi, C.Quliyev və İ.Əsədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iş üzrə üçüncü şəxs iddiaçının analığı olmaqla, atası X2 rəsmi nikahda olmuş arvadı olmuşdur. Üçüncü şəxslə N.Nəsirov arasında ##.##.1978-ci il tarixdə rəsmi nikah bağlanmış, N.Nəsirov ## ##### 1989-cu il tarixdə ölmüşdür. Üçüncü şəxslə mərhum N.Nəsirov rəsmi nikahda olduqları dövrdə, XDS İK-nin ##.##.1985-ci il tarixli qərarı ilə Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən fərdi yaşayış evi üçüncü şəxs Üçüncü şəxs verilmiş və bunun əsasında ona Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş *** nömrəli ##.##.1989-cu ul tarixli qeydiyyat vəsiqəsi verilmişdir. ## ##### 1989-cu il tarixdə N.Nəsirovun ölümündən sonra evə dair tərtib edilmiş texniki pasportda N.Nəsirovun adının üzərindən xətt çəkilmiş, eyni zamanda Üçüncü şəxs adına yeni texniki pasport tərtib edilmişdir. Qeyd olunan sənədlər əsasında cavabdeh tərəfindən sonuncunun adına çıxarış verilmişdir. Fərdi yaşayış evinin üçüncü şəxsə verilməsi barədə XDS İK-nin ##.##.1985-ci il tarixli qərarının arxivdə saxlanılmaması həmin sənəd əsasında verilmiş qeydiyyat vəsiqəsinin qanunsuz olmasını birmənalı şəkildə güman etməyə əsas vermir. Bu qənaət həm də ondan qaynaqlanır ki, Birinci Şahsevən kənd inzibati ərazi dairəsinin ev təsərrüfatlarının uçotu kitabında 1986-1990-cı illər üzrə təsərrüfat üzvü kimi yalnız Üçüncü şəxs və X2 adı göstərilmişdir. Həmin təsərrüfatda yalnız 1991-1995-ci illər üzrə *** saylı şəxsi hesab üzrə İddiaçı və digərlərinin də adları qeyd edilmişdir. Bu hal onu deməyə əsas verir ki, həmin evə dair Üçüncü şəxs adına qeydiyyat vəsiqəsi verilərkən iddiaçı həmin təsərrüfatın üzvü olmamışdır. Bu səbəbdən Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən fərdi yaşayış evinə dair üçüncü şəxs Üçüncü şəxs adına qeydiyyat vəsiqəsi və sonradan bu sənəd əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı cavabdeh orqanın hərəkətləri qanuni olmuşdur.

20. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün qiymətləndirməmiş, xüsusilə Üçüncü şəxs adına ## ###### 1989-cu il tarixdə saxta sənədlər əsasında verilmiş qeydiyyat vəsiqəsinə əsasən ## ### 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ********** nömrəsi ilə dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi halına lazımi hüquqi qiymət verməmişdir; həmin çıxarışın əslində ilkin qeydiyyat xarakteri daşımadığı, ## ###### 1989-cu il tarixli qeydiyyat vəsiqəsinə əsaslanan hüququn yalnız yenilənmiş formada reyestrdə əks etdirilməsi olduğu halda, məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müvafiq müddəalarına və “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ####### 2004-cü il tarixli *** nömrəli Fərmanına istinad etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, üçüncü şəxsin adına ## ###### 1989-cu il tarixdə saxta sənədlər əsasında ilkin qeydiyyatın aparılması və həmin qeydiyyat vəsiqəsinin verilməsinin qanuni əsaslarının mövcudluğunu müəyyən etmədən nəticəyə gəlmişdir.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. Mülki Məcəllə: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır ...

Maddə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.;

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından çıxarışın ləğv edilməsi üçün tələb olunan hüquqi əsasın mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış, məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. İş materiallarından görünür ki, üçüncü şəxs iddiaçının analığı olmaqla, onun atası X2 ilə ##.##.1978-ci il tarixdə rəsmi nikahda olmuş, X2 isə ##.##.1989-cu il tarixdə vəfat etmişdir. Həmin dövrdə, yəni onların rəsmi nikah münasibətlərində olduqları müddətdə Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən fərdi yaşayış evi Beyləqan rayon XDS İcraiyyə Komitəsinin ##.##.1985-ci il tarixli qərarı ilə üçüncü şəxsə verilmiş və bunun əsasında Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ##.##.1989-cu il tarixli *** nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmiş, sonradan həmin sənəd əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

32. Birinci Şahsevən kənd inzibati ərazi dairəsinin ev təsərrüfatlarının uçotu kitabının 1986–1990-cı illərə aid hissəsindən görünür ki, mübahisəli ev üzrə təsərrüfat üzvləri kimi yalnız Üçüncü şəxs və X2 qeyd edilmiş, 1991–1995-ci illərə aid *** saylı şəxsi hesab üzrə isə İddiaçı və digər ailə üzvlərinin adları sonrakı dövr üzrə təsərrüfat üzvləri kimi göstərilmişdir. Bu məlumatlar mübahisəli fərdi yaşayış evinə dair üçüncü şəxsin adına qeydiyyat vəsiqəsi verilən dövrdə iddiaçının həmin təsərrüfatın üzvü kimi qeydə alınmadığını göstərir.

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il # #### tarixədək daşınmaz əmlaka hüquqların müxtəlif qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bu baxımdan üçüncü şəxsin adına ##.##.1989-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən sonradan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

34. Eyni zamanda, Beyləqan rayon XDS İcraiyyə Komitəsinin ##.##.1985-ci il tarixli qərarının arxivdə aşkar edilməməsi faktı özlüyündə həmin qərar əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması üçün kifayət edən əsas kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi bu halı iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək əsaslı nəticəyə gəlmişdir.

35. Bundan əlavə, eyni əmlaka dair iddiaçının adına ##.##.2001-ci il tarixli *** nömrəli qeydiyyat vəsiqəsinin və texniki pasportun qeydiyyat orqanlarının arxiv məlumatları ilə təsdiqlənmədiyi müəyyən edilmişdir. Bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınaraq düzgün hüquqi qiymətləndirilmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən, üçüncü şəxsin adına ##.##.1989-cu il tarixli qeydiyyat vəsiqəsinin saxta sənədlər əsasında verilməsi barədə dəlillər iş materialları ilə təsdiq olunmur və həmin sənədin etibarsız hesab edilməsi üçün yetərli hüquqi əsaslar müəyyən edilmir.

37. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar