Məhkəmə qərarları › İş №2-1(102)-36/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-36/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-36/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: orta ixtisas təhsilinə dair dövlət sənədinin (diplomun) verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1977-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplom verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 28 aprel 2023-cü il tarixli, 2-1(104)-284/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Arxivinin Göyçay filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 03 nömrəli arxiv arayışından görünür ki, “San-Marino Beynəlxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialının Göyçay Tibb kollecinin xx.xx.1995-ci il tarixli, 29 nömrəli əmri ilə İddiaçı tibb kollecinə qəbul olunmuş, həmin Tibb kollecinin xx.xx.1998-ci il tarixli, 65 nömrəli əmri ilə dövlət imtahanlarını müvəffəqiyyətlə verdiyi üçün ona diplom verilmişdir. 2. xx.xx.2002-ci il tarixli, AB-İ 005421 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 2000-ci ildə Bakı 1 nömrəli Tibb kollecinə d axil olmuş, 2002-ci ildə tibb bacısı (feldşer-mama) ixtisası üzrə kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə ona tibb bacısı (feldşer-mama) ixtisası verilmişdir.

3. Bərdə rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1768 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən Bərdə Rayon Mərkəzi Xəstəxanasının Qazaxlar-1 kənd tibb məntəqəsində məntəqə müdiri vəzifəsində işləyir.

4. İddiaçı “San-Marino Beynəlxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialının Göyçay Tibb kolleci tərəfindən ona verilən diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə ona qeyd edilənlərlə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyini bildirmişdir.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliy inin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “San-Marino Beynəlxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialı qeyri-dövlət ali təhsil müəssisəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 204 nömrəli qərarı ilə yaradılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 134 nömrəli qərarı ilə onun fəaliyyəti dayandırılmışdır. “San-Marino Beynəlxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialının Göyçay Tibb Məktəbinin fəaliyyətinə nazirlik tərəfindən razılıq verilməmişdir.

6. Dövlət İmtahan Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı 1995-ci ildə keçirilmiş qəbul imtahanında iştirak etməmiş və həmin il onun barəsində əvvəlki Tələbə Qəbulu üzrə Dövlət K omissiyası tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “San-Marino Beynəlxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialının Göyçay Tibb kollecini 1998-ci ildə bitirməsinə dair diplom verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bərdə rayon Qazaxlar kəndində yaşayır. Həmin kənddə orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün 1995ci ildə topladığı 156 keçid balı ilə Göyçay şəhərində fəaliyyət göstərən “San-Marino Beyn alxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialının Göyçay Universitetinin Tibb kollecinə daxil olmuş, təhsilini 1998-ci ildə bitirmişdir. Orada təhsil aldığına dair qiymət kitabçasını saxlamışdır. Həmin kitabçadan müəyyən edilir ki, iddiaçı təhsil müddətində hansı fənlər üzrə təhsil almış və hansı balı toplayaraq imtahanlardan keçmişdir. Təhsil aldığı müddətdə təhsil haqqı ödəmişdir. Yekunda iddiaçıya həmin təhsil müəssisəsini bitirməsinə dair orta ixtisas təhsili haqqında tibb bacısı (feldşer-mama) ixtisası üzrə diplom əvəzi sənəd də verilmişdir. İddiaçı həmin sənədlə Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etdikdə, onu əlində olan sənədlə işə qəbul etməkdən imtina etmişlər və bildirmişlər ki, bu, diplom deyil və bununla işə qəbul mümkünsüzdür. İddiaçı təhsil aldığı yerə üz tutmu ş və rəhbərlikdən təhsil haqqını tələb etdikdə oradan deyilmişdir ki, iki il səbr et, Bakı 1 nömrəli Tibb kollecinə daxil ediləcək və o, tibb bacısı (feldşer-mama) ixtisası üzrə diplom alacaqdır. Nəhayət 2002-ci ildə ona Bakı 1 nömrəli Tibb kolleci tərəfindən tibb bacısı (feldşer-mama) ixtisası üzrə diplom verilmişdir. 2003-cü ildən hazırkı dövrədək yaşadığı Bərdə rayon Qazaxlar kəndinin tibb məntəqəsində işləyir. Hər il iki dəfə Səhiyyə Nazirliyi tərəfindən tibb personalı üçün bilik və bacarıqlarının artırılması məqsədilə təkmiləşdirmə kursları təşkil edilir. İddiaçı da həmin kursda iştirak etmək qərarına gəlmiş, kurs keçiriləcək yer Mingəçevir şəhəri müəyyən edilmişdir. Kursa gedən zaman iddiaçıya bildirilmişdir ki, diplomu saxtadır. 2021-ci ilin dekabr ayında iddiaçıya bildirilmişdir ki, diplomun saxtalığı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində araşdırma aparılır. Orada aparılan araşdırmalardan sonra həmin diplomun saxta olmadığı təsdiqini tapmışdır. İddiaçı Bakı 1 nömrəli Tibb kollecində, xüsusən də Bakı şəhərində ümumiyyətlə təhsil almamışdır. İddiaçı Göyçay Universitetinin Tibb kollecini bitirmişdir. Hesab edir ki, yaranmış məsələdə onun təqsiri yoxdur. Belə ki, iddiaçı kollecə daxil olarkən tələb olunan keçid balını özü toplamışdır. Dövlət Arxivinin Göyçay filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 03 nömrəli arxiv arayışından da görünür ki, iddiaçı “San-Marino Beynalxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialının Göyçay Tibb kollecində 1995-1998-ci illərdə təhsil almış və dövlət yekun i mtahanlarını müvəffəqiyyətlə verdiyindən ona diplom verilməsi barədə xx.xx.1998-ci il tarixli, 65 nömrəli əmr verilmişdir. İddiaçı eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmiş, lakin ona xx.xx.2022-ci il tarixli məktubla qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir.

9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, kollec diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl etməmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikası Təhsil Qanununun 8-ci maddəsinə görə, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başla maq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. İddia ərizəsindən göründüyü kimi, “San-Marino Beynəlxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialının Göyçay Tibb kollecinin məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, kollec bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kollecə təqdim olunmamışdır. Beləliklə də, kollec diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Həmin Qanu nun 13-cü maddəsində qeyd edilir ki, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 60 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Ali Ekspert Komissiyası haqqında” Əsasnaməyə əsasən, Ekspert Komissiyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazanı yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və T əhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin tədris müəssisələri üzrə müsbət qərarı olduqda, bu tədris və ya tərbiyə müəssisəsi dövlət reyestrinə daxil edilir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra, Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Lakin “SanMarino Beynəlxalq Elmlər Akademiyası Mərkəzi” Azərbayc an filialının Göyçay Tibb kolleci hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmamış və onun təhsil müəssisəsi kimi fəaliyyət göstərməsinin hüquqi əsası olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” xx.xx.1993-cü il tarixli, 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçərək sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, Göyçay Tibb kolleci fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına riayət etməmiş və bunun nəticəsi olaraq onun verdiyi təhsil sənədləri qanunsuz hesab edilmişdir. Qanu nun bu normasından göründüyü kimi, “San-Marino Beynəlxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialının Göyçay Tibb kolleci dövlət qeydiyyatına alınmadığından, onun hüquqi statusu olmamış və habelə bunun məntiqi nəticəsi olaraq hüquq qabiliyyətinə malik omamışdır. Ona görə də, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom Elm və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz.

10. Gəncə İnzibati Məhkəməsinin (hakim: Zəfər Quliyev) 13 dekabr 2022-ci il tarixli, 2-1(114)-2933/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1990cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müə ssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Elektron sorğu sistemi məlumatlarında “San-Marino Beynəlxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialının Göyçay Tibb kollecinin, ümumiyyətlə Göyçay Tibb kollecinin hüquqi şəxs kimi qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Odur ki, iddiaçıya diplomun verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasların mövcud olmadığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, cavabdehin hərəkətsizliyi qanunazidd hesab edilə və iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Azər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Aygül İsgəndərova) 28 aprel 2023-cü il tarixli, 2-1(104)-284/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının təhsil aldığını qeyd etdiyi təhsil müəssisəsinin fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən razılıq verilməmiş, hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmamış və onun təhsil müəssisəsi kimi fəaliyyət göstərməsinin hüquqi əsası olmamışdır. Odur ki, Təhsil Nazirliyi tərəfindən kollecə dövlət nümunəli sənəd (diplo m) təqdim olunmamışdır. Digər tərəfdən, iddiaçı özü isə 1995-ci ildə keçirilmiş qəbul imtahanında iştirak etməmiş, onun barəsində hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab etmişdir.

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “T əhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 27.1 Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə 27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. 19. 7 oktyabr 1992-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Qanunu (19 iyun 2009-cu il tarixli Qanunla qüvvədən düşmüşdür) Maddə 8.1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Maddə 13.1 Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafi q olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Maddə

31. Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; təhsil sistemi üçün informasiya xidməti təşkil edir; təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki informasiya təminatı yaradır; təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edir; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin ic rasına nəzarət edir; təhsil müəssisələri, maarif orqanları haqqında nümunəvi əsasnamələrin və digər sənədlərin hazırlanmasını təmin edir, elmi-pedaqoji kadrların attestasiyasının keçirilməsi və nizamnamələrin qeydiyyata alınması qaydalarını təsdiqləyir; mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələri üçün nümunəvi əsasnamələrin baza təhsil planının, proqramların, dərsliklərin, dərs vəsaitlərinin və tədris metodiki materialların hazırlanmasını və nəşrini təşkil edir, təlim-tərbiyə müəssisələrinə tədris-metodiki və informasiya köməkliyi göstərir; təhsil müəssisələri və idarələrinin maliyyələşdirilməsini və maddi-texniki təchizatının müvafiq normalarını müəyyən edir; səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyət f ormasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şi kayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümk ündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikay ətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona gör ə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “San-Marino Beynəlxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialının Göyçay Tibb kollecini 1998ci ildə bitirməsinə dair diplom verilməsinə nail olmaqdan ibarətdir.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya “SanMarino Beynəlxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialının Göyçay Tibb kollecini 1998-ci ildə bitirməsinə dair diplom verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. İddiaçı 1995-1998-ci illərdə “San Marino Beynəlxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialının Göyçay Tibb kollecində təhsil aldığını, lakin ona 2000-2002ci illərdə Bakı 1 nömrəli Tibb kollecində təhsil aldığına dair xx.xx.2002-ci il tarixli diplom verildiyini, həmin diplomla işə qəbul olunub işlədiyini, lakin sonradan ona verilən diplomun saxtalığı ilə bağlı mübahisə olduğunu qeyd edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

30. İşin apellyasiya instansiyası məhkəmə si tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “San-Marino Beynəlxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialı qeyridövlət ali təhsil müəssisəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995ci il tarixli, 204 nömrəli qərarı ilə yaradılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 134 nömrəli qərarı ilə onun fəaliyyəti dayandırılmışdır. Lakin “San-Marino Beynəlxalq Elmlər Akademiyası Mərkəzi” Azərbaycan filialının Göyçay Tibb Məktəbinin bu qərarın 19-cu bəndində istinad olunan normalarda nəzərdə tutulmuş qaydada yaradıldığı və fəaliyyət göstərdiyi iş üzrə materiallarla təsdiq olunmur.

31. Bundan başqa, iş üzrə materiallardan iddiaçının 1995-ci ildə keçirilmiş qəbul imtahanında iştirak etmədiyi və həmin il onun barəsində Tələbə Qəbu lu üzrə Dövlət Komissiyası tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmrinin verilmədiyi görünür.

32. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan və bu qərarın 19-cu bəndində istinad edilən normalara əsasən, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında əsasnaməni Azərbaycan Respublikasının hökuməti təsdiq edir. Həmin əsasnamə əsasında təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq e dir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının təhsil aldığını qeyd etdiyi təhsil müəssisəsi səlahiyyətli qurum tərəfindən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmamış, onun təhsil müəssisəsi kimi fəaliyyətinin hüquqi əsası mövcud olmamış, Təhsil Nazirliyi tərəfindən kollecə dövlət nümunəli sənəd (diplom) təqdim olunmamışdır. Məhz bu baxımdan həmin təhsil müəssisəsi tərəfindən məzunlara dövlət nümunəli sənəd verilməmişdir.

34. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

35. Müba hisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2-1(104)-284/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar