Məhkəmə qərarları › İş №2-1(102)-36/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-36/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-36/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xxxxnə qarşı iş üzrə QƏRAR Açar sözlər: (yeni açılmış hal, üçüncü şəxslərin cəlb edilməsi, məhkəmə qərarının icrasının dayandırılması ) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı MMC-nin direktoru Nümayəndə, cavabdehin Vəkil iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Bakı Şəhər İcra Hak imiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xxxxnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və SOCAR-ın “Neft Kəmərləri” İdarəsi) “qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik edilərək reyestrdən çıxarışın verilməsi” tələbinə dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsi, üçüncü şəxslərin inzibati icraata cəlb edilməsi barədə ərizəyə baxılması haqqında və yeni açılmış hallarla bağlı məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət üzrə Bakı Apelyasi ya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1904/2019 nömrəli, xx xxxx 2019cu il tarixli qərardadlarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (bundan sonra cavabdeh) iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, istifadəsində olan torpaq sahəsində İddiaçı Şirkəti tərəfindən inşa edilmiş anbar və istehsalat bazasının ilkin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrində cari dəyişik lik edilərək İddiaçı Şirkətinin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh vəsatət verərək, inzibati iş üzrə Nərimanov rayon İcra Hakimiyyətinin, Bakı şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, SOCARın və Memarlıq və Şəhərsalma Baş İdarəsinin üçüncü şəxs qismində işə cəlb edilmələrinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, iddiaçının yeni in şa edilmiş anbar və istehsalat binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti vermişdir. Daha sonra SOCAR-ın “Neft Kəmərləri” İdarəsi vəsatət verərək Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-914/2018 nömrəli iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına buraxılmasını xahiş etmiş, həmçinin cavabdeh vəsatət verərək, inzibati iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin, Bakı şəhər İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilmələrinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-914/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qərardadı ilə vəsatətlər təmin edilmiş, SOCAR-ın “Neft Kəmərləri” İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və Bakı Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb edilmişlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-914/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: C.Yusifov, hakimlər: V.Ağayev, A.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-3541/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1863/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: X.Məmmədov, hakimlər: A.Hüseynov və R.Nəbizadə) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)914/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)1794/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərarı icra olunması üçün cavabdehə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət təqdi m edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xxxx tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə verildiyini nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni tarixdə, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təqdim edərək, ərizənin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(82)-3541/2017 nömrəli qərarının ləğv edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura K omitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, ekspertiza təyin edilməsini və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddianın təmin edilməməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qərardadı ilə (hakim: R.Kərimli) ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xxxxnin mübahisə ilə bağlı yeni açılmış hallara və üçüncü şəxslərin cəlbinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xxxxnin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı iş üzrə xx xxxxxx 2017ci il tarixli qərarının icrasının dayandırılması barədə vəsatəti təmin edilməmişdir. Məhkəmənin həmin qərardadlarından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xxxx tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1904/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.Ə.Baxışova) apelyasiya şika yəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı, xx xxx 2019-cu il tarixli (yeni açılmış hallarla bağlı məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətə baxılması haqqında) qərardadı dəyişdirilmədən saxlanılmışdır. Eyni tarixli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı, xx xxx 2019-cu il tarixli (yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və üçüncü şəxslərin inzibati icraata cəlb edilməsi barədə ərizəyə baxılması haqqında) qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadlarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxx x 2019-cu il tarixli, 2- 1(103)-1904/2019 nömrəli qərardadlarının ləğv edilməsi, cavabdeh İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1 (82)-3541/2017 nömrəli qərarının ləğv edilməsi, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və sonradan müə yyən edilmiş hallar nəzərə alınmaqla işə yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, aparılmış təkrar araşdırmalar nəticəsində, həmçinin İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda aparılmış təkrar yoxlamaölçü işləri nəticəsində məlum olmuşdur kı daşınmaz əmlakda aparılmış yenidənqurma işlərinə dair istismara icazə sənədi qanunvericilikdə müəyyən edilmiş formada təsdiq olunmamış və əmlak kompleksi kimi müəssisəyə dair sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmamışdır. Həmçinin, müvafiq qeyri-yaşayış binasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 495 saylı qərarı ilə təsdiq olunmuş “Oby ektin Tikintisinə İcazənin vahid forması”na uyğun tərtib edilmiş tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmişdir. Qeyd olunanlardan əlavə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən müvafiq torpaq sahəsinin bir hissəsi neft kəmərinin mühafizə zolağında yerləşir. Yuxarıda qeyd olunan hallar işə əvvəllər məhkəmədə baxılarkən məlum olmadığından və məhkəmə tərəfindən nəzərə alınmadığından yeni açılmış hallar üçün əsasdır. Lakin qeyd olunan yeni açılmış hallar birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən əsassız olaraq nəzərə alınmamış, qeyd olunan hallar araşdırılmamış və nəticədə əsassız olaraq İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilmə məsi barədə ədalətsiz qərarlar qəbul edilmişdir. Həmçinin, qəbul edilmiş məhkəmə aktları düzgün əsaslandırılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətlərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçının direktoru məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasında nümayəndələr inin iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual m üddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər (100). icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (1 06.3.). Cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi onunla əsaslandırılmışdır ki, müvafiq ünvanda yenidən araşdırma aparılarkən mövcud sənədlərin ətraflı və dəqiq araşdırılması zamanı birinci instansiya məhkəməsində və digər məhkəmə instansiyalarında müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq icra sənədinin icrasını mümkünsüz edən yeni hallar, sübutlar aşkar edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi, məhkəmə icraatı yeni açılmış hallarla bağlı o vaxt təzələnə bilər ki, yeni aşkar olunmuş hallar və sübutlar ilkin məhkəmə icraatı zamanı ərizəçidən asılı olmayan səbəblərdən təqdim edilməsin. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razıla şaraq qeyd edir ki, göstərilən halların müəyyən edilməsi cavabdehin səlahiyyətinə aiddir. Həmin hallar həqiqətən mövcud olsaydı, cavabdeh işə baxılarkən bunu ortaya çıxara bilərdi. Göründüyü kimi işə birinci instansiya, apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən baxılmış və müvafiq məhkəmə aktları qəbul edilmişdir. İşin hər üç instansiya məhkəməsində baxışı zamanı cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş, lakin ərizədə göstərilən hallarla bağlı hər hansı məlumat verməmişdir. Qeyd edilən halların müəyyən edilməsi cavabdehin səlahiyyətində olduğu halda işə mahiyyəti üzrə baxılarkən onların aşkara çıxarılmayaraq iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni açılmış hallar kimi təqdim edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Üçüncü şəxslərin məhkəmə iclasına cəlb edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Göründüyü kimi, istinad olunan normada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə iki formada: ya həmin şəxsin özünün vəsatəti, ya da məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə o şəxsləri 3-cü şəxs qismin də icraata cəlb edir ki, qəbul olunacaq qərarla həmin şəxslərin maraqlarına toxunacağı ehtimalı yaranmış olsun. Hazırkı halda isə belə bir ehtimal yaranmadığı üçün haqlı olaraq məhkəmələr Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Əmlak Məsələləri Dövlət Komitəsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs kimi işə cəlb etməmişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadları maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməm əlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1904/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar