Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-36/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsinə verilən Prezident təqaüdünun əsassız olaraq dayandırılması, status təsdiqləndikdən sonra təqaüdün əvvəlki dövr üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynzadə Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı 2007-ci ilin sentyabr ayından başlayaraq “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün hesablanaraq tam şəkildə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2020-ci il tarixli 2-1(105)-341/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əri X2 27.03.1995-ci ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda N saylı hərbi hissə tərkibində erməni təcavüzkarl arına qarşı gedən döyüşlərdə həlak olmuşdur.
2. Bununla bağlı iddiaçıya 1995-ci ildə Sumqayıt şəhəri ƏSMM tərəfindən şəhid ailəsi statusunu təsdiq edən vəsiqə verilmişdir.
3. İddiaçı 2007-ci ilin yanvar ayından şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almışdır. Lakin 2007-ci ilin sentyabr ayından inzibati orqan tərəfindən xəbərdarlıq edilmədən və heç bir səbəb göstərilmədən qeyd olunan təqaüdün verilməsi dayandırılmışdır.
4. İddiaçı təqaüdün dayandırılması ilə bağlı cavabdehə müraciət etmiş lakin cavab almamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2019-cu il 14 avqust tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 2007-ci ilin sentyabr ayından başlayaraq “şəhid ailəsi üçün Azərbayc an Respublikası Prezidentinin təqaüdünün hesablanaraq tam şəkildə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X2 27.03.1995-ci ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda N saylı hərbi hissə tərkibində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə həlak olmuş, 12 aprel 1995-ci il tarixli, lV-JQ № 9 425210 nömrəli “Ölüm haqqında" şəhadətnamə verilmişdir. Ölüm şəhadətnaməsində X1 N saylı hərbi hissə tərkibində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə şəhid olduğu qeyd edilmişdir. Şəhidin həyat yoldaşı kimi iddiaçıya “şəhid ailəsi" statusu verilmiş və Sumqayıt Şəhər ƏSMM tərəfindən 27 mart 1995-ci il tarixli, 008919 saylı vəsiqə təqdim edilmişdir. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına müvafiq olaraq, iddiaçıya 2007-ci ilin yanvar ayından şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilmişdir. Lakin 2007-ci ilin sentyabr ayından inzibati orqan tərəfindən xəbərdarlıq edilmədən və heç bir səbəb göstərilmədən qeyd olunan təqaüdün verilməsi dayandırılmışdır. İddiaçı bununla bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər şöbəsinə müraciət etsə də, nəticəsi olmamışdır. İddiaçı 01.02.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsindən şəhid X1 N saylı hərbi hissə tərkibində erməni təc avüzkarlarına qarşı gedən döyüşlərdə həlak olması barədə arayış alıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər şöbəsinə təqdim etsə də, onun müraciətinə cavab verilməmişdir. 27.03.2019-cu il tarixdə ƏSMM Sumqayıt şəhər şöbəsinə gedib məlumat alarkən, iddiaçıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsindən alınan arayışda X1 “həlak olması” yazıldığını, "həlak olmaq"la "şəhid olmaq" anlayışlarının fərqli olmasını və buna görə təqaüdün verilməsindən imtina olunduğunu bildirmişlər. Sonuncu müraciətinə cavab olaraq, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunduğu, qeyd olunan sənədlər əsasında ərizəçinin həyat y oldaşının şəhidlik statusu təsdiq edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tərəfindən müvafiq tədbirlər görüləcəyi, Azərbaycan Respublikasınin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin 08.04.2019-cu il tarixli, 352 saylı məktubuna əsasən X1 həlak olması barədə məlumat olduğunu, lakin onun “şəhid" statusuna, ailəsinin “şəhid ailəsi" statusuna malik olmaları barədə heç bir məlumat verilmədiyindən Prezident təqaüdünün təyin olunmasının qanunazidd olduğu bildirmişdir. İnzibati orqan qərəzli olaraq, onun müraciətini araşdırmadan, əsassız olaraq formal cavab məktubu yazmaqla öz vəzifəsini icra etməkdən yayınmışdır. Şəhid ailəsi statusu barədə (faktı təsdiq edən) sənəd sayılan 008919 saylı "şəhid ailəsi" vəsiqəsinin olmasına və 201 7-ci ilin 8 ayı ərizndə təqaüd verilməsinə baxmayaraq, inzibati orqan yenidən həmin statusun təsdiqlənməsi üçün müraciət etməli olması ilə bağlı məntiqsiz şəkildə qanunvericiliyin normalarına şərh vermişdir. Digər tərəfdən, qanunvericiliyə əsasən məhz Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxslər şəhid sayılırlar.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı izahatında göstərmişdir ki, Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin 2007-ci il 29 iyun tarixli 11/27-66 nömrəli və Azərbaycan Respublikası Hərbi Komissarlığının 2007-ci il 28 iyun tarixli 4530 saylı məktublarına əsasən bütün İcra Hakimiyyətləri, Səfərbərlik Xidmətləri və ƏƏSMN tərəflərindən Komissiya yaradılmış və şəhid ailələrinə verilən Prezident təqaüdlərinin araşdırılması aparılmışdır. Araşdırma zamanı bəzi “şəhid statusu” olmayan işlər dayandırılmışdır. DSMF-nin Sumqayıt şəhər şöbəsi 05.04.2019-cu il tarixli sorğusuna cavab olaraq SHXÇ üzrə Dövlət Xidmətinin Laçın rayon şöbəsinin 31.07.2019-cu il tarixli 651 saylı arayışında Mustafa Abbasovun 28.03.1995-ci il tarixdə N saylı hərbi hissədə həlak olduğu və 01.02.2019-cu il tarixdən şəhid, ailəsinə isə “şəhid ailəsi” statusu verildiyi göstərilmişdir. Bundan sonra 01.02.2019-cu il tarixdən iddiaçıya şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş və mütəmadi olaraq plastik kart vasitəsilə ödəniş həyata keçirilir. İddiaçıya “şəhid ailəsi” statusu verilməsindən əvvəlki dövr üçün təqaüdün verilməsi mümkün deyildir.
8. Sumqayıt İnzibati Məhkəməsi 31 may 2020-ci il tarixli, 2-1(118)-116/2020 saylı q ərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmişdir.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayit Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-341/2020 nömrəli, 07.08.2020-ci il tarixli qərarı ilə (hakimlər F.Zeynallı (sədrlik edən və məruzəçi), Z.Məmmədov, F.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir.
11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddiası ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmiş, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh isə iddiaçıya imtina cavabı verməkdə haqlı olmamışdır və bu barədə cavabdehin istinad etdiyi dəlillər əsassızdır.
12. Cavabdehin nümayəndəsi həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ MƏHKƏMƏ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində cavabdehin birinci instansiya məhkəməsində verdiyi yazılı etirazın məzmunu təkrarlanmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının iddia etdiyi halları rəsmi sənədlə sübut edə bilməməsi onun yazdığı iddia ərizəsində əks edilmiş, həmin ərizə də əslində qərarın həqiqətən də hüquqi əsasının olmadığını sübut etmişdir. Məhkəmə iddianı təmin etməsinə baxmayaraq, iddiaçının əldə etdiyi 27.03.1995-ci il tarixli vəsiqənin ləğv edilib edilməməsini araşdırmamışdır. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun Maddə
1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
17. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatla r zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər
4. Şəhid və şəhid ailəsi statusunun verilməsi 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. 18. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanı 1.“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhidə görə 500 manat məbləğində ailəsinə “Şəhid ailəsi üçün Azə rbaycan Respublikası Prezidentinin təqaüdü “ təsis edilsin.
3. Azərbaycan Respublikasının Hazirlər Kabineti: 3.1. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin. 19. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”
6. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.
8. Müraciət müddətindən asılı olmayaraq, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” onu almaq hüququ yarandığı gündən təyin edilir.
20. İnzibati icraat haqqında qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəm əsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblə rinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçının əri X2 27.03.1995-ci ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda N saylı hərbi hissə tərkibində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə həlak olmuş, bununla əlaqədar iddiaçıya Sumqayıt şəhəri ƏSMM tərəfindən 1995-ci ildə şəhid ailəsi statusunu təsdiq edən vəsiqə verilmişdir. İddiaçıya 2007-ci ilin yanvar ayından şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilmişdir. Cavabdeh tərəfindən 2007-ci ilin sentyabr ayından iddiaçı ya xəbərdarlıq edilmədən və heç bir səbəb göstərilmədən, habelə inzibati qərar qəbul edilmədən iddiaçıya təqaüdün verilməsi dayandırılmışdır. İddiaçıya 01.02.2019-cu il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməkdə davam etdirilir.
26. İddia tələbinin hüququ əsasını “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 8-ci bəndi təşkil edir.
27. Həmin normanın tələbinə əsasən, müraciət müddətindən asılı olmayaraq, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” onu almaq hüququ yarandığı gündən təyin edilir.
28. Bu normanın baxılan işə tətbiqi o nəticəni doğurur ki, iddiaşı “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü almaq hüququna, həmin təqaüdün təsis olunduğu gündən malik olmuşdur. Çünki iddiaçıya 27.03.1995-ci ildə şəhid ailəsi statusu verilmişdi və cavabdeh iddiaçıya ödənilən təqaüdü dayandırması barədə hər hansı əsaslandırılmış inzibati akt qəbul etməmişdir.
29. Cavabdeh iddiaçıya təqaüdün ödənilməsinin dayandırmasını Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin 2007-ci l 29 iyun tarixli 11/27-66 nömrəli və Azərbaycan Respublikası Hərbi Komissarlığının 2007-ci il 28 iyun tarixli 4530 saylı məktublarına əsasən bütün İcra Hakimiyyətləri, Səfərbərlik Xidmətləri və ƏƏSMN tərəflərindən Komissiya yaradılmaqla şəhid ailələrinə verilən Prezident təqaüdlərinin araşdırılması ilə əsaslandırsa da, bu araşdırmanın nəticəsində iddiaçıya yenidən şəhid ailəsi statusu verildiyini özü təsdiq edir. İşin bu halı onu deməyə əsas verir ki, cavabdehin iddia çıya təqaüdün dayandırıldığı tarixdən verilməməsi, “İnzibati icraat haqqında” Qanunun qanunçuluq, hüququn tətbiqindən imtinanın qadağan olunması, mütənasiblik prinsiplərinə zidd olmuşdur. Cavabdeh iddiaçının hüquqi statusuna müdaxiləni nəzərdə tutan hərəkəti edərkən (təqaüdü dayandırarkən), bu tədbirin inzibati orqanın güddüyü qanuni məqsədə mütənasibliyini, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmasını təmin etməmişdir.
30. Cavabdehin “İddiaçıya “şəhid ailəsi” statusu verilməsindən əvvəlki dövr üçün təqaüdün verilməsi mümkün deyildir” dəlili də ziddiyyətlidir. Çünki iddiaçı ona “şəhid ailəsi” statusu verilən tarixdən əvvəlki dövrə görə ödəniş tələb etmir. İddiaçıya “şəhid ailəsi” statusu 1995-ci ildə verilmişdir v ə hazırki iddiada iddiaçı 1995-ci ildən əvvəlki dövr üçün deyil, dayandırıldığl 2007-ci ilin sentyabr ayından davam etdirilməsini tələb edir.
31. Bundan başqa, iddiaçının mərhum Mustafa Abbasovla nikahınını olmaması barədə gətirdiyi dəlil də qərarın ləğvinə əsas vermir. Cavabdehin bu dəlili tamamən əsassızdır və məhkəmə araşdırmasını yanlış istiqamətə yönəltməyə xidmət edir. Çünki cavabdeh iddiaçını mərhum Mustafa Abbasovun ailə üzvü kimi tanınmaması barədə nəinki inzibati akt qəbul etməmiş, əksinə, iddiaçını “şəhid ailəsi” statusunda qəbul etmişdir və artıq ona təqaüdün verilməsini davam etdirir. İşin bu halı, iddiaçının şəhidin ailə üzvü olmasına münasibətdə inzibati orqan üçün “çoxun azı ehtiva etməsi” prinsipinin nəticələrini törədir.
32. Bu səbəbdən də iddiaçının şəhid ailəsi sayılmas ının hüquqi əsasları üzrə işin hallarının dəyərləndirilməsinə zərurət qalmır.
33. İşə baxmış apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2020-ci il tarixli 21(105)-341/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.