Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-360/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Balabəy Məlikovun iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanu nvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi, həmin akt və qərar əsasında iddiaçıya hesablanmış əlavə vergilərin və vergi sanksiyalarının silinməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-245/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdehin tərtib etdiyi xx xxxxxx 2018-ci il tarixli **********160569 nömrəli Səyyar vergi yoxlamasına dair aktın və həmin akt əsasında cavabdehin iddiaçı barəsində çıx ardığı xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********175086 nömrəli qərarın ləğv edilməsi, həmin akt və qərar əsasında iddiaçıya hesablanmış əlavə vergilərin və vergi sanksiyalarının silinməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx xxxxxx 2018-ci il tarixli **********60297 saylı qərarına əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus Xaçmaz rayonunda yerləşən qum-çınqıl karxanasında muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 2015-2017-ci il, gəlir vergisi üzrə 2016-2018-ci il, əlavə dəyər vergisi üzrə yul 2016-iyun 2018-ci il, sadələş dirilmiş vergi üzrə 3-cü Rüb 20152-ci Rüb 2018, ödəmə mənbəyində tutulan vergi üzrə 3-cü Rüb 2015-2-ci Rüb 2018 Vergi Məcəlləsinin 38.3.5 və 38.3.6 maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədən kənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticəsi olaraq, xx xxxxxx 2018-ci il tarixli Səyyar vergi yoxlaması **********160569 nömrəli akt tərtib edilmişdir. Aktda yoxlayıcı tərəfindən guya aşkar olunmuş vergi qanunvericiliyi pozuntularının aradan qaldırılması üçün təklif olunur ki, iddiaçıya 27393,96 manat və 59874,48 manat əlavə gəlirlər hesablansın və 42765,40 manat maliyyə sanksiyaları tətbiq edilsin. Həmin Akt əsasında cavabdehin iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunve riciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ xx.xx.2019-cu il tarixli **********175086 nömrəli qərar qəbul edərək iddiaçıya “vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********985400 nömrəli tələbnamə göndərməklə 86064,85 manat əlavə hesablanmış vergilərin və tətbiq edilmiş maliyyə sanksiyalarına görə 42765,40 manat, cəmi 128830,25 manat pulun ödənilməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1068/2019 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərardadı ilə iddia, cavabdehin tərtib etdiyi xx xxxxxx 2018-ci il tarixli, **********160569 nömrəli Səyyar v ergi yoxlamasına dair aktın ləğv edilməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1068/2019 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərarı ilə iddia tələbinin təmin edilməsi, 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X4 barəsində qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli, **********175086 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarın ləğv edilməsi, həmin qərar əsasında X2 hesablanmış əlavə vergilər və maliyyə sanksiyaların silinməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Vergi Məcəlləsinin 3.2, 3.11, 36.3, 38.1, 58.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanununun 67.1, 67.2, 67.3-cü maddələrinə, İ nzibati Prosessual Məcəllənin 2.2.1, 4.1, 12.1, 14.1, 68.1, 68.2, 70.1-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddia təmin edilmiş hissədə əsaslıdır.
6. Həmin qərardan cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apelyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-1068/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(105)-245/2020 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Telman Quliyev və Gülnarə Tağızadə) qərarı ilə cavabdeh Azərbaycan Respub likası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-1068/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Vergi Məcəlləsinin 3.2, 3.8, 3.11. 24.0, 24.1, 36.2, 53.3, 54.0.1-ci maddələrini, «İnzibati icraat haqqında» Qanunun 24.1-ci maddəsini, İnzibati Prosessual Məcəllənin 14.1, 58.7, 70.1-ci maddələrini tətbiq edərək belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin dəlilləri:
9. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edil miş sadələşdirilmiş vergi bəyannamələrində yoxlama ilə əhatə olunan dövr üzrə 2015-ci ilin 3-cü və 4-cü rüblər ərzində satış dövriyyəsinin olmadığı, 2016-cı il üzrə 34730,0 manat, 2017-ci il üzrə 31600,0 manat və 2018-ci ilin 1-ci və 2-ci rübləri üzrə 20730,0 manat olmaqla, ümumilikdə 87260,0 manat olduğunu göstərilmiş və həmin dövriyyədən 1745,20 manat məbləğində vergiləri dövlət büdcəsinə ödənilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı 87260,0 manat hasilat qarşılığında 69002,0 manatlıq, yəni, 899318,0 kVt/s elektrik enerjisi sərf etmişdir. Başqa sözlə desək iddiaçının əldə etdiyi ümumi gəlirin 79 faizinin elektrik enerjisinə sərf edilməsi inandırıcı deyil və heç bir iqtisadi rentabellik normalarına uyğun gəlmir. Eyni zamanda iddiaçının hasilatı qum-çınqıl karxanasında istifa də olunan istehsal avadanlıqlarının göstəricilərinə də uyğun olmamışdır. Buna görə iddiaçının enerji sərfiyyatına əsasən real istehsal həcminin və istehsal olunmuş məhsulun bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə «xxxx» MMC-dən ekspert dəvət edilmişdir.
10. Ekspert rəyinə əsasən vergi ödəyicisinin istifadəsində olan qum-çınqıl karxanasında və quşçuluq fabrikində və rəydə qum-çınqıl istehsalı obyektinin xx xxxx 2015-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal həcmi 192711,01 kub metr, satış dövriyyəsi 594995,21 manat, qum-çınqıl karxanasında işləyən işçilərin sayı 5 nəfər göstərilməklə ümumi əmək haqqı məbləğinin 32400,0 manat və quşçuluq fabrikində işləyən işçilərin sayı 9 nəfər göstərilməklə ümumi əmək haqqı məbləğinin 81600,0 manat olduğu qeyd edil mişdir.
11. Onu da qeyd edək ki, ekspert rəyində hesablamalar aparılarkən enerji sərfiyyatının 25 faizi itkiyə (obyektə məxsus işıqlandırma, inzibati bina, elektron avadanlıqları, istehsal prosesində yaranan itkilərə, inkubator istehsalı yerinə və digər iaşə xidmətləri obyektlərinə) sərf edilmiş enerji sərfiyyatı kimi nəzərə alınmışdır. Ekspert rəyindəki göstəricilərdən də göründüyü kimi, vergi ödəyicisinin 2015-ci ilin iyul ayından 2016-ci ilin iyul ayınadək olan dövrdə sadələşdirilmiş vergiyə cəlb olunan satış dövriyyəsi 202484,87 manat və həmin dövriyyədən hesablanmış vergi məbləği 4049,70 manat olmuşdur. Lakin, həmin dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş vergi bəyannamələrində düzgün olmayaraq satış dövriyyəsi 16830,0 manat və həmin dövriyyədən hesablanan sadələşdirilmiş verginin məbləği 336,6 manat göstərilmişdir.
12. Gəlir vergisinin yoxlanılması zamanı vergi ödəyicisi tərəfindən qum-çınqıl karxanasında yoxlama ilə əhatə olunan dövrdə gəlirlərin və xərclərin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilmədiyi müəyyən olunmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılmadığı, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Vergi Məcəlləsi və «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Bununla da vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilmiş gəlirlərin və gəlirin əldə edilməsi ilə bağlı xərclərin uçotu aparılmamışdır. 2016-ci ilin iyul-deka br ayları və 2017-ci il üzrə gəlir vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin tapılmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»na (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən vergi orqanı şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə etməklə vergi ödəyicisinin mənfəətini müəyyən etmiş və vergilər hesablanmışdır.
13. Beləliklə, vergi ödəyicisinin 2016-ci ilin iyul-dekabr ayları üzrə gəlirləri 74447,62 manat olduğuna görə 2481,58 m anat gəlir vergisi, 2017-ci il üzrə gəlirləri 167918,14 manat olduğuna görə 5597,27 manat gəlir vergisi hesablanmışdır.
14. Ödəmə mənbəyində tutulan vergilərin yoxlanılması zamanı vergi ödəyicisinin qum-çınqıl karxanasında və quşçuluq fabrikində yoxlama ilə əhatə olunan dövr üzrə görülmüş iş və xidmətlərə görə cəlb edilən işçilərin əmək tutumunun müəyyən edilməsi ilə bağlı «xxxx» MMC qiymətləndirmə şirkətinin ekspert rəyində qum-çınqıl karxanasında çalışan işçilərin orta aylıq sayı 5 nəfər və onlara hesablanan orta aylıq əmək haqqı məbləği 900,0 manat, quşçuluq fabrikində çalışan işçilərin orta aylıq sayı 9 nəfər və onlara hesablanan orta aylıq əmək haqqı məbləği 2400,0 manat olmaqla, ümumilikdə 114000,0 manat əmək haqqının hesablandığı müəyyən olunmuşdur. Buna görə də aparılan yoxlama ilə 15960,0 manat (114000,0 x 14%) məbləğində ödəmə mənbəyində tutulan vergilər hesablanmışdır.
15. Qeyd olunanları ümumiləşdirərək bildirir ki, məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 10/1335 nömrəli ekspert rəyi sadəcə olaraq yoxlama zamanı istinad olunmuş «xxxx» MMC qiymətləndirmə şirkətinin eksperti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli ekspert rəyində qeyd olunan bəzi faktlarla razı olmadığını əks etdirir. Bununla belə xx xxxxxxxx 2020-ci il tarixli, 10/1335 nömrəli rəydə ekspertiza tədqiqatının yarımçıq aparıldığı və özünün düzgün hesab etdiyi faktlar əsasında iddiaçının real dövriyyəsinin müəyyən edilməsindən imtina edildiyi görünür.
16. Bu baxımdan hesab edir ki, həmin rəy ümumiyyətlə iş üzrə mötəbər sübut qismində qəbul edilm əməli idi və hesablanmış vergilərin tamamilə ləğvinə də əsas ola bilməz.
17. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(105)-245/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili H.Məlikov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasın ı Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
19. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi Ə.Əsədov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
20. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
23. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəb ul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixli, **********160297 nömrəli «Səyyar vergi yoxlamasının keçirilməsi haqqında» Qərara əsasən iddiaçı üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2015-ci il tarixdən iyun 2018-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
24. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixli, **********160569 saylı «Səyyar vergi yoxlaması haqq ında» Akta əsasən cavabdeh tərəfindən iddiaçıda vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə səyyar vergi yoxlaması aparılmışdır. Vergi yoxlamaları iyul 2016-cı il tarixdən iyun 2018-ci il tarixədək vergi dövrü üzrə müxtəlif tədiyyə və dövrləri əhatə etmiş, yoxlama xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2018-ci il tarixdə başa çatdırılmışdır. Səyyar vergi yoxlaması nəticəsində sadələşdirilmiş vergi, gəlir vergisi, ödəmə mənbəyində tutulan vergi, əlavə dəyər vergisi olmaqla artıq hesablanmış 1203,59 manat nəzərə alınmaqla ümumilikdə 86064,85 manat məbləğində əlavə vergilərin hesablanması, azaldılmış vergi məbləğlərinə görə vergi ödəyicisi tərəfindən artıq hesablanmış məbləğlər nəzərə alınmaqla Vergi Mə cəlləsinin 58.1-ci maddəsinə əsasən 42765,40 manat, həmçinin vergi hesabatlarının təqdim edilməməsinə görə həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən 1440,0 manat olmaqla, ümumilikdə 44205,40 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
25. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixli, **********175086 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» Qərara əsasən iddiaçı sadələşdirilmiş vergi, gəlir vergisi, ödəmə mənbəyində tutulan vergi, əlavə dəyər vergisi olmaqla artıq hesablanmış 1203,59 manat nəzərə alınmaqla ümumilikdə 86064,85 manat və azaldılmış vergi məbləğlərinə görə vergi ödəyicisi tərəfindən artıq hesablanmış məbləğlər nəzərə alınmaqla Ver gi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 42765,40 manat, həmçinin vergi hesabatlarının təqdim edilməməsinə görə həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən 1440,0 manat olmaqla, ümumilikdə 44205,40 manat məbləğlərində vergi məsuliyyətinə cəlb edilmişdir.
26. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və ya hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni, gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz, belə ki, hər hansı bir maddi və ya prosessual hüquq normasına əsaslanmır.
27. Digər tərəfdən qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burad a başqa, o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirləri istifadə olunan elektrik enerjisinin sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib-çıxarır.
28. Eyni zamanda və bu xüsusi olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin «Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları» adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir.
29. Başqa sözlə, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxla ması qanuni sayıla bilməz.
30. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən yol verilmiş qanun pozuntularının mövcud olması, iddiaçının mübahisələndirdiyi cavabdehin tərtib etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün yetərli olsa da, apelyasiya instansiyası məhkəməsinin təyin etdiyi ekspertiza rəyi də diqqətə alına bilər.
31. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 10/1335 saylı rəyindən müəyyən olunmuşdur ki, mülki iş materiallarında olan ekspertiza aktının məlumatları ilə tədqiq olunan obyektdə baxış zamanı əldə olunan məlumatlar müqayisə edilərkən, aktda göstərilən elektrik avadanlıqlarının sayı və gücünün tədqiq olunan obyektdə mövcud olan elektrik avadanlıqlarının sayı və gücünə uyğun olmamış, həmçinin eks pertiza aktında sahibkarın elektrik transformatorundan qidalanan quşçuluq təsərrüfatının elektrik avadanlıqlarının nəzərə alınmamışdır. Belə ki, ekspertiza aktında tədqiq olunan obyekt üzrə 5 adda elektrik avadanlıqları istifadə edildiyi və mühərriklərin gücünün ümumilikdə 140 kVt təşkil etdiyi göstərilmiş, lakin baxış zamanı həmin obyekt üzrə faktiki 33 adda elektrik avadanlıqları istifadə edildiyi və mühərriklərin gücünün ümumilikdə 648 kVt təşkil etdiyi müəyyən olunmuşdur. Həmçinin, tədqiq olunan obyektə baxış zamanı, həmin obyektdə faktiki olaraq 2 fraksiyada məhsul, 5-22 mm doğranmış çınqıl və 0,05 mm otsep istehsal olunduğu müəyyən edilmişdir.
32. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, yuxarıda qeyd olu nan ekspert rəyində göstərilən halların nəzərə alınmaması və eləcə də elektrik enerji sərfiyyatı göstəriciləri əsas götürülməklə vergilərin hesablanması qanunvericiliyə uyğun olmamışdır.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
34. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.
35. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.
36. Həmin Məcəllənin 3.11-ci maddəsin ə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
37. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir.
38. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
39. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanl arının üzərinə qoyulur.
40. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.
41. «İnzibati İcraat haqqında» Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
42. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməməsi iddiaçının yuxarıda göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.
43. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il ta rixli, 2-1(105)-245/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.