Məhkəmə qərarları › İş №2-1(102)-360/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-360/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-360/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə(üçüncü şəxslər X8, X5 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X8, X5 iştirakı ilə) “X6 və X2 məxsus müvafiq olaraq JN049F və JN-048F nömrəli şəhadətnamələrin "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" hissələrinin 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və sair” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-349/2021 nömrəli iş üzrə 28.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, X6 və X2 məxsus müvafiq olaraq JN-049F və JN-048F nömrəli şəhadətnamələrin "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" hissələrinin 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və 01.06.1987-ci il tarixli texniki pasporta və 01.08.1988-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən, Qax rayonu Çınarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmişdir.

2. Cavabdeh orqan 23.02.2021-ci il tarixli, **********98 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri JN-050F kod 40312028 nömrəli, JN-049F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərində göstərildiyindən, eyni zamanda texniki pasport və JN-050F kod 40312028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahələrinin ölçüləri fərqli olduğundan fərdi yaşayış evinin və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Bundan başqa, X6 və X2 məxsus şəhadətnamələrin hissəvi ləğv edilməsinin İdarənin səlahiyyətinə aid olmaması qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı "X6 və X2 məxsus müvafiq olaraq JN-049F və JN-048F nömrəli şəhadətnamələrin "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" hissələrinin 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və 01.06.1987-ci il tarixli texniki pasporta və 01.08.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Qax rayonu Çınarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X3 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçının iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X3 adına olan iyun 1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri anasının və ailə üzvlərinin adına olan JN-050F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə deyil, səhvən X1 adına olan JN-048F nömrəli, habelə X4 və ailə üzvlərinin adına olan JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərə daxil edilmişdir. İddiaçının tələbinə görə, həmin JN-048F və JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər müvafiq hissələrdə ləğv edilməli, qeyd olunan texniki pasporta və 01.08.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum X3 adına çıxarış verilməlidir.

5. Birinci instansiya məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)651/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Vidadi Qasımov) iddianın rədd edilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq islahatı zamanı, iddiaçının və üçüncü şəxslərin ailələrinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin ölçüsünü və həmin ölçülərin JN-048F, JN-049F və JN-050F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərdə göstərilən ölçülərə uyğun olub-olmadığını müəyyən e tmək mümkün olmadı. Məhkəmə hesab edir ki, belə olan halda, üçüncü şəxslərin adlarına olan JN-048F və JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin qanunsuz olması iddia oluna və həmin sənədlər ləğv edilə bilməz.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)-651/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.10.2021-ci il tarixli, 2-1(107)-349/2021 nömrəli (hakimlər Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Ayaz Mahmudov) qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiy a məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)-651/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 28.10.2021-ci il tarixli, 2-1(107)-349/2021 nömrəli qərarının əsassız və qanunsuz hesab edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırmışdır ki, iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadığından məhkəmənin həmin qərarları qanuni və əsaslı deyil. Çünki, məhkəmə tərəfindən məhkəmə yə təqdim edilmiş ilkin sənədlər nəzərə alınmamış və cavabdeh orqana və Qax rayon Dövlət arxivinə sorğu ilə müraciət edərək, Qax rayonu Çinarlı kəndində mülkiyyətinə həyətyanı torpaq sahələri verilən şəxslərin siyahısından X7 və ailə üzvlərinə, həmçinin iş üzrə üçüncü şəxslərin özlərinə və ailə üzvlərinə aid hissədən çıxarışlar tələb edilmişdir. Cavabdeh sorğuya cavab verərək Qax rayonu Çinarlı kəndinin həyətyanı torpaq sahəsinin verilməsinə dair ümumi siyahısı arxivdə aşkar edilmədiyi bildirsə də, Qax rayon Dövlət arxivi tərəfindən məhkəməyə iddiaçının və üçüncü şəxslərin 2001-2005-ci illər ərzində təsərrüfatbaşına kitabda hər bir subyektin adına 0.25 ha həyətyanı torpaq sahəsi qeydə alındığını bildirmişdir. Mübahisə edilən torpaq sahəsinin ilkin sənədləri nəzərə alınmamışdır. Bundan əlav ə olaraq məhkəmə JN048F, JN049F, JN050F nömrəli şəhadətnamələrin plan və ölçü bölməsindən hər üç sənəddəki sxemlər bir-birini tamamladığını və bir biri ilə qonşu olduğunu müəyyən etmişdir. Daha öncə ki, instansiyalarda iddiaçı işin qanuni, ədalətli və qərəzsiz həll ediməsi üçün məhkəmənin iş üzrə mütəxəssis dəvət edərək, mütəxəssisin mübahisəli əraziyə baxış keçirməli, subyektlərin istifadəsində olan torpaq sahəsinin ölçüləri müəyyən edilməli, mübahisə olunan “B” və “V” tikililərinin və kim tərəfindən tikildiyi müəyyən edilməli və ilkin hüquqi sənədlərlə təhlil edilərək məhkəməyə əsaslı rəy təqdim etməli olduğunu bildirmişdir. Nümayəndəsi tərəfindən işin qanuni, ədalətli və qərəzsiz həll edilməsi üçün iş üzrə mütəxəssisin dəvət edilərək mübahisəli əraziyə baxış keçirməsi barədə verilmiş şifahi vəsatəti məhkəmə tərəfindən nəzərə alınmamışdır, sonradan iş üzrə 3.11.2020-ci il tarixli Ekspertizanın keçiriməsinə dair Qərar qəbul edisədə ekspertiza keçirilməmişdir. Bundan başqa mübahisə olunan “B” və “V”tikililərti 1960-cı ildə mərhum atası Şahmurad Şahmuradov tərəfindən tikilsə də məhkəmə bu halı da araşdırmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “İnzibati icraat haqqında” Qanun 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

13. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilmə si ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Maddə 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qər arı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: Maddə 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); Maddə 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qur umun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərarda dını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİ NİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X6 və X2 məxsus müvafiq olaraq JN-049F və JN-048F nömrəli şəhadətnamələrin "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" hissələrinin 01.06.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və 01.06.1987-ci il tarixli texniki pasporta və 01.08.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Qax rayonu Çınarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X3 adına ç ıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Burada xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçının istəyi 30.01.2001ci il tarixdə, yəni 20 il bundan əvvəl vəfat etmiş anası X3 adına sözügedən daşınmaz əmlakın, yəni torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış verilməsindən ibarətdir.

18. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 01.01.2001-ci ilədək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsas hesab edilir. İddiaçının mərhum anası X7 mün asibətdə belə bir sənəd mövcuddur. Lakin bununla yanaşı, iddiaçının bəhs etdiyi həyətyanı torpaq sahəsinin bir hissəsi X1 adına olan N-048F nömrəli və X4 və ailə üzvlərinin adına olan N-049F nömrəli "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərə daxil edilmişdir. Qeyd olunan texniki pasport əsasında mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün göstərilən N-048F nömrəli və N-049F nömrəli "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin müvafiq hissələri ləğv edilməli, bunun üçün isə həmin şəhadətnamələrin qanunsuz olması müəyyən edilməlidir. İşdə olan N-048F, N049F və N-050F nömrəli "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin "torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" bölmələrindən görünür ki, hər üç sənəddəki sxemlər bir-bir ini tamamlayır və qeyd olunan 0,05 ha, 0,09 ha və 0,11 ha torpaq sahələri bir-biri ilə qonşudurlar. Hər üç torpaq sahəsi mülkiyyətçilərə Qax Rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli, 20 nömrəli qərarı əsasında verilmişdir.

19. Beləliklə hazırkı işdə əsas və həlledici sənəd olan Qax rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixdə verilmiş 20 nömrəli qərarıdır ki, bu qərar hazırda qüvvədədir, yəni hər hansı bir yuxarıdakı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir.

20. Bununla yanaşı və bu xüsusi ilə qeyd edilməlidir ki, iddiaçının iddiasında qismən ləğv edilməsini xahiş etdiyi JN-049F və JN-048F şəhadətnamələr inzibati akt deyil və onlar artıq göstərildiyi kimi Qax rayon Aqrar İslahat Komissiyasının hazırda qü vvədə olan 28.12.1997-ci il tarixli, 20 nömrəli qərarına əsasən verilmişdir.

21. Bununla əlaqədar olaraq vurğulanmalıdır ki, inzibati aktın anlayışı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində verilmişdir. (qərarın 12-ci bəndi)

22. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 28.10.2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının hazırkı iddiası mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. (qərarın 13-cü bəndi İPM-in 35.1-ci maddəsi)

23. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 35.1, 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 28.10.2021-ci il tarixli, 2-1(107)-349/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçının hazırkı iddiası mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar