Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3599/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı iş üzrə QƏRAR Açar söz: diplomun tanınması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı Ukrayna Milli Mülki Müdafiə Universiteti tərəfindən ona verilmiş 03.06.2017-ci il tarixli xxx nömrəli diplom üzrə ixtisasın tanınmas ı və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1652/2019 saylı iş üzrə 28.08.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh inzibati orqan olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı Ukrayna Milli Mülki Müdafiə Universitet tərəfindən ona ve rilmiş 03.06.2017-ci il tarixli xxx nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2017-ci ildə Ukrayna Milli Mülki Müdafiə Universitetini bitirərək “yanğın təhlükəsizliyi’’ ixtisası üzrə bakalavr diplomu almış, ixtisasının tanınması və ixtisas ekvivalentliyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmiş, sənədlərin ekspertizasından sonra müsahibəyə dəvət etmişlər. Müsahibə zamanı təhsil aldığı rus d ilində onunla ixtisasa dair söhbət aparmışdırlar. O, bu sualları həmin dildə də cavablandırmış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin 26.07.2018-ci il tarixli 23-04-608/ANl saylı məktubunu təqdim etmişdirlər. Məktubda qeyd edilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənləri və “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 12 maddəsini (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin e dir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələrin V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci olaraq rəhbər tutaraq Ukrayna Milli Mülki Müdafiə Universiteti tərəfindən onun adına verilmiş xxx nömrəli, 03.06.2017-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Bu imtina tam əsassızdır. Belə ki, qanuni şəkildə qeyd edilən ali təhsil müəssisəsinə daxil olmuş, təhsil müddətində vaxtlı-vaxtında dərslərdə iştirak etmiş və bütün imtahanları verərək diplom almışdır. Nostrifikasiya proseduru Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixt isasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun aparılır. Qeyd edilən Qaydalarda ümumiyyətlə müsahibənin aparılması nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin 10.04.2019-cu il tarixli iş № 2-1(82)-985/2019, (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddia tələbinin təmin edilməsini qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10.04.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 28.08.2019-cu il tarixli iş № 2-1(103)-1652/2019 (hakimlər Həmid Həmidov s ədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vüsalə Baxışova) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin 2-1(82)-985/2019 saylı, 10.04.2019-cu il tarixli qərarının ləğv edilməsi, iddiaçının cavabdehə qarşı iddia tələbinin təmin edilməməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi ali təhsil müəssisələri tərəfindən verilmiş təhsil sənədlərinin qarşılıqlı tanınmasını və ekvivalentliyinin müəyyən edilməsinin müvafiq olaraq təşkil edilmiş ekspertizaların rəyləri əsasında cavabdeh Nazirlik tərəfindən həyata keçirildiyini qeyd etsə də, sözü gedən ekspertizaların predmetinin “nə olmasının” müəyyən edilməsində cavabdeh inzibati orqanın dəlillərinə əsaslanaraq, hazırkı işin hallarına düzgün qiymət verməmiş, nəticədə yuxarıda sadalanan maddi hüquq normalarına uyğun olmayan qərar qəbul etmişdir. İş üzrə müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən təşkil edilmiş ekspertiza yuxarıda məzmunu verilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində müəyyən edilmiş əsasların mövcudluğunu, yəni iddiaçının xaricdə aldığı ali təhsilin müddəti və məzmunu ilə bağlı məsələləri deyil, iddiaçının rus dilinin bilməsinin qənaətbəxş olmamasını müəyyən etməklə, onun biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmiş və buna əsasən də iddiaçının müraciətinin təmin edilməsindən imti na olunmuşdur. Halbuki, cavabdeh inzibati orqan iddiaçının bilik səviyyəsinin hansı meyarlarla yoxlanmasına, bu zaman müvafiq ixtisas üzrə mütəxəssislərin cəlb olunmasına, aparılmış sual - cavabların sənədləşdirilməsinə və bu zaman iddiaçıya müvafiq sənədlə tanış olmaq imkanının yaradılmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, apelyasiya instansiyası məhkəməsi isə, bu kimi vacib məsələlərə hər hansı hüquqi qiymət verməmişdir. Əslində isə, cavabdeh inzibati orqanının dəlillərindən fərqli olaraq, iddiaçıya tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, bu inzibati orqanın deyil, iddiaçının təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aid olduğundan və iddiaçı bu mərhələləri artıq həmin ölkədə başa vurduğundan, cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən dəlilləri əsaslı sayıla bilməz. Cavabdeh inzibati orqanın təşkil etdiyi ekspertiza qarşısında iddiaçının xarici dil üzrə və dolayısı yol ilə aldığı ixtisas üzrə biliklərinin yoxlanılması deyil, iddiaçının təhsil aldığı xarici ali təhsil müəssisəsində təşkil olunmuş tədrisin müddətinin və məzmununun Azərbaycan Respublikasının müvafiq tədris standartlarına uyğun olub-olmamasının yoxlanılması məsələsi qoyulmalı idi. Belə ki, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi, yuxarıda sadalanan maddi hüquq normaları, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı 13.05.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalar xarici ali təhsil müəssisəsi tərəfindən verilmiş diplom un tanınması və ekvivalenliliyinin müəyyən edilməsi zamanı iddiaçının biliklərinin yoxlanılmasından bəhs etmir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtina üçün əsas kimi gətirdiyi hallar yuxarıda sadalanan maddi hüquq normaları ilə nəzərdə tutulmuş hallardan fərqli olduğundan, bu normalarla nəzərdə tutulmadığından, cavabdeh inzibati orqanın iddiaçının mütəxəssis diplomunun tanınmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 2-1(103)-1652/2019 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak e dən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28.08.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 28.08.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28.08.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə da,cavabdehin vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28.08.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvə də olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 28 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi ali təhsil müəssisələri tərəfindən verilmiş təhsil sənədlərinin qarşılıqlı tanınmasını və ekvivalentliyinin müəyyən edilməsinin müvafiq olaraq təşkil edilmiş ekspertizaların rəyləri əsasında cavabdeh Nazirlik tərəfindən həyata keçirildiyini qeyd etsə də, sözü gedən ekspertizaların predmetinin “nə olmasının” müəyyən edilməsində cavabdeh inzibati orqanın dəlillərinə əsaslanaraq, hazırkı işin hallarına düzgün qiymət verməmiş, nəticədə y uxarıda sadalanan maddi hüquq normalarına uyğun olmayan qərar qəbul etmişdir. İş üzrə müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən təşkil edilmiş ekspertiza yuxarıda məzmunu verilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində müəyyən edilmiş əsasların mövcudluğunu, yəni iddiaçının xaricdə aldığı ali təhsilin müddəti və məzmunu ilə bağlı məsələləri deyil, iddiaçının rus dilinin bilməsinin qənaətbəxş olmamasını müəyyən etməklə, onun biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmiş və buna əsasən də iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Halbuki, cavabdeh inzibati orqan iddiaçının bilik səv iyyəsinin hansı meyarlarla yoxlanmasına, bu zaman müvafiq ixtisas üzrə mütəxəssislərin cəlb olunmasına, aparılmış sual - cavabların sənədləşdirilməsinə və bu zaman iddiaçıya müvafiq sənədlə tanış olmaq imkanının yaradılmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, apelyasiya instansiyası məhkəməsi isə, bu kimi vacib məsələlərə hər hansı hüquqi qiymət verməmişdir. Əslində isə, cavabdeh inzibati orqanının dəlillərindən fərqli olaraq, iddiaçıya tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, bu inzibati orqanın deyil, iddiaçının təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aid olduğundan və iddiaçı bu mərhələləri artıq həmin ölkədə başa vurduğundan, cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən dəlilləri əsaslı sayıla bilməz. Cavabdeh inzibati orqanın təşkil etdiyi ekspertiza qarşısında iddiaçının xarici dil üzrə və dolayısı yol ilə aldığı ixtisas üzrə biliklərinin yoxlanılması deyil, iddiaçının təhsil aldığı xarici ali təhsil müəssisəsində təşkil olunmuş tədrisin müddətinin və məzmununun Azərbaycan Respublikasının müvafiq tədris standartlarına uyğun olubolmamasının yoxlanılması məsələsi qoyulmalı idi. Belə ki, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi, yuxarıda sadalanan maddi hüquq normaları, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı 13.05.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalar xarici ali təhsil müəssisəsi tərəfindən verilmiş diplomun tanınması və ekvivalentiliyinin müəyyən edilməsi zamanı iddiaçının b iliklərinin yoxlanılmasından bəhs etmir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtina üçün əsas kimi gətirdiyi hallar yuxarıda sadalanan maddi hüquq normaları ilə nəzərdə tutulmuş hallardan fərqli olduğundan, bu normalarla nəzərdə tutulmadığından, cavabdeh inzibati orqanın iddiaçının mütəxəssis diplomunun tanınmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası«Təhsil haqqında» Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənims ənilməsi prosesi və onun nəticəsidir. "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" 30.09.1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Qanunu 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin bu konvensiyanın təsdiq edilməsi barədə qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında 06.03.2000-ci il tarixli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 13.05.2003-cü il tarixli 64 saylı Qərar ilə “Xarici dövlətlərin Ali Təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiy a) Qaydaları" təsdiq edilmişdir. Həmin qaydaların 1.1-ci bəndinə əsasən bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikası təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənə din verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Bununla yanaşı Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr ha qqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmin sazişin 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. İş materiallarından göründüyü kimi, milli təhsil qanunvericiliyi təhsil sahəsində normativləri konkret müəyyənl əşdirmiş, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası və Ukrayna arasında bağlanmış sazişdə isə yalnız qeyd olunan normativlərə, yəni təhsil müddətinə və təhsilin məzmununa uyğun gələn təhsil sənədlərinin qarşılıqlı tanınması təsbit olunmuşdur. İşin araşdırılan hallarından aydın olunur ki, komissiya tərəfindən iddiaçının aldığı təhsilin məzmununun qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğunluğu yoxlanılmış və müvafiq uyğunluq müəyyən olunmadığından iddiaçının müraciəti təmin olunmamışdır. Ukrayna Milli Mülki Müdafiə Universitetinin “ali təhsil haqqında xxx nömrəli 03.06.2017-ci il tarixli diploma ******* nömrəli, 03.06.2017ci il tarixli əlavədən görünür ki, İddiaçı tədris dili “Ukrayna dili” kimi göstərilmiş, lakin iddiaçı rus dilində təhsil aldığını bildirmiş, müsahibə zamanı i sə onun rus dili ilə bağlı bilik səviyyəsi yoxlanılmışdır. İddiaçının rus dili üzrə bilik səviyyəsi qənaətbəxş olmadığından cavabdeh inzibati orqanının ekspert komissiyası mənfi ekspert rəyi vermişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında müsahibə görüntüləri ilə bağlı video diskinə baxış keçirilməsinə ehtiyac olmadığını, iddiaçının həyəcanlandığını və müsahibə zamanı ona verilmiş suallara təhsil aldığı dildə cavab verməkdə çətinlik çəkdiyini bildirmişdir. Qeyd olunan Sazişin tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır, lakin Sazişdə təsbit edilmiş bu meyarlar iddiaçının xarici universitetdə aldığı ali təhsil üzrə ixtisas diplomunun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi ü çün kifayət deyildir. Bakalavr təhsilinin məzmununu tədris prosesinin planlaşdırılmasına, onun həyata keçirilməsinin forma və metodlarına, tədris yükünün həcminə, tədris mərhələlərinin (semestrlərin) müddətinə, tədris növlərinə (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcminə və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələblər əhatə edir ki, hazırkı iş üzrə məhkəmə araşdırması ilə iddiaçının qeyd olunan tələblərə cavab vermədiyi müəyyən olunmuşdur. Bu hal isə iddiaçının təhsil aldığı ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməsinin mümkünsüz olması barədə nəticəyə gəlməyə əsas verir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəm əsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 28.08.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.08.2019-cu il tarixli 2-1(103)1652/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3599/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3599/2019
11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver