Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-36/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; işin hallarının hərtərəfli araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X2 (təvəllüd:xx.xx.1956; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əmək pensiyasını n bərpa edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2-1(103)-2046/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2012-ci il tarixdən 2-ci qrup əlilliyə görə pensiya təyin edilmiş, xx.xx.2019-cu il tarixdən isə hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2012-ci il tarixli, 2in(82)1694/2012 nömrəli qərarına əsasən, iddiaçıya pensiya məbləğinə vəzifə maaşının 15%-i miqdarında aylıq əlavə edilməklə pensiyasının yenidən hesablanması və həmin tarixdən hazıradək pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərba ycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsinə həvalə edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. 3. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 2-1(82)3391/2016 nömrəli qərarına əsasən, iddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddia tələbi təmin edilmiş, iddiaçının pensiyasının hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərin hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının 2 misli, sonrakı 4 il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində ödənilən birdəfəlik yardım və məzuniyyətə görə aldığı pullar nəzərə alınmaqla, pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranacaq pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2017-ci il tarixli, 2-1(103)-460/2017 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli qərarı qismən iddiaçıya ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərin hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının 2 misli, sonrakı 4 il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində ödənilən birdəfəlik yardım və məzuniyyətə görə aldığı pullar nəzərə alınmaqla, pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanmas ı və yaranacaq pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilərək həmin hissədə iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 21 iyun 2017-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, qərar qanuni qüvvəyə minmişdir.
4. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********8 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2012-ci ildən sabiq hakim kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2013-xx.xx.2019cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 38906,56 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 38215,04 manat ödənilmiş, bu səbəbdən də ona 691,52 manat əskik pul məbləğinin ödənildiyi aşkar edilmiş, AR Prezidentinin müvafiq sərəncamına əsasən xx.xx.2019-cu ildən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1584 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 712,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 296 manat, digər növ əlavələri 765,60 manat olmaqla, orta aylıq əmək haqqı 3458,40 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3458,40 manat) 80 faizi - 2766,72 manat məbləğində müəyyən e dilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində ümumilikdə 55334,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 67512,60 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 12178,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir.
5. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********3 saylı “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarına əsasən, xx.xx.1956-cı il tarixində anadan olmuş ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) X1 xx.xx.2019 -xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 11486,68 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tə ləbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********3 saylı qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və xx.xx.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1987-ci ildən xx.xx.2007-ci il ta rixədək birinci instansiya məhkəmələrində hakim vəzifəsində işləmiş, xx.xx.2012-ci ildə ona Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, hakimlik stajı 20 ildən artıq olmuşdur. O, xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyası alır. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda iddiaçının əmək pensiyası düzgün hesablanmamış, iddiaçı məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmələr tərəfindən müxtəlif vaxtlarda iddiaçının xeyrinə qərarlar qəbul edilmiş, pozulmuş hüquqları məhkəmələr vasitəsilə bərpa edilərək, cavabdeh tərəfindən ona təyin edilmiş əmək pensiyasının məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanması vəzifəsi cavabdeh inzi bati orqanın üzərinə qoyulmuş, nəticədə isə qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçıya aylıq 3375.63 manat əmək pensiyasının ödənilməsi təmin edilmişdir. 08 may 2021-ci ildə cavabdeh tərəfindən iddiaçıya hər hansı formada əvvəlcədən xəbərdarlıq edilmədən əmək pensiyasının məbləği 3375.63 manatdan 2786.72 manata endirilmiş, iddiaçı bu barədə dəfələrlə şifahi, xx.xx.2021-ci il tarixdə isə rəsmi qaydada ərizə ilə cavabdehə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının azaldılmasının səbəblərinin açıqlanmasını tələb etmişdir. Cavabdeh iddiaçının həmin müraciətinə xx.xx.2021-ci il tarixli, **********8 saylı məktubla cavab verərək qeyd etmişdir ki, ona 12178,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Sonda isə həmin məktubla 11486,68 manat artıq pul vəsaitinin qa ytarılması tələb edilmişdir. İddiaçı təkrarən hüquqlarının bərpa edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının hüquqlarını bərpa etmək əvəzinə xx.xx.2021-ci il tarixli, **********3 saylı qərar ilə xx.xx.2019 - xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 11486,68 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin 10 gün müddətində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödənilməsini tələb etmişdir. Qeyd olunan qərar xx.xx.2021-ci ildə poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. Hesab edir ki, qeyd olunan qərar əsassız və qanunsuz olmaqla, iddiaçının pensiya hüquqlarının pozulması ilə nəticələndiyinə görə ləğv edilməlidir. Bundan başqa, iddiaçıya məhz hansı əsaslarla pensiya təyin edilməsi və ona təyin edilmiş pensiyaların yenidən hesablanmal ı olması qanuni qüvvəsini almış məhkəmə aktları əsasında həyata keçirilmiş, eləcə də pensiyanın yenidən hesablanması iddiaçı tərəfindən deyil, məhz cavabdeh inzibati orqan tərəfindən aparılmışdır. İddiaçı istəsəydi belə, hesablamanın hansı qaydada aparılmasına müdaxilə edə bilməzdi. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 8/736 saylı arayışdan da müəyyən olunur ki, iddiaçının hakim işlədiyi dövrdə ixtisas dərəcəsi verilməsi barədə müraciəti ilə bağlı arxiv sənədlərinə baxış keçirilərkən ona Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli, 85 saylı Qərarı ilə dördüncü ixtisas dərəcəsinin verilməsi, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələr inin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi barədə” qərarı ilə dördüncü ixtisas dərəcəli hakimlərə 1993-cü il 01 yanvar tarixindən minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. Həmin Qərara əsasən, xx.xx.1996-ci ildən xx.xx.2000-ci ilədək iddiaçıya əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(102)-1158/2017 saylı qərarı ilə müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016cı il tarixli 2-1 (82)-3391/2016 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)- 460/2017 saylı qərarları əsasında X2 pensiyasının hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla, pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranacaq məbləğ fərqinin iddiaçıya ödənilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Cavabdeh inzibati orqan yəqin ki, iddiaçıya pensiya hesablanmasında qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğunu xx.xx.2019-cu ildən sonrakı müddətdə nəzərə almaq istəməmişdir.
8. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz cavabdehin xx.xx.2021-ci il tarixli, **********3 saylı “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarına uyğun əsaslandırılmışdır.
9. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112) -2835/2022 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia tələbi təmin edilmiş, cavabdehin “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında" xx.xx.2021-ci il tarixli, **********3 saylı qərarı ləğv edilmiş, xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və xx.xx.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçıya pensiya qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında təyin edilmişdir. Həmin qərarların icrasının təmin edilməsi isə cavabdeh üçün məcburi xarakter daşısa da, cavabdeh iddiaçının mübahisələndirdiyi hazırkı qərarı qəbul etməklə məhkəmə qərarının icrasından yayınmış olur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu m addəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əsassız olaraq xx.xx.2019-cu il tarixədək iddiaçıya aylıq 3375,63 manat əmək pensiyası əvəzinə 691,52 manat az pul vəsaiti ödənilmişdir. Bu hal cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda və məhkəməyə təqdim edilmiş etirazda etiraf edilsə də, bu pozuntunun aradan qaldırılması məqsədilə heç bir tədbir görülməmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2-1(103)-2046/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-2835/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia qismən təmin edilmiş, cavabdehə “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında" xx.xx.2021-ci il tarixli **********3 saylı qərarının ləğv edilməsi öhdəliyi həval ə edilmişdir.
13. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılmasını tələb etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2-1(103)-2046/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-2835/2022 nömrəli qərarı ləğv edilmiş, iddianın xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və xx.xx.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır.
15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırı iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı olmasına baxmayaraq, eyni məsələ ilə əlaqədar təkrarən yenidən məhkəməyə müraciət etməsi yolverilməzdir.
16. İddiaçı kassasiya şikayəti verərək, 19 avqust 2022-ci il tarixli, 2-1( 103)2046/2022 nömrəli qərardadın ləğv edilməsini və iddianın mümkünsüz sayılması hissəsində təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsi İPM-in 14.2-ci maddəsinin tələblərini pozmuşdur, belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İnzibati orqan yalnız formal əsaslarla iddiaçıya imtina cavabı verməklə kifayətlənmiş, iddiaçıya ödənilməli olan pensiya məbləğinin hansı əsaslarla sonradan azaldılmasını nın səbəblərini izah edə bilməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqandan iddiaçının pensiya məbləğinin hesablanması və bu ödənişin məhkəmə qərarının icrası ilə bağlı olub-olmamasını araşdırmamışdır.
18. İddiaçı həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi İPM-in 35.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə kollegiyası həmin maddəyə istinad edərək, həmin hissədə qanuni qüvvəsini almış məhkəmə aktının olmasına baxmayaraq, eyni məsələ ilə əlaqədar təkrarən yenidən məhkəməyə müraciət edilməsinin yolverilməz olmasını qeyd etmişdir. Halbuki, hazırkı mübahisə qanuni qüvvəsini almış məhkəmə aktının icrası ilə bağlı olmamış, cavabdeh inzibati orqan yalnız formal mülahizələrə istinad etməklə mənim pensiya məbləğimi əsassız olaraq azaltm ışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2-1(103)-2046/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məl umat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hi ssəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kas sasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərardadının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.
25. Obyektiv araşdırma prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qə rarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırkı işə münasibətdə məhkəmə iddiaçının tələbi üzrə işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
27. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdehin “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında" xx.xx.2021-ci il tarixli **********3 saylı qərarının ləğv edilməsinə, xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsinə və xx.xx.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat məbləğində vəsaitin ona ödənilməsinə nail olmaqdan ibarətdir.
28. Göründüyü kimi, iddiaçının hüq uqi marağı baxımından onun iddiası üç tələbdən ibarətdir. Birinci tələb üzrə iddia təmin olunmuş, apellyasiya məhkəməsinin 9 avqust 2022ci il tarixli qərarı ilə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********3 saylı qərar ləğv olunmuşdur.
29. Bununla belə, apellyasiya məhkəməsinin eyni tarixli qərardadı ilə ikinci və üçüncü tələblər (xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və xx.xx.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə) üzrə iddia mümkün sayılmamışdır. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə artıq qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcud olduğundan eyni məsələ ilə əlaqədar təkrarən yenidən məhkəməyə müraciət edilməsi yolverilməzdir.
30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin tələblər üzrə iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz. Belə ki, hazırkı mübahisə predmeti bu qərarın 2-3-cü bəndlərində qeyd olunan əvvəlki məhkəmə qərarları ilə həll edilmiş mübahisə predmetlərindən fərqli məzmuna malikdir. Eyni zamanda iddiaçının hüquqi marağı baxımından da həmin tələblər fərqli xarakter daşıyır.
31. Nəzərə almaq lazımdır ki, iddiaçının mümkün sayılmamış iddia tələbləri ona yuxarıda istinad olunan məhkəmə qərarları əsasında təyin olunmuş əmək pensiyasının ödənişinin bərpa olunması və xx.xx.2019-cu il tarixədək əskik ödənilmiş vəsaitin ona ödənilməsi ilə bağlıdır. Qeyd olunan məhkəmə qərarları əsasında təyin olunmuş əmək pensiyasının ödənişinin cavabdeh tərəfindən dayandırılması faktiki xarakterli hərəkət kimi qiymətləndirilməli və cavabdehin həmin hərəkətinə qiymət verilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, apelyasiya məhkəməsi tərəfindən ləğv olunmuş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında" xx.xx.2021-ci il tarixli, **********3 saylı qərar pensiya ödənişin bərpası və əskik ödənilmiş vəsaitin iddiaçıya ödənilməsi ilə bağlı deyildir və həmin qərarın ləğv edilməsi iddiaçıya təyin olunmuş əmək pensiyasının ödənişinin bərpa olunmasını və ona cavabdehin özünün də etiraf etdiyi əskik ödənilmiş vəsaitin ödənilməsini ehtiva etmir. Bu mənada apellyasiya məhkəməsi tərəfindən iddia üzrə mümkünlük şərtlərinin və işin bununla əlaqədar hallarının obyektiv araşdırma prinsipinin tələblərinə uyğun araşdırılmadığı qeyd olunmalıdır.
32. Nəzərə almaq lazımdır ki, qeyd olunan halların araşdırılması və onlara hüquqi qiymət verilməsi məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Obyektiv qanunauyğun qərarın qəbulu üçün tələb olunan araşdırmanın həcmi xidməti vəzifəsinə görə məhkəmə tərəfindən müəyyən edilməli və belə qərarın qəbulu üçün yetərli olmalıdır.
33. Digər tərəfdən, prosessual qənaət prinsipinin tələbləri və məhkəmə qərarının icrası mərhələsində yarana biləcək potensial qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi ilə, apelyasiya məhkəməsi tərəfindən iddiaçıya təyin olunmuş və ödənilən pensiya məbləğinin cavabdeh tərəfindən sonradan hesablanması zamanı azaldılmasının səbəbləri və azaldılmaya səbəb olmuş əsaslar yoxlanılmalı, cava bdeh tərəfindən hesablamanın hansı qaydada və iddiaçıya münasibətdə hansı əmək haqqı və əlavələr nəzərə alınmaqla aparıldığı və azalmanın bunlarla bağlılığı araşdırılmalıdır. Apelyasiya məhkəməsi araşdırma zamanı aralıq qərardadla qeyd olunan xüsusatların araşdırılmasını cavabdehə həvalə edə və ondan bununla bağlı əsaslandırılmış mövqeyini məhkəməyə təqdim etməyi tələb edə bilər.
34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməli olan apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qərardad İnzibati Prosessual Məcəlləsinin 12.1-ci, 35.1-ci və 82-ci maddələrinin tələbləri pozulmaqla qəbul edilmişdir.
35. İddiaçının kassasiya şikayətinin iddianın mümkün sayılmamış hissəsində təmin edilməsi barədə qərar çıxarılması ilə bağlı tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyindən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.5.2-ci maddəsinə əsasən iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən, əsaslı olduğu hissədə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan halları n obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılması və müəyyən edilməsi təmin olunmalıdır.
37. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 21(103)-2046/2022 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.