Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-360/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublika sı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə reyestrdən çıxarış, plan-ölçü və ünvan verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)253/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında q əbul edilmiş 10 iyul 1990-cı il tarixli, 23 nömrəli qərarın tələbinə uyğun olaraq iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmışdır.
2. Abşeron rayon Dövlət Arxivi fondun sənəd materialları əsasında verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmrindən çıxarışa əsasən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli, 23 nömrəli qərarın tələbinə uyğun olaraq iddiaçıya 0,07 ha torpaq sahəsi ayrılmışdır.
3. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2020ci il tarixli, A-51-091 nömrəli məktubuna Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 13 5 nömrəli əmrindən çıxarışla Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı əlavə edilmişdir. Torpaq sahəsinin ölçüsü 24x25 metr olmaqla 0,06 ha göstərilmişdir.
4. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin azaldılaraq faktiki 0,06 ha olmasına etirazı olmadığını göstərmişdir.
5. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli, **********22 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir.
6. İmtina onunla əsaslandırılmışdır ki, göstərilən torpaq sahəsinin Donuzkökəltmə sovxozunun torpaq sahəsinin ayrıc aktından kənarda yerləşir, həmçinin torpaq sahəsinin ölçüsü sovxozun direktorunun əmrində 0,10 ha, sərəncamın arxiv arayışında 0,07 ha, yerləşmə cizgisində 0,06 ha göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlaka ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron rayonu Donuzkökəltmə sovxozunun direktorunun 135 saylı, xx.xx.1990-cı il tarixli əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cl il tarixli, 23 nömrəli qərarının tələbinə uyğun olaraq fərdi ev tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Bu fakt Abşeron rayon Dövlət Arxivinin sənədləri ilə öz əks ini tapır. Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin A-51091 nömrəli, xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunur ki, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək iddiaçıya göndərilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi, mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvanın verilməsinə dair cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.
10. Məhkəmə sorğusuna cavab olaraq daxil olan cavabdehin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarına əsasən iddiaçının istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Don uzkökəltmə sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar olunmamışdır.
11. Məhkəmə sorğusuna cavab olaraq daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunun torpaq ayrıc aktı barədə arxivdə məlumat aşkar edilməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-1312/2021 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata al ınması və mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlaka ünvan verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunun torpaq ayırıcı aktı barədə arxivdə məlumat aşkar edilmədiyindən cavabdehin iddiaçıya ayrılmış torpaq sahəsinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozuna ayrılmış torpaq sahəsinin sərhədindən kənarda yerləşməsi barədə bildirdiklərinin heç bir əsası yoxdur. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildir məmişdir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Məhkəmə sorğusuna cavab olaraq daxil olan Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmrinə əsasən vətəndaşlara torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Bu siyahıda iddiaçının adı 1152 sıra sayı ilə qeyd edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-253/2021 nömrəli qərarı (hakimlər: V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, B akı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-1312/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdə uyğunsuzluq olması barədə dəlil də əsaslı deyil. Belə ki, sovxozun direktorunun əmrində 0,10 ha, sərəncamın arxiv arayışında 0,07 ha, yerləşmə cizgisində isə 0,06 ha göstərilsə də, 0,06 ha rəsmi sənədlərlə müəyyən edilən ölçüdən azdır və iddiaçıya münasibətdə əlverişsiz vəziyyət yaratmışdır, lakin sonuncu notariat qaydada təsdiqlənən ərizə ilə bu vəziyyətlə razılaşmışdır. Sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqə dar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin ona ayrılmış torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçının təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh qeyd edir ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Donuzkökəltmə sovxozunun ayrıc aktından kənarda yerləşir. Bundan başqa, göstərilən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktı daxilində (Azərbaycan Respublikasının Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə ayrılmış ərazilərdə) yerləşir. Həmçinin, təqdim edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, sovxozun direktorunun əmrində 0,10 ha, sərəncamın arxiv arayışında 0,07 ha, yerləşmə cizgisində isə 0,06 ha göstərilmişdir (faktiki olaraq 0,06 ha-dır). Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamü vafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza təyin edilməmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, həmçinin üçüncü şəxslərin cəlb edilməsi barədə İdarə tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 11.1 və 23-cü maddələrinin, Torpaq Məcəlləsinin 55, 67 və 68-ci maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-253/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubl ikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:...
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış;... 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yük lülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hü quqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cüml ədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsind ə təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin q ərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zam an prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaçıya verilmiş imtina məktubunun və a pellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin torpaq sahəsinin Donuzkökəltmə sovxozunun ayrıc aktından kənarda yerləşməsi, torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktı daxilində olması, təqdim edilmiş sənədlərdə uyğunsuzluğun mövcudluğu barədə təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçının üzərində mülkiyyət hüquqlarının qe ydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmri əsasında onun mülkiyyətinə verilmişdir. Həmin əmrdə torpaq sahəsinin ölçüsü 0,10 ha, Abşeron rayon Dövlət Arxivindən verilən əmrdən çıxarışda 0,07 ha qeyd edilsə də, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı torpaq sahəsinin cizgisi və xəritəsində torpaq sahəsinin ölçüsü 24x25 metr olmaqla 0,06 ha göstərilmişdir.
31. Cavabdeh də iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,06 ha olmasını qeyd etmiş və bu halı mübahisələndirməmişdir. İddiaçı isə rəsmi sənədlərlə müəyyən edilən ölçüdən az olan və ona münasibətdə əlverişsiz vəziyyət yaradan bu halla bağlı razılığını notariat qaydada təsdiqlənən ərizə ilə bildirmişdir.
32. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmri əsasında iddiaçıya torpaq sahəsinin ayrılması işin mübahisəsiz halıdır. Lakin rəsmi sənədlərdə olan uyğunsuzluq iddiaçının təqsiri nəticəsində yaranmadığından bu hal onun mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas ola bilməz. Belə ki, rəsmi sənədlərdə qeyd edilən torpaq sahəsinin ölçüsü ilə faktiki ölçüsü arasındakı uyğunsuzluq torpaq sahəsinin ölçüsünün kiçilməsi, faktiki yerləşmə ölçüsünə uyğunlaşdırılması və iddiaçının da bununla bağlı razılığı ilə aradan qaldırılmış hesab edilməlidir.
33. Cavabdeh iddia olunan torpaq sahəsinin ayrıc aktından kənarda yerləşdiyini, habelə həmin torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktı daxilind ə olmasını qeyd etsə də, dəlilinin əsası olaraq hər hansı sübuta, plan-sxemə, torpaq sahəsinin dövlət, bələdiyyə, hüquqi və ya fiziki şəxsə məxsus olmasına istinad etməmişdir. Eləcə də, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunun torpaq ayrıc aktı barədə arxivdə məlumatın aşkar edilmədiyi göstərilmişdir.
34. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin üçüncü şəxslərin cəlb edilməsi barədə İdarə tərəfindən verilmiş vəsatətlərə baxılmamasına dair dəlili ilə bağlı qeyd edir ki, iş materiallarına əsasən cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı hər hansı vəsatət verilməmişdir. Cavabdeh bununla bağlı sadəcə olaraq apellyasiya şikayətində bir cümlə daxilində Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, X1 Təşkili üzrə Dövlət Agentliyinin üçüncü şəxs qismində cəlb edilməli olmasını göstərsə də, cəlb edilmənin əsaslarını bildirməmiş, bununla bağlı hər hansı tələb irəli sürməmiş, məhkəmə baxışı zamanı vəsatət qaldırmamışdır.
35. Həmçinin qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji norma Mülki Məcəllənin 139-1.1.8-ci maddəsində də nəzərdə tutulmuşdur.
36. İddiaçıya torpaq sahəsinin ayrılması barədə Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmri Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndində nəzərdə tutulmuş sənədlərə uyğundur.
37. Odur ki, qeyd edilən xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmr iddiaçının həmin torpaq sahə si üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır və həmin qərar hazırda qüvvədədir. Belə ki, həmin əmrin ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də etibarsız hesab edilməsi barədə heç bir sübut mövcud deyil və cavabdeh də bu əmrin qüvvədə olmasını mübahisələndirmir.
38. Belə olan halda, apellyasiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyi əsaslı olmuşdur.
39. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliy in icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-253/2022 nömrəli qərar